20/01/2015
20 Yanvar - 1990-da SSRİ Prezidenti
Mixail Gorbaçovun göstərişi ilə Sovet
Ordusu hissələri həm quru, həm dəniz
yolu ilə Bakı şəhərinə həmlə edərək 100-
dən artıq silahsız insanı qətlə yetirdi.
20 Yanvar - 1990 Azərbaycan xalqının
tarixinə Qanlı Yanvar faciəsi kimi daxil
olmuş 1990-cı il 20 Yanvar
hadisələrindən 25 il keçir. Keçmiş sovet
dövlətinin hərb maşınının həmin gün
Azərbaycan xalqına qarşı həyata keçirdiyi
vəhşi terror aktı insanlığa qarşı törədilmiş
ən ağır cinayətlərdən biri kimi bəşər
tarixində qara səhifə olaraq qalacaqdır.
Milli azadlığı, ölkəsinin ərazi bütövlüyü
uğrunda mübarizəyə qalxmış dinc əhaliyə
divan tutulması, kütləvi terror nəticəsində
yüzlərlə günahsız insanın qətlə yetirilməsi
və yaralanması totalitar sovet rejiminin
süqutu ərəfəsində onun cinayətkar
mahiyyətini bütün dünyaya bir daha
nümayiş etdirdi.
Sovet Ordusunun böyük kontingentinin,
xüsusi təyinatlı bölmələrin və daxili
qoşunların Bakıya yeridilməsi xüsusi
qəddarlıq və görünməmiş vəhşiliklə
müşayiət edildi. Kommunist diktaturası
Çexoslovakiyaya, Macarıstana, Əfqanıstana
qarşı həyata keçirdiyi hərbi müdaxiləni
hətta o zamankı Sovet İttifaqının müttəfiq
respublikalarından biri olan Azərbaycanda
da təkrarlamaqdan çəkinmədi. Həmin
vaxt Azərbaycan qonşu Ermənistanın da
təcavüzünə məruz qalmışdı. Belə bir
şəraitdə sovet rəhbərliyi nəinki
münaqişənin qarşısını almaq üçün qəti
tədbirlər görməmiş, əksinə, Azərbaycana
yeridilən ordu hissələrinin tərkibinə
Stavropol, Krasnodar və Rostovdan
səfərbərliyə alınan erməni əsgər və
zabitləri, sovet hərbi hissələrində xidmət
edən ermənilər, hətta erməni kursantlar
da daxil edilmişdi.