Yardımlı Rayon İcra Hakimiyyəti

Yardımlı Rayon İcra Hakimiyyəti Ərazi 0,667 min kv.km
Əhalisinin sayı – 69911(01.01.2026)
Yaşayış məntəqələrinin sayı - 1 şəhər və 87

Azərbaycanın Cənubi Qafqazda, Özbəkistanın isə Mərkəzi Asiyada mövqeyi ölkələrimizi Şərqlə Qərbi birləşdirən mühüm strat...
22/08/2026

Azərbaycanın Cənubi Qafqazda, Özbəkistanın isə Mərkəzi Asiyada mövqeyi ölkələrimizi Şərqlə Qərbi birləşdirən mühüm strateji marşrutlarda təbii tərəfdaşlara çevirir. Bu baxımdan Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu layihəsinin Orta Dəhliz və TRIPP ilə inteqrasiyası bütün region üçün yeni iqtisadi və tranzit imkanları yaradacaq. Azərbaycan ilə Özbəkistanın ortaq türk irsinin qorunması və təşviqi istiqamətində həyata keçirdikləri təşəbbüslər bu böyük mənəvi irsin gələcək nəsillərə ötürülməsi baxımından misilsiz əhəmiyyətə malikdir.
Ölkələrimiz digər türk təşkilatları çərçivəsində əməkdaşlığa da böyük əhəmiyyət verir. Özbəkistanın 2025-ci ilin may ayında Türk Mədəniyyəti və İrsi Fondunun tamhüquqlu üzvü qəbul edilməsi əhəmiyyətli və dərin məmnunluq doğuran hadisə oldu. Zəngin tarixi irsə, qədim dövlətçilik ənənələrinə və özünəməxsus mədəni dəyərlərə malik Özbəkistanın bu Fonda qoşulması Türk dünyasının ortaq irsinin qorunması və təşviqi sahəsində əməkdaşlıq imkanlarını əhəmiyyətli dərəcədə genişləndirəcək.
Beləliklə, ölkələrimizin TDT, həmçinin digər türk təşkilatları çərçivəsində fəal əməkdaşlığı Türk dünyasının daha sıx inteqrasiyasına və beynəlxalq arenada vahid mövqeyinin möhkəmlənməsinə töhfə verməyə davam edəcək. Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə münasibətləri dinamik şəkildə inkişaf edib.
Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə münasibətlərinə gəldikdə qeyd etmək lazımdır ki, son illərdə bu əlaqələr müttəfiqlik, strateji tərəfdaşlıq və qarşılıqlı faydalı əməkdaşlıq prinsipləri əsasında dinamik şəkildə inkişaf edib. Tarixi və mədəni yaxınlıq, ortaq mənəvi dəyərlər kimi mühüm amillər Azərbaycanla Mərkəzi Asiya dövlətləri arasında mövcud əlaqələrin möhkəm təməlini təşkil edir. Azərbaycan Mərkəzi Asiya ölkələri ilə siyasi dialoqun genişləndirilməsinə, iqtisadi əlaqələrin dərinləşdirilməsinə, nəqliyyat və kommunikasiya imkanlarının artırılmasına, həmçinin enerji və humanitar sahələrdə əməkdaşlığın inkişaf etdirilməsinə xüsusi əhəmiyyət verir.
Bu baxımdan Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşləri regional əməkdaşlığın inkişaf etdirilməsi, qarşılıqlı fəaliyyətin əlaqələndirilməsi və birgə təşəbbüslərin müzakirəsi üçün çox vacib nüfuzlu platformalardan biridir.
Keçən ilin noyabrında Daşkənddə Özbəkistanın sədrliyi ilə keçirilən 7-ci Məşvərət Görüşündə Azərbaycan Respublikasının Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşlərində tamhüquqlu iştirakı ilə bağlı qərar qəbul edildi. Bu prosesdə göstərdikləri dəstəyə görə Özbəkistan Respublikasının Prezidentinə, həmçinin Mərkəzi Asiyanın digər dövlət başçılarına bir daha səmimi təşəkkürümü bildirirəm.
Azərbaycanın bu prosesə fəal qoşulması nəticəsində əvvəllər “C5” adlanan əməkdaşlıq formatı faktiki olaraq “C6” formatına çevrilib, regional dialoq və strateji tərəfdaşlıq isə yeni məzmun və miqyas qazanıb.
Azərbaycanın bu formatda tamhüquqlu iştirakı ölkəmizin Mərkəzi Asiya ilə münasibətlərə verdiyi strateji əhəmiyyəti nümayiş etdirir. Məşvərət görüşləri çərçivəsində aparılan diskussiyalar region ölkələri arasında qarşılıqlı etimadı daha da gücləndirməyə, yeni əməkdaşlıq sahələrini müəyyənləşdirməyə və regional inkişaf naminə mühüm təşəbbüsləri həyata keçirməyə imkan verir. Azərbaycanın bu formatda iştirakı ölkəmizin regionlararası əməkdaşlığın möhkəmlənməsinə verdiyi töhfənin göstəricisidir. Bu platforma çərçivəsində yaradılmış dialoq və əməkdaşlıq mexanizmləri təkcə dövlətlərarası münasibətlərin inkişafına deyil, həm də Avrasiya məkanında sülhün, sabitliyin və davamlı tərəqqinin təmin olunmasına xidmət edir.

Azərbaycan və Özbəkistan arasında münasibətlər dərin qarşılıqlı rəğbətə əsaslanır. İki qardaş ölkə - Azərbaycan və Özbək...
22/08/2026

Azərbaycan və Özbəkistan arasında münasibətlər dərin qarşılıqlı rəğbətə əsaslanır. İki qardaş ölkə - Azərbaycan və Özbəkistan arasında münasibətlər ortaq tarixə, mədəniyyətə, dil və mənəvi dəyərlərə, həmçinin birliyə, həmrəyliyə və xalqlarımızın əsrlərlə davam etdirdiyi, nəsildən-nəslə ötürdüyü dərin qarşılıqlı rəğbətə əsaslanır.
Bu möhkəm bünövrə üzərində qurulan dövlətlərarası münasibətlər son illər misli görünməmiş inkişaf mərhələsinə qədəm qoyub, ən yüksək pilləyə - müttəfiqlik səviyyəsinə yüksəlib və tamamilə yeni məzmun qazanıb.
Özbəkistan Respublikasının Prezidenti, əziz qardaşım, hörmətli Şavkat Miromonoviç Mirziyoyev ilə mənim aramda mövcud olan səmimi dostluq, qarşılıqlı hörmət və etimad Azərbaycan-Özbəkistan qardaşlığının möhkəmlənməsində, dövlətlərarası əlaqələrin hazırkı səviyyəyə qaldırılmasında və müttəfiqliyimizin inkişafında xüsusi rol oynayır. Prezident Mirziyoyevin ölkələrimiz arasında qardaşlıq, birlik və müttəfiqlik naminə yorulmaz və qətiyyətli fəaliyyəti ona Azərbaycanda dərin hörmət və rəğbət qazandırıb. Azərbaycan və Özbəkistan arasında münasibətlər dərin qarşılıqlı rəğbətə əsaslanır
İki qardaş ölkə - Azərbaycan və Özbəkistan arasında münasibətlər ortaq tarixə, mədəniyyətə, dil və mənəvi dəyərlərə, həmçinin birliyə, həmrəyliyə və xalqlarımızın əsrlərlə davam etdirdiyi, nəsildən-nəslə ötürdüyü dərin qarşılıqlı rəğbətə əsaslanır. Bu möhkəm bünövrə üzərində qurulan dövlətlərarası münasibətlər son illər misli görünməmiş inkişaf mərhələsinə qədəm qoyub, ən yüksək pilləyə - müttəfiqlik səviyyəsinə yüksəlib və tamamilə yeni məzmun qazanıb. Özbəkistan Respublikasının Prezidenti, əziz qardaşım, hörmətli Şavkat Miromonoviç Mirziyoyev ilə mənim aramda mövcud olan səmimi dostluq, qarşılıqlı hörmət və etimad Azərbaycan-Özbəkistan qardaşlığının möhkəmlənməsində, dövlətlərarası əlaqələrin hazırkı səviyyəyə qaldırılmasında və müttəfiqliyimizin inkişafında xüsusi rol oynayır. Prezident Mirziyoyevin ölkələrimiz arasında qardaşlıq, birlik və müttəfiqlik naminə yorulmaz və qətiyyətli fəaliyyəti ona Azərbaycanda dərin hörmət və rəğbət qazandırıb.
Sözsüz ki, son beş ildə ən yüksək səviyyədə müntəzəm 15 qarşılıqlı səfər və sıx təmaslarımız bu əlaqələrin dinamik inkişafı və möhkəmlənməsi üçün əlverişli şərait yaradır.
Dövlət başçımız İlham Əliyev qeyd edir ki, bu, son beş ildə mənim üçüncü dövlət və ümumilikdə qardaş ölkəyə yeddinci səfərimdir. Gözəl və bənzərsiz Özbəkistana səfər etməkdən daim böyük məmnunluq duyuram və hər səfər mənim üçün xüsusi əhəmiyyətə malikdir. Ənənəvi olaraq bu səfərlər müstəsna qonaqpərvərlik, qardaşlıq, səmimiyyət və qarşılıqlı anlaşma mühitində baş tutur. Qardaş Özbəkistana səfərlərimdə məni ən çox sevindirən son illərdə ölkənin bütün sahələrdə sürətli inkişafıdır. Müasir şəhərlərin salınması, iqtisadiyyatın şaxələndirilməsi, genişmiqyaslı infrastruktur layihələrinin həyata keçirilməsi, elmə, təhsilə, mədəniyyətə və idmana göstərilən diqqət ölkənin yüksək inkişaf tempini əyani şəkildə nümayiş etdirir.
Özbəkistan lideri, əziz qardaşım, hörmətli Şavkat Miromonoviç Mirziyoyevin müdrik rəhbərliyi ilə ölkənin kompleks şəkildə inkişafı və tərəqqisi, həmçinin beynəlxalq nüfuzunun davamlı surətdə möhkəmlənməsi və bütün əsas sektorlarda əhəmiyyətli uğurlara nail olunması istiqamətində ardıcıl həyata keçirilən genişmiqyaslı fəaliyyət səmimi hörmət və dərin məmnunluq hissi doğurur. Bütün bunlar Prezidentin düşünülmüş siyasətinin, strateji vizyonunun və Vətənə sevgisinin, həmçinin səmərəli dövlət idarəçiliyinin nəticəsidir.

Yardımlıda akrobatika və aerobika üzrə Azərbaycan çempionatı uğurla başa çatıb.Avqustun 19–20-də Yardımlı İdman Kompleks...
21/08/2026

Yardımlıda akrobatika və aerobika üzrə Azərbaycan çempionatı uğurla başa çatıb.

Avqustun 19–20-də Yardımlı İdman Kompleksində Yardımlı Rayon İcra Hakimiyyəti və Yardımlı İdman Kompleksinin dəstəyi, Azərbaycan Gimnastika Federasiyası və Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə kiçikyaşlı yeniyetmə qızlar və oğlanlar arasında Akrobatika gimnastikası üzrə 31-ci, Aerobika gimnastikası üzrə isə 10-cu ölkə çempionatının mərhələ yarışları keçirilib.
​Yarış yüksək təşkilati və idman səviyyəsində baş tutaraq, tamaşaçılara möhtəşəm çıxışlar, yaddaqalan anlar və əsl idman bayramı ab-havası bəxş edib.
​Tədbirin keçirilməsində əsas məqsəd gimnastika idman növü ilə məşğul olan kiçikyaşlı yeniyetmələrin texniki və nəzəri hazırlıq səviyyəsinin qiymətləndirilməsi, idmançılar arasında sağlam rəqabət mühitinin formalaşdırılması, bu idman növünün ölkəmizdə, eləcə də ayrı-ayrı bölgələrdə inkişafının təşviq edilməsi və perspektivli idmançıların müəyyənləşdirilməsidir.
​Yarışın nəticələrinə əsasən qaliblər və mükafatçılar müəyyənləşib. Yüksək hazırlıq səviyyəsi, ustalıq, güc və qələbə əzmi nümayiş etdirən ən yaxşı idmançılar layiq görüldükləri medallar və diplomlarla təltif olunublar.
​Qalibləri və mükafatçıları Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov təbrik edərək, idmançılara gələcək fəaliyyətlərində yeni uğurlar, parlaq qələbələr və ən yüksək idman zirvələrinə çatmağı arzulayıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 11 avqust 2026-cı ildə Naxçıvana növbəti səfəri muxtar respublikanı...
14/08/2026

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 11 avqust 2026-cı ildə Naxçıvana növbəti səfəri muxtar respublikanın sosial-iqtisadi inkişafı, şəhərsalma və infrastruktur siyasətinin yeni mərhələsinin nümayişi baxımından mühüm əhəmiyyət daşıyır. Dövlət başçısının Naxçıvana ölkə Prezidenti kimi 17-ci səfəri kimi təqdim olunan bu səfər zamanı bir sıra mühüm layihələrin təməli qoyulub, tarixi-mədəni irsin qorunması ilə bağlı işlərin gedişi nəzərdən keçirilib və Naxçıvan şəhərinin gələcək inkişafına dair strateji yanaşmalar diqqət mərkəzində olub. Rəsmi Prezident saytında səfər çərçivəsində bir neçə mühüm tədbirin keçirildiyi qeyd olunur. Səfərin diqqət çəkən məqamlarından biri Prezident İlham Əliyevin Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş Planla tanış olmasıdır. Bu, Naxçıvanın inkişafına yalnız cari ehtiyaclar baxımından deyil, uzunmüddətli perspektivdə yanaşıldığını göstərir. Baş planın əsas fəlsəfəsi şəhərin müasir tələblərə uyğunlaşdırılması, əhalinin rahatlığının artırılması, şəhər infrastrukturunun yenilənməsi və Naxçıvanın regionda daha mühüm iqtisadi və sosial mərkəzlərdən birinə çevrilməsi məqsədləri ilə əlaqələndirilə bilər.
Səfər çərçivəsində “Naxçıvan” Mehmanxana Kompleksinin təməlqoyma mərasiminin keçirilməsi də xüsusi əhəmiyyət daşıyır. Müasir turizm infrastrukturu Naxçıvanın iqtisadi potensialının genişləndirilməsi, yerli və xarici turistlərin qəbul imkanlarının artırılması, xidmət sektorunun inkişafı və yeni iş yerlərinin yaradılması baxımından mühüm amildir. Naxçıvanın zəngin tarixi, təbii ehtiyatları və mədəni irsi turizmin müxtəlif istiqamətlərinin inkişafı üçün geniş imkanlar yaradır.
Səfərin digər mühüm istiqaməti sosial siyasətlə bağlıdır. Prezident İlham Əliyev Naxçıvan şəhərində sosial evlər kompleksinin təməlini qoyub. Bu layihə dövlətin sosial siyasətinin muxtar respublikada da davam etdirildiyini və vətəndaşların mənzil şəraitinin yaxşılaşdırılmasının diqqətdə saxlanıldığını göstərir. Sosial mənzil layihələrinin genişlənməsi xüsusilə gənc ailələr, sosial müdafiəyə ehtiyacı olan vətəndaşlar və digər müəyyən edilmiş kateqoriyalar üçün mühüm imkanlar yarada bilər. Naxçıvanın tarixi-mədəni irsinin qorunması da səfərin əsas istiqamətlərindən biri olub. Prezident Möminə xatun türbəsində aparılan bərpa işləri ilə tanış olub, daha sonra Naxçıvan şəhərində “Əcəmi seyrangahı” istirahət kompleksində memar Əcəmi Naxçıvaninin abidəsinin açılışında iştirak edib. Bu addımlar Naxçıvanın Azərbaycan tarixindəki xüsusi rolunun, zəngin memarlıq irsinin və milli-mədəni dəyərlərinin gələcək nəsillərə çatdırılması baxımından mühüm əhəmiyyət daşıyır. Əcəmi Naxçıvani kimi dünya memarlıq tarixində mühüm iz qoymuş sənətkarın irsinin təbliği Naxçıvanın turizm imkanlarının artırılmasına da xidmət edə bilər. Tarixi abidələrin bərpası, onların ətrafında müasir turizm və istirahət infrastrukturu yaradılması Naxçıvanı həm daxili, həm də beynəlxalq turizm üçün daha cəlbedici məkana çevirə bilər. Səfərin mühüm siyasi mesajlarından biri də Naxçıvanın Azərbaycanın ümumi inkişaf strategiyasının ayrılmaz hissəsi olmasıdır. Muxtar respublikanın iqtisadi potensialının artırılması, nəqliyyat və logistika imkanlarının genişləndirilməsi, yeni investisiyaların cəlb edilməsi və sahibkarlığın inkişaf etdirilməsi qarşıdakı dövrdə Naxçıvanın iqtisadi həyatında yeni dinamika yarada bilər.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin avqustun 11-də Naxçıvana 17-ci səfəri respublikamızın siyasi,...
14/08/2026

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin avqustun 11-də Naxçıvana 17-ci səfəri respublikamızın siyasi, iqtisadi və sosial həyatında mühüm hadisəyə çevrildi. Səfər zamanı ölkə rəhbərinin iştirakı ilə həyata keçirilən açılış və təməlqoyma mərasimləri göstərdi ki, qədim Azərbaycan yurdu Naxçıvanın inkişafı, yüksəlişi və təhlükəsizliyi hər zaman ölkə rəhbərliyinin xüsusi diqqət mərkəzindədir. Bu həm də muxtar respublikanın inkişafının sürətli, davamlı və dinamik olduğunun əyani göstəricisidir.
Dövlətimizin başçısının Azərbaycan Televiziyasına müsahibəsində səsləndirdiyi fikirlər Naxçıvan Muxtar Respublikasının Azərbaycanın gələcək inkişaf hədəflərindəki roluna işıq saldı. Müsahibədə vurğulanan məqamlar bir daha göstərdi ki, yeni reallıqlarda Naxçıvanın strateji mövqeyi, iqtisadi gücü və inteqrasiya imkanları keyfiyyətcə tamamilə yeni bir mərhələyə qədəm qoyur. Naxçıvan Vətən müharibəsindən sonra yaranmış yeni reallıqlar şəraitində Azərbaycanın ümumi inkişaf perspektivində xüsusi rol oynayan, regional dinamikanı və geoiqtisadi xəritəni müəyyən edən strateji bölgədir. Şübhəsiz, Naxçıvanın bugünkü uğurlarının, iqtisadi dayanıqlılığının və hərbi təhlükəsizliyinin bünövrəsində Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasəti dayanır. Ümummilli Liderin Naxçıvana diqqət və qayğı siyasəti ölkə rəhbəri tərəfindən uğurla, layiqincə və dövrün tələblərinə uyğun olaraq yeni məzmunda davam etdirilir. Dövlətimizin başçısının təsdiq etdiyi “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı” bu siyasətin inzibati və iqtisadi mexanizmini təşkil edir. Proqram çərçivəsində idarəetmədə şəffaflığın artırılması, institusional islahatların dərinləşdirilməsi və muxtar respublikanın iqtisadi potensialının tam gücü ilə işə salınması təmin edilir. Naxçıvanın hər bir uğuru bu tarixi varisliyin, sistemli islahatların və məqsədyönlü strategiyanın məntiqi təzahürüdür.
Bütün iqtisadi yüksəlişin və sosial layihələrin uğurlu icrasının təməlində etibarlı təhlükəsizlik amili dayanır. Dövlətimizin başçısı Azərbaycan Televiziyasına müsahibəsində Naxçıvanın təhlükəsizlik amilini və hərbi potensialını xüsusi vurğulayaraq bildirdi ki, Naxçıvanda onun Sərəncamı ilə Əlahiddə Ordu yaradılıb. Dövlətimizin başçısı: “Bu ordu Azərbaycan Silahlı Qüvvələrinin ayrılmaz tərkib hissəsidir. Ancaq Naxçıvanın spesifikası, coğrafiyası, Azərbaycanla, Azərbaycanın əsas hissəsi ilə coğrafi bağlantısının olmaması, əlbəttə ki, bu diyarın – muxtar respublikanın təhlükəsizliyinə daha böyük diqqət göstərməyimizə gətirib çıxardı və bu, daim belədir. Ona görə bu, birinci şərtdir. Bu gün qeyd etdiyim kimi, Azərbaycan Silahlı Qüvvələri bölgədə söz sahibidir. O cümlədən Naxçıvanda hərbi potensial gündən-günə gücləndirilir və gücləndiriləcək”. Göründüyü kimi, muxtar respublikanın təhlükəsizliyinin möhkəmləndirilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi bu gün də uğurla davam etdirilir.

Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov Allar və Şıxhüseynli kənd sakinləri ilə səyyar qəbul keçirib.Yardımlı Ray...
12/08/2026

Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov Allar və Şıxhüseynli kənd sakinləri ilə səyyar qəbul keçirib.

Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov səyyar qəbul qrafikinə uyğun olaraq Allar və Şıxhüseynli kənd sakinləri ilə qəbul keçirib. Qəbulda İcra Hakimiyyətinin məsul əməkdaşları, idarə, müəssisə və xidmət sahələrinin rəhbərləri, inzibati ərazi dairəsi üzrə nümayəndə və bələdiyyə sədri iştirak ediblər.
Qəbul zamanı sakinlərin qaldırdığı məsələlər əsaslandırılmış şəkildə cavablandırılıb, araşdırılması tələb olunan bəzi məsələlərlə bağlı aidiyyəti üzrə tapşırıqlar verilib.

Avqustun 12-də Yardımlı İdman Kompleksində Yardımlı Rayon İcra Hakimiyyətinin və Lənkəran-Astara Regional Gənclər və İdm...
12/08/2026

Avqustun 12-də Yardımlı İdman Kompleksində Yardımlı Rayon İcra Hakimiyyətinin və Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin Yardımlı rayonu üzrə Gənclər və İdman Sektorunun birgə təşkilatçılığı ilə “12 Avqust – Beynəlxalq Gənclər Günü” münasibətilə gənclərlə görüş keçirilib. Tədbirdə rayon tədbirlərində fəal iştirak edən gənclər və digər təşkilatların nümayəndələri iştirak ediblər.
​Çıxışlarda gənclər “12 Avqust – Beynəlxalq Gənclər Günü” münasibətilə təbrik edilib. Beynəlxalq Gənclər Gününün hər il 12 avqust tarixində bütün dünyada gənclərin problemlərinə diqqət çəkmək və onların cəmiyyətdəki rolunu qeyd etmək məqsədilə keçirilməsindən bəhs olunub. Müasir Azərbaycan gənclərinin qarşısında duran əsas vəzifələr, onların cəmiyyətdə, o cümlədən dünya gəncləri ilə qarşılıqlı əlaqədə fəaliyyəti və inkişafı diqqətə çatdırılıb, bu istiqamətdə ölkəmizdə keçirilən tədbirlər vurğulanıb.
​Daha sonra tədbir çay süfrəsi ətrafında davam etdirilib, gənclərlə fikir mübadiləsi aparılmış, gənclərin təklif və istəkləri dinlənilmişdir.

Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov Köryədi və Gügəvar kənd sakinləri ilə səyyar qəbul keçirib.Yardımlı Rayon...
05/08/2026

Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov Köryədi və Gügəvar kənd sakinləri ilə səyyar qəbul keçirib.

Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov səyyar qəbul qrafikinə uyğun olaraq Köryədi və Gügəvar kənd sakinləri ilə qəbul keçirib. Qəbulda İcra Hakimiyyətinin məsul əməkdaşları, idarə, müəssisə və xidmət sahələrinin rəhbərləri, inzibati ərazi dairəsi üzrə nümayəndə və bələdiyyə sədri iştirak ediblər.
Qəbul zamanı sakinlərin qaldırdığı məsələlər əsaslandırılmış şəkildə cavablandırılıb, araşdırılması tələb olunan bəzi məsələlərlə bağlı aidiyyəti üzrə tapşırıqlar verilib.

Regional əməkdaşlığın dayanıqlı və uzunmüddətli xarakter daşıması üçün təhlükəsizlik sahəsində qarşılıqlı fəaliyyətin gü...
31/07/2026

Regional əməkdaşlığın dayanıqlı və uzunmüddətli xarakter daşıması üçün təhlükəsizlik sahəsində qarşılıqlı fəaliyyətin gücləndirilməsi əsas şərtlərdən biri hesab olunur. Bu baxımdan Çolpon-Ata Bəyannaməsində regional təhlükəsizliyə təhdid yaradan çağırışlara qarşı birgə mübarizə məsələlərinə xüsusi yer verilib. Bəyannamədə terrorizm, ekstremizm, transmilli mütəşəkkil cinayətkarlıq, narkotik vasitələrin qanunsuz dövriyyəsi və digər təhlükələrə qarşı birgə mübarizənin vacibliyinin vurğulanması regional təhlükəsizlik məsələlərinin prioritet istiqamətlərdən biri olduğunu növbəti dəfə təsdiqləyir.
Bu təhdidlər ayrı-ayrı dövlətlərin deyil, bütövlükdə regionun təhlükəsizliyinə təsir göstərdiyindən onların aradan qaldırılması yalnız koordinasiyalı fəaliyyət və qarşılıqlı əməkdaşlıq yolu ilə mümkündür. Bu baxımdan təhlükəsizlik sahəsində informasiya mübadiləsinin, hüquq-mühafizə orqanları arasında əməkdaşlığın və beynəlxalq təşkilatlar çərçivəsində birgə fəaliyyətin genişləndirilməsi mühüm əhəmiyyət daşıyır.
Bəyannamədə humanitar əməkdaşlığın genişləndirilməsi ilə bağlı müddəalar isə xalqlar arasında qarşılıqlı anlaşmanın və dostluğun möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Mədəniyyət, təhsil, elm, gənclər siyasəti və turizm sahələrində əməkdaşlığın inkişaf etdirilməsi dövlətlərarası münasibətlərin yalnız siyasi səviyyədə deyil, cəmiyyətlər arasında da dərinləşməsinə xidmət edir. Xüsusilə universitetlər, elmi-tədqiqat və analitik mərkəzlər arasında əməkdaşlığın genişləndirilməsi yeni elmi layihələrin həyata keçirilməsinə, mütəxəssis hazırlığının gücləndirilməsinə və ortaq elmi platformaların formalaşmasına şərait yarada bilər.
Sənəddə mədəni və sivilizasiya müxtəlifliyinin, tarixi ənənələrin və mənəvi irsin qorunmasına verilən önəm də xüsusi diqqət çəkir. Bu yanaşma göstərir ki, tərəflər inteqrasiya prosesini milli kimliklərin və mədəni müxtəlifliyin qorunması prinsipi əsasında inkişaf etdirmək niyyətindədirlər. Belə yanaşma region xalqları arasında qarşılıqlı hörmətin və tolerantlığın daha da möhkəmlənməsinə xidmət edir. Turizm sahəsində əməkdaşlığın genişləndirilməsi və regionun turizm cəlbediciliyinin artırılmasına yönəlmiş təşəbbüslərin dəstəklənməsi isə iqtisadi əməkdaşlıqla yanaşı, xalqlar arasında birbaşa əlaqələrin inkişafına da mühüm töhfə verəcək. Beləliklə, qeyd etmək olar ki, Çolpon-Ata Bəyannaməsi Azərbaycan ilə Mərkəzi Asiya dövlətləri arasında münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu nümayiş etdirən mühüm siyasi sənəd olmaqla yanaşı, gələcək əməkdaşlığın strateji istiqamətlərini də müəyyənləşdirir. Sənəddə əksini tapan müddəalar siyasi dialoqun dərinləşdirilməsinə, iqtisadi inteqrasiyanın genişlənməsinə, təhlükəsizliyin möhkəmləndirilməsinə və humanitar əlaqələrin inkişafına xidmət etməklə yanaşı, regionda uzunmüddətli sülh, sabitlik və davamlı inkişaf üçün möhkəm əsas yaradır.
Qlobal geosiyasi rəqabətin dərinləşdiyi, nəqliyyat dəhlizləri, enerji təhlükəsizliyi və regional inteqrasiya uğrunda mübarizənin yeni mərhələyə keçdiyi bir dövrdə Mərkəzi Asiya ilə Azərbaycan arasında əməkdaşlıq da strateji xarakter qazanır. Çolpon-Ata şəhərində keçirilən Mərkəzi Asiya dövlətləri və Azərbaycan Respublikasının dövlət başçılarının növbəti Məşvərət Görüşünün yekununda qəbul edilən Çolpon-Ata Bəyannaməsi bu baxımdan son illərin ən mühüm regional siyasi sənədlərindən biri hesab olunur.

Azərbaycan ilə Qırğızıstan arasında əməkdaşlığın iqtisadi ölçüsü də sürətlə genişlənir. Orta Dəhlizin inkişafı fonunda h...
31/07/2026

Azərbaycan ilə Qırğızıstan arasında əməkdaşlığın iqtisadi ölçüsü də sürətlə genişlənir. Orta Dəhlizin inkişafı fonunda hər iki ölkə Avrasiya nəqliyyat-logistika sistemində mühüm tərəfdaş kimi çıxış edir. Xəzər dənizi üzərindən yükdaşımaların artırılması, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafı, logistika mərkəzlərinin yaradılması, ticarət dövriyyəsinin artırılması və qarşılıqlı investisiyaların təşviqi iqtisadi əməkdaşlığın əsas istiqamətlərini təşkil edir. Azərbaycanın müasir nəqliyyat infrastrukturu, beynəlxalq limanları və logistika imkanları Qırğızıstan üçün dünya bazarlarına çıxış baxımından yeni perspektivlər yaradır. Bununla yanaşı, humanitar əməkdaşlıq da münasibətlərin mühüm istiqamətlərindən biridir. Təhsil, elm, mədəniyyət, gənclər siyasəti, turizm və digər sahələrdə həyata keçirilən birgə layihələr xalqlar arasında dostluq münasibətlərini daha da möhkəmləndirir. İşğaldan azad edilmiş ərazilərdə Qırğızıstanın dəstəyi ilə həyata keçirilən layihələr isə qardaşlıq münasibətlərinin konkret əməli ifadəsidir. Azərbaycan və Qırğızıstan beynəlxalq təşkilatlar çərçivəsində də bir-birinin milli maraqlarını ardıcıl şəkildə dəstəkləyirlər. Dövlətlərin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq hüququn fundamental prinsiplərinə hörmət hər iki ölkənin xarici siyasətində əsas prioritetlərdəndir. Bu mövqelərin üst-üstə düşməsi münasibətlərin strateji xarakterini daha da gücləndirir və qarşılıqlı etimadı möhkəmləndirir.
Prezident İlham Əliyevin Qırğızıstana dövlət səfəri bir daha nümayiş etdirir ki, Azərbaycan bu gün regionda söz sahibi olan, etibarlı tərəfdaş kimi qəbul edilən, təşəbbüsləri beynəlxalq səviyyədə dəstəklənən nüfuzlu dövlətdir: “Dövlətimizin başçısının həyata keçirdiyi balanslaşdırılmış və milli maraqlara söykənən xarici siyasət nəticəsində ölkəmiz müxtəlif coğrafiyalarda etibarlı dostlar və strateji müttəfiqlər qazanır, beynəlxalq münasibətlər sistemində mövqelərini daha da möhkəmləndirir. Əminik ki, imzalanan müttəfiqlik müqaviləsi Azərbaycan-Qırğızıstan münasibətlərinin gələcək inkişafı üçün yol xəritəsi rolunu oynayacaq. Bu sənəd iki dövlət arasında siyasi dialoqu daha da intensivləşdirəcək, iqtisadi əməkdaşlığı genişləndirəcək, təhlükəsizlik sahəsində koordinasiyanı gücləndirəcək və türk dünyasının inteqrasiyasına yeni təkan verəcəkdir.
Cənubi Qafqaz və Mərkəzi Asiya regionlarının geostrateji baxımdan yaxınlaşması prosesində Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasət xətti müasir beynəlxalq hüquq müstəvisində keyfiyyətcə yeni əməkdaşlıq modelinin formalaşmasına şərait yaradır. Qırğız Respublikasına həyata keçirilən dövlət səfərinin normativ-hüquqi, iqtisadi-maliyyə və geonəqliyyat aspektlərindən təhlili göstərir ki, dövlətimizin başçısının şəxsi diplomatik təşəbbüsləri ikitərəfli münasibətləri klassik tərəfdaşlıq çərçivəsindən çıxararaq qarşılıqlı strateji əlaqələrə, etimada və öhdəliklərə əsaslanan müttəfiqlik səviyyəsinə yüksəldib.
Səfərin hüquqi-siyasi əsasını təşkil edən "Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə" beynəlxalq hüququn əsas prinsiplərinə uyğun olaraq tərəflərin suveren bərabərliyi, ərazi bütövlüyü və dövlət suverenliyinə hörmət prinsiplərini özündə əks etdirir. Prezident İlham Əliyevin hüquqi-siyasi uzaqgörənliyinin məntiqi nəticəsi olan bu sənəd iki ölkənin xarici siyasət və təhlükəsizlik paradiqmalarının unifikasiyasını normativ akt səviyyəsinə qaldırır.

Address

H. Əliyev Küçəsi 78
Yardımlı
6500

Website

Alerts

Be the first to know and let us send you an email when Yardımlı Rayon İcra Hakimiyyəti posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Yardımlı Rayon İcra Hakimiyyəti:

Shortcuts

Share