Tovuz

Tovuz TOVUZ AZƏRBAYCAN Tovuz rayonu 1930-cu ilin avqust ayının 8-də təşkil olunmuşdur. Tovuz rayonunda 2 şəhər (Tovuz və Qovlar şəhərləri) və 102 kənd vardır.

Rayon ölkədə ən iri kənd təsərrüfatı rayonlarından biri olmaqla ərazisi 1903 kv km, 01.07.2012-ci il tarixə əhalisi 163.6 min nəfərdir. Məşğul əhalinin əsas hissəsi kənd təsərrüfatında, rayonda fəaliyyət göstərən idarə və müəssisələrdə, özəl sektorda və xidmət sahələrində çalışır. Rayonda 43 inzibati ərazi dairəsi, 41 bələdiyyə mövcuddur. Rayon ərazisində 235 idarə və müəssisə, 9 bank filialı, 2 r

abitə müəssisəsi, 3 mehmanxana fəaliyyət göstərir. Hazırda rayon üzrə məşğul əhalinin sayı 76174 nəfər, o cümlədən onların 45266 nəfəri kənd təsərrüfatında, 7745 nəfəri təhsil və mədəniyyət müəssisələrində, 5767 nəfəri ticarət və içtimai iaşədə, 5836 nəfəri tikintidə, 3240 nəfəri nəqliyyat və rabitədə, 2632 nəfəri səhiyyədə və sosial təminatda, 1670 nəfəri idarəetmə orqanlarında, 1170 nəfəri mənzil-kommunal təsərrüfatı və əhaliyə məişət xidmətində, 1572 nəfəri sənayedə, 1276 nəfəri digər sahələrdə çalışır.

Address

Tovuz

Alerts

Be the first to know and let us send you an email when Tovuz posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share