Şəki Şəhər Heydər Əliyev Mərkəzi

Şəki Şəhər Heydər Əliyev Mərkəzi Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Şəki Şəhər Heydər Əliyev Mərkəzi, Public & Government Service, Azərbaycan Respublikası, Şəki şəhəri, Heydər Əliyev pr. 216, Sheki.

Şəki Heydər Əliyev Mərkəzi Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dövlətçilik fəlsəfəsi və azərbaycançılıq məfkurəsinin öyrənilməsini təmin edən mədəniyyət, elmi-tədqiqat qurumu olan dövlət müssisəsidir.

28/08/2026

Prezident cənab İlham Əliyev Azərbaycanda ipəkçiliyin və xalçaçılığın inkişafı, milli sənətkarlıq irsinin qorunması və təbliği üzrə əlavə tədbirlər haqqında Fərman imzalayıb

Fərmana əsasən, “Azərxalça” ASC (bundan sonra – Cəmiyyət) “Azəripək” ASC-in ona qoşulması formasında yenidən təşkil ediləcək.
Cəmiyyət tərəfindən baramaçılığın damazlıq işinin təşkili məqsədilə Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki Qax Rayon Damazlıq İpəkçilik Stansiyası əmlakı ilə birlikdə onun tabeliyinə verilir, həmçinin “Azəripək” ASC-in dövlətə məxsus səhmlərinin özəlləşdirilməsi prosesi dayandırılır.
Qeyd olunub ki, Cəmiyyət ölkədə ipəkçiliyin və xalçaçılığın inkişafını, təbliğini və təşviqini, bu sahədə istehsal, emal, satış və ixrac fəaliyyətinin həyata keçirilməsini, xammal bazasının inkişaf etdirilməsini, milli sənətkarlıq irsinin qorunmasını və bu sahələrdə fəaliyyətin vahid mərkəzdən əlaqələndirilməsini təmin edən kommersiya hüquqi şəxsidir, o, “Azəripək” ASC-in hüquqi varisidir, onun bütün hüquqları və öhdəlikləri, habelə əmlakı Cəmiyyətə keçir.
Cəmiyyətin fəaliyyətinə cari rəhbərliyi 3 üzvdən - sədr və onun 2 müavinindən ibarət İdarə Heyəti həyata keçirir.
Azərbaycan Prezidentinə Cəmiyyətin yenidən təşkili və ləğvi, icra orqanının yaradılması, İdarə Heyəti sədrinin və onun müavinlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi, Nazirlər Kabinetinə Azərbaycan Prezidenti ilə razılaşdırmaqla, Cəmiyyətin nizamnaməsinin təsdiqi, nizamnamə kapitalının miqdarının müəyyən edilməsi və onlarda dəyişiklik edilməsi, İqtisadiyyat Nazirliyinə bu Fərmanın 5.1-ci və 5.2-ci bəndlərində qeyd edilənlər istisna olmaqla, Azərbaycanın Mülki Məcəlləsinə uyğun olaraq ali idarəetmə orqanının müstəsna səlahiyyətinə aid edilmiş məsələlərin Azərbaycan Prezidenti ilə razılaşdırmaqla həyata keçirilməsi, həmçinin Azərbaycanın normativ hüquqi aktları, eləcə də Cəmiyyətin nizamnaməsi ilə ümumi yığıncağa həvalə edilən digər səlahiyyətlərin həyata keçirilməsi barədə məlumat verilməlidir.
Nazirlər Kabineti aşağıdakılar barədə təkliflərini hazırlayıb Azərbaycan Prezidentinə təqdim etməli, üç ay müddətində bu Fərmanın 1-ci, 2-ci və 5-ci hissələri nəzərə alınmaqla normativ hüquqi aktların təkmilləşdirilməsi, altı ay müddətində ölkədə istehsal olunan yaş baramanın daxili emalının genişləndirilməsi, ipəkçilik üzrə tam istehsal zəncirinin formalaşdırılması və yüksək əlavə dəyər yaradan ipək məhsullarının istehsalının artırılması, Cəmiyyətin yeni nizamnaməsini, strukturunu və nizamnamə kapitalının miqdarını Azərbaycan Prezidenti ilə razılaşdırmaqla üç ay müddətində təsdiq etməli, “Azəripək” ASC-in əmlakının altı ay müddətində Cəmiyyətin balansına verilməsi ilə bağlı zəruri tədbirlər görməli, bu Fərmandan irəli gələn digər məsələləri həll etməlidir.
İqtisadiyyat Nazirliyi bu Fərmanın 1–3-cü hissələri nəzərə alınmaqla, Cəmiyyətin nizamnamə kapitalının miqdarına dair Azərbaycanın Maliyyə Nazirliyi ilə razılaşdırılmış təkliflərini iki ay müddətində Nazirlər Kabinetinə təqdim etməli, Cəmiyyətin “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınması üçün tədbirlər görməli, bu Fərmandan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görməlidir.
Cəmiyyət xalçaçılıq, baramaçılıq və ipəkçilik ənənələrinin Azərbaycanda və Azərbaycanın hüdudlarından kənarda tanıdılması, müvafiq məhsulların brendləşdirilməsi və ixracının təşviqi ilə bağlı təkliflərini İqtisadiyyat Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Dövlət Turizm Agentliyi və Şəki Şəhər İcra Hakimiyyəti ilə razılaşdırmaqla hazırlayıb altı ay müddətində Azərbaycan Prezidentinə təqdim etməlidir.
Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”nın 2.2-ci bəndinə əsasən yaradılmış Aqrar Subsidiya Şurası həmin Fərmanla təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”na uyğun olaraq ölkədə istehsal edilərək tədarükçülərə təhvil verilən yaş baramaya və tut bağlarının salınmasına görə verilən subsidiyanın məbləğinə yenidən baxmalıdır.
Maliyyə Nazirliyi bu Fərmandan irəli gələn tədbirlərin maliyyələşdirilməsi üçün zəruri maliyyə vəsaitinin ayrılmasını təmin etməlidir.
İqtisadiyyat Nazirliyi və Cəmiyyət bu Fərmanın 1-ci və 3-cü hissələrinin icrasının təmin edilməsi məqsədilə “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq zəruri tədbirlər görməlidir.

Şəki rayon İnçə-Zunud kənd uşaq bağçasının balaca fidanları Şəki şəhər Heydər Əliyev Mərkəzini ziyarət ediblər.Ziyarət ç...
28/08/2026

Şəki rayon İnçə-Zunud kənd uşaq bağçasının balaca fidanları Şəki şəhər Heydər Əliyev Mərkəzini ziyarət ediblər.

Ziyarət çərçivəsində uşaqlar üçün Mərkəzdə ekskursiya təşkil olunub. Balacalar Mərkəzdə nümayiş etdirilən eksponatlar və Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən materiallarla tanış olublar.

Daha sonra “Ana dili” mövzusunda dəyirmi masa keçirilib. Tədbir zamanı uşaqlarla birlikdə müxtəlif nağıllar canlandırılıb, ana dilinə və vətənə həsr olunmuş şeirlər söylənilib, mahnılar səsləndirilib.
Balacaların fəal iştirakı ilə keçən tədbir uşaqların ana dilinə, milli-mənəvi dəyərlərə və mütaliəyə marağının artırılması baxımından əhəmiyyətli olub. Eyni zamanda, ziyarət uşaqların maraqlı və əyləncəli vaxt keçirməsinə şərait yaradıb.

Avqustun 25-də Beynəlxalq Muğam Günü münasibətilə milli musiqi irsimizin, xüsusilə muğam sənətinin təbliği və gənc nəslə...
26/08/2026

Avqustun 25-də Beynəlxalq Muğam Günü münasibətilə milli musiqi irsimizin, xüsusilə muğam sənətinin təbliği və gənc nəslə çatdırılması məqsədilə Şəkidə “Muğam – milli musiqi irsimizin incisi” adlı tədbir keçirilib.

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin dəstəyi, Şəki şəhər Heydər Əliyev Mərkəzi, Bəxtiyar Vahabzadənin Ev-muzeyi və Şəki şəhər 3 nömrəli Uşaq Musiqi məktəbinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə mədəniyyət işçiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Çıxışlarda muğam sənətinin tarixi inkişaf mərhələləri, Azərbaycan musiqi mədəniyyətindəki rolu və bəşəri əhəmiyyəti barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, əsrlər boyu formalaşaraq zənginləşən muğam sənəti Azərbaycan xalqının milli-mədəni kimliyinin mühüm və ayrılmaz tərkib hissəsinə çevrilib.

Bildirilib ki, Azərbaycan muğamı 2008-ci ildə UNESCO tərəfindən Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsinin Reprezentativ Siyahısına daxil edilib. Bu, milli musiqi sənətimizin beynəlxalq səviyyədə tanıdılması baxımından mühüm əhəmiyyət daşıyır.

Tədbirin bədii hissəsində Şəki şəhər 3 nömrəli Uşaq Musiqi məktəbinin müəllimləri və gənc muğam ifaçıları tərəfindən “Rast”, “Şur”, “Segah”, “Bayatı-Şiraz” və digər muğam nümunələri səsləndirilib.

26/08/2026

Baş prokuror Şəkidə vətəndaşları qəbul edib
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıqlarına uyğun olaraq prokurorluq orqanları tərəfindən vətəndaşların qəbulu daim diqqətdə saxlanılmaqla onların ərizə və şikayətlərinin yerində dinlənilərək həll olunması üçün müvafiq tədbirlər görülür.
Avqustun 25-də Baş prokuror Kamran Əliyev Şəki rayon prokurorluğunun inzibati binasında Şəki, Oğuz, Qəbələ rayonları və Mingəçevir şəhərindən olan vətəndaşları qəbul edib.
Qəbuldan əvvəl Baş prokuror xalqımızın Ümummilli Lideri Heydər Əliyevin rayonun mərkəzində ucaldılmış abidəsini ziyarət edərək əziz xatirəsini ehtiramla yad edib.
Qəbulda iştirak etmiş 28 nəfər vətəndaşın müraciətində konkret cinayət işlərinin istintaqı və törədilmiş cinayətlər barədə məlumatların araşdırılması zamanı yol verilmiş qanun pozuntuları, məhkəmədə baxılan cinayət işləri üzrə dövlət ittihamının müdafiəsi, habelə mülki xarakterli mübahisələr və sosial problemlərə dair qeyd olunan məsələlərin bilavasitə prokurorluqda və ya aidiyyəti icra orqanlarında operativ həlli üçün müvafiq göstərişlər verilib.
Daha sonra Şəki rayonunda xidmət aparan prokurorluq əməkdaşlarının istifadəsi üçün nəzərdə tutulan, təmiri başa çatdırılan, habelə zəruri mebel və avadanlıqlarla təchiz olunmuş xidməti mənzillər istifadəyə verilib.
Baş prokuror mənzillərə baxış keçirərək burada yaradılmış şəraitlə yerində tanış olub və əməkdaşların sosial-məişət təminatının gücləndirilməsi məqsədilə görülən işləri yüksək qiymətləndirib.
Baş prokuror burada yaradılmış şəraitin Prezident cənab İlham Əliyevin prokurorluq əməkdaşlarına göstərdiyi diqqət və qayğının bariz nümunəsi olduğunu qeyd edərək, buna görə dövlət başçısına təşəkkürünü ifadə edib.
Bildirib ki, görülən tədbirlər regionlarda çalışan prokurorluq əməkdaşlarının yaşayış və xidmət şəraitinin yaxşılaşdırılmasına, onların xidməti vəzifələrini səmərəli həyata keçirməsi üçün zəruri imkanların yaradılmasına xidmət edir.
Prokurorluq əməkdaşlarının sosial təminatının gücləndirilməsi və xidmət üçün zəruri infrastrukturun inkişaf etdirilməsi istiqamətində tədbirlər bundan sonra da davam etdiriləcək.

"Muğamın ölməz ustadı" adlı məlumat saatı keçirilib20 avqust 2026-cı il tarixində Şəki şəhər Heydər Əliyev Mərkəzinin və...
24/08/2026

"Muğamın ölməz ustadı" adlı məlumat saatı keçirilib
20 avqust 2026-cı il tarixində Şəki şəhər Heydər Əliyev Mərkəzinin və Şəki MKS- nin 9 nömrəli kitabxana filialının birgə təşkilatçılığı ilə Azərbaycan xanəndəlik sənətinin görkəmli nümayəndəsi, Xalq Artisti Xan Şuşinskinin anadan olmasının 125 illiyinə həsr olunmuş "Muğamın ölməz ustadı" adlı məlumat saatı keçirilib.
Tədbirdə Xan Şuşinskinin zəngin yaradıcılıq irsi, Azərbaycan muğam sənətinin inkişafında rolu, ifaçılıq xüsusiyyətləri və milli musiqi mədəniyyətimizə verdiyi töhfələr haqqında iştirakçılara ətraflı məlumat verilib.
Bildirilib ki, Xan Şuşinskinin sənətkarlığı və özünəməxsus ifa üslubu Azərbaycan muğam məktəbinin inkişafında mühüm yer tutur. Onun ifasında səslənən muğam və təsniflər bu gün də milli musiqi irsimizin qiymətli nümunələri kimi qorunub yaşadılır.

22/08/2026

Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə münasibətləri dinamik şəkildə inkişaf edib.
Azərbaycanın öz hərbi-siyasi gücü hesabına ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsi ölkəmizi regional çərçivələri aşan, beynəlxalq münasibətlər sistemində söz sahibi olan güclü və nüfuzlu dövlətə çevirib. Bu gün rəsmi Bakı Cənubi Qafqazın lideri olmaqla yanaşı, Avrasiya məkanında yeni geosiyasi və geoiqtisadi reallıqlar formalaşdırır. Bu kontekstdə Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə münasibətlərini keyfiyyətcə yeni, strateji müttəfiqlik müstəvisinə qaldırması da xüsusi diqqət çəkir. Ölkəmizin Mərkəzi Asiya ölkələri ilə əlaqələri son illərdə müttəfiqlik, strateji tərəfdaşlıq və qarşılıqlı faydalı əməkdaşlıq prinsipləri əsasında dinamik şəkildə inkişaf edib. Tarixi və mədəni yaxınlıq, ortaq mənəvi dəyərlər kimi mühüm amillər Azərbaycanla Mərkəzi Asiya dövlətləri arasında mövcud əlaqələrin möhkəm təməlini təşkil edir. Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında formalaşan hərtərəfli əməkdaşlıq qarşılıqlı hörmət, etimad və ortaq maraqlar üzərində qurulmuş strateji tərəfdaşlığın nümunəsidir.

22/08/2026

Azərbaycan ilə Özbəkistan arasında Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlıq xüsusi əhəmiyyətə malikdir
Azərbaycan və Özbəkistan TDT-ni təkcə dövlətlərarası əməkdaşlıq platforması kimi deyil, həm də ortaq tariximizi, mədəniyyətimizi və mənəvi dəyərlərimizi gələcəyə daşıyan mühüm birlik kimi dəyərləndirir. Ölkələrimiz TDT daxilində siyasi dialoqun, iqtisadi əlaqələrin, nəqliyyat və logistika imkanlarının, təhsil, elm və mədəni-humanitar sahələrdə əməkdaşlığın inkişafına verdikləri töhfə türk dövlətləri arasında inteqrasiyanın daha da dərinləşməsinə xidmət edir. Əməkdaşlığımız, xüsusən də nəqliyyat və logistika sahəsində qarşılıqlı fəaliyyətimiz böyük perspektivlər vəd edir. Azərbaycanın Cənubi Qafqazda, Özbəkistanın isə Mərkəzi Asiyada mövqeyi ölkələrimizi Şərqlə Qərbi birləşdirən mühüm strateji marşrutlarda təbii tərəfdaşlara çevirir. Bu baxımdan Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu layihəsinin Orta Dəhliz və TRIPP ilə inteqrasiyası bütün region üçün yeni iqtisadi və tranzit imkanları yaradacaq. Azərbaycan ilə Özbəkistanın ortaq türk irsinin qorunması və təşviqi istiqamətində həyata keçirdikləri təşəbbüslər bu böyük mənəvi irsin gələcək nəsillərə ötürülməsi baxımından misilsiz əhəmiyyətə malikdir.

22/08/2026

Azərbaycan ilə Özbəkistanın iqtisadi imkanları bir-birini tamamlayır və yeni əməkdaşlıq formatlarının yaradılması üçün geniş üfüqlər açır
Son illər ərzində Azərbaycanın Mərkəzi Asiya ölkələri, o cümlədən Özbəkistanla əlaqələri yeni inkişaf mərhələsinə qədəm qoyub. Azərbaycan-Özbəkistan münasibətləri bu gün iki ölkə liderlərinin uzaqgörən siyasəti, qarşılıqlı səfərləri və mütəmadi təmasları nəticəsində artan templə inkişaf etməkdədir.
Hazırda iki ölkə arasında hərtərəfli və strateji tərəfdaşlıq münasibətləri mövcuddur. İqtisadi sahədə əməkdaşlıq genişlənir. Ölkəmizdə Özbəkistan investisiyalı 130-dan çox kommersiya təşkilatı qeydiyyatdan keçib. Onlar müxtəlif iqtisadi sektorlarda - sənaye, kənd təsərrüfatı, tikinti, nəqliyyat və xidmət sahələrində uğurla fəaliyyət göstərirlər. Özbək şirkətlərinin Azərbaycanda fəaliyyəti ölkələrimiz arasında qarşılıqlı etimadın, əlverişli investisiya mühitinin və güclü iqtisadi tərəfdaşlığın göstəricisidir. Azərbaycan da Özbəkistanda investisiya layihələri həyata keçirir. Bu layihələr arasında “PASHA Holding” tərəfindən “The Ritz-Carlton” brendi altında Daşkənddə inşa edilən hotel və yaşayış kompleksini, həmçinin Daşkənd vilayətində “Sea Breeze Uzbekistan” böyük turizm və yaşayış kompleksini qeyd etmək olar.

22/08/2026

"Yaşıl enerji sahəsində əməkdaşlığımız da davam edir. 2025-ci ildə Azərbaycan, Qazaxıstan və Özbəkistanın müvafiq energetika idarələri tərəfindən Bakıda “Yaşıl Dəhliz Birliyi” Məhdud Məsuliyyətli Cəmiyyəti təsis olunub. Bu birgə müəssisə Azərbaycan-Mərkəzi Asiya yaşıl enerji dəhlizi layihəsinin həyata keçirilməsini, bərpaolunan enerji ixracını və onun Xəzər dənizinin dibi ilə nəqli imkanlarını əlaqələndirmək məqsədilə yaradılıb."
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev

22/08/2026

"İki qardaş ölkə - Azərbaycan və Özbəkistan arasında münasibətlər ortaq tarixə, mədəniyyətə, dil və mənəvi dəyərlərə, həmçinin birliyə, həmrəyliyə və xalqlarımızın əsrlərlə davam etdirdiyi, nəsildən-nəslə ötürdüyü dərin qarşılıqlı rəğbətə əsaslanır. Bu möhkəm bünövrə üzərində qurulan dövlətlərarası münasibətlər son illər misli görünməmiş inkişaf mərhələsinə qədəm qoyub, ən yüksək pilləyə - müttəfiqlik səviyyəsinə yüksəlib və tamamilə yeni məzmun qazanıb."
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev

Address

Azərbaycan Respublikası, Şəki şəhəri, Heydər Əliyev Pr. 216
Sheki
AZ5500

Alerts

Be the first to know and let us send you an email when Şəki Şəhər Heydər Əliyev Mərkəzi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Şəki Şəhər Heydər Əliyev Mərkəzi:

Shortcuts

Share