Qazax-Tovuz Regional Təhsil İdarəsi

Qazax-Tovuz Regional Təhsil İdarəsi Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Qazax-Tovuz Regional Təhsil İdarəsi, Government Organization, Tovuz rayonu, Düz Cırdaxan kəndi, Tovuz.
(1)

03/09/2026

Şagirdlərin yerdəyişməsi prosesi dayandırılır

20 avqust saat 15:00-dan etibarən başlayan şagirdlərin elektron yerdəyişməsi prosesi yekunlaşır. Belə ki, sy.edu.az elektron sistemi vasitəsilə ümumi təhsil müəssisələrinə sorğu yerləşdirmə prosesi 7 sentyabr saat 12:00-da dayandırılacaq.

Həmin müddətə qədər sorğu yerləşdirən valideynlər 10 sentyabr saat 15:00-a qədər övladlarının sənədlərini yerdəyişmə etdikləri ümumi təhsil müəssisəsinə təqdim etməlidirlər.

Qeyd edək ki, yerdəyişmə prosesi başa çatdıqdan sonra tamamlanmayan sorğular və növbələr avtomatik olaraq sistem tərəfindən silinəcək.

Qazax-Tovuz Regional Təhsil İdarəsində 2026-2027-ci tədris ili üzrə Sentyabr konfransları və panel müzakirələrin yekunla...
03/09/2026

Qazax-Tovuz Regional Təhsil İdarəsində 2026-2027-ci tədris ili üzrə Sentyabr konfransları və panel müzakirələrin yekunlarına dair müşavirə keçirilib.

Qazax-Tovuz Regional Təhsil İdarəsində 2026–2027-ci tədris ili üzrə qarşıda duran vəzifələr, ötən tədris ilinin nəticələri və regionda təhsilin inkişafı istiqamətində görüləcək işlərlə bağlı müşavirə keçirilib.

Müşavirədə Qazax-Tovuz Regional Təhsil İdarəsinin müdiri Vüqar Dadaşov, Regional Təhsil İdarəsinin əməkdaşları və yerli təhsil sektorlarının müdirləri iştirak ediblər.

Müzakirəni giriş sözü ilə açan Regional Təhsil İdarəsinin müdiri rayonlarda keçirilmiş konfransların əsas nəticələrini, 2026–2027-ci tədris ili üçün gözləntiləri təqdim edib və müşavirənin məqsəd və istiqamətlərini açıqlayıb. Daha sonra rayon sektor rəhbərləri tərəfindən A/B kateqoriyalı məktəblərin mentorluq imkanları, C/D kateqoriyalı məktəblərin əsas problemləri, xüsusi nəzarət tələb edən məktəblər, məktəb rəhbərlərinin hədəf və öhdəlikləri, fənlər üzrə metodiki fəaliyyətlər təqdim edilib, görüləcək tədbirlər qeyd olunub.

Yekunda Region üzrə illik nəticə hədəfləri müəyyənləşdirilib,aşağı nəticəli rayon və məktəblər üzrə tədbirlər,fənlər üzrə metodiki fəaliyyətlər müzakirə edilib, yekun hədəflər və görüləcək işlərlə bağlı müvafiq qərarlar qəbul edilmişdir.

03/09/2026

📢 Yeni Təmayül Tədris Modeli Üzrə Fəaliyyət Göstərən Müəllimimizi Tanıyaq!
21 illik zəngin pedaqoji təcrübəyə malik olan Məmmədova Günel Fazil qızı Azərbaycan dili və ədəbiyyatının tədrisi sahəsində peşəkarlığı, məsuliyyətli fəaliyyəti və şagird nailiyyətlərinə verdiyi töhfələrlə seçilən müəllimlərdəndir. Pedaqoji fəaliyyəti boyunca şagirdlərin dil və ədəbi düşüncə bacarıqlarının inkişafına, onların yüksək akademik nəticələr əldə etməsinə və gələcək təhsil istiqamətlərinə məqsədyönlü hazırlanmasına xüsusi diqqət yetirmişdir.

📌 Təhsil: Azərbaycan Dövlət Pedaqoji Universiteti – Filologiya fakültəsi
📌 Fənn: Azərbaycan dili və ədəbiyyat
📌 Pedaqoji fəaliyyət: 21 il
📌 Diaqnostika nəticəsi: 53 bal
📌 Sertifikasiya nəticəsi: 53 bal

📌 Peşəkar göstəricilər

Uzunmüddətli və səmərəli pedaqoji fəaliyyətinə, təhsilin inkişafına verdiyi töhfələrə görə 2025-ci ildə Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev tərəfindən Fəxri Fərmanla təltif olunmuşdur.

Bu təltif müəllimin pedaqoji fəaliyyətinin, peşəkarlığının və təhsil sahəsində göstərdiyi xidmətlərin yüksək qiymətləndirilməsinin mühüm göstəricisidir.

📚 Pedaqoji fəaliyyətinin əsas istiqamətləri:

• Azərbaycan dili və ədəbiyyat fənləri üzrə fundamental biliklərin sistemli və müasir yanaşmalar əsasında tədrisi;
• Şagirdlərdə düzgün nitq, yazılı ifadə, oxu və anlama bacarıqlarının inkişaf etdirilməsi;
• Ədəbi-bədii düşüncənin, təhlil və mühakiməetmə bacarıqlarının formalaşdırılması;
• Müasir təlim metodlarından və fərdi yanaşmadan səmərəli istifadə edilməsi;
• Şagirdlərin buraxılış və ali məktəblərə qəbul imtahanlarına məqsədyönlü və sistemli hazırlanması;
• Hər bir şagirdin fərdi potensialının müəyyənləşdirilməsi və akademik inkişafının davamlı şəkildə dəstəklənməsi;
• Azərbaycan dili və ədəbiyyat fənlərinə marağın artırılması və yüksək nəticəyönümlü tədris mühitinin formalaşdırılması.

🏆 Nəticə və nailiyyətlər

Məmmədova Günel Fazil qızının pedaqoji fəaliyyətinin əsas uğurlarından biri şagirdlərinin buraxılış və ali təhsil müəssisələrinə qəbul imtahanlarında əldə etdikləri yüksək akademik nəticələrdir.

Onun sistemli, məqsədyönlü və nəticəyönümlü fəaliyyəti şagirdlərin bilik və bacarıqlarının inkişafına, onların öz potensiallarını daha dolğun şəkildə reallaşdırmasına və gələcək təhsil istiqamətlərində uğur qazanmalarına mühüm töhfə vermişdir.

🎓 Yeni Təmayül Tədris Modeli

Müəllimin peşəkar fəaliyyətində ən mühüm nailiyyətlərdən biri Yeni Təmayül Tədris Modeli üzrə fəaliyyət göstərən məktəbə müəllim seçilməsidir.

Yeni Təmayül Tədris Modeli şagirdlərin fərdi maraq və meyillərinin nəzərə alınmasına, onların bilik və bacarıqlarının inkişaf etdirilməsinə, potensiallarının düzgün istiqamətləndirilməsinə və gələcək ixtisas seçimlərinə daha məqsədyönlü hazırlanmasına xidmət edən mühüm təhsil yanaşmasıdır.

Peşəkar müəllimlərin təcrübəsi, məqsədyönlü fəaliyyəti və təhsilalanların yüksək potensialının bir araya gəlməsi bu model çərçivəsində daha böyük akademik nailiyyətlərin əldə olunacağına əsas verir.

21 illik pedaqoji təcrübəsi, peşəkar fəaliyyəti və şagird nailiyyətlərinə verdiyi töhfələrlə Məmmədova Günel Fazil qızı Yeni Təmayül Tədris Modelinin məqsədlərinin uğurla həyata keçirilməsinə dəyərli töhfə verəcək müəllimlərdəndir.

03/09/2026

📢 Yeni Təmayül Tədris Modeli Üzrə Fəaliyyət Göstərən Müəllimimizi Tanıyaq!
2019-cu ildən pedaqoji fəaliyyət göstərən müəllim Bakı Dövlət Universitetinin Kimya fakültəsinin məzunudur. Peşəkar fəaliyyəti ərzində müasir təlim yanaşmalarının tətbiqinə, şagirdlərin elmi düşünmə və tətbiqi bacarıqlarının inkişafına, eləcə də onların yüksək akademik nəticələr əldə etməsinə xüsusi diqqət yetirir.
📌 Təhsil: Bakı Dövlət Universiteti – Kimya fakültəsi
📌 Fənn: Kimya
📌 Pedaqoji fəaliyyət: 2019-cu ildən
📌 MİQ nəticəsi: 85.86 bal
📌 Sertifikasiya nəticəsi: 55 bal
Peşəkar göstəricilər:
Müəllimlərin peşəkar inkişafına və metodiki dəstəyinə töhfə vermək məqsədilə ARTİ tərəfindən təşkil olunan təlimdə təlimçi kimi fəaliyyət göstərmişdir.
📚 Pedaqoji fəaliyyətinin əsas istiqamətləri:
• Kimya fənninin anlayış və qanunauyğunluqlarının sistemli, elmi əsaslarla mənimsədilməsi;
• Müasir təlim metodlarından və fərdiləşdirilmiş yanaşmadan səmərəli istifadə;
• Şagirdlərdə analitik və məntiqi düşünmə, problem həll etmə və tətbiqi bacarıqların inkişaf etdirilməsi;
• Abituriyentlərin buraxılış və blok imtahanlarına məqsədyönlü və sistemli hazırlığının təşkili;
• Şagirdlərin fərdi potensialının müəyyənləşdirilməsi və onların akademik inkişafının davamlı şəkildə dəstəklənməsi;
• Kimya fənninə marağın artırılması və yüksək nəticəyönümlü tədris mühitinin formalaşdırılması.
🏆 Nəticə və nailiyyətlər:
Hazırlıq fəaliyyəti dövründə 10 şagird yüksək nəticə göstərərək müxtəlif universitetlərdə təhsil alır.
Şagirdlərindən 2-si kimya fənni üzrə yüksək nəticə göstərərək Azərbaycan Tibb Universitetində təhsil alır.
Bundan əlavə, şagirdlərindən biri kimya fənni üzrə 30 sualdan 30 düzgün cavab, digəri isə 30 sualdan 29 düzgün cavab əldə edərək yüksək nəticə nümayiş etdirib.
Bu nəticələr müəllimin sistemli və məqsədyönlü fəaliyyətinin, müasir tədris metodlarından istifadəsinin və hər bir şagirdə fərdi yanaşmasının mühüm göstəricisidir.
🎓 Yeni təmayül tədris modeli
Yeni təmayül tədris modeli çərçivəsində məktəblərimizə innovativ düşüncəli, peşəkar və nəticəyönümlü müəllimlərin cəlb olunması şagirdlərin keyfiyyətli təhsil imkanlarının genişləndirilməsinə mühüm töhfə verir.
Modelin əsas məqsədi şagirdlərin fərdi maraq və meyillərini nəzərə almaq, onların potensialını müəyyənləşdirərək inkişaf etdirmək, seçdikləri istiqamət üzrə bilik və bacarıqlarını dərinləşdirmək və gələcək təhsil və ixtisas seçimlərinə daha məqsədyönlü hazırlamaqdır.

Qazax-Tovuz Regional Təhsil İdarəsində vətəndaş qəbulu keçirilib.Keçirilən qəbulda vətəndaşlar əsasən işlə təmin olunma,...
03/09/2026

Qazax-Tovuz Regional Təhsil İdarəsində vətəndaş qəbulu keçirilib.

Keçirilən qəbulda vətəndaşlar əsasən işlə təmin olunma, əmək müqaviləsinin müddətinin uzadılması, iş yerinin dəyişdirilməsi və digər məsələlərlə bağlı müraciətlər ediblər.

İdarə müdiri vətəndaşların müraciət, şikayət və təkliflərini dinləyərək hər bir müraciətin operativ şəkildə araşdırılması və qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində idarənin aidiyyəti üzrə struktur bölmələrinin rəhbərlərinə tapşırıqlar verib.

Qeyd edək ki, vətəndaş qəbulunun keçirilməsində əsas məqsəd vətəndaş məmnunluğunu təmin etmək, vətəndaşları maraqlandıran məsələlərə operativ reaksiya vermək, təhsil müəssisələrində sağlam və şəffaf mühit formalaşdırmaqdır.

03/09/2026
02/09/2026

📢 Yeni Təmayül Tədris Modeli Üzrə Fəaliyyət Göstərən Müəllimimizi Tanıyaq!
Ümumi təhsil müəssisələrində tətbiq edilən yeni təmayül tədris modelinin əsas məqsədi təhsilalanların fərdi potensialını üzə çıxarmaq və onları gələcək peşə seçimlərinə məqsədyönlü şəkildə hazırlamaqdır. Bu istiqamətdə Qazax rayonu Əli Əhmədov adına Qarapapaq kənd ümumi orta ümumtəhsil məktəbinin Azərbaycan dili və ədəbiyyatı müəllimi Məmmədli Həbibə 5 illik zəngin pedaqoji təcrübəsi və peşəkar fəaliyyəti ilə seçilən aparıcı pedaqoqlarımızdandır.
📌 Qabaqcıl Təhsil Bazası:
* Bakalavriat: Azərbaycan Dövlət Pedaqoji Universiteti (Qazax filialı) — Azərbaycan dili və ədəbiyyatı müəllimliyi
📊 Yüksək Akademik Göstəriciləri:
* MİQ İmtahanı Balı: 56/60
* Sertifikatlaşdırma Balı: 48/60
📌 Müasir Pedaqoji Yanaşma Və Metodika:
Tədris prosesində müasir didaktik prinsiplər, interaktiv təlim texnologiyaları və kommunikativ-funksional metodlar uğurla tətbiq edilir. Təlimdə şagirdyönümlülük prinsipi əsasında hər bir təhsilalana fərdi yanaşılaraq onların sərbəst dil və ünsiyyət bacarıqları, habelə analitik təfəkkürü sistemli şəkildə formalaşdırılır.
📌 Yüksək Şagird Nailiyyətləri:
Pedaqoqun məqsədyönlü tədris fəaliyyətinin nəticəsi olaraq, onun yetirmələri dövlət buraxılış və ali təhsil müəssisələrinə qəbul imtahanlarında daim yüksək akademik nəticələr göstərirlər.
🎯 Təmayül Təhsil Konsepsiyasının Strateji Hədəfi:
Yeni təmayül tədris modelinin fundamental məqsədi şagirdlərin fərdi intellektual potensialını, meyil və maraqlarını vaxtında üzə çıxarmaq, müasir standartlara cavab verən keyfiyyətli təhsil mühiti yaratmaq və onların gələcək peşə seçimlərini düzgün istiqamətləndirməkdir. Müəllimimiz də öz səmərəli pedaqoji fəaliyyəti ilə bu strateji hədəflərin reallaşmasına töhfə verir

02/09/2026

📢 Yeni Təmayül Təsdris Modeli Üzrə Fəaliyyət Göstərən Müəllimimizi Tanıyaq!

Qazax rayonu Əli Əhmədov adına Qarapapaq kənd ümumi orta ümumtəhsil məktəbinin ingilis dili müəllimi Xudiyeva Elmira 10 illik zəngin pedaqoji təcrübəsi, yüksək peşəkarlığı və nəticəyönümlü fəaliyyəti ilə seçilən aparıcı pedaqoqlarımızdandır.
📌 Qabaqcıl Təhsil Bazası:
* Bakalavriat: Azərbaycan Dövlət Pedaqoji Universiteti — İngilis dili müəllimliyi
* Magistratura: Azərbaycan Dövlət Aqrar Universiteti — Menecment (Almaniya elmi-tədris proqramı)
📊 Yüksək Akademik Göstəriciləri:
* Sertifikatlaşdırma imtahanı: 56 / 60 bal
* MİQ imtahanı: 81.25 bal
📌 Müasir Pedaqoji Yanaşma Və Metodika:
Elmira müəllimə xarici dilin tədrisində innovativ interaktiv texnologiyalardan, kommunikativ-funksional metodlardan geniş tətbiq edir. O, təlim prosesində hər bir təhsilalana fərdi yanaşaraq şagirdlərin sərbəst dil və ünsiyyət bacarıqlarını, habelə analitik təfəkkürünü sistemli şəkildə formalaşdırır.
📌 Yüksək Şagird Nailiyyətləri:
Pedaqoqun məqsədyönlü və ardıcıl fəaliyyətinin bariz nümunəsi olaraq, onun yetirmələri dövlət buraxılış və ali təhsil müəssisələrinə qəbul imtahanlarında daim ön sıralarda yer alaraq yüksək akademik nəticələr göstərirlər.
🎯 Təmayül Təhsil Konsepsiyasının Strateji Hədəfi:
Yeni təmayül tədris modelinin fundamental məqsədi şagirdlərin fərdi intellektual potensialını, meyil və maraqlarını vaxtında üzə çıxarmaq, müasir standartlara cavab verən keyfiyyətli təhsil mühiti yaratmaq və onların gələcək peşə seçimlərini düzgün istiqamətləndirməkdir.

02/09/2026

Mayın 6-dan etibarən həyata keçirilən 2026–2027-ci tədris ili üzrə uşaqların I sinfə elektron qəbulu prosesi 3 sentyabr saat 18:00-da başa çatacaq.

Bu günədək 124 mindən artıq uşağın birinci sinfə qəbul prosesi tamamlanıb.

Nəzərinizə çatdırırıq ki, qəbul prosesi www.mektebeqebul.edu.az portalı vasitəsilə elektron şəkildə həyata keçirilir.

İnternetə çıxış imkanı olmayan vətəndaşlar isə aidiyyəti üzrə:
Alternativ qeydiyyat mərkəzlərinə;
Agentliyin və yerli idarələrin çağrı mərkəzlərinə;
ASAN xidmət mərkəzlərinə müraciət edə bilərlər.

Həmçinin bildiririk ki, üzrlü səbəblərdən I sinfə qəbul prosesində gecikən uşaqların ümumi təhsil müəssisələrinə elektron qəbulu sentyabr ayı ərzində yenidən aktivləşdiriləcək.

02/09/2026

📢 Yeni təmayül tədris modeli üzrə fəaliyyət göstərən müəllimimizi tanıyaq

5 illik pedaqoji təcrübəyə malik Şərifova Sevinc informatika fənninin tədrisində peşəkarlığı, yüksək metodik hazırlığı və nəticəyönümlü fəaliyyəti ilə seçilir.

📌Təhsili
Bakalavr- Azərbaycan Texniki Universiteti : kompüter mühəndisliyi
Magistratura- Sumqayıt Dövlət Universiteti : Kompüter Elmləri

📊 Peşəkar göstəriciləri
▪️ Sertifikasiya — 53/60 bal
▪️ MİQ — 83.75 bal
📌Pedaqoji fəaliyyəti
İnformatika fənninin tədrisində müasir metod və yanaşmalardan istifadə etməklə şagirdlərin riyazi, məntiqi və analitik təfəkkürünün inkişaf etdirilməsinə xüsusi diqqət yetirir. Təlim prosesində fərdi yanaşma tətbiq edir, şagirdlərin bilik və bacarıqlarının sistemli şəkildə inkişaf etdirilməsini təmin edir.

📌Nəticələri
Şagirdlərinin buraxılış və blok imtahanlarında yüksək nəticələr əldə etməsinə mühüm töhfə vermişdir. Tədris prosesində şagirdlərin imtahanlara sistemli və məqsədyönlü hazırlığına xüsusi diqqət yetirir.

🎯 Yeni təmayül tədris modelinin əsas hədəfi şagirdlərin potensialını üzə çıxarmaq, fərdi maraq və meyillərinə uyğun təhsil imkanları yaratmaq və onların gələcək təhsil və ixtisas seçimlərini düzgün istiqamətləndirməkdir.

Address

Tovuz Rayonu, Düz Cırdaxan Kəndi
Tovuz
6024

Alerts

Be the first to know and let us send you an email when Qazax-Tovuz Regional Təhsil İdarəsi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Qazax-Tovuz Regional Təhsil İdarəsi:

Shortcuts

Share