Yevlax rayonu 1935-ci ildə təşkil edilmişdir. 1938-ci ildə Yevlax şəhər statusu ilə təltif edilmişdir 1963-cü ildə ləğv rayon olunaraq ərazisi Ağdaş, Bərdə və Qasım İsmayılov rayonlarına verilmişdir. 1965-ci ildə yenidən müstəqil rayon olmuşdur. Yevlax rayonu ərazisində Yevlaxıvn qədim yaşayış məskəni olmasını sübut edən bir sıra tarixi abidələr vardır. III minilliyin sonlarına aid olan Qoçtəpə ku
rqanı rayonun Qaraməmmədli kəndi ilə Rüstəmli kəndi arasındakı ərazidə yerləşir. Kurqana yaxın yerdə vaxtı ilə eyni adlı yaşayış məntəqəsi- Qoçtəpə kəndi olmuş, 1938-ci ildə həmin kənd ləğv edilərək əhalisi Qaraməmmədli kəndinə köçürülmüşdür. Yevlax rayonunun Şirvan bölgəsində yerləşən ərazi orta əsrlərdə Azərbaycanın iri şəhərlərindən biri olan Ərəş şəhərinin və bu şəhərin adından götürülmüş Ərəş mahalının bir hissəsi idi. Bu şəhərin mərkəzinin indiki Xaldan kəndindən 3 km şərqdə yerləşdiyi ehtimal olunur. Şəhərin qala divarlarının xarabaları Xaldan kəndi yaxınlığında qalır. Yevlax coğrafi mövqeyinə görə Azərbaycanın mərkəzində mühümkommunikasiyaların kəsişməsində yerləşməklə qədim yaşayış məskənlərindən biridir. Rayon kimi 1935-ci ilin fevral ayından fəaliyyət göstərir. Yevlax eyni zamanda respublika tabeli şəhərdir. Yevlax rayonu Ağdaş, Bərdə, Tərtər, Goranboy, Samux, Qax, Şəki rayonları ilə həmsərhəddir. Rayon 1 şəhər, 1 şəhər tipli qəsəbə və 48 kənd vardır. Rayonda yerləşən şəhər, qəsəbə və iri kəndlər aşağıdakılardır: Yevlax şəhəri Aran qəsəbəsi Xaldan kəndi Havarlı kəndi Malbinəsi kəndi Qoyunbinəsi kəndi Tanrıqulular kəndi Salahlı kəndi Ərəş kəndi Səmədabad kəndi
Ötən əsrin 80-cı illərində stansiya kimi salınan və uzun müddət əhali tərəfindən "Vağzal" kimi tanınan Yevlax XIX əsrin sonu XX əsrin əvvələrinə aid rəsmi sənədlərdə və mənbələrdə Yelizavetpol quberniyasının Yevlax məntəqəsi və ya Yevlax stansiyası, sonra Yelizavetpol quberniyasının Yevlax kəndi, 1920-ci ildən isə Cavanşir qəzasının Yevlax kəndi adlanmışdır. Azərbaycan SSR MİR-nin qərarı ilə 1935-ci ilin 20 fevral tarixində Yevlax rayonu təşkil edilmişdir.
1939-cu ilin fevral ayının 1-də Azərbaycan SSR Ali Sovetinin qərarına əsasən Yevlaxda Şəhər Soveti yaradılmaqla, Yevlaxa şəhər adı verilmişdir.
1962-ci il dekabrın 26-da çağrılmış Azərbaycan SSR Ali Sovetinin X sessiyasının qərarı ilə Yevlax rayonu ləğv edilərək ərazisi Ağdaş, Bərdə və Qasım İsmayılov rayonlarına verilmiş, Yevlax respublika tabeli sənaye şəhərinə çevrilmişdir. 1965-ci ildə Yevlax yenidən müstəqil rayona çevrilmişdir. Azərbaycan SSR Ali Soveti Rəyasət heyətinin 6 yanvar 1965-ci il tarixli fərmanı ilə Yevlax şəhəri respublika tabeliyində olan şəhərlər sırasına daxil edilmiş və Yevlax şəhərində sənaye müəssisələrinin tikintisinə başlanmışdır
Relyefi:
Yevlax şəhəri Bakıdan 293 km aralı Kür çayının sağ sahilində, düzənlikdədir. (Gəncə-Qazax düzənliyinin cənub-şərqi, Qarabağ və Şirvan düzlərinin şimal-qərb kənarı). Yevlax şəhəri Qədim İpək yolunun üzərindədir. Qışı quraq keçən mülayim-isti yarımsəhra və quru çöl iqlimi var. Ərazidən Kür çayı, Əlican, Korçay və İncəçayın aşağı axınları keçir. Mingəçevir su anbarının cənub şərq hissəsi, Varvara su anbarı Yevlax ərazisində yerləşir. Yuxarı Qarabağ və Yuxarı Şirvan kanallarının yuxarı hissələri rayon ərazisindədir
Təbiəti:
Ərazi boz-çəmən,çəmən-boz, allüvial çəmən, şabalıdı, şorakətvarı boz-qonur, əksər hallarda isə qoran torpaqlardır. Bitki örtüyü əsasən yarımsəhra tiplidir. Kserofit seyrək meşələr, Tuqay meşə, düzən gölməçəlik və subasar çəmən, o cümlədən səhra bitkiləri yayılmışdır. Heyvanları: canavar, tülkü, boz dovşan, çöl donuzu, kirpi, porsuq, çaqqal , quşları: turac, kəklik, sığırçın,bayquş, kol xoruzu, ağacdələn, sarıköynək və sairdir.
İri yaşayış məntəqələri:
Rayonda 1 şəhər, 1 şəhər tipli qəsəbə, 52 kənd vardır. İri yaşayış məntəqələri: Xaldan və Aran qəsəbələri, Qoyunbinəsi, Malbinəsi, Tanrıqulular, Havarlı, Araş, Yuxarı Qarxun, Nemətabad, Qaramanlı, Salahlı, Kövər, Kolanlı, Səmədabad, Varvara, Cırdaxan kəndləri.Əhalisi
İqtisadi xarakteristikası:
Yevlax aqrar-sənaye rayonudur. Kənd təsərrüfatı əsasən pambıqçılıq, taxılçılıq, heyvandarlıq üzrə ixtisaslaşmışdır. Sənayesi başlıca olaraq kənd təsərrüfatı məhsullarını emal edir. Rayonda pambıqtəmizləmə, tütün-fermentasiya, qarışıq yem, dəmir-beton məmulatları zavodları, istehsalat və sənaye kombinatları vardır. Mədəniyyət, təhsil və səhiyyə müəssisələri:
Yevlaxda 57 ümumtəhsil məktəbində (40 orta, 9 əsas, 8 ibtidai məktəb) 17146 uşaq oxuyur. 1 peşə məktəbində 9 qrupda 105 şagird müxtəlif peşələr öyrənir. 25 məktəbəqədər uşaq müəssisəsində 1379 uşaq tərbiyə alır. Uşaq Gənclər İdman və Şahmat məktəbləri, uşaq yaradıcılıq mərkəzi və texniki yaradıcılıq mərkəzi fəaliyyət göstərir. Yevlaxda 59 kitabxana, 1 Saray,18 mədəniyyət evi, 2 muzey, 22 klub, 6 musiqi məktəbi, B.Səfəroğlu adına xalq və kukla teatrı, "Ərəş", "İlkin", "Karvan", "Səda" muçiqi kollektivləri vardır. Maddi-mədəni irsi:
Yevlax – Bərdə magistral yolunun təxminən 18 – ci kilometrliyində torpaqdan ucaldılmış Zərgərtəpə Kurqanı yerləşir. Konusvari formada olan kurqanın ətək hissəsinin diametri təxminən 58 metr, hündürlüyü 11 metr, uzunluğu 120 metrə yaxındır.
Üçtəpə kurqanın topaq örtüyü 35 min kub metrə çatır və tədqiqatçılar hesablamışlar ki, bu kurqanın törpaq örtüyü façilərlə 3 ilə tökülüb başa çatdırılmışdır. Xaldan kəndinin 3-4 km –də antik dövrə təsadüf edən Alban Sərdabəsi olduğu ehtimsal olunan Sərdabənin, Marzılı kəndi ərazisində VII əsrə aid edilən və XVI əsrdə Şeyx Həzrə Piri kimi tanınan Pirin, Malbinəsi kəndində Qarabağda tikilən qədim məscidlər tipinə aid olan, XVIII əsrdə inşa edilən Məscidin qalıqları mühavizə olunur. Yerli media:
Yevlaxda "Kür" və "Təşəbbüs" qəzetləri nəşr olunur. Həmçinin Yevlax rayonunun ərazisində regional televiziya şirkəti olan "El TV" fəaliyyət göstərir.