Tovuz Heydər Əliyev Mərkəzi

Tovuz Heydər Əliyev Mərkəzi Ulu öndər Heydər Əliyev siyasi irsinin təbliğ edilmesi.

01 avqust 2026-cı il tarixdə Tovuz rayonu üzrə mədəniyyət müəssisələrinin birgə iştirakı ilə 1avqust Azərbaycan  əlifbas...
01/08/2026

01 avqust 2026-cı il tarixdə Tovuz rayonu üzrə mədəniyyət müəssisələrinin birgə iştirakı ilə 1avqust Azərbaycan əlifbası və Azərbaycan dili gününə həsr olunmuş "Mənim dilim lay-lay dilidir" başlıqlı tədbir təşkil edilib.
Tədbirdə Azərbaycan əlifbasının və dilimizin yaranma tarixi haqqında çıxış edənlər bildiriblər ki, avqustun 1-i Azərbaycan Əlifbası və Azərbaycan Dili Günüdür. Bu əlamətdar gün Ümummilli Lider Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən təsis edilib və qloballaşma şəraitində milli dilimizin qorunması baxımından böyük əhəmiyyət kəsb edir.
Dövlətimizin başçısının 2018-ci il noyabrın 1-də imzaladığı “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərman ölkəmizdə dövlət dilinin daim diqqət mərkəzində saxlanıldığını bir daha təsdiq edir. 2025-ci il 31 iyul tarixli Fərmanla Azərbaycan dilinin tətbiqinə və dil normalarına əməl olunmasına nəzarət funksiyalarının Mədəniyyət Nazirliyinə həvalə edilməsi bu sahədə dövlət nəzarətinin daha da gücləndirilməsini təmin edib.
Bu il isə ölkəmizdə Birinci Türkoloji Qurultayın 100 illiyi ilə əlamətdardır. 1926-cı ildə Bakıda keçirilmiş qurultay türk xalqlarının dil, əlifba və mədəni inteqrasiyası baxımından mühüm mərhələ olub. Qurultayda latın qrafikasına keçid, ortaq yazı sistemi və türk dillərinin inkişafı ilə bağlı məsələlər geniş müzakirə edilib.
Bir əsr sonra həmin tarixi irsin davamı olaraq Azərbaycan dili və əlifbasının qorunması, inkişaf etdirilməsi və gələcək nəsillərə çatdırılması dövlət dil siyasətinin əsas istiqamətlərindən biri olaraq qalır.
1 Avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü ana dilimizin keçdiyi tarixi yolu, onun qorunması istiqamətində görülən işləri və gələcək nəsillərə ötürülməsi məsuliyyətini bir daha diqqətə çatdırır.
Sonda tədbirdə iştirak edən körpə fidanların Azərbaycan dilinə həsr olunmuş seirləri və rəsm əsərləri tədbir iştirakçılarına təqdim edilib.

22 iyul  2026-cı il tarixdə Tovuz rayon Heydər Əliyev Mərkəzində Tovuz rayonu üzrə mədəniyyət müəssisələrinin birgə işti...
30/07/2026

22 iyul 2026-cı il tarixdə Tovuz rayon Heydər Əliyev Mərkəzində Tovuz rayonu üzrə mədəniyyət müəssisələrinin birgə iştirakı ilə 22 iyul Milli Mətbuatın yaranması ilə bağlı dəyirmi masa təşkil edilib.
Çıxış edənlər bildirib ki, 1875-ci il iyulun 22-də Həsən bəy Zərdabinin nəşr etdirdiyi "Əkinçi" qəzeti milli mətbuatımızın əsasını qoymuş, xalqın maariflənməsinə, milli şüurun formalaşmasına və ictimai fikrin inkişafına mühüm töhfələr vermişdir.
Tarix boyu Azərbaycan mətbuatı müxtəlif dövrlərdə çətin sınaqlarla üzləşsə də, cəmiyyətin informasiya təminatında, milli-mənəvi dəyərlərin qorunmasında və vətənpərvərlik ruhunun gücləndirilməsində mühüm rol oynayıb. Mətbuat həmişə xalqın səsi olmuş, ictimai proseslərin obyektiv işıqlandırılmasına çalışmışdır.
Müasir dövrdə informasiya texnologiyalarının sürətli inkişafı media sahəsində yeni imkanlar yaratmaqla yanaşı, yeni məsuliyyətlər də formalaşdırır. Bu baxımdan peşəkar jurnalistika cəmiyyət üçün etibarlı informasiya mənbəyi olaraq öz əhəmiyyətini qoruyur.

18/07/2026
17 iyul  2026-cı il tarixdə Tovuz rayon Heydər Əliyev Mərkəzində Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi Tovuz rayonu üz...
18/07/2026

17 iyul 2026-cı il tarixdə Tovuz rayon Heydər Əliyev Mərkəzində Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi Tovuz rayonu üzrə mədəniyyət müəssisələrinin birgə iştirakı ilə Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrası ilə bağlı "Birinci Tükoloji Qurultay elm,dil və milli birliyin 100 illik səlnaməsi" mövzusunda konfrans təşkil edilib.
Konfransda fikir səsləndirənlər söyləyiblər ki, Birinci Türkoloji Qurultay ortaq zəngin keçmişə və qədim irsə malik türk xalqlarının mədəni inteqrasiyasında mərhələ yaratmış müstəsna əhəmiyyətli hadisələrdəndir. Beynəlxalq miqyaslı bu unikal elmi forumda türkologiyanın ən aktual məsələləri geniş və sistemli müzakirə obyektinə çevrilmiş, türk dünyasının dili, tarixi, etnoqrafiyası, ədəbiyyatı və mədəniyyətinin gələcəyi ilə bağlı vacib qərarlar qəbul edilmiş, latın qrafikası əsasında vahid ümumtürk əlifbasına keçilməsi xüsusi diqqət mərkəzində saxlanılmışdır.Birinci Türkoloji Qurultayın vaxtilə irəli sürdüyü bir çox ideyalar müasir şəraitdə uğurla gerçəkləşdirilir. Türk dünyasının yenidən vahid ailə şəklində formalaşması istiqamətində diqqətəlayiq nailiyyətlər qazanılmışdır. Türk ölkələri arasında qardaşlıq ruhu ilə müttəfiqlik münasibətlərinin möhkəmləndirilməsi və qarşılıqlı mədəni əməkdaşlıq əlaqələrinin dərinləşdirilməsinə doğru qətiyyətlə atılan addımlar artıq davamlı xarakter daşımaqdadır. 2025-ci il oktyabrın 6–7-də Qəbələ şəhərində keçirilən Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının 12-ci Zirvə Görüşünün Bəyannaməsində Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin qeyd edilməsi çağırışının öz əksini tapması bunun daha bir təzahürüdür deyə bildirilib.
Sonda 1926-cı il Tükoloji Qurultay sənədli filmi nümayiş olunub.

14 iyul  2026-cı il tarixdə  14 iyul Ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə gəlməsinin ildönümü  ilə əlaqədar Tovu...
14/07/2026

14 iyul 2026-cı il tarixdə 14 iyul Ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə gəlməsinin ildönümü ilə əlaqədar Tovuz rayonu Heydər Əliyev Mərkəzində mədəniyyət müəssisələrinin birgə təşkilatçılığı ilə "14 iyul 1969-cu il: Müstəqil və qüdrətli Azərbaycan dövlətinin təməlinin qoyulduğu gün" mövzusunda konfrans keçirilib.
Tədbirdə ilk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirib və Ulu Öndər Heydər Əliyevin və ərazi bütövlüyümüz uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edənlər 14 iyulun Azərbaycan tarixinin ən mühüm hadisələrindən biri - Ulu Öndərin siyasi hakimiyyətə gəlməsi və onun ölkəmizin inkişafındakı müstəsna rolu barədə məlumat veriblər. Tədbirdə çıxış edənlər bildiriblər ki, Heydər Əliyev 14 iyul 1969-cu ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci Katibi seçildi, bu qərar təkcə siyasi, iqtisadi, sosial və mədəni həyatında yeni mərhələnin başlanğıcı oldu. Dahi şəxsiyyət nəinki müstəqil Azərbaycan dövlətçiliyinin əbədiliyini təmin edib, həm də yeni idarəçilik məktəbi formalaşdırıb. Bu gün ölkəmiz Ümummili Lider Heydər Əliyev siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni nailiyyətlər qazanır.
Tədbirin sonunda Ulu Öndərin dövlətçilik ənənələrini əks etdirən "İZ" filminə və kitab sərgisinə baxış keçirilib.

14 iyul 1969-cu il Azərbaycan tarixində yeni inkişaf mərhələsinin başlanğıcı kimi xüsusi əhəmiyyət daşıyır. Həmin gün Üm...
14/07/2026

14 iyul 1969-cu il Azərbaycan tarixində yeni inkişaf mərhələsinin başlanğıcı kimi xüsusi əhəmiyyət daşıyır. Həmin gün Ümummilli Lider Heydər Əliyevin respublika rəhbərliyinə gəlişi ölkənin ictimai-siyasi, iqtisadi və mədəni həyatında köklü dönüşün əsasını qoydu. Qısa müddət ərzində həyata keçirilən məqsədyönlü islahatlar Azərbaycanın hərtərəfli inkişafına güclü təkan verdi. Yeni sənaye müəssisələri yaradıldı, kənd təsərrüfatı modernləşdirildi, elm və təhsil sahələrinə xüsusi diqqət ayrıldı, milli kadr hazırlığı prioritet istiqamətlərindən birinə çevrildi. Azərbaycan keçmiş ittifaqın ən dinamik inkişaf edən respublikalarından biri kimi tanınmağa başladı. Heydər Əliyevin uzaqgörən siyasəti yalnız həmin dövrün uğurlarını təmin etmədi, həm də gələcək müstəqil Azərbaycanın möhkəm iqtisadi, intellektual və dövlətçilik təməlini formalaşdırdı. 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər ölkəni dərin böhrandan çıxararaq sabitlik və inkişaf yoluna çıxardı. Bu siyasi kurs bu gün cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Azərbaycan öz suverenliyini daha da möhkəmləndirərək beynəlxalq aləmdə nüfuzunu və mövqeyini durmadan gücləndirir.

13 iyul  2026-cı il tarixdə Tovuz rayon Heydər Əliyev Mərkəzində Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi Tovuz rayonu üz...
13/07/2026

13 iyul 2026-cı il tarixdə Tovuz rayon Heydər Əliyev Mərkəzində Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi Tovuz rayonu üzrə mədəniyyət müəssisələrinin birgə iştirakı ilə Tovuz döyüşlərinin 6-cı ildönümünə həsr olunmuş "Tovuzdan zəfərə uzanan yol" mövzusunda dəyirmi masa təşkil olunub.
Çıxış edənlər ilk öncə Ulu öndər Heydər Əliyevin və vətənimiz uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edib.
Daha sonra vətən müharibəsi veteranı Asif Qasımov və başqa çıxışçılar bildiriblər ki, 2020-ci il 12 iyul günorta saatlarından başlayaraq Ermənistan silahlı qüvvələri iki ölkənin dövlət sərhədinin Tovuz rayonu istiqamətində atəşkəsi kobud şəkildə pozaraq Azərbaycan Ordusunun mövqelərini atəşə tutub. Düşmən daha sonra mövqelərimizi iriçaplı silahlardan və ağır artilleriyadan atəşə tutmaqda davam edib.Tovuz döyüşləri iyulun 17-də Azərbaycan Ordusunun qələbəsi ilə yekunlaşıb və heç bir ərazi itkisi olmayıb. Döyüşlərdə Azərbaycan Ordusunun 12 hərbi qulluqçusu - general-mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev, mayor Namiq Əhmədov, mayor Anar Novruzov, baş leytenant Rəşad Mahmudov, gizir İlqar Zeynallı, gizir Yaşar Babayev, çavuş Vüqar Sadıqov, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu, baş əsgər Elşad Məmmədov, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Elçin Mustafazadə, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Nazim İsmayılov və əsgər Xəyyam Daşdəmirov və bir mülki vətəndaş qəhrəmancasına şəhid olub. Beləliklə, qələbə ilə yekunlaşan 5 günlük Tovuz döyüşləri Azərbaycanın uzun illər işğal altında olan torpaqlarının azad edilməsinə yol açıb.

Tovuz rayon Heydər Əliyev Mərkəzində  “2 iyul Azərbaycan polisi günü” münasibətilə tədbir keçirilib. Tədbirdə Tovuz Rayo...
03/07/2026

Tovuz rayon Heydər Əliyev Mərkəzində “2 iyul Azərbaycan polisi günü” münasibətilə tədbir keçirilib. Tədbirdə Tovuz Rayon İcra Hakmiyyətinin başçısı Məmməd Məmmədov, Tovuz Rayon Polis Şöbəsinin rəisi Habil Əmiraslanov, hüquq mühafizə orqanlarının rəhbərləri, polis əməkdaşları, veteran polislər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları xalqımızın Ümummilli Lideri Heydər Əliyevin abidəsini ziyarət edərək əziz xatirəsini ehtiramla yad ediblər.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və Vətənimizin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbirdə Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov və Rayon Ağsaqqallar Şurasının üzvü Mücaməddin Axundov çıxış edərək rayon polis şöbəsinin əməkdaşlarını təbrik etmiş, onlara çətin və çox şərəfli xidmətlərində uğurlar arzulamışlar.
RİH başçısı Məmməd Məmmədov bildirmişdir ki, Ulu Öndər Heydər Əliyev polis orqanlarında çalışan əməkdaşların nümunəvi xidmətlərini həmişə yüksək qiymətləndirmiş, 24 may 1998-ci il tarixli Fərmanı ilə “2 iyul Azərbaycan polisi günü”nü təsis etmişdir. Asayişin keşiyində ayıq-sayıq dayanan polis işçilərinə bu diqqət və qayğı bu gün də möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən davam etdirilir. Diqqət qayğınının nəticəsidir ki, Rayon Polis Şöbəsinin əməkdaşları ictimai asayişin qorunması, cinayətkarlığa qarşı mübarizədə səmərəli fəaliyyət göstərərək sakinlərimizin hüquqlarının müdafiəsi sahəsində öz vəzifələrini layiqincə yerinə yetirirlər.
Sonra çıxış edən rayon Polis Şöbəsinin rəisi Habil Əmiraslanov ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən daxili işlər orqanlarına və əməkdaşlarına göstərilən diqqət və qayğıya görə təşəkkürünü bildirmişdir.
Tədbirin sonunda xidmətdə fərqləndiklərinə görə bir qrup polis əməkdaşına rayon İcra Hakimiyyətinin Fəxri Fərmanları və hədiyyələri təqdim olunmuşdur.
Sonda xatirə şəkili çəkilmişdir.

Address

İstiqlal 2
Tovuz
[email protected]

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 15:00

Telephone

+994223154401

Website

Alerts

Be the first to know and let us send you an email when Tovuz Heydər Əliyev Mərkəzi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Tovuz Heydər Əliyev Mərkəzi:

Shortcuts

Share