MİQİB Qəbələ Regional İdarəsi

MİQİB Qəbələ Regional İdarəsi Qəbələ Regional İdarəsi

İsmayıllıda “Şəhərsalma və Memarlıq İli” çərçivəsində tədbir keçirilib28 avqust tarixində İsmayıllı rayon Mərkəzləşdiril...
29/08/2026

İsmayıllıda “Şəhərsalma və Memarlıq İli” çərçivəsində tədbir keçirilib

28 avqust tarixində İsmayıllı rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemində “İrsə sadiq ziyalı missiyası: Abidədən kitabxanaya uzanan müqəddəs amal” adlı tədbir keçirilib.

Qəbələ Regional İdarəsinin İsmayıllı rayonu üzrə nümayəndələri və İsmayıllı rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə tarix və mədəniyyət abidələrinin qorunması, öyrənilməsi, tanıdılması və gələcək nəsillərə çatdırılması məsələləri diqqət mərkəzində olub.

Çıxışlarda İsmayıllı rayonunda yerləşən abidələrin xalqımızın çoxəsrlik tarixini, milli-mənəvi dəyərlərini və memarlıq ənənələrini əks etdirən mühüm irs nümunələri olduğu vurğulanıb. Abidələrin yalnız fiziki baxımdan qorunmasının deyil, onların tarixi haqqında məlumatların ictimaiyyətə, xüsusilə gənc nəslə çatdırılmasının da vacibliyi qeyd edilib.

Tədbir çərçivəsində İsmayıllı rayonunun tarix və mədəniyyət abidələrinə həsr olunmuş fotoşəkil sərgisi və “Şəhərsalma və Memarlıq İli”nə aid kitab sərgisi təqdim olunub.

Sahibkarlarla keçirilən tədbirdə mədəni irs obyektlərindən istifadə məsələsi müzakirə olunubAzərbaycan Respublikasının K...
27/08/2026

Sahibkarlarla keçirilən tədbirdə mədəni irs obyektlərindən istifadə məsələsi müzakirə olunub

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə keçirilən, müxtəlif dövlət qurumlarının nümayəndələrinin və sahibkarların iştirak etdiyi tədbirdə bir- sıra istiqamətlər üzrə çıxışlar edilib və müzakirələr aparılıb.

Tədbirdə Qəbələ Regional İdarəsinin rəisi Tərxan Tahirli tərəfindən iştirakçılara tarix və mədəniyyət abidələrinin turizm və digər məqsədli istifadəyə verilməsi, bu sahədə qanunvericiliyin tələbləri, abidələrdən istifadə zamanı nəzərə alınmalı şərtlər və mədəni irsin qorunması ilə bağlı məlumatlar verilib.

Eyni zamanda sahibkarların diqqətinə tarix və mədəniyyət abidələrinin istifadəsi ilə bağlı mövcud hüquqi tələblər çatdırılıb və iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb.

Tədbir dövlət qurumları, müxtəlif dövlət agentlikləri və sahibkarlar arasında qarşılıqlı əlaqələrin gücləndirilməsi, mədəni irs obyektlərindən qanunvericiliyin tələblərinə uyğun və səmərəli istifadə imkanlarının müzakirəsi baxımından faydalı olub.

🇦🇿 Qaxın tarixi irsi beynəlxalq qonaqların diqqətindəQax rayonunun Ləkit kəndində yerləşən, inventar №4558 olan Məbəd ko...
26/08/2026

🇦🇿 Qaxın tarixi irsi beynəlxalq qonaqların diqqətində

Qax rayonunun Ləkit kəndində yerləşən, inventar №4558 olan Məbəd kompleksi Amerika Birləşmiş Ştatlarından ölkəmizə səfər edən qonaqları qəbul edib.
Səfər çərçivəsində qonaqlar abidə ilə tanış olub, əməkdaşlarımız tərəfindən Məbəd kompleksinin tarixi, memarlıq xüsusiyyətləri və mədəni irs əhəmiyyəti barədə ətraflı məlumatlandırılıblar.
Tarixi-mədəni irsimizin yerli və xarici qonaqlara tanıdılması, onun qorunması və gələcək nəsillərə çatdırılması istiqamətində maarifləndirici fəaliyyətlər davam etdirilir.

Mədəni irsin qorunması bəzən rahat yollarla deyil, dağ cığırları, çətin relyef və uzun məsafələrlə ölçülür.Əməkdaşlarımı...
25/08/2026

Mədəni irsin qorunması bəzən rahat yollarla deyil, dağ cığırları, çətin relyef və uzun məsafələrlə ölçülür.

Əməkdaşlarımız ucqar ərazilərdə yerləşən abidələrə bəzən atla, bəzən də piyada saatlarla yol qət edərək çatırlar. Məqsəd birdir- tariximizin bizə əmanət etdiyi abidələri qorumaq.
Geridə isə təkcə qorunan abidələr deyil, belə möhtəşəm mənzərələr də qalır.

İrsə gedən yol bəzən çətin, mənzərəsi isə əvəzolunmaz olur.

Qaxda abidənin mühafizə zonasına müdaxilənin qarşısı alınıbOperativ tədbirlər nəticəsində Qax rayonunun Almalı kəndində ...
24/08/2026

Qaxda abidənin mühafizə zonasına müdaxilənin qarşısı alınıb

Operativ tədbirlər nəticəsində Qax rayonunun Almalı kəndində yerləşən yerli əhəmiyyətli memarlıq abidəsi olan məscidin (4566 inventar nömrəli) mühafizə zonasına edilmiş müdaxilənin qarşısı alınıb.
Abidənin mühafizə zonasından kənd sakininə məxsus fərdi yaşayış evinin qaz təchizatının təmin edilməsi məqsədilə qaz xəttinin çəkildiyi müəyyən edilib.
Məsələ ilə bağlı Şəki-Zaqatala Regional Qaz İstismar İdarəsinə rəsmi müraciət edilərək, qaz xəttinin abidənin mühafizə zonasından keçirilməsinin yolverilməz olduğu diqqətə çatdırılıb və xəttin yerinin dəyişdirilməsi ilə bağlı müvafiq tədbirlərin görülməsi xahiş olunub.
Görülmüş tədbirlər nəticəsində qaz xəttinin yeri dəyişdirilərək abidənin mühafizə zonasından kənarlaşdırılıb.
Tarix və mədəniyyət abidələrinin qorunması, onların toxunulmazlığının və mühafizə rejiminin təmin edilməsi istiqamətində nəzarət tədbirləri davam etdirilir.

22/08/2026
📌Uzun müddət Şirvanşahların əsas qərargahı, sığınacaq yeri və keçilməz hərbi istehkamı olmuş GÜLÜSTAN QALASI Şamaxı yaxı...
18/08/2026

📌Uzun müddət Şirvanşahların əsas qərargahı, sığınacaq yeri və keçilməz hərbi istehkamı olmuş GÜLÜSTAN QALASI

Şamaxı yaxınlığında, strateji və təbii cəhətdən əlverişli mövqedə yerləşən Gülüstan qalası Azərbaycan tarixinin mühüm müdafiə tikililərindən biridir. Şirvanşahlar dövründə mühüm hərbi-siyasi əhəmiyyət daşıyan qala hökmdarların sığınacaq və istinadgahlarından biri olub.
Əsrlər boyu müxtəlif hərbi hadisələrin şahidi olan Gülüstan qalasında aparılan arxeoloji tədqiqatlar nəticəsində yaşayış və müdafiə tikililərinin qalıqları, maddi-mədəniyyət nümunələri və digər arxeoloji materiallar aşkar edilib.
Hazırda abidənin ətraf ərazisində abadlıq və təmizlik işləri aparılır, kol-kos təmizlənərək qala ətrafının daha səliqəli vəziyyətə gətirilməsi təmin edilir.
İşlərə AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun Elmi katibi, Numizmatika və Epiqrafika şöbəsinin müdiri, Şamaxı-Ağsu arxeoloji ekspedisiyasının rəisi Akif Quliyev rəhbərlik edir. Şamaxı rayonu üzrə abidə mühafizəçiləri isə görülən işlərə yerində nəzarət edirlər.
Tarixi keçmişimizin mühüm yadigarlarından olan Gülüstan qalasının qorunması və ətrafının abadlaşdırılması abidənin gələcək nəsillərə sağlam şəkildə çatdırılmasına xidmət edir.

Qəbələdə yerləşən abidələrin mövcud vəziyyəti yerində müzakirə edilibQəbələ rayonunda yerləşən mədəni irs nümunələrinin ...
17/08/2026

Qəbələdə yerləşən abidələrin mövcud vəziyyəti yerində müzakirə edilib

Qəbələ rayonunda yerləşən mədəni irs nümunələrinin mövcud vəziyyəti abidə mühafizəçilərinin iştirakı ilə yerində müzakirə edilib.
Müzakirələr zamanı abidələrin faktiki durumu, mühafizənin təşkili, ərazilərdə mövcud olan problemlər və onların aradan qaldırılması istiqamətində görüləcək tədbirlər nəzərdən keçirilib. Abidə mühafizəçilərinin müşahidə və təklifləri dinlənilib, qarşıda duran məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.
Görüş çərçivəsində abidələrin mühafizəsinə yerində nəzarətin gücləndirilməsi və mövcud problemlərin operativ həlli ilə bağlı məsələlər diqqət mərkəzində olub.

📌Tarixi-mədəni irsin qorunmasına göstərilən diqqət yüksək qiymətləndirilibŞəki şəhəri, İstiqlaliyyət küçəsi 33 ünvanında...
12/08/2026

📌Tarixi-mədəni irsin qorunmasına göstərilən diqqət yüksək qiymətləndirilib

Şəki şəhəri, İstiqlaliyyət küçəsi 33 ünvanında yerləşən, inventar №4972 olan (Topqarağac) məscid abidəsinin yaxınlığında yaşayan sakinlər və tarix-mədəni irsin qorunmasına həssas yanaşan vətəndaşlar tərəfindən əməkdaşımız Mustafayeva Arzu Ələsgər qızının fəaliyyəti ilə bağlı Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə təşəkkür məktubu ünvanlanıb.

Məktubda deyilir:

“Son dövrlərdə məscid abidəsinə naməlum şəxslər tərəfindən müxtəlif müdaxilələr edilməyə cəhd göstərilmişdir. Tarixi abidələrin qorunaraq gələcək nəsillərə çatdırılması məqsədilə Arzu Mustafayevanın təşəbbüsü, fəallığı və nəzarəti altında yerli sakinlərin iştirakı ilə daim ictimai nəzarət təşkil edilmiş, abidənin mühafizəsinin gücləndirilməsi istiqamətində zəruri tədbirlər görülmüşdür. Həmin tədbirlər çərçivəsində məscidin divarlarına vurulmuş qoruyucu dəmir listlər möhkəmləndirilmiş, onun təhlükəsizliyinin təmin olunmasına, məscidin pəncərələrinin yağış, külək nəticəsində bəzi hissələrinin çürüyüb sıradan çıxmasının aradan qaldırılmasına və s. işlərə bağlı çalışılmışdır.

Mustafayeva Arzu Ələsgər qızı öz vəzifəsinə məsuliyyətlə yanaşaraq tarix-mədəni irsimizin qorunması sahəsində nümunəvi fəaliyyət göstərir, yerli əhali ilə sıx əməkdaşlıq edir və abidənin mühafizəsi üçün daim səy göstərir. Onun əməyi və fədakarlığı sakinlər tərəfindən böyük rəğbətlə qarşılanır”.

Əməkdaşımızın fəaliyyətinin abidənin yerləşdiyi ərazidə yaşayan sakinlər tərəfindən belə yüksək qiymətləndirilməsi, tarixi-mədəni irsin qorunması istiqamətində görülən işlərin ictimaiyyət tərəfindən dəstəklənməsi və təqdir olunması təqdirəlayiq haldır.

İrsimizi qorumaq – tariximizi gələcəyə çatdırmaqdır.

Address

Sheki

Telephone

+994504735573

Alerts

Be the first to know and let us send you an email when MİQİB Qəbələ Regional İdarəsi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to MİQİB Qəbələ Regional İdarəsi:

Shortcuts

Share