Sumqayıt şəhər İcra Hakimiyyəti yanında Əlaqələndirmə Mərkəzi

Sumqayıt şəhər İcra Hakimiyyəti yanında Əlaqələndirmə Mərkəzi Sumqayıt Şəhər İcra Hakimiyyəti yanında Əlaqələndirmə Mərkəzi Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun sərəncamı əsasında yaradılıb.

Əlaqələndirmə Mərkəzinin yaradılmasında məqsəd Sumqayıt şəhərində qeydiyyatda olan şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin məşğulluğunun təmin olunması, onların sosial vəziyyətlərinin gücləndirilməsi baxımından göstərilən xidmətlərin vahid məkandan həyata keçirilməsini təmin etməkdir.

25/08/2026

Azərbaycan–Özbəkistan münasibətləri: strateji tərəfdaşlıqdan çoxşaxəli müttəfiqliyə doğru

Azərbaycan Prezidenti İlham Əliyevin 23 avqust 2026-cı ildə Özbəkistana dövlət səfəri çərçivəsində verdiyi bəyanat Azərbaycan–Özbəkistan münasibətlərinin artıq ənənəvi ikitərəfli əməkdaşlıq çərçivəsini aşaraq strateji və çoxşaxəli xarakter aldığını göstərir. Prezidentin Daşkənd və bütövlükdə Özbəkistanın sürətli inkişafını xüsusi vurğulaması, ilk növbədə, iki ölkənin inkişaf modelində və dövlətlərarası münasibətlərində formalaşan qarşılıqlı etimadın göstəricisidir. İlham Əliyev Şavkat Mirziyoyevin rəhbərliyi dövründə Özbəkistanda həyata keçirilən islahatları, iqtisadiyyatın şaxələndirilməsini, sənaye və kənd təsərrüfatının inkişafını, energetika və nəqliyyat infrastrukturunun modernləşdirilməsini ölkənin beynəlxalq mövqelərinin möhkəmlənməsinin əsas amilləri kimi qiymətləndirib.

Bu baxımdan, Azərbaycan Prezidentinin səsləndirdiyi fikirlərdə mühüm məqamlardan biri Özbəkistanın son illərdə dəyişən iqtisadi və investisiya mühitinə verdiyi qiymətdir. Şavkat Mirziyoyevin hakimiyyətə gəldiyi dövrdə mövcud vəziyyətlə bugünkü Özbəkistan arasında ciddi fərqin yarandığını bildirən İlham Əliyev ölkənin iqtisadi əsaslarının formalaşdırılması, sənayenin və kənd təsərrüfatının şaxələndirilməsi, yeni investisiyaların cəlb edilməsi istiqamətində görülən işləri xüsusi qeyd edib. Bu yanaşma Azərbaycan–Özbəkistan əməkdaşlığının iqtisadi tərəfinin təsadüfi deyil, hər iki ölkədə aparılan islahatların və yaradılan əlverişli biznes mühitinin nəticəsi olduğunu göstərir.

İki ölkə arasında iqtisadi əlaqələrin gələcək perspektivlərini müəyyən edən əsas hədəflərdən biri ticarət dövriyyəsinin 1 milyard ABŞ dollarına çatdırılmasıdır. Prezident İlham Əliyevin sözlərindən də göründüyü kimi, bu hədəf artıq uzaq perspektivli arzu deyil, real iqtisadi imkanlara əsaslanan nəticə kimi qiymətləndirilir. Əvvəllər iki ölkə arasında birgə layihələrin olmadığı halda, bu gün qarşılıqlı investisiyaların, müştərək müəssisələrin və müxtəlif sahələr üzrə əməkdaşlığın genişlənməsi münasibətlərin keyfiyyətcə yeni mərhələyə keçdiyini nümayiş etdirir. Enerji, nəqliyyat, turizm, bankçılıq, avtomobil sənayesi, dağ-mədən sənayesi, kənd təsərrüfatı və emal sektoru üzrə layihələr iqtisadi əlaqələrin çoxşaxəli xarakterini ortaya qoyur. SOCAR-ın Özbəkistanın pərakəndə yanacaq bazarına, Azərbaycan banklarından birinin isə Özbəkistan bazarına daxil olması bu prosesin konkret nümunələrindəndir.

Azərbaycan–Özbəkistan əməkdaşlığının digər mühüm istiqaməti enerji sektorudur. Neft-qaz kəşfiyyatı ilə bağlı layihələrin artıq son mərhələyə çatması və gələn il istismar quyularının qazılmasına başlanmasının gözlənilməsi enerji sahəsində tərəfdaşlığın strateji əhəmiyyətini artırır. Bununla yanaşı, investisiya fondunun formalaşdırılması, Azərbaycan və Özbəkistan şirkətlərinin müxtəlif sahələrdə qarşılıqlı investisiyaları və yeni layihələrin reallaşdırılması iqtisadi münasibətlərin institusional əsaslarını möhkəmləndirir. İlham Əliyevin vurğuladığı kimi, investisiyanın əsas şərtlərindən biri əlverişli biznes mühitidir və Özbəkistanda aparılan islahatlar bu baxımdan Azərbaycan şirkətləri üçün yeni imkanlar yaradır.

Münasibətlərin iqtisadi çərçivədən daha geniş olduğunu göstərən mühüm istiqamətlərdən biri Azərbaycanın Mərkəzi Asiya ilə əməkdaşlığı və bu prosesdə Özbəkistanın xüsusi roludur. Prezident İlham Əliyev Mərkəzi Asiya və Azərbaycanın böyük potensiala malik vahid geosiyasi və geoiqtisadi məkan kimi formalaşdığını qeyd edib. Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıq formatına qoşulmasından sonra bu coğrafiyada qarşılıqlı əlaqələrin genişlənməsi yeni nəqliyyat, logistika, ticarət və investisiya imkanları yaradıb. Bu baxımdan Bakı ilə Daşkənd arasında əməkdaşlıq yalnız ikitərəfli münasibətlər üçün deyil, daha geniş regional inteqrasiya prosesləri üçün də mühüm əhəmiyyət daşıyır.

Azərbaycan–Özbəkistan münasibətlərinin fərqləndirici xüsusiyyəti isə onların yalnız iqtisadi maraqlara deyil, həm də güclü mənəvi və tarixi bağlara söykənməsidir. Prezident İlham Əliyevin sözləri ilə desək, iki ölkə arasındakı münasibətlər həm mənəvi, həm də maddi təməl üzərində qurulub. Bu yaxınlığın ən konkret ifadələrindən biri Özbəkistanın Qarabağın bərpası prosesində göstərdiyi qardaşlıq dəstəyidir. Füzulidə Mirzə Uluqbəy adına 960 şagird yerlik məktəbin Özbəkistan tərəfindən inşa edilməsi, Xankəndidə tikiş fabrikinə investisiya yatırılması və Qarabağda digər layihələrin planlaşdırılması bu dəstəyin praktik nümunələridir. Qarabağda ilk böyük sənaye müəssisəsinin də Özbəkistanla əlaqəli olması iki ölkə arasındakı münasibətlərin yalnız siyasi bəyanatlarla deyil, real layihələrlə möhkəmləndiyini göstərir.

23 avqust səfərinin siyasi əhəmiyyətini artıran mühüm hadisələrdən biri Azərbaycan və Özbəkistan Ali Dövlətlərarası Şurasının üçüncü iclasının keçirilməsi olub. Eyni zamanda, prezidentlərin qarşılıqlı şəkildə ali dövlət təltiflərinə layiq görülməsi münasibətlərin yüksək səviyyəsini simvolik şəkildə ifadə edib. Şavkat Mirziyoyevin İlham Əliyevi Özbəkistanın ali dərəcəli “Dostluq” ordeni ilə təltif etməsi, Azərbaycan Prezidentinin isə Özbəkistan dövlət başçısına “Heydər Əliyev” ordenini təqdim etməsi iki lider arasında siyasi etimadın və qarşılıqlı hörmətin göstəricisidir. Səfər çərçivəsində çoxsaylı sənədlərin imzalanması və yeni layihələrin təməlinin qoyulması isə siyasi dialoqun praktiki nəticələrlə tamamlandığını nümayiş etdirir.

Bütövlükdə, 23 avqust dövlət səfərinin nəticələri Azərbaycan–Özbəkistan münasibətlərinin yeni mərhələyə qədəm qoyduğunu göstərir. Əlaqələr artıq yalnız prezidentlər və hökumətlər səviyyəsində siyasi dialoqla məhdudlaşmır; regionlararası əməkdaşlıq, qarşılıqlı investisiyalar, sənaye, enerji, nəqliyyat, turizm, bankçılıq, kənd təsərrüfatı və humanitar sahələr üzrə konkret layihələrlə zənginləşir. Daşkənddə keçirilən regionlararası əməkdaşlıq forumu da bu prosesin mühüm hissəsidir. Qarşıda dəqiq fəaliyyət planının olması, layihələrin maliyyə və investisiya mexanizmləri ilə təmin edilməsi və ticarət dövriyyəsinin 1 milyard dollara çatdırılması hədəfi göstərir ki, Bakı–Daşkənd münasibətləri gələcəkdə həm iki ölkənin iqtisadi inkişafına, həm də Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında formalaşan yeni geoiqtisadi əlaqələrin dərinləşməsinə mühüm töhfə verəcək. Prezident İlham Əliyevin Şavkat Mirziyoyevi Azərbaycana dövlət səfərinə dəvət etməsi isə bu strateji tərəfdaşlığın davamlı xarakter daşıdığını və qarşıdakı mərhələdə yeni siyasi və iqtisadi təşəbbüslərlə zənginləşəcəyini göstərir.

Şəfa Əliyev, Sumqayıt Dövlət Universitetinin professoru

24/08/2026

Azərbaycan–Özbəkistan münasibətləri: strateji müttəfiqlikdən regional tərəfdaşlığa

Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə verdiyi müsahibə iki qardaş ölkə arasında münasibətlərin hazırkı mərhələsini daha geniş geosiyasi və geoiqtisadi kontekstdə qiymətləndirmək baxımından mühüm əhəmiyyət daşıyır. Müsahibədə səsləndirilən fikirlər göstərir ki, Bakı ilə Daşkənd arasında əlaqələr artıq yalnız tarixi-mədəni yaxınlıq və qarşılıqlı siyasi dəstək çərçivəsində deyil, çoxşaxəli strateji əməkdaşlıq və müttəfiqlik müstəvisində inkişaf edir. Son illərdə qarşılıqlı səfərlərin intensivləşməsi, yeni hüquqi mexanizmlərin yaradılması və yüksək səviyyəli siyasi dialoqun institusional xarakter alması bu münasibətlərin təsadüfi deyil, uzunmüddətli strateji xətt üzərində qurulduğunu göstərir.

Azərbaycan–Özbəkistan münasibətlərinin əsas xüsusiyyətlərindən biri siyasi etimadın iqtisadi əməkdaşlıqla tamamlanmasıdır. 2025-ci ildə iki ölkə arasında ticarət dövriyyəsinin əvvəlki illə müqayisədə üç dəfədən çox artaraq 795 milyon dollara çatması əlaqələrin real iqtisadi məzmununu nümayiş etdirir. Azərbaycan-Özbəkistan İnvestisiya Şirkətinin 500 milyon dollarlıq kapitalla yaradılması isə qarşılıqlı investisiyaların sistemli şəkildə genişləndirilməsi üçün mühüm mexanizm formalaşdırıb. Bu baxımdan qarşıdakı mərhələdə əsas məqsəd yalnız ticarət həcminin artırılması deyil, daha çox birgə müəssisələrin, istehsal zəncirlərinin və yüksək əlavə dəyər yaradan layihələrin sayının çoxaldılması olacaq.

Energetika, sənaye və nəqliyyat sahələrində əməkdaşlıq iki ölkənin iqtisadi potensiallarının bir-birini tamamladığını göstərir. SOCAR və Özbəknefteqaz arasında əməkdaşlıq, “Turan Energy AFEZCO”nun fəaliyyəti, eləcə də Azərbaycan-Mərkəzi Asiya yaşıl enerji dəhlizi üzrə təşəbbüslər enerji tərəfdaşlığının yeni mərhələyə keçdiyini göstərir. Eyni zamanda, tranzit daşımalarının artması Azərbaycan və Özbəkistanı Şərq-Qərb nəqliyyat marşrutunda daha mühüm tərəfdaşlara çevirir. Çin-Qırğızıstan-Özbəkistan dəmir yolunun Orta Dəhliz və TRIPP ilə inteqrasiyası perspektivi isə bu əməkdaşlığın yalnız ikitərəfli deyil, daha geniş regional əhəmiyyət daşıdığını göstərir.

Münasibətlərin digər mühüm istiqaməti Azərbaycanın Mərkəzi Asiya ilə əlaqələrinin dərinləşməsidir. Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşlərinə tamhüquqlu iştirakının təmin olunması regionlararası əməkdaşlıq baxımından yeni imkanlar yaradır. Beləliklə, əvvəlki “C5” formatının faktiki olaraq “C6” məzmunu qazanması Azərbaycanın Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında siyasi, iqtisadi və nəqliyyat əlaqələrinin gücləndirilməsində artan rolunu göstərir. Özbəkistanın bu prosesdə göstərdiyi dəstək isə Bakı-Daşkənd münasibətlərinin ikitərəfli çərçivədən kənara çıxaraq regional əməkdaşlıq gündəliyinə təsir imkanlarını artırır.

Azərbaycan və Özbəkistanın münasibətlərində humanitar və mədəni istiqamət də xüsusi yer tutur. Mədəniyyət günləri, elmi və təhsil layihələri, şəhərlərarası qardaşlaşma proqramları və media forumları xalqlar arasında əlaqələrin institusional əsaslarını genişləndirir. Füzulidə Mirzə Uluqbəy adına məktəbin fəaliyyət göstərməsi, Bakıda “Özbəkistan” parkının yaradılması və müxtəlif şəhərlər arasında tərəfdaşlıq əlaqələrinin qurulması siyasi münasibətlərin cəmiyyətlərarası səviyyədə də möhkəmləndiyini göstərən nümunələrdir. Bu istiqamətdə əməkdaşlığın əhəmiyyəti ondan ibarətdir ki, dövlətlər arasında strateji tərəfdaşlıq yalnız hökumətlər səviyyəsində deyil, xalqların gündəlik həyatında və qarşılıqlı humanitar əlaqələrdə də özünü göstərir.

Turizm, təhsil və media sahələrindəki dinamika da münasibətlərin çoxşaxəli xarakterini təsdiqləyir. Özbəkistan vətəndaşlarının Azərbaycana səfərlərinin artması qarşılıqlı turizm potensialının hələ tam istifadə edilmədiyini göstərir. Eyni zamanda, tələbə mübadiləsi, media forumları və QHT əməkdaşlığı yeni əlaqə kanalları formalaşdırır. Bu proseslərin uzunmüddətli perspektivdə biznes, təhsil, mədəniyyət və ictimai diplomatiya sahələrində yeni təşəbbüslərə çevrilməsi mümkündür.

Azərbaycan–Özbəkistan əməkdaşlığının daha bir mühüm xüsusiyyəti onun Türk Dövlətləri Təşkilatı çərçivəsindəki inteqrasiya prosesləri ilə uzlaşmasıdır. Hər iki ölkənin TDT daxilində siyasi, iqtisadi, nəqliyyat, enerji, təhsil və humanitar gündəliyin inkişafına verdiyi töhfə Türk dünyasının institusional və iqtisadi inteqrasiyasını gücləndirir. Özbəkistanın Türk Mədəniyyəti və İrsi Fonduna tamhüquqlu üzv kimi qoşulması da ortaq türk irsinin qorunması istiqamətində yeni imkanlar yaradır. Bu baxımdan Bakı-Daşkənd münasibətlərini yalnız ikitərəfli əlaqələr kimi deyil, Türk dünyasında yeni əməkdaşlıq modelinin formalaşmasının mühüm elementlərindən biri kimi qiymətləndirmək mümkündür.

Ümumilikdə, Prezident İlham Əliyevin müsahibəsində səsləndirilən fikirlər Azərbaycan–Özbəkistan münasibətlərinin artıq strateji tərəfdaşlıqdan daha geniş məzmun daşıyan müttəfiqlik mərhələsinə daxil olduğunu göstərir. Siyasi etimad iqtisadi layihələrlə, iqtisadi əməkdaşlıq nəqliyyat və enerji təşəbbüsləri ilə, bütün bunlar isə humanitar və mədəni əlaqələrlə tamamlanır. Qarşıdakı dövrdə əsas məsələ əldə olunan siyasi nəticələri konkret investisiya, istehsal, logistika, yaşıl enerji və humanitar layihələrlə daha da möhkəmləndirməkdir. Bu baxımdan Azərbaycan və Özbəkistan arasında formalaşan əməkdaşlıq modeli təkcə iki ölkənin deyil, Cənubi Qafqaz, Mərkəzi Asiya və bütövlükdə Türk dünyasının yeni geoiqtisadi və geosiyasi reallıqlarının formalaşmasına təsir göstərə biləcək strateji tərəfdaşlıq nümunəsidir.

Eldar İsmayılov, Sumqayıt Çəhər Ağsaqqallar Şurasının sədri

Sumqayıt şəhərində su və kanalizasiya təsərrüfatının modernləşdirilməsi: YENİ YANAŞMA
14/01/2026

Sumqayıt şəhərində su və kanalizasiya təsərrüfatının modernləşdirilməsi: YENİ YANAŞMA

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı və sədrliyi ilə 12 yanvar 2026-cı il tarixində keçirilmiş müşavirə ölkənin su təsərrüfatı sahəsində uzunmüddətli və sistemli siyasətin əsas konturlarını müəyyən etmişdir. Müşavirədə “Bakı şəhə...

Dövlət Proqramı Sumqayıtın su təhlükəsizliyində keyfiyyətcə yeni mərhələ açır
14/01/2026

Dövlət Proqramı Sumqayıtın su təhlükəsizliyində keyfiyyətcə yeni mərhələ açır

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sədrliyi ilə 12 yanvar 2026-cı il tarixində keçirilmiş müşavirədə “Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026–2035-ci illər üz...

Xızı–Abşeron Külək Elektrik Stansiyası: Azərbaycanın enerji strategiyasında yeni mərhələ
12/01/2026

Xızı–Abşeron Külək Elektrik Stansiyası: Azərbaycanın enerji strategiyasında yeni mərhələ

Azərbaycan Prezidenti İlham Əliyevin 8 yanvar 2026-cı ildə “Xızı–Abşeron” Külək Elektrik Stansiyasının rəsmi açılış mərasimində etdiyi çıxış ölkənin enerji siyasətində yeni mərhələnin başlandığını nümayiş etdirən mühüm proqram xarakterli bəyanat kimi d....

Xızı–Abşeron Külək Elektrik Stansiyası: Azərbaycanın “yaşıl enerji” kursunda mühüm hadisə
12/01/2026

Xızı–Abşeron Külək Elektrik Stansiyası: Azərbaycanın “yaşıl enerji” kursunda mühüm hadisə

Yanvarın 8-də Prezident İlham Əliyevin iştirakı ilə “Xızı–Abşeron” Külək Elektrik Stansiyasının rəsmi açılışı Azərbaycanın enerji sektorunda bərpaolunan mənbələrin rolunun artdığını bir daha nümayiş etdirdi. Dövlət başçısının mərasimdə səsləndirdiyi f...

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü milli birliyin parlaq təcəssümüdür
28/12/2025

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü milli birliyin parlaq təcəssümüdür

31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü müasir Azərbaycan tarixinin ən mühüm ideoloji və siyasi hadisələrindən biridir. Bu əlamətdar günün təməli Ulu Öndər Heydər Əliyevin sədrliyi ilə 1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məcli...

Amnistiya təşəbbüsü Azərbaycan dövlətinin humanist siyasətinin təzahürüdür
18/12/2025

Amnistiya təşəbbüsü Azərbaycan dövlətinin humanist siyasətinin təzahürüdür

Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” çərçivəsində Prezident İlham Əliyevin amnistiya elan edilməsi təşəbbüsü müasir dövlətçilik fəlsəfəsinin, hüquqi dövlət quruculuğunun və humanist idarəçilik modelinin parlaq nümunəsi kimi dəyərləndiril...

Address

6th Mkr, Sumqayit
Sumqayıt
5001

Telephone

+994777164164

Website

Alerts

Be the first to know and let us send you an email when Sumqayıt şəhər İcra Hakimiyyəti yanında Əlaqələndirmə Mərkəzi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Sumqayıt şəhər İcra Hakimiyyəti yanında Əlaqələndirmə Mərkəzi:

Shortcuts

Share