Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi khachmaz.mct.az

02/09/2026

Mədəniyyət naziri Adil Kərimli
Naxçıvanda vətəndaşları qəbul edəcək.

Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli tərəfindən 2026-cı il sentyabrın 24-də Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyində (ünvan: Naxçıvan şəhəri, Heydər Əliyev prospekti,1) Naxçıvan şəhəri, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz, Şərur rayonlarından olan vətəndaşların qəbulu keçiriləcəkdir.

Vətəndaşlar 2026-cı il sentyabrın 18-dək Nazirliyin [email protected] elektron poçt ünvanı, (012) 493-43-98 telefon nömrəsi vasitəsilə müraciət etməklə qəbula yazıla bilərlər.

Mədəniyyət naziri Adil Kərimli Laçın şəhərində vətəndaşların müraciətlərini dinləyib Mərkəzi icra hakimiyyəti orqanları ...
28/08/2026

Mədəniyyət naziri Adil Kərimli Laçın şəhərində vətəndaşların müraciətlərini dinləyib

Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən hər ay şəhər və rayonlarda qəbullar təşkil olunur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən keçirilən qəbullar zamanı vətəndaşların müraciət və təklifləri dinlənilir, müvafiq addımlar atılır.
Mədəniyyət naziri Adil Kərimlinin vətəndaşlarla növbəti görüşü avqustun 27-də Laçın şəhərində keçirilib.
Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin inzibati binasında keçirilən qəbulda Laçın və Kəlbəcər rayonlarından olan vətəndaşlar müraciət və təkliflərini diqqətə çatdırıblar.
Vətəndaşların müraciətləri əsasən əməyin qiymətləndirilməsi, mədəniyyət sahəsinə dair təkliflər, məşğulluq, iş yerinin dəyişdirilməsi, maddi-texniki təchizatın yaxşılaşdırılması və digər məsələlərlə bağlı olub.
Mədəniyyət naziri sakinlər tərəfindən qeyd edilən bütün məsələlərin operativ araşdırılacağını və qanunvericiliyə uyğun həlli istiqamətində işlər görüləcəyini bildirib.
Qəbulda şəhid ailələri və qazilərin də qaldırdıqları məsələlərə xüsusi diqqət yetirilməsi ilə bağlı nazirliyin məsul əməkdaşlarına müvafiq tapşırıqlar verilib.

28/08/2026
Yaradıcı ixtisaslar üzrə qəbul müsabiqəsinə müraciətlər başlayırMədəniyyət Nazirliyi tərəfindən ilk dəfə keçiriləcək yar...
25/08/2026

Yaradıcı ixtisaslar üzrə qəbul müsabiqəsinə müraciətlər başlayır

Mədəniyyət Nazirliyi tərəfindən ilk dəfə keçiriləcək yaradıcı ixtisaslar üzrə qəbul müsabiqəsinə müraciətlərin qəbuluna 25 avqust 2026-cı il saat 12:00-dan başlanılır.

Müsabiqənin keçirilməsində məqsəd müasir yaradıcı sahələrə marağı və potensialı olan yeniyetmələrin bacarıqlarının üzə çıxarılması, onların yeni istiqamətlər üzrə təhsil imkanlarının genişləndirilməsidir.

Qəbul aşağıdakı ixtisaslar üzrə aparılacaq:

* Bədii keramika — 12–16 yaş;
* Geyim üzrə dizayn — 12–16 yaş;
* Rəqəmsal musiqi — 14–16 yaş;
* 3D personaj animasiyası — 14–16 yaş;
* Fotoqrafiya — 14–16 yaş.

Namizədlər seçdikləri istiqamət üzrə yaradıcılıq qabiliyyəti, sahəyə uyğun bilik və bacarıqları əsasında qiymətləndiriləcəklər.

Bədii keramika və Geyim üzrə dizayn ixtisaslarına müraciət edən namizədlər üçün 4 illik təhsil sistemi üzrə rəssamlıq ixtisasını bitirmək əsas şərtlərdən biridir.

Rəqəmsal musiqi ixtisasına müraciət edən namizədlər üçün hər hansı musiqi ixtisası üzrə 5 və ya 7 illik musiqi məktəbini bitirmək əsas şərtlərdən biridir.

Müsabiqədə iştirak etmək istəyən namizədlər 25 avqust saat 12:00-dan 5 sentyabr 2026-cı il tarixinədək “MyCulture” vahid şəxsi kabineti vasitəsilə elektron formada müraciət edə biləcəklər.

Müraciət zamanı namizəd müvafiq yaradıcı ixtisası seçəcək, yaş uyğunluğu sistem vasitəsilə yoxlanılacaq. Namizədlərin qiymətləndirilməsi isə hər bir ixtisas üzrə müəyyən edilmiş meyarlar əsasında həyata keçiriləcək.

Gənc şair Səməd Asifoğlunun “Yollar və xəyallar” kitabının təqdimatı keçirilibXaçmaz Tarix-Diyarşünaslıq Muzeyi və Ocaq ...
20/08/2026

Gənc şair Səməd Asifoğlunun “Yollar və xəyallar” kitabının təqdimatı keçirilib

Xaçmaz Tarix-Diyarşünaslıq Muzeyi və Ocaq düşüncə Mərkəzinin birgə təşkilatçılığı ilə gənc şair Səməd Asifoğlunun “Yollar və xəyallar” adlı kitabının təqdimatına həsr olunmuş tədbir keçirilib.

Xaçmaz Tarix-Diyarşünaslıq Muzeyində keçirilən tədbirdə mədəniyyət və ədəbiyyat nümayəndələri, ziyalılar, gənclər, kitabsevərlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxışlar səslənib, şairin yaradıcılığından nümunələr əsasında hazırlanmış videoçarxlar nümayiş olunub.

Çıxışlarda, kitab təqdimatlarının gənc yazarların yaradıcılığının tanıdılması, ədəbi mühitin inkişafı və gənclərin mütaliəyə marağının artırılması baxımından əhəmiyyəti vurğulanıb. Səməd Asifoğlunun yaradıcılığının əsas istiqamətləri, poeziyasında insan duyğuları, həyat, zaman, sevgi, ümid və xəyallar mövzularının ifadəsi barədə fikirlər səsləndirilib. “Yollar və xəyallar” kitabının müəllifin poetik dünyasını əks etdirən, oxucunu düşünməyə və duymağa sövq edən əsərlər toplusu olduğu qeyd edilib.

Tədbir zamanı Səməd Asifoğlu yaradıcılığından nümunələr səsləndirilib. Gənc şair kitabın ərsəyə gəlməsi və yaradıcılıq yolu haqqında iştirakçılarla fikirlərini bölüşüb.

Sonda iştirakçılarla müəllif arasında fikir mübadiləsi aparılıb, kitabın gələcək yaradıcılıq fəaliyyəti üçün uğurlu başlanğıc olduğu bildirilib.

Tədbir gənc ədəbi istedadların dəstəklənməsi, onların yaradıcılığının ictimaiyyətə təqdim olunması və ədəbiyyatın təbliği baxımından əhəmiyyətli olub.

Sərhədçilərin peşə bayramı münasibətilə konsert proqramı təqdim olunub.Avqustun 18-də Xudat şəhərində yerləşən “N” saylı...
20/08/2026

Sərhədçilərin peşə bayramı münasibətilə konsert proqramı təqdim olunub.

Avqustun 18-də Xudat şəhərində yerləşən “N” saylı hərbi hissədə Azərbaycan Sərhəd Mühafizəsinin 107-ci ildönümü münasibətilə Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə konsert proqramı təqdim olunub.

B. Səfəroğlu adına Quba rayon Mədəniyyət Mərkəzinin musiqi kollektivi tərəfindən təqdim edilən konsert proqramı vətənpərvərlik mövzusunda hazırlanıb. Səsləndirilən musiqi nümunələri hərbi qulluqçular tərəfindən böyük maraq və rəğbətlə qarşılanıb, əsgərlərin bayram əhval-ruhiyyəsinin daha da yüksəlməsinə səbəb olub.

14/08/2026

Texnologiyanın sürətli inkişafı, informasiya resurslarının çoxalması və biliyə çıxış imkanlarının genişlənməsi kitabxanaların qarşısında yeni vəzifələr qoyur.

Xor dirijorluğu, saksofon ixtisasları və elementar musiqi nəzəriyyəsi fənni üzrə tədris proqramları yenilənib Mədəniyyət...
13/08/2026

Xor dirijorluğu, saksofon ixtisasları və elementar musiqi nəzəriyyəsi fənni üzrə tədris proqramları yenilənib

Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi (MEMİM) tərəfindən incəsənət məktəb və mərkəzlərində istifadə olunan tədris proqramlarının yenilənməsi istiqamətində işlər davam etdirilir.

Proqramların yenilənməsində əsas məqsəd müasir elmi-pedaqoji prinsiplərə, qabaqcıl ifaçılıq təcrübəsinə və milli musiqi təhsili ənənələrinə əsaslanmaqla tədrisin keyfiyyətini yüksəltmək, məzmununu zənginləşdirmək, təhsilalanların bilik və bacarıqlarının inkişafını təmin etməkdir.

Bu mərhələdə xor dirijorluğu, saksofon ixtisasları və elementar musiqi nəzəriyyəsi fənni ilə bağlı proqramlar yenidən hazırlanıb. Yenilənmiş proqramlar incəsənət məktəb və mərkəzlərində müvafiq sahələr üzrə tədris prosesinin səmərəliliyinin artırılmasına, təhsilalanların hazırlıq səviyyəsinin yüksəldilməsinə mühüm töhfə verəcək.

Xatırladaq ki, MEMİM tərəfindən daha öncə fortepiano, violin, tar, kamança, qanun, qarmon, xor, vokal və balaban sinifləri üçün tədris proqramları hazırlanıb.
Yenilənmiş tədris proqramlarını aşağıda qeyd olunan link vasitəsilə yükləyə bilərsiniz.

Link: https://memim.az/menu/tedris-proqramlari-1576832952?page=1

Azərbaycan Respublikasi Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən incəsənət məktəb və mərkəzlərinə I sinif ...
13/08/2026

Azərbaycan Respublikasi Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən incəsənət məktəb və mərkəzlərinə I sinif üzrə şagird qəbulu müsabiqəsinin nəticələri ilə bağlı sənəd qəbulu müddəti uzadılıb.

Qəbul olunan namizədlər tələb olunan sənədləri 23 avqust 2026-cı il tarixinədək “MyCulture” şəxsi kabinetində müvafiq bölməyə yükləməklə qəbullarını təsdiqləməlidirlər.

Address

Nəriman Nərimanov 1
Xaçmaz
2700

Alerts

Be the first to know and let us send you an email when Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi:

Shortcuts

Share