Çoban Bulaq

Çoban Bulaq Çoban Bulaq istirahət kompleksində istirahət etmək istəyən hər bir zövqlü insana öz səvi Otaqlardakı avadanlıqların hamısı müasir standartlara cavab verir.

"ÇOBAN BULAQ" istirahət kompleksi Azərbaycanın şimal hissəsində, füsunkar təbiətli Xaçmaz rayonunda yerləşir. Quba, Qusar və Dəvəci rayonları ilə həmsərhəd olan Xaçmaz Bakını şollar suyu ilə təmin edir. Bu ərazini daha da gözəlləşdirən onun Xəzər dənizinin sahilində yerləşməsidir. Belə ki, "Çoban bulaq"dan Xəzərin sahilinə 15 dəqiqəlik yol var. Çimərliyə getmək arzusunda olanlar avtobus vasitəsilə

çimərliyə çatdırılır. Ulu Tanrı bu ərazidən heç bir gözəlliyi əsirgəməmişdir. Ətrafı öz yaşıl donuna bürüyən meşəlik, xoş avazları çayın şırıltısına qarışan quşların səsi sanki insanı tamamilə əlçatmaz, ünyetməz bir aləmə aparır.
Çoban bulaq başqa istirahət guşələrindən öz orijinallığı, möhtəşəmliyi ilə seçilir. Burada insanların istirahətini çox rahat, yüksək səviyyədə təmin edən hər cür şərait vardır. Həyətə 1000 m³-ə bərabər həcmi olan, beşqat suyu təmizlənən hovuz xüsusi yaraşıq verir.
İdman meydançaları, o cümlədən uşaqlar üçün əyləncə meydançaları gözəl istirahətə xüsusi təminat verir. Burada qonaqlar üçün gözəl şəraitli mehmanxanalar, bir ailə üçün nəzərdə tutulmuş xüsusi koteclər vardır. Milli və Avropa mətbəxini özündə birləşdirən zəngin menyunun dadı bu istirahət mərkəzinə təşrif buyuran hər kəsin uzun müddət yadında qalır. Bundan başqa, burada yüksək internet xətti vardır. Eyni zamanda, peyk antenalarının köməyilə insanlar dünyanın müxtəlif kanallarını izləmək imkanı əldə etmiş olurlar.
Çoban bulaq istirahət kompleksi istirahət etmək istəyən hər bir zövqlü insana öz səviyyəli xidmətlərini göstərməyə hazırdır.
Ünvan: Bakının 165 km-də (Xudata
çatmamış, yolun üstündə)

Address

Çoban Bulaq
Xaçmaz
AZ2721

Telephone

+994502951473

Website

Alerts

Be the first to know and let us send you an email when Çoban Bulaq posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Çoban Bulaq:

Share

Category