Şəki Regional Turizm İdarəsi

Şəki Regional Turizm İdarəsi İdarənin fəaliyyəti Şəki, Oğuz, Qax, Zaqatala və Balakən rayonlarını əhatə edir. 1.1. Regionda turizmin inkişafına yönəlmiş digər tədbirləri icra etmək.

Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin strukturunun təkmilləşdirilməsi və “Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 sentyabr tarixli 278 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 8 fevral 2023-cü il tarixli 2035 nömrəli Fərmanı əsasında Agentliy

in Şəki Regional Turizm İdarəsi yaradılımışdır ilə yaradılmışdır. (https://e-qanun.az/framework/53461) İdarə fəaliyyət göstərdiyi region üzrə turizm sahəsində dövlət siyasətini və tənzimlənməsini həyata keçirən Agentliyin yerli struktur qurumudur.
Şəki Regional Turizm İdarəsi Oğuz, Şəki, Qax, Zaqatala, Balakən rayonlarını əhatə edir.
İdarənin fəaliyyət istiqamətləri aşağıdakılardır:

1. Region üzrə turizm sahəsinə aid olan dövlət proqramlarının və inkişaf konsepsiyalarının həyata keçirilməsini təmin etmək;
2. Regionda fəaliyyət göstərən turizm sənayesi subyektlərinə dövlət nəzarətini həyata keçirmək;
3. Turistlərin marağına səbəb olan turizm məhsullarının yaradılması və təkmilləşdirilməsinə dair tədbirlər görmək;
4. Regionun maddi və qeyri-maddi mədəni, təbiət irsinin qorunmasına töhfə vermək və onun turizm məqsədləri üçün səmərəli istifadəsi məqsədi ilə tədbirlərin görülməsinə dair Agentliyə təkliflər vermək;
5. Regionda turizm sahəsinin inkişafına maneə yaradan problemlərin həll edilməsi istiqamətində mərkəzi icra hakimiyyəti orqanlarının yerli qurumları, yerli icra hakimiyyətləri və bələdiyyələr ilə əməkdaşlıq etmək;
6. Regionda turizm sahəsi üzrə kadr potensialının artırılması istiqamətində tədbirlər həyata keçirmək;
7.

02/09/2026
Şəki Regional Turizm İdarəsinin və Şəki Rayon İcra Hakimiyyətinin dəstəyi  ilə Şəki Şərab Zavodunun təşkilatçılığı ilə k...
01/09/2026

Şəki Regional Turizm İdarəsinin və Şəki Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Şəki Şərab Zavodunun təşkilatçılığı ilə keçirilən “Üzüm yığımı” festivalı çərçivəsində festivaldan bir gün əvvəl turizm şirkətləri və səyahət bloqerləri üçün Şəki şəhərinə tanışlıq səfəri təşkil edilmişdir. Səfərin əsas məqsədi Şəkinin zəngin mədəni irsinin, sənətkarlıq ənənələrinin və mövcud turizm məhsullarının tanıdılması, regionun turizm imkanlarının daha geniş auditoriyaya çatdırılması və Şəkinin rəqabətqabiliyyətli turizm destinasiyası kimi mövqeyinin gücləndirilməsi olmuşdur.

Səfər çərçivəsində Şəbəkə emalatxanası, Xan məscidi kompleksi, bərpa və restavrasiya işlərindən sonra fəaliyyətini yenidən bərpa edən Şəki Tarix-Diyarşünaslıq Muzeyi, Miniatür Muzeyi və şəhərin digər əsas turizm məkanları ziyarət edilmişdir. Marşrut çərçivəsində Şəkinin mədəni irs, sənətkarlıq və şəhər turizmi imkanları təqdim olunmuş, turizm şirkətləri və media nümayəndələrinin regionun turizm məhsulları barədə məlumatlılığının artırılması təmin edilmişdir.

Təşkil olunan tanışlıq səfəri Şəkinin turizm məhsullarının turizm bazarında daha effektiv təşviqinə, yeni əməkdaşlıq imkanlarının formalaşdırılmasına və Şəkinin beynəlxalq və daxili turizm marşrutlarında mövqeyinin daha da möhkəmləndirilməsinə xidmət etmişdir.

Avqustun 29-da qədim şərabçılıq ənənələrinə malik olan Şəkidə “Üzüm yığımı festivalı” keçirilib.
30/08/2026

Avqustun 29-da qədim şərabçılıq ənənələrinə malik olan Şəkidə “Üzüm yığımı festivalı” keçirilib.

Şəkidə “Azərbaycan Şərab Turizmi Konfransı: Yerli Terruar. Qlobal Təcrübə” adlı konfrans keçirilib
30/08/2026

Şəkidə “Azərbaycan Şərab Turizmi Konfransı: Yerli Terruar. Qlobal Təcrübə” adlı konfrans keçirilib

27 avqust 2026-cı il tarixində Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin Şəki Regional Turizm İdarəsi və Azə...
27/08/2026

27 avqust 2026-cı il tarixində Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin Şəki Regional Turizm İdarəsi və Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Şəki-Zaqatala iqtisadi rayonu üzrə regional koordinatorluğu ilə əməkdaşlıq çərçivəsində turizm sənayesi subyektlərinin iştirakı ilə “Turizm sahəsində mövcud imkanlar, çətinliklər və perspektivlər” mövzusunda görüş keçirilmişdir.

Görüşdə Kənd Təsərrüfatı Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin, Dövlət Reklam Agentliyinin, Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin, Dövlət Miqrasiya Xidmətinin, Dövlət Vergi Xidmətinin yerli nümayəndələri, İqtisadiyyat Nazirliyinin Şəki-Zaqatala regional bölməsi, Şəki Dövlət Peşə Təhsil Mərkəzi, müvəkkil kredit təşkilatları və sahibkarlıq subyektləri iştirak etmişdirlər.

Tədbir çərçivəsində müvafiq qurumlar tərəfindən fəaliyyət istiqamətləri, turizm və sahibkarlıq subyektləri üçün mövcud imkanlar, qanunvericiliyin tələbləri və dövlət dəstəyi mexanizmləri barədə ətraflı məlumat verilib. Turizm sənayesi nümayəndələri tərəfindən qaldırılan aktual məsələlər və suallar aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə geniş müzakirə edilmiş, sektorda mövcud problemlərin aradan qaldırılması və inkişaf imkanlarının reallaşdırılması istiqamətində qarşılıqlı fikir mübadiləsi aparılmışdır.

Görüş dövlət və özəl sektor arasında əməkdaşlığın gücləndirilməsi, turizm sənayesində mövcud çağırışlara çevik və koordinasiyalı yanaşmanın formalaşdırılması, mövcud problemlərin birgə müzakirəsi, sahibkarlıq subyektlərinin məlumatlılığının artırılması və regionun turizm potensialının daha səmərəli və dayanıqlı inkişafını hədəfləyir.

25/08/2026

Dövlət Turizm Agentliyinin Şəki Regional Turizm İdarəsi tərəfindən Oğuz və Şəki rayonlarının turizm potensialının təbliği və təşviqi məqsədilə səyahət bloqerləri üçün 20-21 avqust 2026-cı il tarixlərində təşkil edilmiş infoturun icmal videosu

Azərbaycanın turizm potensialı Malayziyada keçirilən iki beynəlxalq tədbirdə təqdim edilibAzərbaycan Turizm Bürosu (ATB)...
24/08/2026

Azərbaycanın turizm potensialı Malayziyada keçirilən iki beynəlxalq tədbirdə təqdim edilib
Azərbaycan Turizm Bürosu (ATB) yerli turizm sənayesi tərəfdaşları ilə birgə Malayziyanın Kuçinq şəhərində keçirilən “PATA Travel Mart (PTM) 2026” beynəlxalq turizm sərgisində və Kuala Lumpur şəhərində təşkil edilən “WITEX 2026” tədbirində ölkəmizi təmsil edib.

Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin Şəki Regional Turizm İdarəsinin təşkilatçılığı ilə 20-21 avqust 2026-...
22/08/2026

Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin Şəki Regional Turizm İdarəsinin təşkilatçılığı ilə 20-21 avqust 2026-cı il tarixlərində Oğuz və Şəki rayonlarının turizm potensialının təbliği, mövcud turizm imkanlarının geniş auditoriyaya çatdırılması və regionun cəlbedici turizm destinasiyası kimi mövqeyinin gücləndirilməsi məqsədilə səyahət bloqerləri üçün infotur təşkil edilmişdir.

İnfotur proqramı çərçivəsində Oğuz rayonunun turistik məkanları, eləcə də zəngin multikultural dəyərlərini və tarixi-mədəni müxtəlifliyini əks etdirən dini və mədəni irs nümunələri – məscid, kilsə və yenidən bərpa olunmuş sinaqoq ziyarət edilmişdir. Şəki rayonunda isə fəaliyyət göstərən istirahət və əyləncə məkanları, kino klubu, muzeylər, həmçinin regionun zəngin təbii və mədəni irs nümunələri ilə tanışlıq həyata keçirilmişdir. İştirakçılara ziyarət olunan məkanların turizm imkanları, təqdim etdikləri xidmətlər və fərqləndirici xüsusiyyətləri barədə ətraflı məlumat verilmişdir.

Səfər çərçivəsində regiona turist axınının artırılması, ziyarətçilərin müxtəlif turizm məhsulları və xidmətlərinə yönləndirilməsi, yeni turizm marşrutlarının təşviqi, eləcə də ziyarət olunan məkanların sosial media və digər rəqəmsal platformalar vasitəsilə daha geniş auditoriyaya tanıdılması istiqamətində fikir mübadiləsi aparılmışdır.

Təşkil olunan infoturun əsas məqsədi regionun mövcud turizm məhsullarının daha effektiv şəkildə təşviq edilməsi, turizm imkanları barədə məlumatlılığın artırılması və bölgənin yerli və xarici turistlər üçün cəlbedici turizm destinasiyası kimi mövqeyinin daha da möhkəmləndirilməsidir.

21/08/2026

Address

Qala Divarları Kompleksi, Sənətkarlar Evi, II Mərtəbə
Sheki
AZ5500SHEKI

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00

Telephone

+994242446095

Alerts

Be the first to know and let us send you an email when Şəki Regional Turizm İdarəsi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Şəki Regional Turizm İdarəsi:

Shortcuts

Share