Tərtər şəhər Şikar Şikarov adına 5 saylı tam orta məktəb

  • Home
  • Tərtər şəhər Şikar Şikarov adına 5 saylı tam orta məktəb

Tərtər şəhər Şikar Şikarov adına 5 saylı tam orta məktəb Təhsil müəssisəsi

Ən aktiv istifadəçilərdən biri olduğunuz və həftəlik aktivlik siyahımıza  daxil olduğunuz üçün təşəkkürlər! 🎉 Tuncay Nəc...
21/08/2026

Ən aktiv istifadəçilərdən biri olduğunuz və həftəlik aktivlik siyahımıza daxil olduğunuz üçün təşəkkürlər! 🎉 Tuncay Nəcəfli, Fəridə Vəliyeva, Vahid Pawazade, Mutallim Umudi, Azər Israfilov, Azer Israfilov, Kamil Muxtarov, Mensure İsmail, Zaur Nəsibov, Ebil Mehdiyev, Camila Ahmedova, Pərişan Orucova, Aygun Aygun, Samirə Zeynalova, Rüfət Mehtiyev, Nərgiz Mürsəlzadə, Mahir Qurbanov, Химик Биолог

21/08/2026

Yeni Təmayül Tədris Modeli üzrə fəaliyyət göstərəcək Tərtər şəhəri Rafiq Nuriyev adına 6 nömrəli tam orta ümumtəhsil məktəbi riyaziyyat müəllimi İlqar Nəcəfov:
🎓 Bakalavr: Azərbaycan Dövlət Pedaqoji Universiteti
🏆 Sertifikasiya nəticəsi: 55 bal
🎯 Son 3 ildə 100-dən çox şagirdinin yüksək nəticə göstərərək tələbə adını qazanmasına töhfə verib.
Yeni Təmayül Tədris Modeli çərçivəsində məktəblərimizə innovativ düşüncəli, peşəkar və nəticəyönümlü müəllimlər cəlb olunur.
🎯 Modelin əsas məqsədi şagirdlərin fərdi potensial və maraqlarını nəzərə almaq, seçdikləri istiqamət üzrə bilik və bacarıqlarını inkişaf etdirmək, müasir və səmərəli təlim metodlarını tətbiq etmək, akademik nailiyyətlərini yüksəltmək və ali təhsil müəssisələrinə qəbul imkanlarını artırmaqdır.

17/08/2026

📢 Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır

🗓️ 20 avqust saat 15:00-dan etibarən 2026–2027-ci tədris ili üzrə şagirdlərin elektron yerdəyişməsi prosesi aktivləşdiriləcək. Proses 2–9-cu və 11-ci sinif şagirdlərini əhatə edəcək.

💻 Şagirdlərin elektron yerdəyişməsi sy.edu.az portalı vasitəsilə həyata keçirilir.

📌 Nəzərinizə çatdırırıq ki, internetə çıxış imkanı olmayan vətəndaşlar yerdəyişmə prosesi ilə bağlı aidiyyəti üzrə Agentliyin və təhsili yerli idarəetmə bölmələrinin çağrı mərkəzlərinə, Agentliyin Vətəndaşlara Xidmət Mərkəzinə, eləcə də ASAN xidmət mərkəzlərinə müraciət edə bilərlər.

Naxçıvanda həyata keçirilən strateji layihələr Muxtar Respublikanı regionun əvəzolunmaz nəqliyyat və enerji mərkəzinə çe...
14/08/2026

Naxçıvanda həyata keçirilən strateji layihələr Muxtar Respublikanı regionun əvəzolunmaz nəqliyyat və enerji mərkəzinə çevirir
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 11 avqust 2026-cı il tarixdə Naxçıvan Muxtar Respublikasına növbəti – 17-ci səfəri və səfər çərçivəsində Azərbaycan Televiziyasına verdiyi geniş müsahibə ölkəmizin dayanıqlı inkişafının, artan hərbi qüdrətinin və strateji hədəflərinin nümayişi baxımından müstəsna əhəmiyyət kəsb edir. Müzəffər Ali Baş Komandanın Naxçıvana hər bir səfəri böyük mənaya və gözəl nəticələrə malik olmaqla yanaşı, Muxtar Respublikanın hərtərəfli tərəqqisinə yeni təkan verir.
Dövlətimizin başçısı müsahibəsində Naxçıvanın müdafiə potensialının gücləndirilməsinin hər zaman prioritet məsələ olduğunu xüsusi vurğulamışdır. Ölkə rəhbərinin Sərəncamı ilə yaradılmış Əlahiddə Ordu və son vaxtlar formalaşdırılan yeni Komando qüvvələri ən müasir hərbi texnika ilə təchiz edilərək Azərbaycan Silahlı Qüvvələrinin ayrılmaz və qüdrətli tərkib hissəsinə çevrilmişdir. Naxçıvanın spesifik coğrafi yerləşməsi və təhlükəsizlik amilləri nəzərə alınaraq atılan bu addımlar göstərir ki, Azərbaycan Silahlı Qüvvələri bölgədə əsas söz sahibidir və Muxtar Respublikanın hərbi potensialı gündən-günə möhkəmləndirilir.
Müsahibədə xüsusi diqqət çəkən əsas məqamlardan biri də Zəngəzur dəhlizinin reallaşması və Naxçıvanın strateji nəqliyyat-logistika mərkəzinə çevrilməsidir. Prezident İlham Əliyev qeyd etmişdir ki, Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirəcək bu dəhlizin açılması ölkəmizin tarixi təşəbbüsüdür. İkinci Qarabağ müharibəsindən dərhal sonra başlanılan infrastruktur layihələri çərçivəsində Horadiz–Ağbənd avtomobil yolu demək olar ki, tam hazırdır. Eyni zamanda, Naxçıvan ərazisində 194 kilometrlik dəmir yolu xəttinin yenidən qurulması nəzərdə tutulur. Bu infrastruktur yeniləndikdən sonra yolun yükaşırma qabiliyyəti 15 milyon tona çatdırılacaqdır. Bununla da Naxçıvan həm Şərq-Qərb, həm də Şimal-Cənub nəqliyyat dəhlizlərinin mərkəzində yerləşən, Avrasiya məkanında əvəzolunmaz tranzit habına çevriləcəkdir.
Səfər çərçivəsində Muxtar Respublikanın sosial-iqtisadi tərəqqisi və iş yerlərinin yaradılması istiqamətində də böyük miqyaslı layihələrin təməli qoyulmuşdur. Ərazi nöqteyi-nəzərindən Sumqayıtdan sonra ölkəmizdə ikinci böyük sənaye parkı olan Naxçıvan Sənaye Parkının və 300 meqavat gücündə yeni İstilik Elektrik Stansiyasının inşasına start verilmişdir. Artıq uzun illərdir qazlaşdırmanın 100 faiz təmin olunduğu Naxçıvanda mövcud generasiya güclərinin artırılması, yeni Günəş və su elektrik stansiyalarının tikintisi, habelə 100 meqavatlıq batareya saxlanc qurğusunun quraşdırılması bölgənin daxili tələbatını tam ödəyəcək və böyük həcmdə "yaşıl enerji"nin ixracına imkan yaradacaqdır.
Dövlət başçısı qeyd etmişdir ki, görülən bütün böyük quruculuq işlərinin təməlində milli kimliyimiz, tariximiz və mənəvi dəyərlərimiz dayanır. Qədim Atabəylər dövlətinin paytaxtı olmuş Naxçıvanda dahi memar Əcəmi Naxçıvaninin abidəsinin ucaldılması, Möminə xatun məqbərəsinin və digər tarixi-mədəni abidələrin bərpası bu diyarın zəngin irsinə verilen yüksək dəyərin bariz nümunəsidir. Bununla yanaşı, Naxçıvan şəhərinin yeni Baş planının hazırlanması, nəqliyyat sisteminin ekoloji təmiz elektrik avtobusları ilə yenilənməsi, 26 yaşayış məntəqəsini əhatə edən 420 kilometrlik yol şəbəkəsinin təmiri və kənd təsərrüfatı üçün suvarma layihələrinin icrası əhalinin rifahını daha da yüksəldəcəkdir.
Prezident İlham Əliyev vurğulamışdır ki, Naxçıvan, Şərqi Zəngəzur və Qarabağ vahid inkişaf konsepsiyası və müasir idarəetmə modeli əsasında qurulur. İşğaldan azad olunmuş torpaqlarımızda özünü doğruldan Prezidentin Xüsusi Nümayəndəliyi institutunun və kadr-struktur islahatlarının Naxçıvanda tətbiq edilməsi bu qədim diyarın təhlükəsizliyini, idarəetmənin təkmilləşməsini və firavan gələcəyini tam təmin edəcəkdir.

📜 Nümunəvi şagirdimizdən növbəti uğur!Məktəbimizin rəhbərliyi və pedaqoji kollektivi adından 9-cu sinif şagirdimiz Paşaz...
13/08/2026

📜 Nümunəvi şagirdimizdən növbəti uğur!
Məktəbimizin rəhbərliyi və pedaqoji kollektivi adından 9-cu sinif şagirdimiz Paşazadə Vahid Qoşqar oğlunu fərqlənmə attestatı alması münasibətilə ürəkdən təbrik edirik! 🎉
Vahid təhsil aldığı illər ərzində öz çalışqanlığı, nümunəvi davranışı və yüksək intellekti ilə hər zaman seçilən şagirdlərimizdən olub. Onun qazandığı bu uğur həm özünün gərgin əməyinin, həm də müəllimlərinin və ailəsinin fədakar dəstəyinin bəhrəsidir. 👏
Əziz Vahid, sənə gələcək təhsil həyatında daha böyük zirvələri fəth etməyi, hər zaman məktəbimizin adını ucaltmağı arzulayırıq! Yolun açıq, uğurların daimi olsun! 🚀








12/08/2026

"NÜFUZ , KEYFİYYƏT və UĞURUN TƏK ÜNVANI-TƏRTƏR ŞƏHƏR ŞİKAR ŞİKAROV ADINA 5 NÖMRƏLİ TAM ORTA ÜMUMTƏHSİL MƏKTƏBİ ! 🥇"




📢 Tərtər şəhəri Şikar Şikarov adına 5 nömrəli tam orta məktəbin rəhbərliyindən mühüm bildiriş!     Hörmətli valideynlər ...
12/08/2026

📢 Tərtər şəhəri Şikar Şikarov adına 5 nömrəli tam orta məktəbin rəhbərliyindən mühüm bildiriş!
Hörmətli valideynlər və əziz şagirdlər,yeni tədris ilində məktəbimizin daxili nizam-intizam qaydalarını qorumaq, bərabərliyi təmin etmək və nümunəvi mühit yaratmaq məqsədilə şagird geyim forması və xarici görünüş qaydalarını diqqətinizə çatdırırıq.
Unutmayaq ki, “Nizam-intizam, səliqəli və məsuliyyətli şagird – uğurlu gələcəyin təminatıdır!”
👕 Qızlar üçün geyim forması:Ağ rəngli polo köynək, klassik köynək və göy rəngli bomber jaket
Göy rəngli kəmərli və ya plisəli ətək (ətəklərin uzunluğu dizdən aşağı olmalıdır)
Göy rəngli klassik şalvar
👖 Oğlanlar üçün geyim forması:Ağ rəngli polo köynək və göy rəngli bomber jaket
Göy rəngli klassik şalvar (və ya oğlanlar üçün plisəli şalvar forması)
💇‍♂️ Xarici görünüş və gigiyena qaydaları:
Oğlanlar üçün: Qısa və səliqəli saç düzümü.
Qızlar üçün: Hörük və ya səliqəli toplanmış saçlar.
Ümumi: Təmiz, qısa dırnaqlar və qaydalı xarici görünüş.
🚫 Məktəb ərazisində qəti qadağandır:❌ Cins şalvarlar və idman üslublu geyimlər❌ Zinət əşyaları və aksesuarlar❌
Makiyaj və qeyri-adi saç düzümləri❌
Ağıllı telefonlar və ağıllı saatlar❌
Məktəbə aid olmayan, qeyri-rəsmi çantalar. Biz məktəb olaraq Nizam, Hörmət, Məsuliyyət və Birlik dəyərlərinə inanırıq.
Hər bir şagirdimizi bu qaydalara əməl etməyə və ətrafına nümunə olmağa dəvət edirik.
Qaydalara əməl et – nümunəvi şagird ol! 🇦🇿









12/08/2026
12/08/2026
12/08/2026

Qarabağ Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində vakant olan inzibati-təsərrüfat və tədris-köməkçi (təsərrüfat işləri üzrə direktor müavini, təsərrüfat müdiri, uşaq birliyi təşkilatı rəhbəri, kitabxana müdiri, gənclərin çağırışaqədərki hazırlığı rəhbəri, psixoloq, Katibə-makinaçı, laborant) vəzifələr üzrə işə qəbul müsabiqəsinə start verilir.

Müsabiqə iki mərhələdən – sənəd qəbulu və test imtahanından – ibarət olmaqla həyata keçiriləcəkdir.

Müsabiqədə iştirak etmək istəyən namizədlər elan olunmuş vakant vəzifələrdən yalnız biri üzrə müvafiq linkə daxil olaraq qeydiyyatdan keçə bilərlər.

İxtisas tələbi müəyyən edilmiş vəzifələr üzrə yalnız həmin tələblərə cavab verən namizədlər qeydiyyatdan keçməlidirlər.

Qeydiyyat linkləri:
1. Kitabxana müdiri: https://forms.gle/s5f5Lpmu6q2q53Fc7
2. Katib-makinaçı: https://forms.gle/Sz64ZvoKmEQLtt6c9
3. Laborant: https://forms.gle/RT2xSkQibzEY6qgDA
4. Psixoloq: https://forms.gle/gM5zUH3br7aQJT4g6
5. Təsərrüfat müdiri: https://forms.gle/ryYd4J9qNBX6KVuG9
6. Təsərrüfat işləri üzrə direktor müavini: https://forms.gle/WMhdDNvmsNLvRK81A
7. Uşaq birliyi təşkilatının rəhbəri: https://forms.gle/fYmF9Pe9FwQVfYGW7
8. Gənclərin çağırışaqədərki hazırlığı rəhbəri: https://forms.gle/VYxYg5i85xMGYWs1A

Vəzifələr üzrə ixtisas tələbləri ilə tanış olmaq üçün müvafiq linkə keçid edə bilərsiniz: https://drive.google.com/file/d/1zcZBmKW3ciHaCa-SZv7bH_VyGRL6wqw_/view?usp=sharing

Vakant vəzifələrə keçid etmək üçün aşağıdakı linkdən istifadə edə bilərsiniz: https://drive.google.com/file/d/1zdkvrkAMGuXr0CZYP3LKemz76x8A2llT/view?usp=sharing

Təqdim edilmiş məlumatların yanlış və ya saxtalaşdırılmış olduğu hər hansı mərhələdə aşkar edilərsə, namizədin nəticəsi ləğv ediləcəkdir
Qeydiyyat və sənədlərin qəbulu 21 avqust 2026-cı il, saat 11:00-dək aparılacaq.
İmtahanın keçirilmə tarixi və yeri barədə məlumat uyğun namizədlərə qeydiyyat zamanı qeyd etdikləri mobil nömrələr vasitəsilə, həmçinin Qarabağ Regional Təhsil İdarəsinin rəsmi “Facebook” səhifəsində elan ediləcəkdir.
Test mərhələsində namizədlərə ümumilikdə 60 sual təqdim olunacaq. Suallar aşağıdakı qaydada bölüşdürülür:
vəzifə bilikləri üzrə – 40 sual;
qanunvericilik üzrə – 10 sual;
informasiya-kommunikasiya texnologiyaları üzrə – 10 sual.
Test imtahanında hər bir düzgün cavab 1 (bir) balla qiymətləndirilir. Səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. Test imtahanında 30 və daha yüksək bal toplayan namizədlər imtahandan uğurla keçmiş hesab edilirlər.
Test imtahanının nəticələri imtahanın keçirildiyi tarixdən etibarən 10 (on) iş günündən gec olmayaraq elan ediləcək. Müsabiqənin nəticələrindən narazı qalan namizədlər nəticələr elan edildikdən sonra 3 (üç) iş günü müddətində apellyasiyaya müraciət edə bilərlər.

İmtahandan uğurla keçmiş namizədlər topladıqları ballara əsasən mövcud vakant vəzifələrə yerləşdirilirlər. Daha yüksək nəticə göstərmiş namizədlər vakant vəzifələri ilk növbədə seçmək hüququna malikdirlər. Vakant vəzifələrin seçimi namizədlərin nəticələrinə uyğun olaraq balların azalan sırası ilə həyata keçirilir.
Bir vakant vəzifəyə iki və ya daha çox namizədin eyni bal topladığı halda aşağıdakı ardıcıllıqla üstünlük verilir:
müharibə iştirakçılarına və onların ailə üzvlərinə;
təhsil səviyyəsi daha yüksək olan şəxslərə;
iş stajı daha çox olan şəxslərə;
müəssisəyə daha yaxın ərazidə yaşayan şəxslərə.
Gənclərin çağırışaqədərki hazırlığı rəhbəri vəzifəsi üzrə namizədlərə Vahid Tarif-İxtisas Sorğu Kitabçasında nəzərdə tutulan ixtisas tələbləri və dərəcələr üzrə müəyyən edilmiş ardıcıllıqla üstünlük verilir.
Müsabiqədən uğurla keçmiş, lakin vakant vəzifəyə yerləşdirilməmiş namizədlər cari tədris ilinin sonunadək ehtiyat kadr kimi saxlanılırlar.
Vakant vəzifəyə yerləşdirilməsi nəzərdə tutulan namizəd ona təklif edilən vəzifədən imtina etdiyi təqdirdə, müvafiq təlimata uyğun olaraq ehtiyat kadrlar siyahısından çıxarılır.

Qeyd: İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən ümumi təhsil müəssisələrində elan edilmiş vakant yerlər üzrə müsabiqələrdə yalnız “Böyük Qayıdış”a dair I Dövlət Proqramına əsasən həmin ərazilərdə yaşayış yeri ilə təmin edilmiş vətəndaşlar iştirak edə bilərlər

Address

Ədalət Paşayev Küçəsi

5900

Telephone

+994515366848

Website

Alerts

Be the first to know and let us send you an email when Tərtər şəhər Şikar Şikarov adına 5 saylı tam orta məktəb posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Want your organization to be the top-listed Government Service?

Share