05/03/2024
Bir müddət əvvəl, sosial şəbəkələrdə Şirvan-Salyan regional təhsil idarəsinin rəhbəri Sənan Mənsimli ilə deputat Fəzail Ağamalı arasında qalmaqal dolu məlumatlar yayılmışdı. Səhifəmiz adından bu hadisəni ciddi şəkildə araşdırdıq və atraflı məlumat paylaşırıq.
Hələ iki il əvvəl, 9 yanvar 2022 ci ildə qazi Hüseynov İbrahim Mansur oğlunun çıxışını səhifəmizdə paylaşaraq müxtəlif dövlət qurumlarını, o cümlədən də Fəzail Ağamalını tağ edərək köməklik göstərməsini istəsək də, Fəzail Ağamalı buna məhəl qoymamışdı. Maraqlıdır, iki il sonra Fəzail Ağamalını bu hadisəni qabartmağa vadar edən səbəb nə idi? Heç kimə sirr deyil ki, hər işdə öz mənafeyini güdən Fəzail Ağamalı burda da öz mənafeyini düşünmüş, insanların ən həssas yeri olan qazi adından məharətlə istifadə etməyə çalışmışdır.
Hamıya məlumdur ki, Salyanın Xələc, Qarabağlı, Qaraçala, Qırxçıraq, və digər kəndlərindəki bütün məktəb direktorları və müavinləri Fəzail Ağamalıya yaxın adamlardırlar və məktəbi istədikləri kimi idarə edirlər.
Regional mərkəzə yeni təyin olunan Sənan Mənsimli isə buna mane olmaq istədikdə, Fəzail Ağamalı qəzəblənmiş, hətta köməkçisi Xidmət Orucova "Sənan Mənsimli kimdir ki, mənim yaxınlarımı incidir?" demişdir.
Təbii ki, Fəzail Ağamalının əsl məqsədi qazi İbrahimi işlə təmin etmək deyil, onun əliylə Sənan Mənsimlini işdən çıxarmaq, yerinə öz istədiyi şəxsi təyin edərək, onsuz da məhv olmuş Salyan təhsilini daha da bərbad hala salmaqdır.
Səhifəmiz adından qazi İbrahimə Fəzail Ağamalıya alət olmamağı, şərəfli qazi adını qoruyub saxlamağı tövsiyə edərdik.
Fəzail Ağamalı qazi İbrahim üçün Salyan rayonunda normal bir iş tapa bilmirmi ki, onun xadimə işləməsinə hələ də göz yumur?
Olmazmı ki Fəzail Ağamalı qazimizi İcra Hakimiyyətində, bələdiyyələrdə, kənd icra nümayəndəliklərində və ya digər qurumlarda işlə təmin olunmasında köməklik göstərsin?
P.S. Heç kimə sirr deyil ki, səhifəmiz azyaşlı uşaq tərəfindən idarə olunmur, adminlərimiz arasında kifayət qədər müxtəlif dövlət qurumlarında çalışan şəxslər vardır və həmişə dəqiq, dürüst məlumatlar paylaşmışıq. Bu hadisəyə gec münasibət bildirməyimiz, bu hadisəni ən xırda detalına kimi araşdırmağımızdır.
İki il əvvəlki hadisəni təkrar qabardan, Şirvan-Salyan regional təhsil idarəsinin Salyan rayonu üzrə təhsil sektorunun müdiri, Razığül Dadaşova olmuşdur.
Razığül Dadaşovaya bu işdə ciddi cəhdlə köməklil edən isə, 4 saylı məktəbin direktor əvəzi vəzifəsində çalışan, hamının "quyruq Könül" kimi tanıdığı Könül Rəhimova olmuşdur. Razığül Dadaşova, Sənan Mənsimli işdən çıxarıldığı halda, Könül Rəhimovanı direktor təyin etdirəcəyi vədi verərək istədiyi əməlləri onun vasitəsilə etmişdir.
HƏTTA REGİONAL MƏRKƏZİN VATÇAP QRUPUNDAKI YAZIŞMALAR, SOSİAL ŞƏBƏKƏLƏRƏ KÖNÜL RƏHİMOVA TƏRƏFİNDƏN SIZDIRILMIŞDIR.
MƏLUM PAYLAŞIMI YAYAN BLOGERLƏRİN BİR ÇOXUNUN ÖVLADLARI SALYAN 4 SAYLI MƏKTƏBDƏ TƏHSİL ALIRLAR VƏ KÖNÜL RƏHİMOVA İLƏ SIX ƏLAQƏDƏDİRLƏR.
Sənan Mənsimlinin yarıtmaz idarəetmə üslubu isə göz önündədir. Bu barədə səhifəmizdə yazılarımız olub və əlavə ətraflı məlumatlarımız da olacaq.
Mehriban Əliyeva
Yeni Azərbaycan Partiyası/ New Azerbaijan Party
Şirvan-Salyan Regional Təhsil İdarəsi
Ilham Aliyev
Heydar Aliyev Foundation
Salyan Rayon Təhsil Şöbəsi
Salyan Rayon İcra Hakimiyyəti
Emin Amrullayev
Milli Majlis