Xaçmaz Rayon İcra Hakimiyyəti

Xaçmaz Rayon İcra Hakimiyyəti Xaçmaz Rayon İcra Hakimiyyəti
Ünvan: Xaçmaz şəhəri, Hacı Zeynalabdin Tağıyev küçəsi 10

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev şəhid anasının dəfn mərasimində iştirak edibXaçmaz rayonunda Birin...
01/09/2026

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev şəhid anasının dəfn mərasimində iştirak edib

Xaçmaz rayonunda Birinci Qarabağ müharibəsi şəhidi Rövşən İsrafilovun anası Lazifə İsrafilova vəfat edib.

Şəhid anasının dəfn mərasimində Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, YAP Xaçmaz rayon təşkilatının sədri Emil Tağıyev, şəhid ailələri, qazilər, rayon ictimaiyyətinin nümayəndələri və mərhumun yaxınları iştirak ediblər.

Elnur Rzayev mərhumun ailə üzvlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verib, onlara səbir diləyib. Rayon rəhbəri qeyd edib ki, şəhidlərimizin və onların ailə üzvlərinin xatirəsi dövlətimiz və xalqımız tərəfindən daim uca tutulur.

Mərhum Lazifə İsrafilova Qobuqıraq kənd qəbiristanlığında torpağa tapşırılıb, ruhuna dualar oxunub.

Allah rəhmət eləsin!

Elnur Rzayev şəhid Mayis Səmədovun qardaşı qızının toy mərasimində iştirak edibXaçmaz rayonunda şəhid Mayis Səmədovun qa...
31/08/2026

Elnur Rzayev şəhid Mayis Səmədovun qardaşı qızının toy mərasimində iştirak edib

Xaçmaz rayonunda şəhid Mayis Səmədovun qardaşı qızı Fidanın toy mərasimi keçirilib. Təntənəli məclisdə Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev də iştirak edib.

Rayon rəhbəri toy sahibini və gəncləri səmimi-qəlbdən təbrik edərək, onlara gələcək ailə həyatlarında xoşbəxtlik, cansağlığı və uğurlar arzulayıb.

Tədbir yüksək əhvali-ruhiyyə şəraitində, musiqi və rəqslərlə davam edib.

Xaçmaz rayonunda təhsil işçilərinin ənənəvi sentyabr konfransı keçirilib.Konfrans iştirakçıları əvvəlcə Xaçmaz şəhərinin...
31/08/2026

Xaçmaz rayonunda təhsil işçilərinin ənənəvi sentyabr konfransı keçirilib.

Konfrans iştirakçıları əvvəlcə Xaçmaz şəhərinin mərkəzində Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə tər çiçəklər düzüblər.

Rəsmi hissədə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının müavini Günel Nürəddinova konfrans iştirakçılarına yeni tədris ilində uğurlar arzulayıb, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə ölkənin təhsil sistemində həyata keçirilən uğurlu islahatlardan, maddi-texniki bazanın gücləndirilməsindən və təhsil işçilərinə göstərilən yüksək dövlət qayğısından geniş bəhs edib.

Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Coşqun Əliyev regionda təhsilin inkişafı ilə bağlı həyata keçirilən tədbirlər və layihələrin icra vəziyyətindən danışıb.

Şəhid anası Bibixanım Mirzəmmədova çıxışında müəllim peşəsinin şərəfli və məsuliyyətli olduğunu vurğulayaraq təhsil işçilərinə yeni tədris ilində uğurlar arzulayıb.

Quba-Xaçmaz Regional Təhsil İdarəsinin Xaçmaz rayonu üzrə Təhsil sektorunun müdiri Mövsüm Həmdullayev hesabat məruzəsi ilə çıxış edərək 2025–2026-cı tədris ilində görülən işlər haqqında ətraflı məlumat verib, növbəti tədris ilində təhsil işçiləri qarşısında duran əsas hədəfləri diqqətə çatdırıb.

Konfrans ayrı-ayrı fənlər üzrə panel müzakirələri ilə davam edib.

31/08/2026
“Sülh aylığı” çərçivəsində “Gənclərlə mütaliə və melodiya” adlı kitab sərgisi təşkil olunubXaçmaz rayonunun Zəfər parkın...
29/08/2026

“Sülh aylığı” çərçivəsində “Gənclərlə mütaliə və melodiya” adlı kitab sərgisi təşkil olunub

Xaçmaz rayonunun Zəfər parkında “Sülh aylığı” çərçivəsində “Gənclərlə mütaliə və melodiya” adlı kitab sərgisi təşkil olunub.

Tədbirdə çıxış edən Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının müavini Günel Nürəddinova və digər natiqlər “Sülh aylığı”nın əhəmiyyətindən, gənclərin dünyagörüşünün formalaşmasında və onlara mütaliə vərdişlərinin aşılanmasında bu cür tədbirlərin rolundan ətraflı bəhs ediblər.

Sərgidə yeni nəşr olunmuş kitablar, eləcə də yerli yazarlara məxsus əsərlər nümayiş etdirilib. Həmçinin müxtəlif rəsm və əl işlərindən ibarət eksponatlar iştirakçıların diqqətinə çatdırılıb.

Tədbir xoş ab-havada, canlı musiqi və melodiyaların müşayiəti ilə davam edib.

Xaçmaz Rayon İcra Hakimiyyətində ali məktəblərə yüksək balla qəbul olunan məzunlar və respublika müsabiqələrinin qaliblə...
28/08/2026

Xaçmaz Rayon İcra Hakimiyyətində ali məktəblərə yüksək balla qəbul olunan məzunlar və respublika müsabiqələrinin qalibləri ilə görüş keçirilib

Xaçmaz Rayon İcra Hakimiyyətində ali məktəblərə qəbul imtahanlarında 600-dən yüksək bal toplayan məzunlar, habelə respublika fənn olimpiadalarının və “Ən yaxşı təqdimat” müsabiqəsinin mükafatçıları ilə görüş təşkil olunub.

Tədbirdə Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Coşqun Əliyev, rayonun təhsil ictimaiyyətinin nümayəndələri, yüksək bal toplayan məzunlar və müsabiqə qalibləri iştirak ediblər.

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev tələbə adını qazanan məzunları və müsabiqələrdə uğur əldə edən şagirdləri təbrik edib, onlara gələcək təhsillərində uğurlar arzulayıb. Ölkəmizdə təhsilin inkişafına yönəlmiş dövlət siyasətindən bəhs edən icra başçısı Ümummilli Lider Heydər Əliyevin təhsilə göstərdiyi diqqət və qayğının bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən uğurla davam etdirildiyini vurğulayıb. Elnur Rzayev, eyni zamanda, Xaçmaz rayonunda təhsilin inkişafı, maddi-texniki bazanın yenilənməsi və istedadlı gənclərin üzə çıxarılması istiqamətində həyata keçirilən ardıcıl tədbirlərdən danışıb.

Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Coşqun Əliyev çıxış edərək ötən tədris ilinin yekunlarına nəzər salıb. Qeyd edib ki, ötən tədris ilində Xaçmaz rayonu üzrə 1116 nəfər ali məktəblərə sənəd verib. İlkin nəticələrə əsasən, məzunlardan 613-ü tələbə adını qazanıb. Tədris ili ərzində 17 nəfər qəbul imtahanlarında 600-dən yüksək bal toplayıb, 6 nəfər respublika fənn olimpiadalarının, 1 şagird isə “Ən yaxşı təqdimat” müsabiqəsinin mükafatçısı olub.

Tədbirdə iştirak edən müəllim və şagirdlər ölkəmizdə təhsilin inkişafına göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya dərin minnətdarlıqlarını ifadə ediblər.

Sonda ali məktəblərə qəbul imtahanlarında 600-dən yüksək bal toplayan məzunlara, habelə respublika fənn olimpiadalarının və “Ən yaxşı təqdimat” müsabiqəsinin mükafatçılarına fəxri fərmanlar və xatirə hədiyyələri təqdim edilib.

Xaçmaz Rayon İcra Hakimiyyətində vətəndaş müraciətlərinin həlli ilə bağlı iclas keçirilibXaçmaz Rayon İcra Hakimiyyətind...
27/08/2026

Xaçmaz Rayon İcra Hakimiyyətində vətəndaş müraciətlərinin həlli ilə bağlı iclas keçirilib

Xaçmaz Rayon İcra Hakimiyyətində səyyar qəbullar zamanı vətəndaşlar tərəfindən qaldırılan məsələlərin həlli və müraciətlərə yerlərdə həssas münasibətin göstərilməsi ilə bağlı iclas keçirilib.

İclasa Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev sədrlik edib. Tədbirdə regional və yerli idarələrin rəhbərləri, eləcə də ərazi icra nümayəndələri iştirak ediblər.

Yığıncaqda ərazi icra nümayəndələrinin fəaliyyəti, xüsusilə də səyyar qəbullar zamanı vətəndaşlar tərəfindən qaldırılan məsələlərin həlli istiqamətində görülən işlərlə bağlı məruzələr dinlənilib.

Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev bildirib ki, yerlərdə vətəndaşların müraciətlərinə həssas və məsuliyyətlə yanaşılmalı, hər bir problem qanunvericiliyə uyğun olaraq öz həllini tapmalıdır.

İclasda, həmçinin yeni tədris ilinə hazırlıq vəziyyəti müzakirə olunub. Məktəblərdə görülən işlər barədə məlumat dinlənilib, təhsil müəssisələrinin yeni tədris ilinə hazır vəziyyətə gətirilməsi ilə bağlı aidiyyəti şəxslərə müvafiq tapşırıqlar verilib.

Sonda iclasda qaldırılan məsələlərin həlli ilə bağlı aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verilib.

Xaçmaz Rayon İcra Hakimiyyətində vətəndaşların növbəti fərdi qəbulu keçirilibXaçmaz Rayon İcra Hakimiyyətinin başçısı El...
26/08/2026

Xaçmaz Rayon İcra Hakimiyyətində vətəndaşların növbəti fərdi qəbulu keçirilib

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev idarə, təşkilat və müəssisə rəhbərlərinin, ərazi icra nümayəndələrinin və bələdiyyə sədrlərinin iştirakı ilə vətəndaşların növbəti fərdi qəbulunu keçirib.

Qəbul zamanı vətəndaşlar məşğulluq, torpaq sahələrinin sənədləşdirilməsi, elektrik təsərrüfatının yenilənməsi və ailələrin sosial vəziyyətinin yaxşılaşdırılması ilə bağlı müraciətlərini səsləndiriblər.

Rayon rəhbəri hər bir müraciəti fərdi qaydada dinləyib. Qaldırılan məsələlərin qanunvericiliyə uyğun və operativ şəkildə həlli üçün aidiyyəti şəxslərə müvafiq tapşırıqlar verib.

1923-cü ildə Abdallar kənd yaşayış məntəqəsi Laçın adlandırılıb və şəhər statusu alıb, Laçın rayonu isə 1930-cu ildə inz...
26/08/2026

1923-cü ildə Abdallar kənd yaşayış məntəqəsi Laçın adlandırılıb və şəhər statusu alıb, Laçın rayonu isə 1930-cu ildə inzibati ərazi vahidi statusu alıb.

1930-cu il avqustun 8-də təşkil edilən Laçın rayonunun mərkəzi Laçın şəhəridir. Rayonun ərazisi şimaldan Kəlbəcər, cənubdan Qubadlı, şərqdən Xocalı, Şuşa və Xocavənd rayonları, qərbdən isə Ermənistanla həmsərhəddir. Rayonun 1 şəhər, 1 qəsəbə, 125 kəndi vardır. Ümumi sahəsi 1835 kvadrat kilometri olan Laçın rayonu 72 min hektar yaylaq sahəsinə və 34 min hektar zəngin meşə massivinə malikdir.

Address

Hacı Zeynalabdin Tağıyev Küçəsi Ev 10
Xaçmaz
2700

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00

Telephone

+994233253226

Alerts

Be the first to know and let us send you an email when Xaçmaz Rayon İcra Hakimiyyəti posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Xaçmaz Rayon İcra Hakimiyyəti:

Shortcuts

Share