Aydınbulaq bələdiyyəsi

Aydınbulaq bələdiyyəsi Bələdiyyənin gördüyü işlər haqqda ,bələdiyyə büdcəsi və sair

25/08/2026

"Bildiyiniz kimi, biz də Özbəkistana, Özbəkistanın qardaş xalqına eyni xoş və qardaşlıq hisslərini bəsləyirik. Düşünürəm ki, bugünkü səfərin nəticələri də bunu bir daha təsdiqləyir. Lakin ilk növbədə bir daha qeyd etmək istərdim ki, mən Daşkəndə ilk dəfə səfər etmirəm və hər dəfə buraya gələndə sürətli inkişafın şahidi oluram. Bunu hər sahədə görmək mümkündür: həm böyük layihələrdə, həm də detallarda. Bu gün Daşkənd və bütün Özbəkistan yüksəliş dövrünü yaşayır. Bu isə mənim əziz qardaşım Şavkat Miromonoviçin Özbəkistanın potensialının gücləndirilməsinə, beynəlxalq arenadakı mövqeyinin möhkəmləndirilməsinə və ən mühüm sosial-iqtisadi məsələlərin həllinə yönəlmiş fəaliyyətinin nəticəsidir."
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev

25/08/2026

Azərbaycan Respublikası və Özbəkistan Respublikası arasında ikitərəfli münasibətlər
Azərbaycan və Özbəkistan arasında münasibətlər son onilliklərdə ənənəvi diplomatik əlaqələrdən strateji tərəfdaşlıq və müttəfiqlik səviyyəsinə yüksəlib. Ölkələrimizi birləşdirən tarixi və mədəni yaxınlıq, qarşılıqlı siyasi etimad, eləcə də iqtisadi və nəqliyyat əlaqələrinin sürətlə inkişaf etməsi ikitərəfli münasibətləri yeni mərhələyə çıxarıb. Azərbaycan ilə Özbəkistan arasında diplomatik münasibətlər 1995-ci il oktyabrın 2-də qurulub. Müstəqilliyin ilk illərindən etibarən iki ölkə arasındakı əlaqələr iqtisadi, tarixi və mədəni yaxınlıq prinsiplərinə əsaslanıb. Münasibətlərin inkişafında son illər mühüm siyasi və hüquqi addımlar atılıb. Azərbaycan–Özbəkistan müttəfiqliyinin perspektivi yalnız iki ölkə arasındakı münasibətlərin inkişafı ilə ölçülməməlidir. Bu müttəfiqlik Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında əlaqələrin dərinləşməsinə, Türk dünyasında iqtisadi inteqrasiyanın güclənməsinə və Avrasiyanın mərkəzində yeni geoiqtisadi əməkdaşlıq məkanının formalaşmasına mühüm töhfə verə bilər. Əgər nəqliyyat və iqtisadi əlaqələr ardıcıl şəkildə inkişaf etdirilərsə, Azərbaycan-Özbəkistan müttəfiqliyi qarşıdakı illərdə yalnız ikitərəfli münasibətlərin deyil, həm də Avrasiyanın mərkəzi hissəsində regional bağlantı arxitekturasının mühüm dayaqlarından birinə çevrilə bilər.

25/08/2026

Laçın rayonunun enerji potensialı

Laçının bərpa olunan enerji mənbələri sahəsində böyük potensialı var, burada müvafiq infrastrukturun yaradılması istiqamətində xeyli iş görülüb. Ümumilikdə Laçın rayonunda ümumi gücü 65,5 MVt, illik elektrik enerjisi istehsal potensialı 194 milyon kilovat-saat olan 9 su elektrik stansiyası fəaliyyət göstərəcək. 2021-ci ildə Laçın rayonunda generasiya gücü 8 meqavat olan Güləbird Su Elektrik Stansiyası işə salınıb. Stansiya təxminən 7000 nəfər əhalinin elektrik enerjisi ilə təminatında mühüm rol oynayacaq. Burada istehsal olunan elektrik enerjisi Qubadlı rayonunun Xanlıq kəndini, Laçın rayonunun cənub hissəsini və ərazidə yerləşən digər infrastruktur layihələrini elektrik enerjisi ilə təmin edəcək. Laçın rayonunda Həkəri çayının ən böyük qolu olan Hoçaz çayı üzərində yerləşən və ermənilər tərəfindən tamamilə dağıdılan 14,25 meqavat gücündə “Ağbulaq”, 8,25 meqavat gücündə “Mişni” və 6 meqavat gücündə “Alxaslı” Su Elektrik stansiyaları tam yenidən qurulub. “Mişni” və “Alxaslı” Kiçik Su Elektrik stansiyaları 2023-cü il avqustun 25-də, “Zabux” və “Qarıqışlaq” Kiçik Su Elektrik stansiyalarıisə 2024-cü il mayın 10-da işə salınıb. 2025-ci il mayın 27-də “AzərEnerji” “Aşağı Malıbəyli” və “Mirik” su elektrik stansiyalarının (SES) açılışı olub. Hər iki stansiya Həkəri çayının sağ qolu olan Zabux çayının Laçın rayonunun Malıbəyli və Mirik kəndlərinin ərazisindən keçən hissəsində inşa edilib. 3,1 MVt gücündə “Aşağı Malıbəyli” və 3,5 MVt gücündə “Mirik” su elektrik stansiyalarında ən müasir avadanlıq quraşdırılıb, optik kabel xətləri çəkilib. Bununla da stansiyalar ölkənin enerji sisteminin mərkəzləşmiş SCADA sisteminə inteqrasiya olunub. “Aşağı Malıbəyli” və “Mirik” SES-lərdə il ərzində 20 milyon kilovat-saat yaşıl enerjinin istehsalı nəzərdə tutulub ki, bu da öz növbəsində 4,3 milyon kubmetr təbii qaza qənaət etməyə şərait yaradacaq, il ərzində 8 min ton karbon qazının atmosferə atılmasının qarşısını alacaq. 2026-cı il iyulun 11-də Laçında Hoçaz çayının üzərində yerləşən 14,7 meqavatlıq “Ağbulaq-1”, 14,25 meqavatlıq “Ağbulaq-2” və 4 meqavatlıq “Şeylanlı” su elektrik stansiyalarının açılışı olub. Laçın rayonunun 8-10 MVt-lıq elektrik tələbat gücü tam olaraq yaşıl enerji hesabına qarşılanır. Artıq qalan enerji isə ölkə enerjisisteminə ötürülür.Hazırda ümumi gücü 10,7 MVt olan 3 yeni SES-in tikintisi davam edir və onlar bu ilin sonunadək istismara veriləcək. Laçın rayonunun 2040-cı il perspektivində elektrik tələbat gücünün 80 MVt olacağı gözlənilir. Mövcud və tikintisi planlaşdırılan SES layihələri nəzərə alınmaqla, rayon 15 il sonra da tam olaraq yaşıl enerji ilə təmin ediləcək.

25/08/2026

Genişmiqyaslı quruculuq işləri Laçını yenidən canlandırır

Laçında həyata keçirilən genişmiqyaslı quruculuq işləri yüksək zövq və keyfiyyətlə aparılır. İşlər Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2025-ci il 13 iyun tarixli Qərarı ilə “Laçın şəhərinin 2040-cı ilədək inkişafına dair Baş Planı”na uyğun həyata keçirilir. Şəhərdə xəstəxana, İşğal və Zəfər muzeylərinin yerləşəcəyi Memorial Park, məktəbəqədər və tam orta təhsil müəssisələri, peşə məktəbi, həmçinin mədəniyyət və turizm obyektləri də yaradılacaq. Planlaşdırmada tətbiq edilmiş “15 dəqiqəlik şəhər” prinsipi isə yaşayış məhəllələrinin, gündəlik tələbat obyektlərinin yaxın məsafədə olmasını və aşağı sürətli yol infrastrukturunun təşkilini nəzərdə tutaraq sakinlərin və qonaqların şəhər daxilində rahat hərəkətini təmin edəcək. Bütövlükdə Laçında 1000-dən çox yaşayış evi tikilib və bərpa edilib. Laçın şəhərində yeni yaşayış məhəlləsi inşa ediləcək. Ümumi sahəsi 57 min 470 kvadratmetr olan yeni yaşayış məhəlləsində 19 çoxmənzilli yaşayış binası inşa ediləcək.Şəhərin bərpası konsepsiyasında şəhərin turizm potensialı da nəzərə alınaraq ona uyğun infrastruktur yaradılır. Laçında bərpa və quruculuq işləri istehsal müəssisələrinin yaradılması ilə paralel şəkildə davam etdirilir.

25/08/2026

2023-cü ilin 28 may tarixindən başlayaraq laçınlıların doğma yurda qayıdışına start verilib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, yenidən qurulan Laçın şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir. Laçınlılar 31 ildən sonra öz doğma kəndlərinə qayıdıblar və artıq burada yaşayırlar. Köçürülən ailələrin Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşması üçün bütün şərait yaradılıb. Böyük Qayıdışı təmin edəcək Dövlət Proqramına əsasən 2026-cı ilin iyul ayına qədər Laçın şəhərinə 614 ailə, yəni 2264 nəfərin, Zabux kəndinə 217 ailənin, yəni 823 nəfərin, Sus kəndinə 59 ailənin, yəni 215 nəfərin, Bəylik kəndinə 89 ailənin, yəni 363 nəfərin daimi məskunlaşması təmin edilib.

14/08/2026

“Bu gün yerləşdiyimiz regionda əgər elektrik enerjisi ilə problemi olmayan nadir ölkələr varsa, Azərbaycan onların sırasında birincidir. Çünki bu və ya digər səbəblər üzündən bölgəmizdə enerji böhranı yaşanmaqdadır və bu böhran dərinləşə bilər. Həm bölgəmizdə gedən müharibələr, həm artan risklər, enerji daşıyıcılarının nəqli ilə bağlı nəqliyyat zəncirlərinin qırılması və digər amillər. İstisna edilmir ki, gələcəkdə yeni xoşagəlməz hadisələr baş verməsin. Ona görə burada Azərbaycanın xüsusi rolu danılmazdır. Biz elə etməliyik ki, Naxçıvanın davamlı və dayanıqlı enerji təminatı heç vaxt pozulmasın.”
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev

14/08/2026

Zəngəzur dəhlizinin yaradılması bizim təşəbbüsümüz olub.
Azərbaycanın təşəbbüsü ilə irəli sürülən Zəngəzur dəhlizi Cənubi Qafqazın gələcək inkişafı üçün strateji əhəmiyyət kəsb edən mühüm layihədir. Azərbaycanın əsas hissəsini onun ayrılmaz hissəsi olan Naxçıvanla birləşdirmək bizim çoxdankı arzumuz olub. Biz bu hədəfə doğru inamla və çox böyük məharətlə addımlayırdıq, yaxınlaşırdıq və artıq yaxınlaşmışıq. 2025-ci il avqustun 8-də tarixi Vaşinqton Zirvə Görüşündə bu məsələ öz həllini tapmışdır və TRIPP adını daşıyan bu layihənin icrasına artıq start verilmişdir. Dəhliz ətrafında infrastrukturun yenilənməsi istiqamətində işlər görülür. Azərbaycan dövləti hələ İkinci Qarabağ müharibəsindən sonra bu prosesə start verib. Həm dəmir yolu, həm də avtomobil yolunun bərpası istiqamətində mühüm işlər görülüb. Azərbaycan qurucu dövlətdir və Zəngəzur dəhlizi Azərbaycanın təşəbbüsü olaraq regionda daha sabit nəqliyyat marşrutunun yaradılmasına imkan verə bilər.

14/08/2026

Qarabağ və Şərqi Zəngəzur yaşıl enerji zonası elan edilib, Naxçıvan da yaşıl enerji zonasıdır
Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən layihələr regionu Azərbaycanın əsas “yaşıl enerji” mərkəzlərindən birinə çevirir. İşğaldan azad olunmuş ərazilər “yaşıl enerji” zonası elan edilib və bölgədə alternativ enerji mənbələrinin inkişafına xüsusi diqqət yetirilir. Regionda istehsal olunacaq enerji yalnız yerli tələbatı ödəməyəcək, həm də ixrac imkanları yaradacaq. Bu gün Naxçıvan da yaşıl enerji zonasıdır. Muxtar respublikanın yerləşdiyi əlve¬rişli coğrafi mövqe və iqlim şəraiti burada ekoloji cəhətdən təmiz enerji istehsalına imkan verir. Bu sırada isə Günəş enerji¬sindən istifadə imkanları daha çox ön pla¬na çıxır. Hesablamalara görə, Naxçıvan ərazisində günəşli saatların orta illik miq¬darı 2600-2800 saat, hər kvadratmetrə düşən Günəş enerjisinin intensivliyi isə 0,8-1,2 kilovat–saat təşkil edir. Bu isə o deməkdir ki, bütün fəsillərdə Günəş ener¬jisindən istifadə imkanı mövcuddur. Qeyd etmək lazımdır ki, son illərdə muxtar respublikada ekoloji cəhətdən təmiz enerji istehsalı məqsədilə bir sıra addımlar atılıb. Xüsusilə yeni Günəş və külək elektrik stansiyalarının tikilib isti¬fadəyə verilməsi Naxçıvanda istehsal edilən ümumi enerjidə bərpaolunan ener¬jinin payını artırıb.

13/08/2026

Address

Sheki
AZ5535

Website

Alerts

Be the first to know and let us send you an email when Aydınbulaq bələdiyyəsi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category