Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsi

Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsi Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsinin rəsmi "Facebook" səhifəsi

23/08/2026
Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 22 avqust 2026-cı il tarixində Xırdalan şəhərində y...
23/08/2026

Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 22 avqust 2026-cı il tarixində Xırdalan şəhərində yerləşən Heydər Əliyev parkında canlı musiqi və Kapoeyra ritmləri sədaları altında açıq hava rodası (döyüş dairəsi) və nümayiş keçirilib.

Yğma komandanın məşqçiləri Dilqəm Seyidzadə, Asya Atayeva və Fərid Səlimov tərəfindən keçirilən rodada rayon sakinlərinə Kapoeyranın ən estetik, sürətli və vizual cəhətdən təsirli hərəkətləri (akrobatik tullanışlar, fırlanmalar, estetik zərbə simulyasiyaları) göstərilib.

Tədbirin keçirilməsində məqsəd Kapoeyranın fəlsəfəsini, mədəniyyətini və dinamikasını cəlbedici şəkildə çatdırmaq, bu idman növünə maraq oyatmaq, eyni zamanda fiziki aktivliyin təşviq edilməsi, sağlam həyat tərzinin təbliği və asudə vaxtın səmərəli keçirilməsinə şərait yaradılmasıdır.


Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsi və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Abşeron-Xızı regional nümayənd...
22/08/2026

Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsi və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Abşeron-Xızı regional nümayəndəliyinin birgə təşkilatçılığı ilə 21 avqust 2026-cı il tarixində Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində gənclər arasında "Nə? Harada? Nə zaman?" formatında intellektual bilik yarışı keçirilib.

​Oyunun nəticəsinə əsasən I yerə "Hexabond", II yerə "Everbest", III yerə isə "Last Spartans" komandası layiq görülüb.

​Sonda qalib komandalar Regional İdarənin diplomları və kuboku ilə təltif edilib.

Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 21 avqust 2026-cı il tarixində Sumqayıt şəhər, Nəsi...
22/08/2026

Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 21 avqust 2026-cı il tarixində Sumqayıt şəhər, Nəsimi adına Mədəniyyət və İstirahət parkında “İdman hamı üçün” layihəsi çərçivəsində nərd üzrə həvəskarlar arasında Sumqayıt şəhər turniri keçirilib.

Tədbirin keçirilməsində məqsəd sakinlərin asudə vaxtlarının səmərəli və faydalı təşkil olunması, iştirakçılar arasında dostluq və sağlam rəqabət mühitinin yaradılmasıdır.

Qalib və mükafatçılar Regional idarə tərəfindən diplom və medallarla təltif olunub.




Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsi və Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə 20 avqust 2026-cı ...
20/08/2026

Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsi və Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə 20 avqust 2026-cı il tarixində Sumqayıt şəhər, Corat qəsəbəsi 7 nömrəli tam orta məktəbdə həvəskar gənclər arasında 3x3 basketbol yarışı keçirilib.

Məqsəd sağlam həyat tərzinin təşviqi, dostluq münasibətlərinin inkişaf etdirilməsi və gənclərin idman fəaliyyətində fəal iştirakının dəstəklənməsi olub.

Yarışın nəticələrinə əsasən I yerə Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsinin könüllülərindən ibarət "Professionallar" komandası, II yerə İstedad liseyinin "Zəfər" komandası, III yerə isə Sumqayıt Gənclər Evinin eyni adlı komandası layiq görülüb.

Qalib komandalara Regional İdarənin kubok və diplomları təqdim olunub.

Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 20 avqust 2026-cı il tarixində Xırdalan şəhər Heydə...
20/08/2026

Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 20 avqust 2026-cı il tarixində Xırdalan şəhər Heydər Əliyev Parkında taekvondo idman növü üzrə məşqçi-müəllim Rauf Rəhimov tərəfindən "Gimnastika hamı üçün" layihəsi çərçivəsində səhər idmanı keçirilib.

Tədbirin keçirilməsində məqsəd rayonda yeniyetmə və gənclər arasında idmana marağın artırılması, sağlam həyat tərzinin təbliği və asudə vaxtın səmərəli təşkilidir.

Tədbirdə 50-yə yaxın yeniyetmə və gənc iştirak edib.




Address

Mehdi Hüseynzadə Adına Sumqayıt şəhər Stadionu
Sumqayıt
AZ5000

Website

Alerts

Be the first to know and let us send you an email when Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsi:

Shortcuts

Share