01/12/2021
Abşeron rayonu, Masazır kənd icra nümayəndəsi Şahlar Həsənov məhkəmədə ifadə verib.
Hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən reket-“jurnalist” Ata Abdullayevin cinayət işi üzrə məhkəmə iclasında , Masazır qəsəbəsi üzrə icra nümayəndəsi Şahlar Həsənovun ifadəsi :
" Qəsəbə ərazisində daşınmayan məişət tullantıları ilə bağlı çəkiliş edirdi.Dərhal həmin əraziyə getdim. Çəkiliş edəndə bir az mübahisəmiz oldu. Dedim ki, Masazırda 100 minə yaxın insan yaşayır, istismar müddəti də bitmiş dörd texnika var. Bu da məişət tullantılarının daşınmasını çatdırmır. Ataya bunları izah etməyimə baxmayaraq, yenə də çəkilişləri davam etdirirdi. O, məndən 10 min manat pul istədi. Söylədim ki, maaşa baxan adamam. Mənim gücüm ancaq ona çatırdı ki, bir quzu kəsdirim, onu da aparsın, balalarına versin. Ona razılaşmadı və məcbur olub bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinə müraciət etdim "