Ucar rayon üzrə gənclər və idman sektoru

Ucar rayon üzrə gənclər və idman sektoru Ucar rayonu üzrə gənclər və idman sektorunun rəsmi Facebook səhifəsi.

03/09/2026
03/09/2026
03/09/2026

📢 “GİNius 86.600” “Fibonacci” intellektual-əyləncəli oyununun region mərhələsi keçiriləcək!

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının birgə təşkilatçılığı ilə vətən müharibəsində qazanılmış tarixi Zəfərin 6-cı ildönümünə həsr olunmuş, Mərkəzi Aran regionu üzrə fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında “GİNius 86.600” “Fibonacci” intellektual-əyləncəli oyun keçiriləcək.

📍 Mingəçevir Gənclər Evi
📅 Tarix: 22 sentyabr 2026-cı il
🕙 Saat: 10:00

Ali və orta ixtisas təhsili müəssisələrinin tələbələrini müsabiqədə iştirak etməyə dəvət edirik!

📝 İştirak üçün aşağıdakı linkə keçid edərək qeydiyyatdan keçə bilərsiniz:
🔗 https://forms.gle/cKYmVcvzxTUABegB7

“Sülhə açılan yollar” – gələcəyə aparan yol1 sentyabr 2026-cı il tarixində Ucar Gənclər Evi SXN-də “Sülh aylığı” çərçivə...
01/09/2026

“Sülhə açılan yollar” – gələcəyə aparan yol

1 sentyabr 2026-cı il tarixində Ucar Gənclər Evi SXN-də “Sülh aylığı” çərçivəsində Ucar Rayon İcra Hakimiyyəti, Ucar rayonu üzrə gənclər və idman sektoru və Ucar Gənclər Evi SXM-in birgə təşkilatçılığı ilə “Sülhə açılan yollar” adlı görüş keçirilib.

Görüşdə sülhün insan həyatında və cəmiyyətin inkişafında rolu, qarşılıqlı hörmət, həmrəylik və tolerantlıq dəyərlərinin əhəmiyyəti barədə geniş fikir mübadiləsi aparılıb. Çıxışlarda vurğulanıb ki, sülh yalnız müharibənin olmaması deyil, insanların bir-birini anladığı, hörmət etdiyi və gələcəyə birlikdə addımladığı bir həyat fəlsəfəsidir.
BirKimiBirlikdə # Sülh Aylığı #

31/08/2026
26/08/2026

⚽️ “Sabah” komandası UEFA Çempionlar Liqasının liqa mərhələsinə vəsiqə qazanıb!

Ölkə çempionu pley-off mərhələsinin cavab oyununda İsrailin “Hapoel” (Beer-Şeva) komandasını qəbul edib. Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən qarşılaşmanın əsas vaxtı komandamızın 3:2 hesablı qələbəsi ilə başa çatıb. Əlavə vaxtda 5:2 hesabı ilə qalib gələn “Sabah” çempionlar liqasının əsas mərhələsinə vəsiqə qazanıb.
Təbrik edirik!😊✊🏻


Sabah FC

Address

Ucar Rayon Gənclər Evi
Ucar
6100

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00

Telephone

+994503040469

Website

Alerts

Be the first to know and let us send you an email when Ucar rayon üzrə gənclər və idman sektoru posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Ucar rayon üzrə gənclər və idman sektoru:

Shortcuts

Share