Sumqayıt şəhər 31 nömrəli tam orta məktəb

Sumqayıt şəhər 31 nömrəli tam orta məktəb 1984-cü ildə istifadəyə verilən orta məktəb görkəmli akademik Yusif Məmmədəliyevin adını daşıyır və Sumqayıt şəhəri 11-ci mikrorayon ərazisində yerləşir.

Məktəbin direktoru Əliyeva Leyla Əli qızıdır. Məktəb Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən 2008-ci ildə əsaslı təmir olunmuş, yeni istilik təchizatı, məktəb mebelləri, laborotoriya cihazları ilə təmin edilmişdir. 2008-2012-ci illər üçün təhsil sisteminin informasiyalaşdırılması üzrə dövlət proqramına əsasən məktəbə yüksək internet xətti çəkilmişdir. Məktəb 2009-2010-cu ildə "Elektron

məktəb-Pilot layihəsi"nə qoşulmuşdur. Məktəb iki növbəlidir. Bundan başqa ,məktəbimiz bir çox layihələrə qoşulmuşdur və artıq ikinci ildir ki, yəni, 2013-2014-cü tədris ilindən etibarən Azərbaycan Respublikası Təhsil Nazirliyinin "Sağlam Təhsil- Sağlam Millət" layihəsinə qoşulmuşdur. Xarici dil kimi ingilis və rus dilləri tədris olunur. Məktəbdə 1275 nəfər şagird təhsil alır. Onlardan 61-i məcburi köçkün, 15-i şəhid ailəsidir. 31 nömrəli məktəbin kollektivinin ümumi sayı 120 nəfərdən ibarətdir. Məktəb layihə üzrə 1776 yerlikdir.

05/09/2026
02/09/2026

Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil müəssisələrinin XI sinifləri üzrə qızıl və gümüş nişana namizəd məzunların statistikasını təqdim edirik.

Cari tədris ilində region üzrə ümumilikdə 42 məzun nişan namizədi olmuşdur. Onlardan:

🏅 30 nəfər – qızıl nişan
🥈 12 nəfər – gümüş nişan

Məktəblər üzrə bölgü:

🔹 Təbiət Elmləri Təmayüllü Gimnaziya – 15 qızıl, 3 gümüş (18 nəfər)
🔹 Sumqayıt şəhəri 23 nömrəli tam orta ümumi təhsil məktəbi – 6 qızıl, 5 gümüş (11 nəfər)
🔹 Təbiət Elmləri Təmayüllü Lisey – 2 qızıl (2 nəfər)
🔹 Sumqayıt şəhəri 1 nömrəli tam orta ümumi təhsil məktəbi – 1 qızıl, 1 gümüş (2 nəfər)
🔹 Sumqayıt şəhəri 35 nömrəli tam orta ümumi təhsil məktəbi – 2 qızıl (2 nəfər)
🔹 Abşeron rayonu Xırdalan şəhəri 5 nömrəli tam orta ümumi təhsil məktəbi – 1 qızıl, 1 gümüş (2 nəfər)
🔹 Abşeron rayonu Ceyranbatan qəsəbə 1 nömrəli tam orta ümumi təhsil məktəbi – 1 qızıl (1 nəfər)
🔹 Sumqayıt şəhəri 11 nömrəli tam orta ümumi təhsil məktəbi – 1 qızıl (1 nəfər)
🔹 Sumqayıt şəhəri 12 nömrəli tam orta ümumi təhsil məktəbi – 1 qızıl (1 nəfər)
🔹 Abşeron rayonu Masazır qəsəbə 4 nömrəli tam orta ümumi təhsil məktəbi – 1 gümüş (1 nəfər)
🔹 Abşeron rayonu Masazır qəsəbəsi 2 nömrəli tam orta ümumi təhsil məktəbi – 1 gümüş (1 nəfər)

27/08/2026
26 Avqust – Laçın şəhəri günü: Zəfərdən Böyük Qayıdışa26 avqust Laçın şəhərinin tarixində xüsusi əhəmiyyət daşıyan günlə...
26/08/2026

26 Avqust – Laçın şəhəri günü: Zəfərdən Böyük Qayıdışa

26 avqust Laçın şəhərinin tarixində xüsusi əhəmiyyət daşıyan günlərdən biridir. 1923-cü ildə Abdallar yaşayış məntəqəsinə Laçın adı verilməsi və şəhər statusu alması ilə başlayan şəhər tarixinin sonrakı mərhələsində Laçın Azərbaycanın strateji əhəmiyyətli yaşayış məntəqələrindən birinə çevrilib. 1930-cu ildə Laçın rayonunun inzibati ərazi vahidi kimi yaradılması ilə şəhər rayonun inzibati mərkəzi olub. 1835 kvadratkilometr əraziyə malik rayon zəngin meşələri, yaylaqları, dağları və su ehtiyatları ilə seçilir. Bu gün isə Laçın təkcə zəngin tarixi və təbii sərvətləri ilə deyil, işğaldan sonra həyata keçirilən böyük qayıdış və quruculuq prosesinin miqyası ilə də Azərbaycanın diqqətçəkən şəhərlərindən biridir.

Laçının tarixində ən ağır səhifə 1992-ci il mayın 18-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsi ilə bağlıdır. İşğal nəticəsində rayon əhalisi doğma torpaqlarından didərgin salınıb, yüzlərlə insan həlak olub və itkin düşüb, şəhərin və rayonun sosial, mədəni və iqtisadi infrastrukturu dağıdılıb. Tarixi və mədəni irsə qarşı törədilən vandalizm nəticəsində çoxsaylı abidələr, məktəblər, səhiyyə və mədəniyyət müəssisələri məhv edilib. Laçının işğalı həm də Ermənistanla keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti arasında coğrafi bağlantının yaradılması baxımından Azərbaycanın təhlükəsizliyi və ərazi bütövlüyü üçün ağır nəticələr doğurub.

2020-ci il Vətən müharibəsində Azərbaycanın qazandığı tarixi Zəfər Laçının da taleyində dönüş nöqtəsi yaratdı. Üçtərəfli bəyanata əsasən, 2020-ci il dekabrın 1-də Laçın rayonu Azərbaycana qaytarıldı. 2022-ci il avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri Azərbaycanın nəzarətinə keçdi. Məhz bu tarix Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Laçın şəhəri günü kimi müəyyənləşdirildi. Bununla Laçının azadlığı ilə bağlı tarixi gün dövlət səviyyəsində əlamətdar gün statusu qazandı. Azadlıqdan sonra başlayan proses isə yalnız ərazilərin bərpası deyil, Laçının müasir və dayanıqlı şəhər kimi yenidən qurulması mərhələsinə çevrildi.

Bu gün Laçında həyata keçirilən quruculuq işləri şəhərin gələcək inkişaf modelinin bütün istiqamətlərini əhatə edir. 2025-ci ildə təsdiqlənən Laçın şəhərinin 2040-cı ilədək inkişafına dair Baş Plan şəhərin müasir şəhərsalma prinsipləri əsasında inkişafını nəzərdə tutur. Burada “15 dəqiqəlik şəhər” konsepsiyasının tətbiqi sakinlərin gündəlik tələbat obyektlərinə, sosial xidmətlərə və istirahət məkanlarına rahat çıxışını təmin etməyə hesablanıb. Şəhərdə yaşayış evləri, məktəblər, xəstəxana, peşə təhsili müəssisələri, mədəniyyət və turizm obyektləri, Memorial Park və digər sosial infrastruktur yaradılır. Artıq Laçında 1000-dən çox yaşayış evi tikilib və bərpa edilib, şəhərdə yüzlərlə ailənin məskunlaşması təmin olunub.

Laçının yenidən qurulmasında mühüm istiqamətlərdən biri yaşıl enerji və müasir infrastruktur layihələridir. Rayonda ümumi gücü 65,5 MVt olan və illik 194 milyon kilovat-saat elektrik enerjisi istehsal etmək potensialına malik su elektrik stansiyalarının yaradılması nəzərdə tutulur. 2026-cı il iyulun 11-də Hoçaz çayı üzərində yeni su elektrik stansiyalarının açılışı ilə Laçının elektrik tələbatının 8-10 MVt həcmində tamamilə yaşıl enerji hesabına qarşılanması mümkün olub. Artıq enerji ölkənin ümumi enerji sisteminə ötürülür. Eyni zamanda, “Həkəriçay” su anbarının təməlqoyma mərasiminin keçirilməsi Laçının yalnız enerji deyil, regionun su təminatında da strateji mərkəzə çevriləcəyini göstərir. Layihənin reallaşması nəticəsində bir neçə rayonun yüz minlərlə sakininin içməli su təminatına mühüm töhfə veriləcək.

Laçının iqtisadi potensialının bərpası da şəhərin yeni inkişaf modelinin əsas istiqamətlərindəndir. “Laçın Aqro-Sənaye Parkı”nda müxtəlif istehsal və emal müəssisələrinin yaradılması nəzərdə tutulur. Mebel, yüngül və yeyinti sənayesi, balıqçılıq, tekstil və digər sahələr üzrə fəaliyyət göstərən müəssisələr həm iqtisadi fəallığı artırır, həm də yerli sakinlərin məşğulluğuna imkan yaradır. “LATIFA” Laçın tikiş fabriki, “PIRSHAGHI” ayaqqabı fabrikinin Laçın filialı, mebel fabriki və digər istehsal sahələri artıq bu prosesin praktiki nəticələridir. Turizm istiqamətində də mühüm layihələr həyata keçirilir. “Laçın” İstirahət Kompleksi, Həkəri çayı ətrafında yaradılan istirahət zonaları və inşası davam edən kanat yolu şəhərin turizm potensialının gələcəkdə daha geniş istifadəsinə imkan verəcək.

Laçının dirçəlişi, ilk növbədə, onun sakinlərinin doğma torpaqlarına qayıdışı ilə tamamlanır. 2023-cü il mayın 28-dən başlayan Böyük Qayıdış çərçivəsində Laçın şəhərinə, Zabux, Sus və Bəylik kəndlərinə yüzlərlə ailə köçürülüb. Yeni yaşayış məhəllələri, məktəblər, uşaq bağçaları, tibb və inzibati obyektlər, yollar, rabitə və kommunal infrastruktur sakinlərin rahat və təhlükəsiz həyatının təmin olunmasına xidmət edir. Zabux və Bəylikdə yaşıl enerji sistemlərinin tətbiqi, Sus kəndində müasir sosial infrastrukturun yaradılması kəndlərin də yeni inkişaf modelinə uyğun qurulduğunu göstərir. Beləliklə, Laçında Böyük Qayıdış sadəcə insanların öz doğma yurdlarına qayıtması deyil, həmin ərazilərdə yeni həyatın bütün imkanları ilə bərpasıdır.

Laçının bu günkü siması Prezident İlham Əliyevin azad edilmiş ərazilərə səfərləri zamanı müəyyənləşdirilən inkişaf strategiyasının ardıcıl nəticəsidir. 2021-ci ildən başlayaraq Laçında enerji, yol, hava nəqliyyatı, su təsərrüfatı, yaşayış, sənaye, təhsil, turizm və digər sahələr üzrə çoxsaylı layihələr həyata keçirilib. 2025-ci ildə Laçın Beynəlxalq Hava Limanının istifadəyə verilməsi şəhərin regional əhəmiyyətini daha da artırıb. Laçının 2025-ci ildə MDB-nin mədəniyyət paytaxtı elan edilməsi isə şəhərin yalnız quruculuq və iqtisadi potensialının deyil, mədəni əhəmiyyətinin də beynəlxalq səviyyədə diqqətə çatdırılmasına imkan yaradıb. Bu gün Laçın işğalın ağır izlərini öz üzərindən silərək yeni həyatın, quruculuğun və Böyük Qayıdışın rəmzinə çevrilir. 26 Avqust – Laçın şəhəri günü də məhz bu tarixi yolun, Zəfərin və dirçəlişin simvolu kimi qeyd olunur.

Xavər Əhmədova, Sumqayıt şəhəri, 33 nömrəli tam orta ümumtəhsil məktəbinin Azərbaycan dili və ədəbiyyat müəllimi, "Tərəqqi" medallı


25/08/2026

2025–2026-cı tədris ili üzrə Sumqayıt şəhər 37 nömrəli tam orta ümumi təhsil məktəbinin məzunlarının ali məktəblərə qəbul nəticələri yüksək göstəricilərlə yadda qalıb.

37 nömrəli məktəbin məzunlarının təhsil uğurları, müxtəlif siniflər üzrə əldə olunan 99–100 faizlik nəticələr şagirdlərin məqsədyönlü hazırlığının, peşəkar müəllim heyətinin və keyfiyyətli tədrisin nəticəsidir.

Bu yüksək nəticələr Yeni Təmayül Tədris Modeli çərçivəsində həyata keçirilən məqsədyönlü tədris prosesinin və şagirdlərin uğura yönəlmiş hazırlığının göstəricisidir.🌟

Əldə olunan nəticələr münasibətilə məktəbin şagird və müəllim kollektivini təbrik edir, yeni nailiyyətlər arzulayırıq!

25/08/2026

Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində vakant olan Uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı vəzifələrinə işə qəbul üçün müsabiqə elan edilir.

📝 Müsabiqə 2 mərhələdən ibarətdir:

1️⃣ Seçim

2️⃣ Müsahibə

Müsabiqədə iştirak üçün tələblər aşağıdakılardır:

✅ Pedaqoji və ya idarəetmə ixtisas sahələri üzrə ali təhsil;

✅ 3 (üç) ildən az olmayaraq pedaqoji staj;

✅ Təhsilalanların sayı 500-dən çox olan təhsil müəssisələri, eləcə də lisey, gimnaziya, internat tipli lisey və gimnaziyalar üzrə – təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsində 51 bal və daha yuxarı nəticə, təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanında iştirak etməmiş namizədlərə münasibətdə isə müəllimlərin işə qəbulu müsabiqəsinin və ya müəllimlərin diaqnostik qiymətləndirilməsinin test imtahanında 85% və daha yuxarı nəticə;

✅ Digər təhsil müəssisələri üzrə – təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsində 42 bal və daha yuxarı nəticə, təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanında iştirak etməmiş namizədlərə münasibətdə isə müəllimlərin işə qəbulu müsabiqəsinin və ya müəllimlərin diaqnostik qiymətləndirilməsinin test imtahanında 70% və daha yuxarı nəticə.

Müraciət qaydası

Müraciət etmək istəyən şəxslər 24 avqust 2026-cı il saat 16:30-dan 27 avqust 2026-cı il saat 15:00-dək aşağıdakı linklə qeydiyyatdan keçə bilərlər: https://forms.cloud.microsoft/r/1Pr8jtTeFn
Tələb olunan sənədlər:

☑️ Şəxsiyyəti təsdiq edən sənədin surəti;

☑️ Ali təhsil haqqında dövlət sənədinin (xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınmasına dair sənədinin) surəti;

☑️ Əmək kitabçasının surəti.

Seçim mərhələsində namizədlərin təqdim etdikləri məlumat və sənədlərin düzgünlüyü yoxlanılacaq. Bu mərhələni uğurla keçən namizədlər müsahibəyə dəvət olunacaqlar. Namizədlər müsahibə mərhələsinə qaydalara uyğun olaraq ardıcıllıq əsasında dəvət ediləcəklər.

Müsahibə mərhələsində namizədlər liderlik və strateji idarəetmə, pedaqoji və tədris, idarəçilik və təşkilatçılıq, ünsiyyət və əlaqə, problemlərin həlli və qərarvermə, rəqəmsal və texnoloji, eləcə də sosial və emosional bacarıqları üzrə qiymətləndiriləcəklər.

Namizədlərin yekun nəticəsi onlara Regional Təhsil İdarəsi tərəfindən mesaj formasında göndəriləcək.

Müraciət etmək istəyən şəxslər qeyd olunan linkə daxil olaraq vakansiyalarla tanış ola bilərlər: https://studenteduaz-my.sharepoint.com/:x:/g/personal/absheron-xizi_student_edu_az/IQBqCNShewlkSJ7g0z6l6TnfAcAQG1YhTE8bR3PwrifEXaA?e=Kk1VIO

Qeyd edək ki, müsabiqədə uğur qazanan namizədlərlə əmək münasibətləri qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq rəsmiləşdiriləcək.

Azərbaycan–Özbəkistan münasibətləri: strateji tərəfdaşlıqdan çoxşaxəli müttəfiqliyə doğruAzərbaycan Prezidenti İlham Əli...
24/08/2026

Azərbaycan–Özbəkistan münasibətləri: strateji tərəfdaşlıqdan çoxşaxəli müttəfiqliyə doğru

Azərbaycan Prezidenti İlham Əliyevin 23 avqust 2026-cı ildə Özbəkistana dövlət səfəri çərçivəsində verdiyi bəyanat Azərbaycan–Özbəkistan münasibətlərinin artıq ənənəvi ikitərəfli əməkdaşlıq çərçivəsini aşaraq strateji və çoxşaxəli xarakter aldığını göstərir. Prezidentin Daşkənd və bütövlükdə Özbəkistanın sürətli inkişafını xüsusi vurğulaması, ilk növbədə, iki ölkənin inkişaf modelində və dövlətlərarası münasibətlərində formalaşan qarşılıqlı etimadın göstəricisidir. İlham Əliyev Şavkat Mirziyoyevin rəhbərliyi dövründə Özbəkistanda həyata keçirilən islahatları, iqtisadiyyatın şaxələndirilməsini, sənaye və kənd təsərrüfatının inkişafını, energetika və nəqliyyat infrastrukturunun modernləşdirilməsini ölkənin beynəlxalq mövqelərinin möhkəmlənməsinin əsas amilləri kimi qiymətləndirib.

Bu baxımdan, Azərbaycan Prezidentinin səsləndirdiyi fikirlərdə mühüm məqamlardan biri Özbəkistanın son illərdə dəyişən iqtisadi və investisiya mühitinə verdiyi qiymətdir. Şavkat Mirziyoyevin hakimiyyətə gəldiyi dövrdə mövcud vəziyyətlə bugünkü Özbəkistan arasında ciddi fərqin yarandığını bildirən İlham Əliyev ölkənin iqtisadi əsaslarının formalaşdırılması, sənayenin və kənd təsərrüfatının şaxələndirilməsi, yeni investisiyaların cəlb edilməsi istiqamətində görülən işləri xüsusi qeyd edib. Bu yanaşma Azərbaycan–Özbəkistan əməkdaşlığının iqtisadi tərəfinin təsadüfi deyil, hər iki ölkədə aparılan islahatların və yaradılan əlverişli biznes mühitinin nəticəsi olduğunu göstərir.

İki ölkə arasında iqtisadi əlaqələrin gələcək perspektivlərini müəyyən edən əsas hədəflərdən biri ticarət dövriyyəsinin 1 milyard ABŞ dollarına çatdırılmasıdır. Prezident İlham Əliyevin sözlərindən də göründüyü kimi, bu hədəf artıq uzaq perspektivli arzu deyil, real iqtisadi imkanlara əsaslanan nəticə kimi qiymətləndirilir. Əvvəllər iki ölkə arasında birgə layihələrin olmadığı halda, bu gün qarşılıqlı investisiyaların, müştərək müəssisələrin və müxtəlif sahələr üzrə əməkdaşlığın genişlənməsi münasibətlərin keyfiyyətcə yeni mərhələyə keçdiyini nümayiş etdirir. Enerji, nəqliyyat, turizm, bankçılıq, avtomobil sənayesi, dağ-mədən sənayesi, kənd təsərrüfatı və emal sektoru üzrə layihələr iqtisadi əlaqələrin çoxşaxəli xarakterini ortaya qoyur. SOCAR-ın Özbəkistanın pərakəndə yanacaq bazarına, Azərbaycan banklarından birinin isə Özbəkistan bazarına daxil olması bu prosesin konkret nümunələrindəndir.

Azərbaycan–Özbəkistan əməkdaşlığının digər mühüm istiqaməti enerji sektorudur. Neft-qaz kəşfiyyatı ilə bağlı layihələrin artıq son mərhələyə çatması və gələn il istismar quyularının qazılmasına başlanmasının gözlənilməsi enerji sahəsində tərəfdaşlığın strateji əhəmiyyətini artırır. Bununla yanaşı, investisiya fondunun formalaşdırılması, Azərbaycan və Özbəkistan şirkətlərinin müxtəlif sahələrdə qarşılıqlı investisiyaları və yeni layihələrin reallaşdırılması iqtisadi münasibətlərin institusional əsaslarını möhkəmləndirir. İlham Əliyevin vurğuladığı kimi, investisiyanın əsas şərtlərindən biri əlverişli biznes mühitidir və Özbəkistanda aparılan islahatlar bu baxımdan Azərbaycan şirkətləri üçün yeni imkanlar yaradır.

Münasibətlərin iqtisadi çərçivədən daha geniş olduğunu göstərən mühüm istiqamətlərdən biri Azərbaycanın Mərkəzi Asiya ilə əməkdaşlığı və bu prosesdə Özbəkistanın xüsusi roludur. Prezident İlham Əliyev Mərkəzi Asiya və Azərbaycanın böyük potensiala malik vahid geosiyasi və geoiqtisadi məkan kimi formalaşdığını qeyd edib. Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıq formatına qoşulmasından sonra bu coğrafiyada qarşılıqlı əlaqələrin genişlənməsi yeni nəqliyyat, logistika, ticarət və investisiya imkanları yaradıb. Bu baxımdan Bakı ilə Daşkənd arasında əməkdaşlıq yalnız ikitərəfli münasibətlər üçün deyil, daha geniş regional inteqrasiya prosesləri üçün də mühüm əhəmiyyət daşıyır.

Azərbaycan–Özbəkistan münasibətlərinin fərqləndirici xüsusiyyəti isə onların yalnız iqtisadi maraqlara deyil, həm də güclü mənəvi və tarixi bağlara söykənməsidir. Prezident İlham Əliyevin sözləri ilə desək, iki ölkə arasındakı münasibətlər həm mənəvi, həm də maddi təməl üzərində qurulub. Bu yaxınlığın ən konkret ifadələrindən biri Özbəkistanın Qarabağın bərpası prosesində göstərdiyi qardaşlıq dəstəyidir. Füzulidə Mirzə Uluqbəy adına 960 şagird yerlik məktəbin Özbəkistan tərəfindən inşa edilməsi, Xankəndidə tikiş fabrikinə investisiya yatırılması və Qarabağda digər layihələrin planlaşdırılması bu dəstəyin praktik nümunələridir. Qarabağda ilk böyük sənaye müəssisəsinin də Özbəkistanla əlaqəli olması iki ölkə arasındakı münasibətlərin yalnız siyasi bəyanatlarla deyil, real layihələrlə möhkəmləndiyini göstərir.

23 avqust səfərinin siyasi əhəmiyyətini artıran mühüm hadisələrdən biri Azərbaycan və Özbəkistan Ali Dövlətlərarası Şurasının üçüncü iclasının keçirilməsi olub. Eyni zamanda, prezidentlərin qarşılıqlı şəkildə ali dövlət təltiflərinə layiq görülməsi münasibətlərin yüksək səviyyəsini simvolik şəkildə ifadə edib. Şavkat Mirziyoyevin İlham Əliyevi Özbəkistanın ali dərəcəli “Dostluq” ordeni ilə təltif etməsi, Azərbaycan Prezidentinin isə Özbəkistan dövlət başçısına “Heydər Əliyev” ordenini təqdim etməsi iki lider arasında siyasi etimadın və qarşılıqlı hörmətin göstəricisidir. Səfər çərçivəsində çoxsaylı sənədlərin imzalanması və yeni layihələrin təməlinin qoyulması isə siyasi dialoqun praktiki nəticələrlə tamamlandığını nümayiş etdirir.

Bütövlükdə, 23 avqust dövlət səfərinin nəticələri Azərbaycan–Özbəkistan münasibətlərinin yeni mərhələyə qədəm qoyduğunu göstərir. Əlaqələr artıq yalnız prezidentlər və hökumətlər səviyyəsində siyasi dialoqla məhdudlaşmır; regionlararası əməkdaşlıq, qarşılıqlı investisiyalar, sənaye, enerji, nəqliyyat, turizm, bankçılıq, kənd təsərrüfatı və humanitar sahələr üzrə konkret layihələrlə zənginləşir. Daşkənddə keçirilən regionlararası əməkdaşlıq forumu da bu prosesin mühüm hissəsidir. Qarşıda dəqiq fəaliyyət planının olması, layihələrin maliyyə və investisiya mexanizmləri ilə təmin edilməsi və ticarət dövriyyəsinin 1 milyard dollara çatdırılması hədəfi göstərir ki, Bakı–Daşkənd münasibətləri gələcəkdə həm iki ölkənin iqtisadi inkişafına, həm də Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında formalaşan yeni geoiqtisadi əlaqələrin dərinləşməsinə mühüm töhfə verəcək. Prezident İlham Əliyevin Şavkat Mirziyoyevi Azərbaycana dövlət səfərinə dəvət etməsi isə bu strateji tərəfdaşlığın davamlı xarakter daşıdığını və qarşıdakı mərhələdə yeni siyasi və iqtisadi təşəbbüslərlə zənginləşəcəyini göstərir.

Şəfa Əliyev, Sumqayıt Dövlət Universitetinin professoru


Address

Koroğlu Küçəsi
Sumqayıt

Telephone

+994186563524

Website

Alerts

Be the first to know and let us send you an email when Sumqayıt şəhər 31 nömrəli tam orta məktəb posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Sumqayıt şəhər 31 nömrəli tam orta məktəb:

Shortcuts

Share