Kiş Tarix-Memarlıq Qoruğu

Kiş Tarix-Memarlıq Qoruğu Kiş Tarix-Memarlıq Qoruğu Şəki şəhərinin Kiş kəndini əhatə edir. Qoruq 2003-cü ildən rəsmi fəaliyyət göstərir və 215 ha əraziyə malikdir.

Kiş Tarix-Memarlıq Qoruğu mədəniyyət və turizm əhəmiyyətli tarix,mədəniyyət,memarlıq,arxeoloji,etnoqrafik,numizmatik,epiqafik,antropoloji abidələrin yerləşdiyi dövlət tərəfindən mühafizə edilən ərazidir. Burada Qafqazın ən qədim məbədi "Kiş Alban məbədi" yerləşir. Qoruğun əsas fəaliyyət istiqamətləri qoruq ərazisində dövlət nəzarətini həyata keçirmək, tarix və mədəniyyət abidələrinin mühafizəsini və toxunulmazlığını, eləcə də qoruğun inkişafını təmin etmək, təbii landşaftı qoruyub saxlamaqdır.

Əsrlərin sınağından keçmiş bu möhtəşəm tikilinin balaca pəncərəsindən süzülən işıq zolağı, zamanın necə axıb getdiyini v...
01/09/2026

Əsrlərin sınağından keçmiş bu möhtəşəm tikilinin balaca pəncərəsindən süzülən işıq zolağı, zamanın necə axıb getdiyini və tarixin hər cizgisində ayrı bir sirrin gizləndiyini gözlər önünə sərir...

"Kiş" Tarix-Memarlıq Qoruğunda "Ney nəvası" adlı konsert baş tutdu.Geri qalanlar xoş xatirə və mistik ifalar oldu.      ...
14/08/2026

"Kiş" Tarix-Memarlıq Qoruğunda "Ney nəvası" adlı konsert baş tutdu.
Geri qalanlar xoş xatirə və mistik ifalar oldu.




"Kiş" Tarix-Memarlıq Qoruğu ərazisində "Alban məbədi"nin həyətində qeyd olunan tarixdə "Ney nəvası"(ney səsi) adlı konse...
12/08/2026

"Kiş" Tarix-Memarlıq Qoruğu ərazisində "Alban məbədi"nin həyətində qeyd olunan tarixdə "Ney nəvası"(ney səsi) adlı konsert təşkil olunacaq.
İfaçı bu konsertdə öz əlləri ilə hazırladığı xüsusi fleyta və neylərdə Azərbaycan və Yaxın Şərq və şərq muğamları üzrə sərbəst improvizasiyalar təqdim edəcək. Proqramda Bayatı-Şiraz, Humayun, Shur, Segah, Çahargah və digər ekzotik muğam məqamlarında zəngin, ruhoxşayan solo ifalar təqdim olunacaq.

Bu konsert "Şəhərsalma və memarlıq ili"nə həsr olunan silsilə tədbirlərin davamıdır.

Kiş Alban Məbədində bərpa zamanı çəkilmiş xatirə fotoları
02/08/2026

Kiş Alban Məbədində bərpa zamanı çəkilmiş xatirə fotoları

Qafqaz Albaniyasında zoomorf qablar (heyvan formalı və ya heyvan motivləri ilə bəzədilmiş qablar) maddi mədəniyyətin ən ...
27/07/2026

Qafqaz Albaniyasında zoomorf qablar (heyvan formalı və ya heyvan motivləri ilə bəzədilmiş qablar) maddi mədəniyyətin ən maraqlı nümunələrindən hesab olunur. Onlar təkcə məişət əşyası deyil, həm də dini, mərasim və simvolik məna daşıyır. Zoomorf qabların üzərindəki heyvanlar təsadüfi seçilmirdi. Onlar insanlarla təbiətin əlaqəsini və qədim inancları əks etdirirdi. Ən çox rast gəlinən heyvanlardan maral, qoç, at və s. misal göstərmək olar. Maral simvolundan müqəddəslik, yenilənmə, bolluq anlayışlarını ifadə etmək üçün istifadə edilə bilərdi. Arxeoloqlar hesab edirlər ki, bu qablardan dini ayinlərdə, qurban mərasimlərində, müxtəlif içkilərin təqdimatında istifadə edilirdi. Bu cür incə qabların hazırlanması Albaniyada dulusçuluğun yüksək səviyyədə inkişaf etdiyini göstərir.

̇nanclar


"Milli Dəyərlər üzrə Maarifləndirmə" ictimai birliyinin "Dəyərlərə rəqəmsal baxış" - milli irs nümunələrinə virtual səya...
18/07/2026

"Milli Dəyərlər üzrə Maarifləndirmə" ictimai birliyinin "Dəyərlərə rəqəmsal baxış" - milli irs nümunələrinə virtual səyahətin təşkili" layihəsi çərçivəsində Azərbaycanın 5 rayonu içərisində Şəki şəhərində yerləşən Kiş Alban Məbədi də ziyarət edilmişdir. Layihənin əsas məqsədi gənc nəslin milli-mənəvi dəyərlərlə tanışlığını müasir, mənbə əsaslı texnoformatda təqdim etmək, maddi-mədəni abidələrimizə, muzeylərimizə virtual səyahət təşkil edərək dəyərlərimizi və mədəniyyətimizi təbliğ etməkdir.
̇rs

Aquen kilsə məclisi 488-ci ildə Aquendə (indiki Ağdam rayonu ərazisində) alban hökmdarı III Vaçaqan tərəfindən keçirilmi...
08/07/2026

Aquen kilsə məclisi 488-ci ildə Aquendə (indiki Ağdam rayonu ərazisində) alban hökmdarı III Vaçaqan tərəfindən keçirilmiş ilk hüquqi alban sənədi hesab edilir. Bu sənəd 21 maddədən ibarət olmuş, ruhanilərlə kəndlilər arasındakı münasibətləri, eyni zamanda kilsə səlahiyyətlərini özündə ehtiva etmişdir.

Bura sadəcə ziyarət edilən bir məkan deyil, tarixi və təbiəti bir arada yaşamaq imkanı təqdim edən xüsusi bir məkandır. ...
30/06/2026

Bura sadəcə ziyarət edilən bir məkan deyil, tarixi və təbiəti bir arada yaşamaq imkanı təqdim edən xüsusi bir məkandır. Keçmişin dəyəri və təbiətin gözəlliyi burada vəhdətdədir.


26/06/2026

Tarixin izlerini daşıyan möhtəşəm memarlıq abidəsi
23/06/2026

Tarixin izlerini daşıyan möhtəşəm memarlıq abidəsi

Address

Sheki

Opening Hours

Monday 09:00 - 19:00
Tuesday 09:00 - 19:00
Wednesday 09:00 - 19:00
Thursday 09:00 - 19:00
Friday 09:00 - 19:00
Saturday 09:00 - 19:00
Sunday 09:00 - 19:00

Alerts

Be the first to know and let us send you an email when Kiş Tarix-Memarlıq Qoruğu posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Kiş Tarix-Memarlıq Qoruğu:

Shortcuts

Share