Polimer Materialları İnstitutu

Polimer Materialları İnstitutu Yüksəkmolekullu birləşmələr sahəsində Respublikanın aparıcı elmi mərkəzi

Azərbaycan Milli Elmlər Akademiyası Polimer Materialları İnstitutu yüksəkmolekullu birləşmələr sahəsində Respublikanın aparıcı elmi mərkəzidir. İnstitut 1966-cı ildə Sumqayıt şəhərində əvvəlcə Azərbaycan EA Neft-kimya Prosesləri İnstitutunun filialı, 1974-cü ildən Xlor-üzvi Sintez İnstitutu və 1991-ci ildən isə Polimer Materialları İnstitutu kimi fəaliyyət göstərir.

Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
04/09/2026

Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT

Harvard Tibb Məktəbinin alimləri tərəfindən aparılan və «Science Translational Medicine» jurnalında dərc olunan yeni tədqiqat kəllə sümüyü iliyinin xroniki ağrılardan əziyyət çəkən insanlarda mühüm rol oynadığını üzə çıxarıb. Aztibb.az tədiqiqata dair məqaləyə...

Polimer Materialları İnstitutunda  laboratoriya və şöbə əməkdaşları ilə görüş keçirilibPolimer Materialları İnstitutunun...
04/09/2026

Polimer Materialları İnstitutunda laboratoriya və şöbə əməkdaşları ilə görüş keçirilib

Polimer Materialları İnstitutunun ümumi işlər üzrə direktor müavini, direktor vəzifəsini icra edən texnika elmləri doktoru, professor Fariz Əmirli laboratoriya və şöbə əməkdaşları ilə görüş keçirib. Görüşdə institutun fəaliyyətinin optimallaşdırılması, struktur islahatlarının həyata keçirilməsi və qarşıya qoyulan hədəflər ətrafında fikir mübadiləsi aparılıb. Bildirib ki, sağlam rəqabət mühitinin formalaşdırılması, institutun elmi potensialının səmərəli istifadəsi, müasir çağırışlara cavab verən istiqamətlərin inkişaf etdirilməsi və əməkdaşların beynəlxalq elmi platformalarda fəal iştirakının təmin olunması əsas prioritetlərdəndir. Həmçinin, sənaye və elmi müəssisələr ilə əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, elmi-tədqiqatların nəticələrinin tətbiqi, qrant proqramlarında fəal iştirakın təmin edilməsi ilə bağlı məsələlər diqqətə çatdırılıb. Görüşdə əməkdaşların fikir və təklifləri dinlənilib, səsləndirilən məsələlər müzakirə edilib.

Polimer Materialları İnstitutunun əməkdaşlarının Q4 kvartilli jurnalda növbəti məqaləsi  dərc olunubAzərbaycan Respublik...
03/09/2026

Polimer Materialları İnstitutunun əməkdaşlarının Q4 kvartilli jurnalda növbəti məqaləsi dərc olunub

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Sumqayıt Dövlət Universitetinin tabeliyində Polimer Materialları İnstitutunun Yüksək şaxələnmiş polimerlər laboratoriyasının müdiri kimya üzrə fəlsəfə doktoru, dosent Elnarə Aslanova, laboratoriyanın əməkdaşları – elmi işçi Aybəniz Qarayeva, mühəndislər Sevinc Heydərova və Vüsalə Atakişiyevanın həmmüəllifi olduqları məqalə Q4 kvartilli “Russian Journal of Organic Chemistry” jurnalında (2026, 27 August 2026,Volume 62,article number 145 https://link.springer.com/article/10.1134/S1070428026602712) dərc olunub.
“Synthesis of a Sulfoimide-Containing Polyhydroxy Ester Based on 2 Hydroxypropyl-1,3-bis (hydroxyethyl ester) Sulfoimide of Saccharin-6-carboxylic Acid” (Saxarin-6-karbon turşusunun 2-hidroksipropil-1,3-bis-hidroksietilefirosulfoimidi əsasında sulfoimid tərkibli polihidroksiefirinin sintezi) adlı məqalədə yüksək temperatura davamlı polimerlərin istehsalı üçün sulfoimid qrupları saxlayan yeni polihidroksiefirin sintezi istiqamətində aparılan tədqiqatların nəticələri təqdim olunub. Tədqiqatlar nəticəsində yüksək temperatura davamlı yeni polihidroksiefir sintez edilib. Sintez edilən polimerin termiki, fiziki-kimyəvi və mexaniki xassələri differensial termiki analiz və differensial termoqravimetriya üsulları ilə tədqiq olunub. Alınan birləşmələrin quruluşları İQ-spektroskopiya üsulu ilə təsdiqlənib. Müəyyən edilib ki, polihidroksiefir yüksək fiziki-mexaniki və termiki xassələrə malikdir.
Qeyd edək ki, 2025-ci il üzrə impakt faktor göstəricisi 0.7, Scopus CiteScore göstəricisi 1,3 təşkil edən jurnal Pleiades Publishing nəşriyyat platformasında yayımlanır, Web of Science (ESCI), Scopus və digər beynəlxalq xülasələndirmə və indeksləmə sisteminə (bazasına) daxildir.

Günəşdə yeni güclü alışmalar gözlənilir
03/09/2026

Günəşdə yeni güclü alışmalar gözlənilir

Cümə axşamı və cümə günləri Günəşdə gücünə görə sondan əvvəlki - M sinfinə aid olan alışmaların baş verəcəyi ehtimal olunur.

Polimer Materialları İnstitutunda  laboratoriya və şöbə müdirləri ilə səmimi görüş keçirilibPolimer Materialları İnstitu...
03/09/2026

Polimer Materialları İnstitutunda laboratoriya və şöbə müdirləri ilə səmimi görüş keçirilib

Polimer Materialları İnstitutunda laboratoriya və şöbə müdirlərinin iştirakı ilə səmimi və işgüzar görüş keçirilib. Görüşdə qarşıda duran vəzifələr, laboratoriya və şöbələr arasında əməkdaşlığın gücləndirilməsi, elmi tədqiqatların səmərəliliyinin artırılması və sağlam iş mühitinin formalaşdırılması məsələləri müzakirə olunub.
Səmimi fikir mübadiləsi şəraitində keçirilən görüşdə rəhbər şəxslərin təklif və təşəbbüsləri dinlənilib, institutun gələcək fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı fikir və tövsiyələr səsləndirilib.
Görüş qarşılıqlı fikir mübadiləsi və xoş ünsiyyət şəraitində başa çatıb.

Süni intellekt nəzarətdən çıxır? - Təhlükəli davranış halları ikiqat artıb
31/08/2026

Süni intellekt nəzarətdən çıxır? - Təhlükəli davranış halları ikiqat artıb

Süni intellekt sistemlərinin istifadəçilərin göstərişlərinə məhəl qoymaması, aldadıcı davranması və zərərli məqsədlərə yönəlməsi ilə bağlı qeydə alınan hadisələrin sayı kəskin artıb.

Sinirlərin bərpasına mane olan “əyləc” aşkar edilib
31/08/2026

Sinirlərin bərpasına mane olan “əyləc” aşkar edilib

Alimlər zədələnmiş sinirlərin bərpasına mane olan AHR adlı zülal müəyyən ediblər.

Alimlər insan immun sisteminin “xəritəsini” yaradıblar
31/08/2026

Alimlər insan immun sisteminin “xəritəsini” yaradıblar

Tədqiqatçılar insan immun sisteminin fəaliyyətini daha ətraflı öyrənməyə imkan verən geniş məlumat bazası əsasında genlərin müxtəlif immun hüceyrələrində necə işlədiyini müəyyənləşdiriblər.

31/08/2026

Xəbərimiz tehsil-press.az-da

This website is using a security service to protect itself from online attacks. The action you just performed triggered the security solution. There are several actions that could trigger this block including submitting a certain word or phrase, a SQL command or malformed data.

Address

Səməd Vurğun 124
Sumqayıt
5004

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00

Telephone

+994186521027

Alerts

Be the first to know and let us send you an email when Polimer Materialları İnstitutu posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Polimer Materialları İnstitutu:

Shortcuts

Share