Ucar rayon M.Vəliyev adına Küçəkənd kənd tam orta məktəb

03/09/2026

📢 Tərbiyəçi-müəllim vəzifəsinə işə qəbul üzrə müsabiqənin müsahibə mərhələsinə start verilir

Mərkəzi Aran Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrində vakant olan tərbiyəçi-müəllim vəzifələrinə işə qəbul üzrə müsabiqənin müsahibə mərhələsinə qeydiyyat elan edilir.

👤 Kimlər müraciət edə bilər?

2025-ci ildə keçirilmiş müsabiqənin test mərhələsində iştirak etmiş və 40 və daha yuxarı bal toplamış namizədlər müsahibə mərhələsində iştirak etmək üçün qeydiyyatdan keçə bilərlər.

📅 Qeydiyyat müddəti

Qeydiyyat 1 sentyabr 2026-cı il saat 10:00-da başlayır və 7 sentyabr 2026-cı il saat 18:00-da başa çatır.

🔗 Qeydiyyat linki:
https://forms.gle/wPFKuNs3e4gn6zgR9

📄 Məktəbəqədər təhsil müəssisələrində tərbiyəçi-müəllim vəzifəsi üzrə mövcud vakant yerlərin siyahısı:
https://docs.google.com/spreadsheets/d/1Y4EbC5uvpkp28-rKSmcQmEd2h4bQpxGrML5kIawpfFo/edit?usp=sharing

📌 Müsahibə mərhələsi

Qeydiyyat müddəti başa çatdıqdan sonra müvafiq keçid balını toplamış və müəyyən edilmiş tələblərə cavab verən namizədlərə müsahibənin keçiriləcəyi tarix və yer barədə məlumat veriləcək.

Müsahibəyə dəvət olunan namizədlər şəxsiyyət vəsiqəsini və ali və ya orta ixtisas təhsili haqqında diplomunu təqdim etməlidirlər.

Namizədin diplomunda göstərilən ixtisasın müraciət etdiyi vəzifəyə uyğunluğu, eləcə də qeydiyyat zamanı təqdim etdiyi məlumatların düzgünlüyü yoxlanılacaq. Təqdim edilmiş məlumatlarda və ya ixtisas uyğunluğunda uyğunsuzluq müəyyən edildiyi halda namizədlə müsahibə keçirilməyəcək.

📋 Yerləşdirmə siyahısı

Müsahibədə uğur qazanan namizədlər arasında test nəticəsi daha yüksək olan namizəd müvafiq vakant yerə təyin olunmaq hüququ əldə edəcək.

⏰ Qeydiyyat üçün son tarix: 7 sentyabr 2026-cı il, saat 18:00.

03/09/2026
02/09/2026

📢 3 sentyabr saat 18:00-da 2026–2027-ci tədris ili üzrə uşaqların I sinfə elektron qəbulu prosesi başa çatacaq.

ℹ️ Nəzərinizə çatdırırıq ki, qəbul prosesi www.mektebeqebul.edu.az portalı vasitəsilə elektron şəkildə həyata keçirilir.

İnternetə çıxış imkanı olmayan vətəndaşlar isə aidiyyəti üzrə:

🔹 Alternativ qeydiyyat mərkəzlərinə;
🔹 Agentliyin və yerli idarələrin çağrı mərkəzlərinə;
🔹 ASAN xidmət mərkəzlərinə müraciət edə bilərlər.

📌 Həmçinin bildiririk ki, üzrlü səbəblərdən I sinfə qəbul prosesində gecikən uşaqların ümumi təhsil müəssisələrinə elektron qəbulu sentyabr ayı ərzində yenidən aktivləşdiriləcək.

01/09/2026

📢 Təhsilverənlərin təkrar sertifikatlaşdırması prosesinin müsahibə mərhələsinə başlanılır

🗓️ Təhsilverənlərin təkrar sertifikatlaşdırılması prosesinin müsahibə mərhələsinin keçiriləcəyi tarix və məkan barədə məlumatlar müəllimlərin şəxsi kabinetlərinə göndərilib. Namizədlər şəxsi kabinetlərinə daxil olaraq müvafiq məlumatlarla tanış ola bilərlər.

📌 Qeyd edək ki, 3 sentyabrdan etibarən təkrar sertifikatlaşdırma prosesinin müsahibə mərhələsi təşkil olunacaq.

❗️ Nəzərinizə çatdırırıq ki, test imtahanında keçid balı toplayan şəxslərin əməkhaqqına 10 faiz, 51 bal və daha yüksək nəticə əldə edən şəxslərin əməkhaqqına isə 35 faiz əlavə tətbiq ediləcək. Əlavələr müsahibə mərhələsində uğur qazanan müəllimlərin əməkhaqqına tətbiq olunacaq.

📍 Təkrar sertifikatlaşdırmanın müsahibə mərhələsində iştirak edəcək müəllimlər şəxsi kabinetlərində qeyd olunan tarix və məkana uyğun olaraq prosesdə iştirak etməlidirlər.

🤝 Təkrar sertifikatlaşdırmanın müsahibə mərhələsində iştirak edəcək bütün müəllimlərə uğurlar arzulayırıq!

28/08/2026
26/08/2026

📢10-cu sinif şagirdləri üçün elektron yerdəyişmə prosesinə başlanılır

📌27 avqust saat 15:00-dan etibarən 2026-2027-ci tədris ili üzrə X siniflər üçün şagird yerdəyişməsi prosesinə başlanılacaq.

💻 Şagirdlərin elektron yerdəyişməsi sy.edu.az portalı vasitəsilə həyata keçirilir.

🗓️ Qeyd edək ki, 20 avqust saat 15:00-dan etibarən başlayan 2026–2027-ci tədris ili üzrə 2–9-cu və 11-ci sinif şagirdlərini əhatə edən elektron yerdəyişmə prosesi davam edir.

❗Nəzərinizə çatdırırıq ki, internetə çıxış imkanı olmayan vətəndaşlar yerdəyişmə prosesi ilə bağlı aidiyyəti üzrə Agentliyin və təhsili yerli idarəetmə bölmələrinin çağrı mərkəzlərinə, Agentliyin Vətəndaşlara Xidmət Mərkəzinə, eləcə də ASAN xidmət mərkəzlərinə müraciət edə bilərlər.

2026–2027-ci tədris ilində ali məktəblərə qəbul olaraq tələbə adını qazanan bütün şagirdlərimizi ürəkdən təbrik edirik!O...
24/08/2026

2026–2027-ci tədris ilində ali məktəblərə qəbul olaraq tələbə adını qazanan bütün şagirdlərimizi ürəkdən təbrik edirik!
Onlara gələcək təhsil və həyat yollarında bol uğurlar, yüksək nailiyyətlər və parlaq gələcək arzulayırıq. Hər bir şagirdimizlə fəxr edir, yeni uğurlarını səbirsizliklə gözləyirik!
Təbriklər, əziz məzunlarımız! 🎓🌟
1.İsmayılova Zəhra ATU Tibb bacısı (d.s)
2.İsmayılov Hafiz ADİU İqtisadiyyat (d.s)
3.Məmmədli Tükəzban BDU Xüsusi pedaqogika (d.s)
4.Daşdəmirli Zeynəb Qalib ,Qarabağ Universiteti (Biznesin İdarə edilməsi
5.Qurbanlı Rəfiqə Cəhalət ,Bakı Biznes Universiteti,(Sosial iş)
6.Nürəddinova Leyla Akşin ADPU ,Ağcəbədi filialı (Məktəbəqədər təhsil )
7.Həşimova Pakizər Laçın, Mingəçevir Dövlət Universiteti (Marketinq)
8.Quliyeva Arzu ,BDU(Coğrafiya müəllimi)
9.Ələsgərov Ümüd ,Bakı Mühəndislik Universiteti (Nəqliyyatda servis, avtomobil )
10.Əliyeva Nigar Anar , Azərbaycan Dövlət İqtisad Universiteti (Sənaye mühəndisliyi)
11.Quliyev Bəxtiyar , Azərbaycan Əmək və Sosial münasibətlər Akademiyası (Sosial iş)
12.Xəlilov Məhəmməd,BDU (İqtisadiyyat)
13.Salmanova Xumar Səfa, Azərbaycan Dövlət Pedaqoji Universiteti,Şamaxı filialı(Fizika müəllimi)
14.Rüstəmova Aydan Şaban ,Qarabağ Universiteti (tibb bacısı)
15.Tağıyeva Aylin Akif,Bakı Mühəndislik Universiteti (Dövlət və bələdiyyə idarəetməsi)

Prezident İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə verdiyi müsahibə barədə Azərbaycan ilə Özbəkistan ar...
24/08/2026

Prezident İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə verdiyi müsahibə barədə


Azərbaycan ilə Özbəkistan arasında ortaq köklərə, dil və mədəni yaxınlığa, əsrlər boyu formalaşan mənəvi dəyərlərə əsaslanan mədəni və humanitar əməkdaşlıq münasibətlərin ayrılmaz və vacib sahəsidir. Bu sahədə həyata keçirilən əməkdaşlıq xalqlarımız arasında qarşılıqlı anlaşmanın, etimadın, dostluğun və qardaşlıq əlaqələrinin möhkəmləndirilməsinə mühüm töhfə verir, humanitar əlaqələri yeni məzmunla zənginləşdirir.
Xalqlarımızın qarşılıqlı səyləri və dövlətlərimizin birgə dəstəyi sayəsində son illərdə mədəni-humanitar əlaqələr uğurla inkişaf edir. Birgə keçirilən mədəniyyət günləri, incəsənət festivalları, elmi konfranslar, ədəbi nəşrlər və təhsil proqramları iki ölkə arasında mədəni və humanitar gündəliyin möhkəmlənməsində xüsusi rol oynayır.
2023-cü və 2025-ci illərdə Azərbaycan Özbəkistan Mədəniyyəti Günlərinə, 2024-cü ildə Özbəkistan Azərbaycan Mədəniyyəti Günlərinə ev sahibliyi edib, həmin il Xivə şəhərində “Şuşa Günləri” keçirilib. Özbəkistandan gələn geniştərkibli nümayəndə heyəti Bakıda keçirilən Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş Türk Dünyası Həftəsində iştirak edib.
Biz fəxr edirik ki, qardaş ölkəmizin ən qədim və nüfuzlu ali təhsil müəssisələrindən biri olan Özbəkistan Milli Pedaqoji Universiteti dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin adını daşıyır.
Keçən il əziz qardaşım Prezident Şavkat Miromonoviçlə birlikdə Bakının mərkəzində təməlini qoyduğumuz 5 hektar sahəsi olan “Özbəkistan” parkı qardaşlığımızın daha bir rəmzinə çevriləcək.
Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən təşəbbüslər və layihələr iki ölkə arasında mədəni və humanitar əməkdaşlığın genişləndirilməsində böyük əhəmiyyətə malikdir.
Təhsil sahəsində əməkdaşlıq Azərbaycan ilə Özbəkistan arasında mədəni-humanitar tərəfdaşlığın aparıcı sahələrindən biri kimi çıxış edir. 2025-2026-cı tədris ilində Özbəkistanın 67 vətəndaşı Azərbaycanda, Azərbaycanın 176 vətəndaşı isə Özbəkistanda təhsil alıb.
Özbəkistandan Azərbaycana turist səfərlərində artım müşahidə olunur. Ölkəmizi 2024-cü ildə 46 min, 2025-ci ildə 62 min, 2026-cı ilin yanvar-avqust aylarında isə 44 min Özbəkistan vətəndaşı ziyarət edib.
Regionlararası əməkdaşlığın uğurlu inkişafını xüsusi qeyd etmək olar. Bakı-Daşkənd, İsmayıllı-Riştan, Şuşa-Xivə, Lənkəran-Buxara, Şəki-Kokənd, Biləsuvar-Termez, Mingəçevir-Namanqan, Füzuli-Gülüstan, Quba-Cizak və Beyləqan-Şəhrisəbz şəhərləri arasında qardaşlaşmış şəhər və tərəfdaşlıq münasibətləri qurulub. Naxçıvan və Ürgənc arasında yaxın vaxtlarda qardaşlaşmış şəhər münasibətlərinin qurulması planlaşdırılır. Bu gün xalqlarımızı daha da yaxınlaşdıran, ortaq tarixi, mədəni və mənəvi dəyərləri qoruyan, gələcək nəsillər arasında dostluğu və qarşılıqlı etimadı gücləndirən əməkdaşlıq üçün mühüm platformalardan biri olan Azərbaycan ilə Özbəkistan arasında qardaşlaşmış şəhər təşəbbüsləri xüsusilə əhəmiyyətlidir.
Beləliklə, Azərbaycan ilə Özbəkistan arasında mədəni-humanitar əməkdaşlıq təkcə ikitərəfli münasibətlərin vacib sahəsi deyil, həm də ortaq dəyərlərimizi, zəngin mədəni irsimizi və xalqlarımız arasındakı qardaşlıq bağlarını qoruyan gələcəyə yönəlmiş strateji humanitar körpüdür.

Ucar rayon Mübariz Vəliyev adına Küçəkənd kənd tam orta məktəbin Fizika müəllimi -Ağamalıyeva Türkan

Address

Ucar Rayon Küçəkənd Kəndi
Ucar
6117

Telephone

+994503677172

Website

Alerts

Be the first to know and let us send you an email when Ucar rayon M.Vəliyev adına Küçəkənd kənd tam orta məktəb posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Ucar rayon M.Vəliyev adına Küçəkənd kənd tam orta məktəb:

Shortcuts

Share