Şəki şəhər Əbdürrəhman Abdullayev adına 21 saylı tam orta məktəb.

  • Home
  • Azerbaijan
  • Sheki
  • Şəki şəhər Əbdürrəhman Abdullayev adına 21 saylı tam orta məktəb.

Şəki şəhər Əbdürrəhman Abdullayev adına 21 saylı tam orta məktəb. Məktəbimizin təlim-tərbiyə sahəsində etdiyi yeni işlərlə izləyicilərimizi məlumatlandırmaq.

Şəki şəhər Ə.Abdullayev adına 21 nömrəli tam orta ümumtəhsil məktəbində pedaqoji şuranın iclası keçirilib.İclasda II yar...
29/06/2026

Şəki şəhər Ə.Abdullayev adına 21 nömrəli tam orta ümumtəhsil məktəbində pedaqoji şuranın iclası keçirilib.İclasda II yarımildə keçirilmiş BSQ-lərin nəticələri,II yarımil və illik yekun nəticələr haqqında hesabatlar, 2026/2027-ci tədris ili üçün dərs bölgüsü,siniflərdə aparılan dərsdinləmələrin nəticələri,şagirdlərə tam və ümumi orta təhsil haqqında attestatların verilməsi kimi məsələlər ətraflı müzakirə edilimişdir.İclasda həmçinin dərnək,dərsdənkənar məşğələ və sinif rəhbərlərinin hesabatları təqdim edildi.

29/06/2026

Məktəbimizin müəllimlərini:
Əzizova Aytən-texnalogiya müəllimi;
Zeynalova Könül-təsviri incəsənət müəllimi;
İsgəndərov Tərlan-tarix müəllimi;
Kərimova Zülfiyyə-tarix müəllimi;
Lətifova Yeganə-texnalogiya müəllimi;
Sabirli Toğrul-coğrafiya müəllimi;
sertifikasiya mərhələsini uğurla başa vurmaları münasibətilə təbrik edirik. Əziz müəllimlər! Peşəkar fəaliyyətinizdə qazandığınız bu uğur həm sizin, həm də təhsil ocağımızın iftixarıdır. Növbəti illərdə də uğurlarınızın davamlı olmasını diləyirik.

Məktəbimizin texnalogiya müəllimi Yeganə Lətifova sertifikasiya imtahanında 53 bal toplayıb.Kollektiv adından müəllimimi...
26/06/2026

Məktəbimizin texnalogiya müəllimi Yeganə Lətifova sertifikasiya imtahanında 53 bal toplayıb.Kollektiv adından müəllimimizi təbrik edirik.Uğurları daimi olsun!

Məktəbimizin tarix müəllimi Zülfiyyə Kərimova sertifikasiya imtahanında 48 bal toplayaraq yeni uğura imza atıb.     Müəl...
25/06/2026

Məktəbimizin tarix müəllimi Zülfiyyə Kərimova sertifikasiya imtahanında 48 bal toplayaraq yeni uğura imza atıb.
Müəllimimizi təbrik edir,ona gələcəkdə bol-bol uğurlar arzulayırıq.

📚👏 Qürurverici uğur!Məktəbimizin coğrafiya müəllimi Sabirli Toğrul  sertifikasiya imtahanında yüksək nəticə göstərərək 5...
25/06/2026

📚👏 Qürurverici uğur!

Məktəbimizin coğrafiya müəllimi Sabirli Toğrul sertifikasiya imtahanında yüksək nəticə göstərərək 56 bal toplamışdır.

Müəllimimizi təbrik edir, Uğurlarının davamını arzulayırıq! 🌟

📢2026-2027-ci tədris ili üzrə Bakı şəhəri və ölkənin müxtəlif bölgələrində fəaliyyət göstərən bir sıra lisey və gimnaziy...
16/06/2026

📢2026-2027-ci tədris ili üzrə Bakı şəhəri və ölkənin müxtəlif bölgələrində fəaliyyət göstərən bir sıra lisey və gimnaziyaların 7-ci sinfinə qəbul prosesi başlayır.

ℹ️Şagird qəbulu mərkəzləşdirilmiş imtahan əsasında həyata keçiriləcək.

✔️Qeydiyyatdan keçmək üçün valideynlər (və ya qanuni nümayəndələr) şəxsi kabinetlərində “Sorğu yerləşdir” bölməsinə daxil olaraq öncə “Mərkəzi imtahanla qəbul” düyməsini, sonra isə imtahan keçiriləcək mərkəzi və müvafiq məlumatları seçməlidirlər.

📆Qeydiyyat müddəti: 9 – 19 iyun

🔗Mərkəzləşdirilmiş qaydada qəbul aparılacaq lisey və gimnaziyaların siyahısı ilə aşağıdakı keçidə daxil olaraq tanış ola bilərsiniz:

2026-2027-ci tədris ili üzrə Bakı şəhəri və ölkənin müxtəlif bölgələrində fəaliyyət göstərən bir sıra lisey və gimnaziyaların 7-ci sinfinə qəbul […]

“Son Zəng” tədbiri keçirilib13 iyun tarixində məktəbimizdə 2025–2026-cı tədris ilinin başa çatması və XI sinif şagirdlər...
13/06/2026

“Son Zəng” tədbiri keçirilib

13 iyun tarixində məktəbimizdə 2025–2026-cı tədris ilinin başa çatması və XI sinif şagirdlərinin məktəb həyatı ilə vidalaşması münasibətilə “Son Zəng” tədbiri keçirilib. Tədbirdə məktəb rəhbərliyi, müəllimlər, valideynlər, şagirdlər və Şəki Təhsil sektorunun nümayəndəsi iştirak ediblər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı. Tədbiri məktəbin müdiri Gülarə Nəbiyeva açıq elan edərək, məzunlara uğurlar arzuladı və onlara həyatlarında yeni bir mərhələyə qədəm qoyduqlarını vurguladı. Müəllimlər öz tövsiyələrini və xoş arzularını bölüşdülər.
Tədbir musiqi nömrələri, şeir və rəqs kompozisiyaları ilə davam etdi. Ənənəyə uyğun olaraq, son zəng çalındı.
"Son zəng" tədbiri məktəblə vidalaşan məzunlar üçün unudulmaz bir xatirəyə çevrildi.

Əziz məzunlar, yolunuz açıq, gələcəyiniz parlaq olsun!

8-12 iyun 2026-cı il tarixlərində Şəki şəhər Ə.Abdullayev adına 21 nömrəli tam orta ümumtəhsil  məktəbində rəhbərlik tər...
12/06/2026

8-12 iyun 2026-cı il tarixlərində Şəki şəhər Ə.Abdullayev adına 21 nömrəli tam orta ümumtəhsil məktəbində rəhbərlik tərəfindən böyük summativ qiymətləndirmələr keçirilmişdir.Tam şəffaf keçirilən qiymətləndirmələrdə bütün şagirdlər iştirak etmişdir.

Tədbirlər planının 5.2.(Mütaliə saatları) bəndinə uyğun olaraq Milli- mənəvi dəyərlər, azərbaycançılıq və vətənpərvərlik...
09/06/2026

Tədbirlər planının 5.2.(Mütaliə saatları) bəndinə uyğun olaraq Milli- mənəvi dəyərlər, azərbaycançılıq və vətənpərvərlik ruhunda tədbirlərin təşkili üzrə Təlimata əsasən gənclərdə azərbaycançılıq ruhunu, vətənpərvərlik hissini və Milli - mənəvi dəyərlərə hörməti formalaşdırmaq məqsədilə Şəki şəhər Ə.Abdullayev adına 21nömrəli tam orta ümumtəhsil məktəbində mütaliə saatında şagirdlər Cəfər Cabbarlının ecazkar yaradıcılığına nəzər salmışlar.

Şəki Şəhər Ə.Abdullayev adına 21 nömrəli tam orta məktəbdə məktəbin psixoloqu F. Hümmətova və UBTR  Ş.Kərimovanın təşkil...
09/06/2026

Şəki Şəhər Ə.Abdullayev adına 21 nömrəli tam orta məktəbdə məktəbin psixoloqu
F. Hümmətova və UBTR Ş.Kərimovanın təşkilatçılığı ilə ‘Bullinqə yox deyək’ adlı maarifləndirici söhbət keçirilmişdir. Görüş zamanı şagirdlərlə bullinqin zərərləri, qarşısının alınması və sağlam ünsiyyət qaydaları barədə fikir mübadiləsi aparılmışdır.

Address

Oğuz şossesi
Sheki

Telephone

+994242451376

Website

Alerts

Be the first to know and let us send you an email when Şəki şəhər Əbdürrəhman Abdullayev adına 21 saylı tam orta məktəb. posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share