M.F.Axundzadənin ev muzeyi

M.F.Axundzadənin ev muzeyi Mirzə Fətəli Axundzadənin Ev Muzeyi

Bu gün Azərbaycan milli dramaturgiyasının banisi, görkəmli ictimai xadim və maarifçi Mirzə Fətəli Axundzadənin anadan ol...
12/07/2026

Bu gün Azərbaycan milli dramaturgiyasının banisi, görkəmli ictimai xadim və maarifçi Mirzə Fətəli Axundzadənin anadan olmasının 214 ili tamam olur.
Mirzə Fətəli Axundzadə “Əkinçi” qəzetinin səhifələrində “Vəkili Milləti-Naməlum” imzası ilə məqalələr dərc etdirib. Onun realist sənətkar, dramaturgiyamızın banisi, şair və nasir kimi ədəbiyyatımızın inkişafında müstəsna xidmətləri var. O, 1850-1855-ci illərdə özünün məşhur altı komediyasını yaratmaqla nəinki Azərbaycan ədəbiyyatında, bütövlükdə Balkanlardan Hindistana qədərki türk-müsəlman dünyasında dramaturgiyanın əsasını qoyub. “Hekayəti xırsı-quldurbasan”, “Hekayəti Molla İbrahim-Xəlil kimyagər”, “Hekayəti Müsyö Jordan həkimi-nəbatat və dərviş Məstəli şah cadükuni məşhur”, “Sərgüzəşti mərdi-xəsis”, “Sərgüzəşti-vəziri-xani-Lənkəran” pyeslərinin, “Aldanmış kəvakib” satirik povestinin, “Puşkinin ölümünə Şərq poeması”, “Kəmalüddövlə məktubları” və s. adlı əsərlərin müəllifidir.
Mirzə Fətəli Axundzadə 1878-ci ildə vəfat edib.
Azərbaycan Milli Kitabxanası, Axundov Bağı və Bakı şəhərindəki küçələrdən biri Mirzə Fətəli Axundzadənin adını daşıyır.

Deyerli izleyicilerimiz, teqdim etdiyimiz bu yazı eslinde milli - menevi baxımından çox deyerlidir. Azerbaycan edebiyyat...
25/06/2026

Deyerli izleyicilerimiz, teqdim etdiyimiz bu yazı eslinde milli - menevi baxımından çox deyerlidir. Azerbaycan edebiyyatının belke de en gözel eserlerinden olan, Azerbaycan xalqının XIX esrin sonlarında, bir feodal ailesinin timsalında heyat ve meişeti ile bağlı, elece de ictimai - siyasi hadiseleri ile zengin olan, tarixi eser, İsmayıl Şıxlının " Deli Kür " romanından seçib teqdim etdiyimiz bu yazıda elm uğrunda gösterilen teşebbüsler, elece de xalqın geriliyin aradan qaldırılması uğrunda çekilen zehmetler gösterilir. Bildiyimiz kimi hemin dövrün en meşhur ve yegane tehsil müessiselerinden olan " Qori Müellimler Seminariyası " nda ilk defe " müselman şöbesi " nin açılması fikrini M.F. Axundzade ireli sürmüşdür Göründüyü kimi, Axundzade özü müselman övladlarının xeyrini istemişdir. Hemçinin eserde, dövrün diger ziyalılarından olan " Seyid Ezim Şirvani " nin de elm yolunda çekdiyi eziyyetler barede de melumat var. Ümumilikde çox gözel roman olan " Deli Kür " den en en qürurverici hisseni seçib paylaşmaq istedik. Çox da olsa, xahiş edirik axıra qeder oxuyasınız. Çox deyerli melumatlardı.

" Deli Kür " romanı ( seçilmiş hisse ) ( 117-18 sehifeler )

Faytonçu sernişinin qezeblendiyini hiss edib ehtiyatlandı. " Deyesen bir az artıq - eskik danışdım. Gerek evvelce kim olduğunu öyreyendim. Belke ele özü de müselmandır. Onun üçün hirslendi. Sir - sifetinden oxşamır. Müselmanların oxumuşları da qiyafelerini deyişirler ".
O atlara bir - iki qamçı çekdikden sonra geri qanrıldı.
- Bağışlayın, cenab, adınızı da bilmirem
- Aleksey Osipoviç
- Demek, russunuz
- Beli, Nece meger ?
- Men lap qorxuya düşdüm. Dedim belke müselmansınız
- Müselman olanda ne olar ?
- Heç, deyesen bir az artıq - eskik danışdım
- Sizde taqsır yoxdur
Onlar susdular. Faytonçu bele bir adamla söhbetin tutmayacağını yeqin edib, cilovları dartışdırdı. Aleksey Osipoviç ise arxasına söykenib, gözünü semadakı ağ buludlara zilledi...
" Bu ne şübhedir ? Ne üçün insanlar bir - birinden qorxub hürkürler ? Meger müselman olmaq ingilis, yaxud rus olmaqdan pisdirmi ? Bütün insanları Allah yaratmayıbmı ? Bes bu ayrı - seçkilik ne demekdir ? Kim insanlar arasında ögey - doğmalıq salıb ?

****

Ele hemin axşam Semyonov A.Osipoviçi yanına çağırdı. Semyonov sakitce söze başladı.
- Siz ele sözlere fikir vermeyin, A.Osipoviç, bizim borcumuz insanlara xidmet etmekdir. Müellim el anasıdır. Maarif gözlerin ziyasıdır. Biz gözleri açmalı, etrafa ziya saçmalıyıq. Yoxsa bu zülmet seltenetinde yaşamaq olmaz
- Aydındır. Men yerli ziyalıların bezileri ile tanışam. Bizim Şamaxıda Seyid Ezim Şirvani adlı bir şair var. O çox güclü ve gözüaçıq adamdır. Yeni üsulla mekteb açmaq isteyir. Onun neler çekdiyi mene bellidir. Bir yandan yerli ruhaniler onu incidir, diger terefden köhne mektebin buxovlarından azad ola bilmir. Öz dillerinde derslikleri de yoxdur. Menim arzularım çox böyükdür
- Ele ona göre de size meftun olmuşam, cenab eks - poçtalyon - deye Semyonov dostcasına elini onun çiynine qoydu. - Bu işde fedekarlıq lazımdır. İlk iller çetinlik olacaq. Siz qorxmayın. Bizim seminariya müellimleri içerisinde de tehkimçilik dövrüne qayıtmaq isteyenler de var. Geleceyi görmeyenler de çoxdur. Ancaq müselmanların özleri öz talelerini bizden yaxşı anlayırlar. Bilirsinizmi, müselman şöbesinin açılması fikrini kim ortaya atmışdır ?
- Zennimce, sizin teşebbüsünüzdür
- Yox, menden qabaq bu fikri kapitan Axundov ireli atmışdır
- Mirze Fetelimi ?
- Beli
- Men onun haqqında çox eşitmişem. Eserlerini oxumuşam. Böyük zekadır
- Ele bezilerini de qorxuya salan budur

Bu söhbetler 1879 - cu ilde olmuşdur. Şöbenin açılmasına resmi icaze verilmese de, onlar sentyabr ayına qeder beş - altı telebe yığa bilmişdiler. İndi ise şöbeni genişlendirmek mümkün idi. Artıq hökümetin resmi emri alınmışdı. Ele bu meqsedle de A.Osipoviç sefere çıxmışdı. O düz bir ay idi ki, yollarda idi. Texminen 3 min verst qet etmişdi. Bezen kendleri piyada dolanmış, Şamaxıda, Şuşada, Gencede olmuşdu. İrevan quberyasını gezmişdi. İndi ise Qazaxdan keçib Tiflise gedirdi...

P.S. Elm yolunda eziyyet çeken her bir ziyalıya Allah rehmet elesin. Ruhları şad olsun. Diqqetinize göre minnetdarıq

M.F. Axundzadenin doğulduğu evin ilkin görünüşü
25/06/2026

M.F. Axundzadenin doğulduğu evin ilkin görünüşü

Bu kişilər 108 il öncə bu gün yoxdan var yaratdılar.Cümhuriyyətimizin 108-ci ili!* Şərqdə ilk demokratik respublikanı ya...
28/05/2026

Bu kişilər 108 il öncə bu gün yoxdan var yaratdılar.
Cümhuriyyətimizin 108-ci ili!

* Şərqdə ilk demokratik respublikanı yaratdılar!
* TÜRK DİLİNİ DÖVLƏT DİLİ ELAN ETDİLƏR!
* Müsəlman Şərqində ilk parlamentli respublikanın əsasını qoydular!
* İLK DƏFƏ TƏLƏBƏLƏRİ XARİCDƏ TƏHSİL ALMAĞA GÖNDƏRDİLƏR!
* Qadınlara ilk dəfə seçib seçilmək hüququ verildi
* İLK DƏFƏ MİLLİ ORDUMUZU QURDULAR!
* Bu kişilərin sayəsində Bakı Dövlət Universiteti yarandı

Və sayıb bitirə bilmədiyimiz onlarla hadisələr...

Bu kişilərin sayəsində Azərbaycan bir millətin adından çıxıb bir dövlət adına çevrildi.
Ruhunuz şad olsun, KİŞİLƏR! Allah sizlərə rəhmət eləsin!

AZƏRBAYCAN ! 108 İLİN MÜBARƏK!

1918- ci ilde Azeebaycan Cumhuriyyetinin elan olnunduğu zal (Tbilsi)
28/05/2026

1918- ci ilde Azeebaycan Cumhuriyyetinin elan olnunduğu zal (Tbilsi)

🇦🇿 Bu gün Azərbaycanın milli bayramı-Respublika Günü qeyd olunur.🇦🇿 108 il əvvəl Şərqdə ilk demokratik respublika qurulu...
28/05/2026

🇦🇿 Bu gün Azərbaycanın milli bayramı-Respublika Günü qeyd olunur.

🇦🇿 108 il əvvəl Şərqdə ilk demokratik respublika qurulub. Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) qurulması 28 may 1918-ci ildə Tiflis şəhərində Qafqaz canişininin binasında Məhəmməd Əmin Rəsulzadənin sədri olduğu Azərbaycan Milli Şurası tərəfindən bəyan edilib.
#1918

28/05/2026
Nizami GəncəviGözüm aydın, gözümə surəti canan görünür,Mişki-ənbər saçaraq, ətrlə əfşan görünür.Allaha şükür edirəm, ey ...
06/05/2026

Nizami Gəncəvi

Gözüm aydın, gözümə surəti canan görünür,
Mişki-ənbər saçaraq, ətrlə əfşan görünür.

Allaha şükür edirəm, ey gözümün nuru, bu gün,
Yar gəlib göz önünə, sərvi-xuraman görünür.

Ayrılıq zəhrini daddım, acı da olsa, vüsal,
İki dünyaya dəyər, eylə ki, hicran görünür.

Səni bir dəfə görənlər güvənir eşqimizə,
Nə üçün gözlərin, ey dil, belə giryan görünür?

Eşqini canım ilə bəslədi birlikdə könül,
Onsuz, ey sevdiyəcəyim, can evi viran görünür.

Ey sənəm, vəslin ilə, eylə ki, şad oldu könül,
Yırtdı qəm köynəyini, gül kimi xəndan görünür.

Şadlığından alışıb yandı Nizami, dedi ki:
"Gözüm aydın, gözümə surəti canan görünür".

25/04/2026

M.F.Axundzadenin Ev Muzeyi..

Address

Axundov Küşəs 1
Shäki
AZ5503

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00
Saturday 09:00 - 18:00
Sunday 09:00 - 18:00

Telephone

(024) 2443708

Website

Alerts

Be the first to know and let us send you an email when M.F.Axundzadənin ev muzeyi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share