Sumqayıt Gənclər Evi

Sumqayıt Gənclər Evi Sumqayıt Gənclər Evi

Həftəlik fəaliyyət planı 🗓️✅ Əziz Gənclər, Sumqayıt Gənclər evinin həftəlik fəaliyyət cədvəlini sizə təqdim edirik.Siz d...
06/09/2026

Həftəlik fəaliyyət planı 🗓️

✅ Əziz Gənclər, Sumqayıt Gənclər evinin həftəlik fəaliyyət cədvəlini sizə təqdim edirik.

Siz də bizə qoşulun 🥳

🕊️ 21 Avqust – 21 Sentyabr | Sülh Aylığı21 avqust – 21 sentyabr tarixləri ölkəmizdə “Sülh Aylığı” çərçivəsində sülh, həm...
04/09/2026

🕊️ 21 Avqust – 21 Sentyabr | Sülh Aylığı

21 avqust – 21 sentyabr tarixləri ölkəmizdə “Sülh Aylığı” çərçivəsində sülh, həmrəylik, qarşılıqlı hörmət və anlaşma dəyərlərinin təşviqinə həsr olunur.

🌍 21 sentyabr – Beynəlxalq Sülh Günü bütün dünyada sülhün təşviqi, zorakılığın qarşısının alınması və xalqlar arasında qarşılıqlı anlaşmanın gücləndirilməsinə diqqət çəkən əlamətdar tarixdir.

Bu çərçivədə Sumqayıt Gənclər Evi olaraq sülh mədəniyyətinin, qarşılıqlı hörmətin və dialoq dəyərlərinin gənclər arasında təşviq edilməsini mühüm istiqamətlərdən biri hesab edirik.

Gənclərin sülh və həmrəylik dəyərlərinin qorunması və gələcək nəsillərə ötürülməsində fəal iştirakı cəmiyyətin davamlı inkişafı baxımından xüsusi əhəmiyyət daşıyır.

🕊️ Sülh yalnız bir günün deyil, hər gün qorunmalı və yaşadılmalı olan ümumbəşəri dəyərdir.

🌟 “Uğur Hekayəsi” mövzusunda görüş📅 04.09.2026-cı il tarixində Sumqayıt Gənclər evində lV ixtisas qrupu üzrə maksimum nə...
04/09/2026

🌟 “Uğur Hekayəsi” mövzusunda görüş

📅 04.09.2026-cı il tarixində Sumqayıt Gənclər evində lV ixtisas qrupu üzrə maksimum nəticənin sahibi, yəni 700 bal toplayan Samir Tağızadə ilə “Uğur Hekayəsi” adlı görüş keçirilib.

🎤 Görüş zamanı Samir Tağızadə uğura aparan yol, hazırlıq prosesi, qarşıya qoyulan məqsədlər və əldə etdiyi nailiyyət barədə öz təcrübələrini gənclərlə bölüşüb.

Görüş gənclər üçün motivasiya, məqsədyönlülük və uğura gedən yolda əzmkarlığın əhəmiyyəti baxımından faydalı və ilhamverici olub.

Tədbirin sonunda digər məzun gənclərimiz də göstərdikləri yüksək nəticələrə görə təltif olunublar.

Öz təcrübə və uğur yolunu gənclərlə bölüşdüyü, onları təhsildə inkişaf istiqamətində ruhlandırdığı və gələcək hədəflərinə inamla addımlamasında verdiyi dəyərli töhfəyə görə Samir Tağızadəyə ''Təşəkkürnamə" təqdim olunub.

“Yay futbol düşərgəsi” ⚽️🌞03.09.2026-cı il tarixində “Paşa Həyat Sığorta” ASC, “SOCAR Polymer” MMC və “İkar-Qrup” MMC-ni...
03/09/2026

“Yay futbol düşərgəsi” ⚽️🌞

03.09.2026-cı il tarixində “Paşa Həyat Sığorta” ASC, “SOCAR Polymer” MMC və “İkar-Qrup” MMC-nin (“Kəhiz Su”) sponsorluğu, eyni zamanda “Azərikimya” İB, “CineMastercard” MMC və Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsinin dəstəyi ilə “Sumqayıt” Futbol Klubunun təşkil etdiyi “Yay Futbol Düşərgəsi” layihəsi çərçivəsində düşərgə iştirakçıları Sumqayıt Gənclər Evində qonaq olublar. 💛⚽️

Proqram çərçivəsində düşərgə iştirakçıları ilə musiqili əyləncə saatı və Panda şousu təqdim edilib. 🐼🎶🎉

Həmçinin iştirakçılar tədbirdən xatirə olaraq barmaq izlərindən ağac formasında tablo hazırlayıblar. 🖐️🎨

Əyləncə, yaradıcılıq və xoş xatirələrlə yadda qalan bir gün! ✨💛⚽️

        Tarıverdiyev Nicat 17 noyabr 1998-ci il tarixində Bakı şəhərində anadan olub. 132-134 saylı Təhsil Kompleksində ...
03/09/2026



Tarıverdiyev Nicat 17 noyabr 1998-ci il tarixində Bakı şəhərində anadan olub. 132-134 saylı Təhsil Kompleksində tam orta təhsilini alıb. Kooperasiya Universitetində ali təhsilini tamamlayıb. Qaydasız döyüş üzrə ölkə və beynəlxalq yarışlarda qalib olub.

Tarıverdiyev Nicat ali məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanmışdır.

Azərbaycan Ordusunun əsgəri olan Tarıverdiyev Nicat 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycan Respublikasının ərazi bütüylüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ yüksəkliyi, Suqovuşan qəsəbəsi, Ağdam və Ağdərə rayonlarının azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib.

Tarıverdiyev Nicat Şöhrət oğlu 44 gün döyüş əməliyyatlarında iştirak edərək, qələbəyə saylı dəqiqələr qalmış 9 noyabr 2020- ci il tarixində Ağdərə istiqamətində gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olub.
Tarıverdiyev Nicat Şöhrət oğlu 16 noyabr 2020-ci il tarixində ikinci fəxri xiyabanda dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda
döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında
qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin

15.12.2020-ci il tarixli Sərəncamına əsasən Nicat Tarıverdiyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında AZE qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Nicat Tarıverdiyev ölümündən sonra " Suqovuşanın azad olunmasına görə " ilə təltif edildi.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Nicat Tarıverdiyev ölümündən sonra " Cəsur döyüşçü " medalları ilə təltif edildi.

“Fövqəladə hallarda davranış qaydaları” mövzusunda təlim 🚨🚒02.09. 2026-cı il tarixində Fövqəladə Hallar Nazirliyinin Döv...
02/09/2026

“Fövqəladə hallarda davranış qaydaları” mövzusunda təlim 🚨🚒

02.09. 2026-cı il tarixində Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin (DYMX) Sumqayıt şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin 22 nömrəli Yanğından Mühafizə Hissəsində Təlim və Fərdi İnkişaf Klubu çərçivəsində “Fövqəladə hallarda davranış qaydaları” mövzusunda maarifləndirici təlim keçirilib.

Təlim zamanı gənclərə fövqəladə hallar, xüsusilə yanğın zamanı düzgün davranış, təhlükəsizlik tədbirləri, təxliyə qaydaları və yanğınsöndürmə vasitələrindən istifadə barədə ətraflı məlumat verilib.

Təlimin bir hissəsi olaraq bir qrup gəncimiz real yanğınsöndürmə prosesində iştirak edib və yanğın zamanı müdaxilə qaydaları ilə yaxından tanış olmaq imkanı əldə edib.

Gənclərin prosesdə iştirakı onlara yanğın zamanı təhlükəsizlik qaydalarını daha yaxından müşahidə etmək və əldə etdikləri məlumatları real şəraitdə görmək imkanı yaradıb.

Təlim çərçivəsində fövqəladə hallara hazırlıqlı olmağın, düzgün qərar verməyin və təhlükəsizlik qaydalarına riayət etməyin əhəmiyyəti vurğulanıb.

KÖNÜLLÜLƏR GÖRÜŞÜ 🌟🥳📅 01 sentyabr 2026-cı il tarixində Sumqayıt Gənclər Evində könüllülərlə görüş keçirilib.Görüş çərçiv...
01/09/2026

KÖNÜLLÜLƏR GÖRÜŞÜ 🌟🥳

📅 01 sentyabr 2026-cı il tarixində Sumqayıt Gənclər Evində könüllülərlə görüş keçirilib.

Görüş çərçivəsində yeni könüllülərin tanışlığı və təqdimatı, fəaliyyətini uğurla başa vuran məzun könüllülərin sertifikatlarla təltif olunması həyata keçirilib.

Həmçinin könüllülərin fəaliyyətinin qiymətləndirilməsi məqsədilə “Ayın aktiv və fəal könüllüsü” seçilib və fərqlənən könüllülər təltif olunub.

Görüş yeni könüllülərin komandaya inteqrasiyasına, məzun könüllülərin əməyinin qiymətləndirilməsinə və könüllülük ruhunun daha da gücləndirilməsinə töhfə verib.

🇦🇿 Milli Qəhrəman Çingiz Mustafayevin əziz xatirəsinə📚 28 avqust 2026-cı il tarixində  Sumqayıt Gənclər evində Milli Qəh...
28/08/2026

🇦🇿 Milli Qəhrəman Çingiz Mustafayevin əziz xatirəsinə

📚 28 avqust 2026-cı il tarixində  Sumqayıt Gənclər evində Milli Qəhrəman Çingiz Mustafayevin anım gününə həsr olunmuş tarixi mövzuda intellektual yarış keçirilib.

Yarış zamanı gənclər tarixi biliklərini nümayiş etdirərək müxtəlif suallar üzrə öz bacarıqlarını sınayıblar. Yarış gənclərin tarixi yaddaşının möhkəmləndirilməsi, milli-mənəvi dəyərlərə bağlılığının artırılması və intellektual inkişafına töhfə vermək məqsədi daşıyıb.

Yarışın keçirilməsinə təşəbbüs göstərən könüllü gəncimiz və qalib olan komandanın üzvləri sertifikatla təltif olunub.

🇦🇿 Milli Qəhrəman Çingiz Mustafayevin əziz xatirəsinə📚 28 avqust 2026-cı il tarixində  Sumqayıt Gənclər evində Milli Qəh...
28/08/2026

🇦🇿 Milli Qəhrəman Çingiz Mustafayevin əziz xatirəsinə

📚 28 avqust 2026-cı il tarixində  Sumqayıt Gənclər evində Milli Qəhrəman, Çingiz Mustafayevin anım gününə həsr olunmuş tarixi mövzuda intellektual yarış keçirilib.

Yarış zamanı gənclər tarixi biliklərini nümayiş etdirərək müxtəlif suallar üzrə öz bacarıqlarını sınayıblar. Yarış gənclərin tarixi yaddaşının möhkəmləndirilməsi, milli-mənəvi dəyərlərə bağlılığının artırılması və intellektual inkişafına töhfə vermək məqsədi daşıyıb.

Yarışın keçirilməsinə təşəbbüs göstərən könüllü gəncimiz və qalib olan komandanın üzvləri sertifikatla təltif olunub.

Address

Azərbaycan
Sumqayıt
SƏMƏDVURĞUN,39

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00
Saturday 09:00 - 18:00
Sunday 10:00 - 17:00

Telephone

+994186520611

Alerts

Be the first to know and let us send you an email when Sumqayıt Gənclər Evi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Sumqayıt Gənclər Evi:

Shortcuts

Share