Şəki Şəhər İcra Hakimiyyəti

Şəki Şəhər İcra Hakimiyyəti Şəki Şəhər İcra Hakimiyyəti
Ünvan: Şəki şəhəri, Heydər Əliyev prospekti, 218
Faks: (+99424) 2443994

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı ali məktəblərə yüksək balla qəbul olmuş məzunlarla görüşübSentyabrın 4-də Şəki Şə...
04/09/2026

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı ali məktəblərə yüksək balla qəbul olmuş məzunlarla görüşüb

Sentyabrın 4-də Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov rayon üzrə 650-dən yuxarı bal toplayaraq ali məktəblərə qəbul olmuş məzunlarla görüşüb.
Görüşdə başçının birinci müavini Elman İmamverdiyev, başçının müavini - Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Xəyalə Töhrablı, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdirinin müavini Hafiz Pənahov, Şəki rayonu üzrə təhsil sektorunun müdiri Zamik Cəbiyev iştirak ediblər.
Görüşdə 2025-2026-ci tədris ilində təhsil sahəsində əldə olunmuş nəticələr barədə məlumat verilib. Qeyd olunub ki, qazanılan uğurlar müəllimlərin və şagirdlərin gərgin əməyinin və dövlətin təhsilə göstərdiyi diqqət və qayğının nəticəsidir.
Vurğulanıb ki, təhsil sahəsində Şəki rayonunun göstəriciləri həmişə yüksək olub və bu gün də bu ənənə davam edir.
Görüşdə çıxış edənlər yüksək nəticə göstərmiş məzunları təbrik edərək, onlara gələcək fəaliyyətlərində müvəffəqiyyətlər arzulayıblar.
Sonda Şəki rayonu üzrə 650-dən yuxarı bal toplayaraq ali məktəblərə qəbul olmuş məzunlara Şəki Şəhər İcra Hakimiyyətinin hədiyyələri təqdim edilib və xatirə şəkilləri çəkilib.

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov Orta Zəyzid kəndində səyyar qəbul keçiribSentyabrın 3-də Şəki Şəhər ...
03/09/2026

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov Orta Zəyzid kəndində səyyar qəbul keçirib

Sentyabrın 3-də Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov rayonun Orta Zəyzid kəndinin sakinləri ilə görüşüb.
Səyyar qəbulda başçının birinci müavini Elman İmamverdiyev, başçının müavini - Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Xəyalə Töhrablı, Şəki Şəhər İcra Hakimiyyətinin məsul əməkdaşları, idarə və müəssisə rəhbərləri, şəhid ailələrinin üzvləri, kənd sakinləri iştirak ediblər.
Əvvəlcə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda canını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək rayon ərazisində aparılan abadlıq-quruculuq işləri, həyata keçirilən infrastruktur layihələri haqqında kənd sakinlərinə məlumat verib.
Sonra ötən müddət ərzində kəndin ərazisində görülmüş işlər barədə məlumat iştirakçıların diqqətinə çatdırılıb.
Kənd sakinləri Yusibov Niymət, Məmmədov Eldar, Salmanov Həsən və başqaları çıxış edərək kənddaxili yolların əsaslı təmir olunmasını, təsərrüfat yollarının kənarlarının təmizlənməsini, kəndin ərazisindəki sahibsiz itlərin zərərsizləşdirilməsini və sair məsələləri xahiş ediblər.
Səyyar qəbulda qaldırılmış məsələlərin bir hissəsi ilə bağlı sakinlərə müvafiq izahatlar, digər məsələlərlə bağlı aidiyyəti şəxslərə lazımi tapşırıqlar verilib.

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Çeşməli kəndində səyyar qəbul keçiribSentyabrın 3-də Şəki Şəhər İcra Hakimiyyətin...
03/09/2026

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Çeşməli kəndində səyyar qəbul keçirib

Sentyabrın 3-də Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov rayonun Çeşməli kəndinin sakinləri ilə görüşüb.
Səyyar qəbulda başçının birinci müavini Elman İmamverdiyev, başçının müavini - Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Xəyalə Töhrablı, Şəki Şəhər İcra Hakimiyyətinin məsul əməkdaşları, idarə və müəssisə rəhbərləri, kənd sakinləri iştirak ediblər.
Əvvəlcə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda canını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək Şəki şəhərində aparılan abadlıq-quruculuq işlərindən, rayonda icra olunan infrastruktur layihələrindən danışıb, qarşıda duran vəzifələr haqqında kənd sakinlərinə məlumat verib.
Sonra ötən müddət ərzində kəndin ərazisində görülmüş işlər barədə məlumat iştirakçıların diqqətinə çatdırılıb.
Kənd sakinləri Məmmədov Oruc, Şəhmirova Nərgiz, Çələbiyev Saleh və başqaları çıxış edərək kəndin mərkəzi küçəsinin əsaslı təmir olunmasını, şəhid və qazi ailələri üçün tikilən binaların ətrafının bağlanmasını, kəndin elektrik təsərrüfatında SİP kabelləşmə işlərinin aparılmasını və sair məsələləri xahiş ediblər.
Səyyar qəbulda qaldırılmış məsələlərin bir hissəsi ilə bağlı sakinlərə müvafiq izahatlar, digər məsələlərlə bağlı aidiyyəti şəxslərə lazımi tapşırıqlar verilib.

02/09/2026
Şəkidə “Üzüm yığımı festivalı” keçirilibAvqustun 29-da qədim şərabçılıq ənənələrinə malik olan Şəkidə “Üzüm yığımı festi...
30/08/2026

Şəkidə “Üzüm yığımı festivalı” keçirilib

Avqustun 29-da qədim şərabçılıq ənənələrinə malik olan Şəkidə “Üzüm yığımı festivalı” keçirilib.
Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi, Azərbaycan Turizm Bürosu, Şəki Şəhər İcra Hakimiyyəti və “Şəki Şərab” MMC-nin birgə təşkilatçılığı ilə keçirilən festivalda həmin qurumların rəhbər şəxsləri, şərabçılıq müəssisələrinin, turizm şirkətlərinin nümayəndələri, üzümçülük və şərabçılıq üzrə tanınmış mütəxəssislər, media nümayəndələri, yerli sakinlər və şəhərimizin qonaqları iştirak ediblər.
“Şəki Şərab” MMC-nin ərazisində təşkil olunan festivalın iştirakçıları əvvəlcə milli mətbəx nümunələrindən, yerli sənətkarların əl işlərindən ibarət satış-sərgi ilə tanış olublar, ustad dərsləri izləyiblər.
Festival iştirakçıları müəssisədə fəaliyyət göstərən Şərab Muzeyini ziyarət ediblər, sonra şərabçılıq məhsullarının ən seçmə nümunələrinin təqdim olunduğu dequstasiyada iştirak ediblər.
Festivalda üzüm yığımının başlanmasını simvolizə edən mərasim keçirilib.
Mərasimdən sonra çıxış edən Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov, Milli Məclisin deputatı Vüqar İskəndərov, Global Şərab Turizmi Təşkilatının rəhbəri Jose Antonio Vidal və digər qonaqlar festivalın məqsəd və əhəmiyyətindən danışıb, bu tədbirin ərsəyə gəlməsində zəhməti olan hər kəsə təşəkkür ediblər.
Festival maraqlı musiqili proqramla davam edib. Proqram çerçivəsində musiqi və rəqs nömrələri təqdim olunub, qədim məhsul bayramı ənənələrini canlandıran aktyorların iştirakı ilə teatrallaşdırılmış yürüş təşkil olunub.
Atəşfəşanlıqla başa çatan festival həm yerli sakinlərin, həm də Şəkiyə gələn qonaqların böyük marağına səbəb olub.

Şəkidə “Azərbaycan Şərab Turizmi Konfransı: Yerli Terruar. Qlobal Təcrübə” adlı konfrans keçirilibAvqustun 29-da Azərbay...
29/08/2026

Şəkidə “Azərbaycan Şərab Turizmi Konfransı: Yerli Terruar. Qlobal Təcrübə” adlı konfrans keçirilib

Avqustun 29-da Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi, Azərbaycan Turizm Bürosu, Şəki Şəhər İcra Hakimiyyəti və “Şəki Şərab” MMC-nin birgə təşkilatçılığı ilə Şəkidə “Azərbaycan Şərab Turizmi Konfransı: Yerli Terruar. Qlobal Təcrübə” adlı konfrans keçirilib.
“Marxal Resort & Spa” otelində keçirilən konfransda Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov, Rusiya Federasiyasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Yevdokimov, Azərbaycan Respublikası Kənd Təsərrüfatı nazirinin müavini Elçin Zeynalov, Millət vəkili Vüqar İskəndərov, Dövlət Turizm Agentliyinin yanında Qoruqların İdarəetmə Mərkəzinin İdarə Heyətinin sədri Murad Ağabəyli, Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmid, Global Şərab Turizmi Təşkilatının rəhbəri Jose Antonio Vidal, Global Şərab Turizmi Təşkilatının Akademiyasının rəhbəri Fransisko Xavyer Sançes Verdexo, şərabçılıq müəssisələrinin, turizm şirkətlərinin nümayəndələri, üzümçülük və şərabçılıq üzrə mütəxəssislər, ictimaiyyət və media nümayəndələri iştirak ediblər.
Qastronomiya turizminin və enoturizmin inkişafı perspektivlərinə həsr olunmuş tədbirdə çıxış edənlər enoturizm sahəsində beynəlxalq təcrübədən, bu təcrübənin Azərbaycanda tətbiqindən, ölkəmizdə şərabçılığın inkişafından, yerli istehsalçıların dəstəklənməsi sahəsində görülən işlərdən danışıblar.
Tədbirdə Şəki rayonunda enoturizmin inkişafına göstərdiyi dəstəyə görə Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubova Global Şərab Turizmi Təşkilatının sərtifikatı təqdim edilib.

Şəki Şəhər İcra Hakimiyyəti başçısı yanında Şuranın iclası keçirilib27 avqust 2026-cı il tarixdə Şəki Şəhər İcra Hakimiy...
27/08/2026

Şəki Şəhər İcra Hakimiyyəti başçısı yanında Şuranın iclası keçirilib
27 avqust 2026-cı il tarixdə Şəki Şəhər İcra Hakimiyyəti başçısı yanında Şuranın növbəti iclası keçirilib.
İclasda Şəki Şəhər İcra Hakimiyyəti başçısı yanında Şuranın 2026-cı il üçün İş Planına uyğun olaraq “2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi ilə bağlı Tədbirlər Planında həyata keçirilməsi nəzərdə tutulmuş tədbirlərin vəziyyəti haqqında” və “Şəhərin mənzil-kommnunal təsərrüfatı məsələlərinin müzakirəsi haqqında” məsələlərə baxılıb.
Gündəlikdə duran məsələlər üzrə Şəki Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Elman İmamverdiyev məruzə ilə çıxış edib.
Məruzə dinlənildikdən sonra gündəlikdə duran məsələlər ətrafında geniş müzakirələr aparılıb, səsləndirilən təkliflər nəzərə alınıb. İclasın sonunda müzakirə olunan məsələlər üzrə müvafiq qərarlar qəbul edilib.

Prezident cənab İlham Əliyev Azərbaycanda ipəkçiliyin və xalçaçılığın inkişafı, milli sənətkarlıq irsinin qorunması və t...
27/08/2026

Prezident cənab İlham Əliyev Azərbaycanda ipəkçiliyin və xalçaçılığın inkişafı, milli sənətkarlıq irsinin qorunması və təbliği üzrə əlavə tədbirlər haqqında Fərman imzalayıb

Fərmana əsasən, “Azərxalça” ASC (bundan sonra – Cəmiyyət) “Azəripək” ASC-in ona qoşulması formasında yenidən təşkil ediləcək.
Cəmiyyət tərəfindən baramaçılığın damazlıq işinin təşkili məqsədilə Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki Qax Rayon Damazlıq İpəkçilik Stansiyası əmlakı ilə birlikdə onun tabeliyinə verilir, həmçinin “Azəripək” ASC-in dövlətə məxsus səhmlərinin özəlləşdirilməsi prosesi dayandırılır.
Qeyd olunub ki, Cəmiyyət ölkədə ipəkçiliyin və xalçaçılığın inkişafını, təbliğini və təşviqini, bu sahədə istehsal, emal, satış və ixrac fəaliyyətinin həyata keçirilməsini, xammal bazasının inkişaf etdirilməsini, milli sənətkarlıq irsinin qorunmasını və bu sahələrdə fəaliyyətin vahid mərkəzdən əlaqələndirilməsini təmin edən kommersiya hüquqi şəxsidir, o, “Azəripək” ASC-in hüquqi varisidir, onun bütün hüquqları və öhdəlikləri, habelə əmlakı Cəmiyyətə keçir.
Cəmiyyətin fəaliyyətinə cari rəhbərliyi 3 üzvdən - sədr və onun 2 müavinindən ibarət İdarə Heyəti həyata keçirir.
Azərbaycan Prezidentinə Cəmiyyətin yenidən təşkili və ləğvi, icra orqanının yaradılması, İdarə Heyəti sədrinin və onun müavinlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi, Nazirlər Kabinetinə Azərbaycan Prezidenti ilə razılaşdırmaqla, Cəmiyyətin nizamnaməsinin təsdiqi, nizamnamə kapitalının miqdarının müəyyən edilməsi və onlarda dəyişiklik edilməsi, İqtisadiyyat Nazirliyinə bu Fərmanın 5.1-ci və 5.2-ci bəndlərində qeyd edilənlər istisna olmaqla, Azərbaycanın Mülki Məcəlləsinə uyğun olaraq ali idarəetmə orqanının müstəsna səlahiyyətinə aid edilmiş məsələlərin Azərbaycan Prezidenti ilə razılaşdırmaqla həyata keçirilməsi, həmçinin Azərbaycanın normativ hüquqi aktları, eləcə də Cəmiyyətin nizamnaməsi ilə ümumi yığıncağa həvalə edilən digər səlahiyyətlərin həyata keçirilməsi barədə məlumat verilməlidir.
Nazirlər Kabineti aşağıdakılar barədə təkliflərini hazırlayıb Azərbaycan Prezidentinə təqdim etməli, üç ay müddətində bu Fərmanın 1-ci, 2-ci və 5-ci hissələri nəzərə alınmaqla normativ hüquqi aktların təkmilləşdirilməsi, altı ay müddətində ölkədə istehsal olunan yaş baramanın daxili emalının genişləndirilməsi, ipəkçilik üzrə tam istehsal zəncirinin formalaşdırılması və yüksək əlavə dəyər yaradan ipək məhsullarının istehsalının artırılması, Cəmiyyətin yeni nizamnaməsini, strukturunu və nizamnamə kapitalının miqdarını Azərbaycan Prezidenti ilə razılaşdırmaqla üç ay müddətində təsdiq etməli, “Azəripək” ASC-in əmlakının altı ay müddətində Cəmiyyətin balansına verilməsi ilə bağlı zəruri tədbirlər görməli, bu Fərmandan irəli gələn digər məsələləri həll etməlidir.
İqtisadiyyat Nazirliyi bu Fərmanın 1–3-cü hissələri nəzərə alınmaqla, Cəmiyyətin nizamnamə kapitalının miqdarına dair Azərbaycanın Maliyyə Nazirliyi ilə razılaşdırılmış təkliflərini iki ay müddətində Nazirlər Kabinetinə təqdim etməli, Cəmiyyətin “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınması üçün tədbirlər görməli, bu Fərmandan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görməlidir.
Cəmiyyət xalçaçılıq, baramaçılıq və ipəkçilik ənənələrinin Azərbaycanda və Azərbaycanın hüdudlarından kənarda tanıdılması, müvafiq məhsulların brendləşdirilməsi və ixracının təşviqi ilə bağlı təkliflərini İqtisadiyyat Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Dövlət Turizm Agentliyi və Şəki Şəhər İcra Hakimiyyəti ilə razılaşdırmaqla hazırlayıb altı ay müddətində Azərbaycan Prezidentinə təqdim etməlidir.
Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”nın 2.2-ci bəndinə əsasən yaradılmış Aqrar Subsidiya Şurası həmin Fərmanla təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”na uyğun olaraq ölkədə istehsal edilərək tədarükçülərə təhvil verilən yaş baramaya və tut bağlarının salınmasına görə verilən subsidiyanın məbləğinə yenidən baxmalıdır.
Maliyyə Nazirliyi bu Fərmandan irəli gələn tədbirlərin maliyyələşdirilməsi üçün zəruri maliyyə vəsaitinin ayrılmasını təmin etməlidir.
İqtisadiyyat Nazirliyi və Cəmiyyət bu Fərmanın 1-ci və 3-cü hissələrinin icrasının təmin edilməsi məqsədilə “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq zəruri tədbirlər görməlidir.

Address

Heydər Əliyev Pr, 218
Sheki
AZ5500

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00

Telephone

+994242443323

Alerts

Be the first to know and let us send you an email when Şəki Şəhər İcra Hakimiyyəti posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Şəki Şəhər İcra Hakimiyyəti:

Shortcuts

Share