Mərkəzi Aran Regional Təhsil İdarəsi

Mərkəzi Aran Regional Təhsil İdarəsi Mərkəzi Aran Regional Təhsil İdarəsinin rəsmi "Facebook" səhifəsi
(1)

04/09/2026

📢 Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müddətli müqavilə ilə vakansiya seçimi mərhələsinin nəticələri elan edilib

🗓️ Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müddətli əmək müqaviləsi ilə vakansiya seçimi mərhələsinin nəticələri namizədlərin şəxsi səhifələrinə göndərilib. 28–31 avqust tarixlərində keçirilmiş vakansiya seçimində 1 467 namizəd uğur qazanaraq müddətli əmək müqaviləsi ilə çalışmaq imkanı əldə edib.

📌 Müddətli əmək müqaviləsi ilə vakansiya seçimində uğur qazanan namizədlər
10 sentyabr saat 18:00-dək zəruri sənədləri aidiyyəti yerli təhsili idarəetmə orqanına təqdim etməlidirlər.

Təqdim edilməli sənədlər:
• şəxsiyyəti təsdiq edən sənədin surəti;
• ali və ya orta ixtisas təhsili haqqında sənəd və ona əlavənin surəti;
• əmək kitabçasının əsli (olduğu təqdirdə);
• 3x4 formatında 4 ədəd fotoşəkil;
• sağlamlıq haqqında arayış;
• kadrlar uçotunun şəxsi vərəqəsi;
• şəxsi səhifədə işə qəbulun nəticəsinə dair çıxarış.

❗️ Nəzərinizə çatdırırıq ki, çıxarışı aidiyyəti yerli təhsili idarəetmə orqanı tərəfindən təsdiq olunmuş namizədlərin işə qəbulu rəsmiləşdiriləcək. Namizədlərə sənədlərini təqdim etdikdən sonra şəxsi səhifələrinə daxil olaraq çıxarışın təsdiq olunduğunu yoxlamaq tövsiyə olunur.

🤝 Vakansiya seçimində uğur qazanan bütün namizədləri təbrik edir, onlara pedaqoji fəaliyyətlərində uğurlar arzulayırıq!

Sentyabr konfransının yekunlarına dair müşavirə keçirilib——-Mərkəzi Aran Regional Təhsil İdarəsində Sentyabr konfransı ç...
04/09/2026

Sentyabr konfransının yekunlarına dair müşavirə keçirilib
——-
Mərkəzi Aran Regional Təhsil İdarəsində Sentyabr konfransı çərçivəsində təhsil müəssisələrinin rəhbərləri və müəllimlərlə keçirilmiş panel müzakirələrin yekunlarına dair müşavirə keçirilib.

Müşavirədə Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdir müavini Cavad Cavadov, Tədrisin keyfiyyəti sektorunun müdiri Anar Şəfiyev , idarənin əməkdaşları ,struktur bölmə rəhbərləri və əməkdaşları iştirak ediblər.

Müşavirə zamanı panel müzakirələrdə səsləndirilən fikir, təklif və tövsiyələr nəzərdən keçirilib, növbəti tədris ili üzrə qarşıda duran əsas vəzifələr və prioritet istiqamətlər diqqətə çatdırılıb.

Görüşdə təhsil müəssisələrinin qarşılaşdığı məsələlər, müəllimlərin təklif və tövsiyələri, eləcə də dəstəyə ehtiyac duyulan istiqamətlər ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd olunub ki, panel müzakirələr zamanı təlim nəticələri zəif olan şagirdlərlə işin gücləndirilməsi, valideynlərin təhsil prosesinə daha fəal cəlb olunması, məktəblərdə dəstəkləyici mühitin inkişaf etdirilməsi, təcrübə mübadiləsinin genişləndirilməsi və məktəbdənkənar fəaliyyətlərin daha səmərəli təşkili ilə bağlı təkliflər səsləndirilib.

Müşavirənin sonunda panel müzakirələrin nəticələri ümumiləşdirilib və növbəti tədris ili üzrə prioritet istiqamətlər müəyyənləşdirilib.

Göyçayda vətəndaş qəbulu keçiriləcək.——Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri Həmid Qasımov sentyabr ayının 9-da...
03/09/2026

Göyçayda vətəndaş qəbulu keçiriləcək.
——
Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri Həmid Qasımov sentyabr ayının 9-da Göyçay rayonu üzrə təhsil sektorunda vətəndaşları qəbul edəcək.

Vətəndaşlar qəbula aşağıdakı vasitələrlə yazıla bilərlər:
• Mərkəzi Aran Regional Təhsil İdarəsinin Çağrı Mərkəzinin 146-0-3 nömrəsinə (yalnız iş günləri və iş saatları ərzində) zəng etməklə;
• Göyçay rayonu üzrə təhsil sektorunun inzibati binasına yaxınlaşmaqla;
• Rəsmi “WhatsApp” xidməti vasitəsilə (051-867-91-66) müraciət etməklə.

03/09/2026
Sentyabr konfranslarının ikinci günü keçirilib——Mingəçevir şəhəri, Kürdəmir, Yevlax və Zərdab rayonlarında 2026–2027-ci ...
02/09/2026

Sentyabr konfranslarının ikinci günü keçirilib
——
Mingəçevir şəhəri, Kürdəmir, Yevlax və Zərdab rayonlarında 2026–2027-ci tədris ili üzrə təhsil işçilərinin sentyabr konfranslarının ikinci günü keçirilib.

Konfransın ikinci günündə fənlər üzrə sessiyalar və panel müzakirələri təşkil olunub.

Sessiyalarda təhsilin keyfiyyətinin yüksəldilməsi, şagird nailiyyətlərinin artırılması, təlim nəticələrinin yaxşılaşdırılması və müəllimlərin peşəkar fəaliyyətinin dəstəklənməsi istiqamətində qarşıda duran əsas vəzifələr müzakirə edilib.

Fənlər üzrə keçirilən sessiyalarda oxuyub-anlama və danışma bacarıqlarının inkişafında mütaliənin rolu, danışma dərslərinin səmərəli təşkili, şagirdlərin yol verdiyi tipik səhvlərin müəyyənləşdirilməsi, diaqnostik tapşırıqlardan istifadə, dərsin planlaşdırılması, diferensial tədrisin təşkili, eləcə də təlim nəticələri aşağı olan şagirdlərlə məqsədyönlü işin aparılması məsələlərinə diqqət yetirilib.

Panel müzakirələri zamanı iştirakçıların fikir və təklifləri dinlənilib, tədris prosesinin səmərəliliyinin artırılması istiqamətində fikir mübadiləsi aparılıb.

Həmçinin fənn moderatorlarına sessiyaların təşkili, qruplar üzrə gözlənilən nəticələrin müəyyənləşdirilməsi, qarşıya qoyulacaq hədəflər və həmin hədəflərə nail olmaq üçün həyata keçiriləcək tədbirlər barədə məlumat verilib.

Müzakirələrin yekunlarına əsasən konkret təkliflər formalaşdırılıb, qarşıda duran fəaliyyət istiqamətləri müəyyənləşdirilib və nəzərdə tutulan tədbirlərin icrası ilə bağlı məsul şəxslər müəyyən edilib.

Ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul üzrə müsahibə mərhələsinə başlanılıb—-02 sentyabr 2026-cı il t...
02/09/2026

Ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul üzrə müsahibə mərhələsinə başlanılıb
—-
02 sentyabr 2026-cı il tarixindən etibarən Mərkəzi Aran Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin müsahibə mərhələsinə başlanılıb.

Namizədlərin müsahibə mərhələsinə dəvəti müsabiqə qaydalarına uyğun olaraq ardıcıllıq prinsipi əsasında, vakant vəzifəyə uyğun namizəd müəyyən edilənədək həyata keçiriləcək.

Müsahibə zamanı namizədlər komissiya tərəfindən aşağıdakı 7 meyar üzrə qiymətləndirilirlər:

🔹 Liderlik və strateji idarəetmə
🔹 Pedaqoji və tədris
🔹 İdarəçilik və təşkilatçılıq
🔹 Ünsiyyət və əlaqə
🔹 Problemlərin həlli və qərarvermə
🔹 Rəqəmsal və texnoloji bacarıqlar
🔹 Sosial və emosional bacarıqlar

Müsahibə mərhələsinə dəvətlə bağlı məlumatlar mərhələli şəkildə namizədlərin şəxsi kabinetlərinə göndərilir. Namizədlərə şəxsi kabinetlərini mütəmadi olaraq izləmələri tövsiyə olunur.

Bütün namizədlərə müsahibə mərhələsində uğurlar arzulayırıq!

02/09/2026

Mayın 6-dan etibarən həyata keçirilən 2026–2027-ci tədris ili üzrə uşaqların I sinfə elektron qəbulu prosesi 3 sentyabr saat 18:00-da başa çatacaq.

Bu günədək 124 mindən artıq uşağın birinci sinfə qəbul prosesi tamamlanıb.

Nəzərinizə çatdırırıq ki, qəbul prosesi www.mektebeqebul.edu.az portalı vasitəsilə elektron şəkildə həyata keçirilir.

İnternetə çıxış imkanı olmayan vətəndaşlar isə aidiyyəti üzrə:
Alternativ qeydiyyat mərkəzlərinə;
Agentliyin və yerli idarələrin çağrı mərkəzlərinə;
ASAN xidmət mərkəzlərinə müraciət edə bilərlər.

Həmçinin bildiririk ki, üzrlü səbəblərdən I sinfə qəbul prosesində gecikən uşaqların ümumi təhsil müəssisələrinə elektron qəbulu sentyabr ayı ərzində yenidən aktivləşdiriləcək.

Təhsil işçilərinin sentyabr konfransları keçirilib.——Sentyabrın 1-də Mingəçevir şəhəri, Kürdəmir və Yevlax rayonları üzr...
01/09/2026

Təhsil işçilərinin sentyabr konfransları keçirilib.
——
Sentyabrın 1-də Mingəçevir şəhəri, Kürdəmir və Yevlax rayonları üzrə təhsil sektorlarında 2026–2027-ci tədris ilinin başlanması ilə əlaqədar sentyabr konfransları keçirilib.

Konfranslarda Mərkəzi Aran Regional Təhsil İdarəsinin rəhbərliyi, şəhər və rayon icra hakimiyyətlərinin nümayəndələri, təhsil sektorlarının əməkdaşları, məktəb direktorları və direktor müavinləri, məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri, məktəbdaxili metodistlər və qabaqcıl müəllimlər iştirak ediblər.

Tədbirlər Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələrinin qoyulması ilə başlayıb. Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Konfranslarda 2026–2027-ci tədris ilində qarşıda duran əsas hədəflər, təhsilin keyfiyyətinin yüksəldilməsi, şagird nailiyyətlərinin artırılması, müəllimlərin peşəkar inkişafının dəstəklənməsi və məktəblərdə əlverişli təhsil mühitinin formalaşdırılması istiqamətində həyata keçiriləcək tədbirlər barədə məlumat verilib.

Çıxışlarda məktəb rəhbərlərinin idarəetmə fəaliyyətinin gücləndirilməsi, məktəbdaxili qiymətləndirmənin şəffaf və obyektiv təşkili, təhsil nəticələrinin yüksəldilməsi, aşağı nəticə göstərən şagirdlərlə məqsədyönlü işin aparılması və qabaqcıl təcrübənin paylaşılmasının əhəmiyyəti vurğulanıb.

Həmçinin ötən tədris ilinin nəticələri təhlil olunub, təhsil müəssisələrinin qarşısında duran vəzifələr və yeni tədris ili üçün müəyyənləşdirilən prioritet istiqamətlər diqqətə çatdırılıb.

Bildirilib ki, yeni tədris ilində əsas məqsəd mövcud çətinliklərin aradan qaldırılması, təhsilin keyfiyyətinin və şagird nailiyyətlərinin daha da yüksəldilməsi, hər bir məktəbdə effektiv və inkişafyönümlü təhsil mühitinin yaradılmasıdır.

Sentyabr konfranslarının keçirilməsində əsas məqsəd yeni tədris ili qarşısında duran vəzifələrin müəyyənləşdirilməsi, ötən tədris ilinin nəticələrinin təhlili və təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində prioritetlərin müəyyən edilməsidir.

Zərdab rayonunda təhsil işçilərinin sentyabr konfransı keçirilib——Zərdab rayonunda yeni tədris ilinin başlanması ilə əla...
31/08/2026

Zərdab rayonunda təhsil işçilərinin sentyabr konfransı keçirilib
——
Zərdab rayonunda yeni tədris ilinin başlanması ilə əlaqədar təhsil işçilərinin sentyabr konfransı keçirilib.

Zərdab rayon Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri Həmid Qasımov, Zərdab Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Ramo Hacıyev, Zərdab rayon təhsil sektorunun müdiri Gülağa İsgəndərov, digər qurumların nümayəndələri, Mərkəzi Aran Regional Təhsil İdarəsinin əməkdaşarı, Zərdab rayon təhsil sektorunun əməkdaşları, məktəb rəhbərləri, direktor müavinləri və qabaqcıl müəllimlər iştirak ediblər.

Tədbir Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələrinin qoyulması ilə başlayıb. Ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Konfransda 2026–2027-ci tədris ilində qarşıya qoyulan əsas hədəflər, təhsilin keyfiyyətinin yüksəldilməsi, şagird nailiyyətlərinin artırılması, müəllimlərin peşəkar inkişafının dəstəklənməsi və məktəblərdə əlverişli təhsil mühitinin yaradılması istiqamətində görüləcək işlər müzakirə olunub.

Çıxışlarda məktəb rəhbərlərinin idarəetmə fəaliyyətinin gücləndirilməsi, məktəbdaxili qiymətləndirmənin şəffaf və obyektiv təşkili, aşağı nəticə göstərən şagirdlərlə məqsədyönlü işin aparılması və qabaqcıl təcrübənin paylaşılmasının əhəmiyyəti vurğulanıb.

Tədbirdə, həmçinin ötən tədris ilinin nəticələri təhlil olunub, IV və VI siniflər üzrə monitorinqlərin, IX və XI siniflər üzrə buraxılış imtahanlarının nəticələri əvvəlki illərlə müqayisəli şəkildə təqdim edilib.

Bildirilib ki, yeni tədris ilində əsas məqsəd mövcud çətinliklərin aradan qaldırılması, təhsil nəticələrinin yaxşılaşdırılması və hər bir məktəbdə effektiv, inkişafyönümlü təhsil mühitinin formalaşdırılmasıdır.

31/08/2026

📢 Təhsilverənlərin təkrar sertifikatlaşdırması prosesinin müsahibə mərhələsinə başlanılır

🗓️ Təhsilverənlərin təkrar sertifikatlaşdırılması prosesinin müsahibə mərhələsinin keçiriləcəyi tarix və məkan barədə məlumatlar müəllimlərin şəxsi kabinetlərinə göndərilib. Namizədlər şəxsi kabinetlərinə daxil olaraq müvafiq məlumatlarla tanış ola bilərlər.

📌 Qeyd edək ki, 3 sentyabrdan etibarən təkrar sertifikatlaşdırma prosesinin müsahibə mərhələsi təşkil olunacaq.

❗️ Nəzərinizə çatdırırıq ki, test imtahanında keçid balı toplayan şəxslərin əməkhaqqına 10 faiz, 51 bal və daha yüksək nəticə əldə edən şəxslərin əməkhaqqına isə 35 faiz əlavə tətbiq ediləcək. Əlavələr müsahibə mərhələsində uğur qazanan müəllimlərin əməkhaqqına tətbiq olunacaq.

📍 Təkrar sertifikatlaşdırmanın müsahibə mərhələsində iştirak edəcək müəllimlər şəxsi kabinetlərində qeyd olunan tarix və məkana uyğun olaraq prosesdə iştirak etməlidirlər.

🤝 Təkrar sertifikatlaşdırmanın müsahibə mərhələsində iştirak edəcək bütün müəllimlərə uğurlar arzulayırıq!

Address

Yevlakh
AZ6600

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00

Alerts

Be the first to know and let us send you an email when Mərkəzi Aran Regional Təhsil İdarəsi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Mərkəzi Aran Regional Təhsil İdarəsi:

Shortcuts

Share