Sumqayıt Kommersiya Məhkəməsi

Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsi- Kommersiya mübahisələri üzrə məhkəmə icraatının həyata keçirilməsi

01/09/2026
18/08/2026

Birinci və apellyasiya instansiyası məhkəmələrində vakant olan 332 dövlət qulluğu vəzifəsi müsahibəyə çıxarılıb

Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən apellyasiya, ağır cinayətlər, hərbi, inzibati, kommersiya və rayon (şəhər) məhkəmələrində, ümumilikdə 77 məhkəmədə 332 vakant inzibati vəzifənin (böyük məsləhətçi, məsləhətçi, məsləhətçi - kompüter proqramçısı, məsləhətçi - tərcüməsi, hakimin köməkçisi və məhkəmə iclasının katibi) tutulması məqsədilə müsabiqənin müsahibə mərhələsi elan edilib.

Elan üzrə sənəd qəbulu yalnız Dövlət İmtahan Mərkəzinin internet portalı vasitəsilə elektron qaydada həyata keçirilir və 15 sentyabr 2026-cı il tarixi, saat 18:00-dək davam edəcək.

https://exidmet.dim.gov.az/dqq/Elan/MsbMshElanList?ElanID=602

12/08/2026

Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən 2026-cı il 7 iyul tarixdə məhkəmələr tərəfindən podrat müqaviləsindən irəli gələn mübahisələrin həlli zamanı qanunvericiliyin düzgün tətbiq edilməsi, habelə bu kateqoriya işlər üzrə hüquqi yanaşmanın sabitliyinin təmin edilməsi məqsədilə “Podrat müqaviləsindən irəli gələn mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Plenum Qərarı qəbul edilmişdir.

✅ Qərarda podrat müqaviləsini digər mülki-hüquqi müqavilələrdən fərqləndirən meyarlar müəyyən edilmiş, kommersiya subyektlərinə münasibətdə podrat müqaviləsinin forma tələblərinə aydınlıq gətirilmiş, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl edilməməsinin mülki-hüquqi nəticələri, istehlak podratının və çoxmənzilli binanın tərkib hissəsinə dair podrat müqaviləsinin xüsusiyyətləri, eləcə də podrat müqaviləsi üzrə mülki qanunvericiliyin tətbiqinin təcrübi problemləri təhlil edilmişdir.

✅ Ali Məhkəmənin Plenumu həmçinin Qərarın tətbiqi ilə bağlı kommersiya məhkəmələrini və apellyasiya instansiyası məhkəmələrində baxılan kommersiya işlərini, habelə Bakı şəhəri üzrə rayon (şəhər) məhkəmələrini və Bakı Apellyasiya Məhkəməsində baxılan mülki işləri əhatə etməklə, 2027-ci ilin 1 yanvar tarixindən 2028-ci ilin 1 yanvar tarixinədək olan dövr ərzində məhkəmələrin fəaliyyətinin monitorinqinin aparılmasını qərara almışdır.

Ətraflı: https://supremecourt.gov.az/az/media/xeberler/podrat-muqavilesinden-ireli-gelen-mubahiseler-uzre-qanunvericiliyin-tetbiqi-tecrubesi-haqqinda-azerbaycan-respublikasi-ali-mehkemesi-plenumunun-qerari

31 iyul  2026-cı il tarixində Sumqayıt Kommersiya Məhkəməsində 2026-cı ilin birinci yarısının yekunlarına həsr edilmiş h...
31/07/2026

31 iyul 2026-cı il tarixində Sumqayıt Kommersiya Məhkəməsində 2026-cı ilin birinci yarısının yekunlarına həsr edilmiş hesabat iclası keçirilib. İclasda Məhkəmənin sədri, hakimlər və məhkəmə aparatı işçiləri iştirak edib.
İclasda çıxış edən məhkəmənin sədri İslam Əliyev bildirib ki, Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etməsindən sonra ulu öndər, ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən məhkəmə-hüquq islahatları ölkədə ədalət mühakiməsinin səmərəliliyinin artırılmasına xidmət etmişdir. Bu siyasət Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilərək məhkəmə sisteminin müasirləşdirilməsi, şəffaflığın təmin olunması və vətəndaşların məhkəmələrə inamının artırılması istiqamətində mühüm nəticələr vermişdir.
Hesabat dövründə Sumqayıt Kommersiya Məhkəməsi sahibkarlıq subyektləri və digər hüquqi şəxslərin məhkəmə müdafiəsinin gücləndirilməsi, qanunçuluğun təmin edilməsi, şəffaflığın artırılması, etik davranış qaydalarına riayət edilməsi və işgüzar münasibətlərin qorunması istiqamətində mühüm addımlar atmışdır. Daha sonra hesabat məruzəsi dinlənilib və 2026-cı ilin birinci yarısı ərzində baxılan işlər üzrə statistik məlumatlar tədbir iştirakçılarının diqqətinə çatdırılıb. Qeyd olunub ki, 2026-cı ilin birinci yarımili ərzində məhkəmədə baxılan işlərin sayı 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə artmış, bu da məhkəməyə müraciətlərin intensivliyinin yüksəldiyini və məhkəmə fəaliyyətinin həcminin genişləndiyini göstərmişdir.
İclasda hesabat dövrü ərzində baxılan işlər, daxil olan müraciətlər və yuxarı instansiya məhkəmələri tərəfindən çıxarılan qərarlar geniş müzakirə edilib

29/07/2026

Address

Sülh Küçəsi 70
Sumgait
AZ-5001

Alerts

Be the first to know and let us send you an email when Sumqayıt Kommersiya Məhkəməsi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Sumqayıt Kommersiya Məhkəməsi:

Shortcuts

Share