Sahibə Əmiraslanova

Sahibə Əmiraslanova fasilesiz iş rejmi

Şəmkir rayon Mərkəzi Kitabxanasının Oxuculara xidmət  şöbəsi  Qadın Zorakılığına Qarşı Beynəlxalq Mübarizə Günü ilə əlaq...
29/11/2023

Şəmkir rayon Mərkəzi Kitabxanasının Oxuculara xidmət şöbəsi Qadın Zorakılığına Qarşı Beynəlxalq Mübarizə Günü ilə əlaqədar olaraq 25.11.2023 - cü il tarixində “Qadın zorakılığına son!” başlığı altında tədbir keçirib. Kitabxananın əməkdaşı Natiqə Abdullayeva ailə və cəmiyyətin ictimai həyatında qadınların rolundan danışıb.O bildirib ki, Azərbaycanda insan hüquqları xüsusi ilə də qadın hüquqlarının müdafiəsi istiqamətində sistemli siyasət həyata keçirilir.Məişət zorakılığına hər bir insan məruz qala bilər, amma dünya təcrübəsi göstərir ki, əsasən qadınlar məişət zorakılığının qurbanı olur.Bu zorakılığa son qoymaq lazımdır. Mövzu ilə bağlı tərtib edilmiş sərgiyə baxış keçirilib.

Şəmkir rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Zəyəm Cırdaxan  kənd kitabxana filialı Mədəniyyət Nazirliyinin 20 de...
29/11/2023

Şəmkir rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Zəyəm Cırdaxan kənd kitabxana filialı Mədəniyyət Nazirliyinin 20 dekabr 2018-ci il tarixli 193 nömrəli əmri ilə “Gənclərin asudə vaxtının səmərəli təşkilinə dair” Tədbirlər Planına uyğun olaraq 03.11.2023 - cü il tarixində “Kitabxanalar və gənclik” başlığı altında tədbir keçirib. Kitabxana filialının müdiri Aynur Zeynalova bildirib ki, ölkəmizdə gənc nəslin dünyagörüşünün düzgün formalaşması, onların asudə vaxtlarının səmərəli təşkili daim diqqət mərkəzində saxlanılır.Daha sonra o, gənclərdə mütaliyə marağının artırılması, kitabların sevdirilməsi baxımından kitabxanaların üzərinə düşən vəzifələrdən söz açıb.

Şəmkir rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Seyfəli   kənd kitabxana filialının təşkilatçılığı ilə Mədəniyyət Na...
29/11/2023

Şəmkir rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Seyfəli kənd kitabxana filialının təşkilatçılığı ilə Mədəniyyət Nazirliyinin 20 dekabr 2018-ci il tarixli 193 nömrəli əmri ilə “Gənclərin asudə vaxtının səmərəli təşkilinə dair” Tədbirlər Planına uyğun olaraq M.Oruclu adına Seyfəli kənd Mədəniyyət Evində 22.07.2023- cü il tarixində “Kitab ən yaxın dostdur” başlıqlı tədbir təşkil edilib.Kitabxana fillialının əməkdaşı çıxış edərək bildirib ki, elə bir insan yoxdur ki, ”kitabın xeyri nədir ?” sualına cavab verə bilməsin. Lakin çoxları bu sehrli əşyanın dəyərini bilmirlər. Kitab insanın bəlkə də ən yaxın dostudur, əzizidir. Çox vaxt heç kimdən ala bilmədiyin məlumatları, sənə həyatda var olmaq üçün , düzgün yaşamaq və insanlarla münasibət qurmaq üçün lazım olan informasiyaları kitab verir. Hər bir insanın özünü dərk etdiyi gündən ilk dostu onun birinci kitabıdır. Kitablar müxtəlifdir: dərs kitabları, bədii kitablar və. s Dərs kitabları ilə məktəbə gedən hər bir insan tanış olur. Hər bir bədii kitab isə bir insandır, bir insan taleyidir. Sən yeni kitab oxuduqca yeni insanla, insan taleyi ilə tanış olursan. Kitablarla tanış olduqca sən bir pillə qalxırsan və digər insanlardan üstün olursan. Bununla bərabər ədəb-ərkan qaydalarını, gözəl maneraları öyrənmək üçün kitablara müraciət etmək olar. Kitabları oxuduqca insan oradakı ideala doğru addımlayır, özünü təkmilləşdirir, mənfi xasiyyətlərini unutmağa və p*s vərdişlərdən əl çəkməyə çalışır. Məşhur rus yazıçısı M. Qorki demişdir: "Məndə olan bütün yaxşı keyfiyyətlərə görə kitablara borcluyam”. Müxtəlif informasiya mənbələrinin olduğu müasir dövrdə sanki, kitabların dəyəri azalmışdır. Gəlin, buna yol verməyək. Gələcəkdə sağlam, savadlı, mədəni nəsillərin yetişməsi üçün kitabları qoruyaq, onlardan səmərəli istifadə edək. Daha sonra tədbir iştirakçıları maraq dairələrinə uyğun kitablarla tanış olublar.

Dövlətin, cəmiyyətin və demokratik dəyərlərin inkişafının hüquqi bazası.   Müstəqil Azərbaycan Respublikasının Konstitus...
11/11/2022

Dövlətin, cəmiyyətin və demokratik dəyərlərin inkişafının hüquqi bazası.
Müstəqil Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizdə demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinə hüquqi baza yaratdı və onun inkişafına güclü təkan verdi, hakimiyyət bölgüsünün əsas prinsiplərini müəyyənləşdirdi. İnsan və vətəndaş hüquqlarının, azadlıqlarının müdafiəsini qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanları üzərinə ümdə vəzifə olaraq qoydu. Azərbaycan Respublikasının Konstitusiyası qəbul edilərkən hüquqi dövlət quruculuğunun müasir meyillərinə istinad olunmuş, ölkəmizin hüquq sistemi üçün yeni bir təsisatın – konstitusiya ədalət mühakiməsi orqanının yaradılması nəzərdə tutulmuş, bu təsisatın dövlət hakimiyyəti sistemində yeri və rolu müəyyənləşdirilmişdi. Azərbaycan Respublikasının Konstitusiyası müstəqil dövlət quruculuğu prosesini tənzimləyən, demokratik inkişafa və sərbəst bazar iqtisadiyyatına təminat yaradan, cəmiyyətin siyasi, sosial, mədəni, iqtisadi həyatında tətbiq olunan əsas normaları özündə ehtiva edən, qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində hüquqi baza rolunu oynayan sənəddir. Konstitusiyanın 48 maddəsi bilavasitə insan hüquqlarına və onların təminatlarına həsr edilmişdir. Bir çox beynəlxalq hüquqi sənədlər Azərbaycan Respublikası Konstitusiyasının insan hüquq və azadlıqlarını təsbit edən üçüncü fəslinin əsasını təşkil etmişdir. Əsas Qanunumuzda dilindən, dinindən, irqi mənsubiyyətindən asılı olmayaraq, Azərbaycanda yaşayan bütün vətəndaşların hüquq və azadlıqları geniş təsbit olunmuşdur. Əsas Qanunda dövlətin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq, cəmiyyətin demokratikləşdirilməsinə və vətəndaş cəmiyyətinin bərqərar olmasına nail olmaq, qanunların aliliyini təmin edən hüquqi, dünyəvi dövlət qurmaq, bazar iqtisadiyyatına xas olan münasibətlərin formalaşmasını təmin etmək və s. bu kimi nailiyyətlər təsbit olunmuşdu.
İlkin redaksiyaya münasibətdə əhəmiyyətli dərəcədə dəyişikliyə uğrayan Konstitusiya, 1995-ci ildə müstəqil Azərbaycan Respublikasının Konstitusiyası qəbul edilənədək qüvvədə olub (1991-ci il 18 oktyabr tarixli “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktının müddəalarına zidd olmayan hissələrdə). Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı ən böyük xidmətlərindən biri müstəqil dövlətin yeni Konstitusiyasının hazırlanmasıdır. Ulu Öndər Heydər Əliyev demişdir: “Biz elə bir layihə hazırlamalı və nəhayət, elə bir Konstitusiya qəbul etməliyik ki, o, müstəqil Azərbaycan Respublikasının demokratik prinsiplər əsasında uzun müddət sabit yaşamasını təmin edən Əsas Qanun, tarixi sənəd olsun. Hakimiyyət bölgüsü – ali icra, qanunvericilik, məhkəmə hakimiyyəti - bunlar hamısı xalqın iradəsinə söykənməli, seçkilər yolu ilə təmin olunmalıdır.” Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə Konstitusiya komissiyası tərəfindən müstəqil Azərbaycan Respublikasının Konstitusiyası layihəsi hazırlanmışdır. 1995-ci il noyabrın 12-də keçirilmiş referendumda seçicilərin 86 faizi iştirak etmiş və onların 91,9 faizi Konstitusiyanın qəbul edilməsinin lehinə səs vermişdir. Dövlətin Əsas Qanunu 1995-ci il noyabrın 27-də qüvvəyə minmişdir. İlk Konstitusiyanın milli dövlətçilik tarixində müstəsna əhəmiyyətini nəzərə alınaraq, Ulu Öndər Heydər Əliyevin 1996-cı il 1 noyabr tarixli Fərmanına əsasən hər il noyabrın 12-si Konstitusiya Günü kimi qeyd edilməyə başlandı.
Hazırladı Mərkəxi kitabxananın informasiya şöbəsinin müdiri Əliyev Əzəmət

Address

Shamkhor
AZ5700

Alerts

Be the first to know and let us send you an email when Sahibə Əmiraslanova posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Sahibə Əmiraslanova:

Share

Category