28/08/2026
*Su təchizatı və tullantı sularının axıdılması sisteminə qoşulma üzrə ödəniş imkanları genişləndirilib*
Su təchizatı və tullantı sularının axıdılması sisteminə qoşulma xidməti üzrə xidmət haqqının ödənilməsinin əlçatanlığının və operativliyinin artırılması məqsədilə ödəniş imkanları genişləndirilib.
Belə ki, vətəndaşların xidmət haqqını daha rahat və çevik şəkildə ödəmələri üçün bütün ödəniş terminalları, eləcə də MPAY mobil tətbiqi vasitəsilə onlayn ödəniş imkanı yaradılıb.
Yeni ödəniş imkanları xidmətin əldə olunması prosesində vətəndaş rahatlığının artırılmasına, ödəniş prosedurunun sadələşdirilməsinə və xidmət üzrə proseslərin daha operativ həyata keçirilməsinə imkan yaradır.