Siyəzən rayonu üzrə gənclər və idman sektoru

Siyəzən rayonu üzrə gənclər və idman sektoru Quba-Xaçmaz Regonal Gənclər və İdman İdarəsinin Siyəzən rayonu üzrə gənclər və idman sektoru

Dövlətin gənclər, bədən tərbiyəsi və idman sahələrindəki siyasətini həyata keçirən yerli orqanı

Bu gün Vətən müharibəsi şəhidi Vurğun Həsənovun doğum günüdür.Həsənov Vurğun Ağası oğlu 6 avqust 1995-ci ildə Siyəzən şə...
06/08/2026

Bu gün Vətən müharibəsi şəhidi Vurğun Həsənovun doğum günüdür.

Həsənov Vurğun Ağası oğlu 6 avqust 1995-ci ildə Siyəzən şəhərində anadan olub. Ailə üzvlərinin Rusiyada əmək fəaliyyəti ilə əlaqədar bir müddət orada yaşayıb. Qayıtdıqdan sonra şəhər 1 nömrəli tam orta məktəbin rus dili bölməsində təhsil almağa başlayıb. Sonralar isə təhsilini şəhər 6 nömrəli məktəb-liseydə, daha sonra şəhər 5 nömrəli tam orta məktəbdə davam etdirib. Hərbi xidmətini Tovuzda yerləşən hərbi hissələrin birində çəkib. Xidməti başa vurduqdan sonra Siyəzən Broyler Quşçuluq fabrikində işləyib.
Vurğun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixdən başlayan Vətən müharibəsi başlanan zaman könüllü olaraq döyüşlərə qatılıb və torpaqlarımızın işğaldan azad olunmasında igidlik göstərərək Füzuli, Cəbrayıl və Xocavəndin azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. 21 oktyabr 2020-ci ildə Xocavənd rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən Vurğun Həsənov ölümündən sonra "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə" və “Vətən uğrunda” medalları ilə təltif edilib.
Allah rəhmət eləsin.

05/08/2026
"İdman hamı üçün" layihəsi çərçivəsində dama idman növü üzrə kütləvi idman tədbiri.6 avqust saat 15:00 (Siyəzən Gənclər ...
04/08/2026

"İdman hamı üçün" layihəsi çərçivəsində dama idman növü üzrə kütləvi idman tədbiri.
6 avqust saat 15:00 (Siyəzən Gənclər Evi)

Bu gün Vətən müharibəsi şəhidi Xələfov Nicatın doğum günüdür.Xələfov Nicat İlqar oğlu 2001-ci il avqust ayının 4-də Siyə...
04/08/2026

Bu gün Vətən müharibəsi şəhidi Xələfov Nicatın doğum günüdür.

Xələfov Nicat İlqar oğlu 2001-ci il avqust ayının 4-də Siyəzən şəhərində anadan olub. Bir yaşı olarkən ailəsi Bakı şəhəri, Sabunçu rayonuna köçür. Orta təhsilini Sabunçu rayonu 71 saylı tam orta məktəbdə almışdır. 2019-cu ildə məktəbi bitirərək hərbi xidmətə yollanmışdır. Xidmət müddətində xüsusi hazırlıq kursu keçərək çavuş rütbəsinə layiq görülmüşdür. İlk döyüş yolu Tovuz rayonunun Ağdam kəndindən başlamışdır. Döyüşlərdə “Qrad” komandiri kimi iştirak edərək fərqlənmişdir. Vətən müharibəsi zamanı Nicat Füzuli, Hadrut, Cəbrayıl, Qubadlı, Zəngilan, Laçın və Şuşa uğrunda gedən döyüşlərdə yaxından iştirak etmişdir. Döyüşlərdə fərqləndiyinə görə Nicat elə döyüş bölgəsində fəxri fərmanla təltif edilmişdir. Xələfov Nicat Şuşaya ilk daxil olan döyüşçülərdən biri idi. O, Şuşa uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş, qələbə günü doğulduğu Siyəzən rayonunda dəfn edilmişdir. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin sərəncamına əsasən kiçik çavuş Xələfov Nicat İlqar oğlu ölümündən sonra "Vətən uğrunda" medalı, 3-cü dərəcəli “Rəşadət” ordeni və "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif olunmuşdur.
Allah rəhmət eləsin.

7 avqust 2026-cı il saat 10:00-da şəhər stadionunda 12 Avqust – Beynəlxalq Gənclər Gününə həsr olunmuş 2010-2012-ci il t...
04/08/2026

7 avqust 2026-cı il saat 10:00-da şəhər stadionunda 12 Avqust – Beynəlxalq Gənclər Gününə həsr olunmuş 2010-2012-ci il təvəllüdlü yeniyetmələr arasında atletika idman növü üzrə Siyəzən rayon turniri keçiriləcəkdir. Qeyd olunan yaş qrupları üzrə yeniyetmələri yarışda iştirak etməyə dəvət edirik.

1 Avqust - Azərbaycan Əlifbası və Azərbaycan Dili Günüdür.
01/08/2026

1 Avqust - Azərbaycan Əlifbası və Azərbaycan Dili Günüdür.

✅ 31 iyul 2026-cı il tarixində Siyəzən Gənclər Evində Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Siyəzən rayonu üz...
31/07/2026

✅ 31 iyul 2026-cı il tarixində Siyəzən Gənclər Evində Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Siyəzən rayonu üzrə gənclər və idman sektorunun və Siyəzən Gənclər Evi sosial xidmət müəssisəsinin birgə təşkilatçılığı ilə 1 Avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününə həsr olunmuş “Ana dilimiz milli sərvətimizdir” mövzusunda seminar keçirilib.

Tədbirdə çıxış edənlər ilk öncə Azərbaycan dilinin və əlifbasının tarixindən, bu sahədə aparılan dövlət siyasətindən, dilimizin qorunub saxlanılmasında gənc nəslin üzərinə düşən vəzifələrdən ətraflı danışıblar. Çıxışlarda bildirilib ki, Ümummilli lider Heydər Əliyev tərəfindən 2001-ci il avqustun 9-da imzalanmış fərmanla avqustun 1-i ölkəmizdə Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü elan olundu. Bu əlamətdar günün təsis edilməsi məhz Ümummilli liderin 1969-cu ildən başladığı milli dil siyasətinin və 1993-cü ildən həyata keçirdiyi milli dövlətçilik siyasətinin qanunauyğun nəticəsi idi.
Ümummilli liderin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin imzaladığı Azərbaycan ədəbi dilinin saflığının qorunmasında Prezident İlham Əliyevin ardıcıl və prinsipial mövqeyi xüsusi qeyd olunmalıdır. Dövlət başçısı Azərbaycan dilini milli kimliyimizin, dövlətçiliyimizin və mədəni suverenliyimizin əsas dayağı kimi qiymətləndirir və bu istiqamətdə məqsədyönlü siyasət həyata keçirir. Prezident İlham Əliyevin 2018-ci il 1 noyabr tarixli “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanı isə ana dilimizin inkişafı baxımından mühüm tarixi sənəd kimi xüsusi əhəmiyyət daşıyır.
Daha sonra iştirakçılara Azərbaycan əlifbasının formalaşma tarixi haqqında ətraflı məlumat verilib.

31 iyul 2026-cı il tarixində şəhər Mərkəzi Parkında Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Siyəzən rayonu üzrə...
31/07/2026

31 iyul 2026-cı il tarixində şəhər Mərkəzi Parkında Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Siyəzən rayonu üzrə gənclər və idman sektorunun və Siyəzən Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “İdman hamı üçün” layihəsi çərçivəsində kəndirlə mübarizə idman növü üzrə kütləvi idman tədbiri keçirilmişdir.

İdman tədbirinin keçirilməsində əsas məqsəd kəndirlə mübarizə idman növünün yeniyetmə və gənclər arasında təbliğ olunması və təşviq edilməsi, Siyəzən rayonunda idmanın kütləviliyinin artırılması, idmançılar arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi, sağlam həyat tərzinin təbliğ olunması, həmçinin asudə vaxtın səmərəli təşkil edilməsidir.
Kütləvi idman tədbirində Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Siyəzən rayonu üzrə gənclər və idman sektorunun müdiri Vüsal Alışov, Siyəzən Rayon İcra Hakimiyyətinin məsul işçisi Elvin Nəzərov, sektorun aparıcı məsləhətçisi Cavidan Hüseynov və gənclər iştirak etmişdir. Sonda xatirə şəkili çəkdirilmişdir.

̇mi̇bi̇rli̇kdə

🔹 Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Siyəzən rayonu üzrə gənclər və idman sektoru - Kəndirlə mübarizə üzrə...
28/07/2026

🔹 Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Siyəzən rayonu üzrə gənclər və idman sektoru

- Kəndirlə mübarizə üzrə kütləvi idman tədbiri - 31 iyul, saat 15:00 (Şəhər Mərkəzi Parkı)

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin yaradılmasından 32 il ötür.
25/07/2026

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin yaradılmasından 32 il ötür.

Address

Siyezen Sheheri, H. Aliyev 92
Siazan'

Telephone

+994233040724

Website

Alerts

Be the first to know and let us send you an email when Siyəzən rayonu üzrə gənclər və idman sektoru posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Siyəzən rayonu üzrə gənclər və idman sektoru:

Shortcuts

Share