03/09/2026
Siyəzən Gənclər Evində Ansambl Dərsləri Uğurla Davam Edir!🥁
📌Siyəzən Gənclər Evində keçirilən ansambl dərsləri böyük həvəs və əzmlə davam edir. Gənclərimizin musiqi bacarıqlarını inkişaf etdirməsi, Azərbaycan xalq çalğı alətlərini daha yaxından tanıması və ansambl şəklində ifa etməyi öyrənməsi üçün bu dərslər xüsusi əhəmiyyət daşıyır.
📍Qeyd edək ki, dərslər Azərbaycan Milli Konservatoriyasının Xalq çalğı alətləri fakültəsinin məzunu, peşəkar musiqiçi və əməkdaşımız İlyasov Seymur tərəfindən aparılır. O, gənclərə milli musiqimizin incəliklərini öyrətməklə yanaşı, onların ifaçılıq qabiliyyətlərini inkişaf etdirməsinə dəstək olur.
Əziz gənclər! 😊
Əgər siz də musiqiyə maraq göstərir, yeni bilik və bacarıqlar qazanmaq istəyirsinizsə, Siyəzən Gənclər Evinə yaxınlaşaraq ansambl dərslərinə və digər dərnəklərə qoşula bilərsiniz. Burada siz yalnız təhsil almaqla kifayətlənməyəcək, həm də maraqlı və əyləncəli günlər keçirərək yeni dostlar qazanacaqsınız.
Bizimlə birlikdə öyrən, inkişaf et və gözəl xatirələr yarat!
Siyəzən Gənclər Evi – Gənclərin İnkişaf və Əyləncə Məkanı!