10/08/2026
Hörmətli valideynlər və şagirdlər!
Məktəbdə nizam-intizamın, vahid geyim mədəniyyətinin və təhlükəsiz təhsil mühitinin təmin edilməsi məqsədilə aşağıdakı qaydalara ciddi əməl olunması xahiş olunur:
Şagird geyim forması
✅ Məktəbə yalnız təsdiq edilmiş məktəbli forması ilə gəlmək mütləqdir.
✅ Oğlan şagirdlər üçün:
Ağ polo köynək (qısa və ya uzunqol);
Tünd-göy klassik şalvar;
Soyuq havalarda məktəb gödəkçəsi.
✅ Qız şagirdlər üçün:
Ağ polo köynək (qısa və ya uzunqol);
Tünd-göy dizdən olan ətək (klassik, pliseli və ya digər təsdiq olunmuş model) və ya klassik şalvar;
Soyuq havalarda məktəb gödəkçəsi.
Xarici görünüş
Oğlanların saçları qısa və səliqəli olmalıdır.
Qızların saçları hörülmüş və ya səliqəli şəkildə toplanmış olmalıdır.
Dırnaqlar təmiz, qısa və baxımlı saxlanılmalıdır.
Ətəklərin uzunluğu dizdən yuxarı olmamalıdır.
Qadağandır
❌ Cins şalvar, idman geyimləri və məktəb formasından fərqli rəngli geyimlər.
❌ Zinət əşyaları və müxtəlif aksessuarlar.
❌ Ağıllı telefon, ağıllı saat və məktəbə aid olmayan digər əşyaların məktəbə gətirilməsi.
❌ Məktəb qaydalarına uyğun olmayan saç düzümü, makiyaj və görünüş.
Məktəb qaydalarına riayət etmək hər bir şagirdin məsuliyyəti və nümunəvi davranışının göstəricisidir.