Yevlax Şəhər İcra Hakimiyyəti

Yevlax Şəhər İcra Hakimiyyəti Yevlax Şəhər İcra Hakimiyyətinin rəsmi facebook səhifəsi.

Mehman Kərimov adına Tanrıqulular  kənd tam orta ümumtəhsil məktəbində həyata keçirilən  təmir işləri yekunlaşmaq üzrədi...
06/09/2026

Mehman Kərimov adına Tanrıqulular kənd tam orta ümumtəhsil məktəbində həyata keçirilən təmir işləri yekunlaşmaq üzrədir

Yeni tədris ili ərəfəsində Yevlax rayonunun Mehman Kərimov adına Tanrıqulular kənd tam orta ümumtəhsil məktəbi cari təmir olunur. Təmir işləri çərçivəsində məktəbin dam örtüyü, icma əsaslı məktəbəqədər hazırlıq qrup otağının qapı, pəncərələri dəyişdirilib, yeni sanitar qovşaq tikilib.
Görülən işlər yeni tədris ilində məktəbin müəllim və şagird kollektivi üçün daha rahat və əlverişli mühit yaratmaqla yanaşı, şagirdlərin keyfiyyətli təhsil almalarına və tədris prosesinin daha səmərəli təşkilinə öz töhfəsini verəcək.
Qeyd edək ki, 22 sinif komplektindən ibarət 410 nəfər şagirdin təhsil aldığı Yevlax rayonu Mehman Kərimov adına Tanrıqulular kənd tam orta ümumtəhsil məktəbi 1960-cı ildə inşa edilib. Hazırda davam edən təmir işlərinin yeni tədris ili başlayanadək tam yekunlaşacağı planlaşdırılır.

Yevlaxda növbəti iməcilik təşkil olunub“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Yevlax Şəhər İcra Hakimiyyəti tərəfində...
05/09/2026

Yevlaxda növbəti iməcilik təşkil olunub

“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Yevlax Şəhər İcra Hakimiyyəti tərəfindən ətraf mühitin mühafizəsi, yaşıllıq sahələrinin qorunması və şəhərin estetik görünüşünün daha da yaxşılaşdırılması məqsədilə növbəti iməcilik təşkil olunub.
İməcilik çərçivəsində Yevlax şəhər Mənzil Kommunal Təsərrüfatı Birliyinin işçiləri tərəfindən şəhərin müxtəlif ərazilərində mövcud yaşıllıqlara və ağaclara qulluq göstərilib, həmişəyaşıl ağac və bitkilərin suvarılması həyata keçirilib. Yaşıllıq sahələrinin mövcud vəziyyəti nəzarətdə saxlanılaraq onların sağlam inkişafının təmin edilməsi istiqamətində zəruri işlər görülüb. Bununla yanaşı, ərazidə qurumuş ot və bitki qalıqları, eləcə də digər tullantılar ərazilərdən toplanaraq təmizlənib və müəyyən olunmuş qaydada daşınması təmin olunub.
Qeyd edək ki, şəhərin abadlaşdırılması, yaşıllıq sahələrinə mütəmadi qulluq göstərilməsi və ətraf mühitin mühafizəsi istiqamətində tədbirlər Yevlax Şəhər İcra Hakimiyyəti tərəfindən bundan sonra da davam etdiriləcək.

Ədliyyə naziri  Fərid Əhmədov Yevlaxda vətəndaşları qəbul edibQəbuldan əvvəl Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı An...
04/09/2026

Ədliyyə naziri Fərid Əhmədov Yevlaxda vətəndaşları qəbul edib
Qəbuldan əvvəl Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev və Ədliyyə naziri Fərid Əhmədov Ümummilli Lider Heydər Əliyevin Yevlax şəhərinin mərkəzindəki ucaldılmış abidəsini ziyarət edib və önünə gül dəstələri qoyublar.
Qəbulda Mingəçevir, Bərdə, Tərtər, Ağcabədi və Yevlax rayonlarından ümumilikdə 68 vətəndaşın ədliyyə fəaliyyəti ilə, eləcə də ədliyyə orqanlarında işə qəbulla bağlı müraciətləri dinlənilib. Vətəndaşların müraciətlərində qaldırılan məsələlərin bir qismi yerində müsbət həllini tapıb. Əlavə araşdırma tələb edən digər müraciətlərə isə mövcud qanunvericiliyin tələblərinə uyğun şəkildə baxılması ilə bağlı Nazirliyin aidiyyəti struktur qurumlarının rəhbər şəxslərinə müvafiq tapşırıqlar verilib.
Qeyd edək ki, qəbul mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən həyata keçirilib.

Yevlaxda bu il yüksək balla ali məktəblərə qəbul olunan məzunlarla görüş keçirilib“Təhsildən tərəqqiyə: Heydər Əliyev və...
04/09/2026

Yevlaxda bu il yüksək balla ali məktəblərə qəbul olunan məzunlarla görüş keçirilib

“Təhsildən tərəqqiyə: Heydər Əliyev və milli kadr siyasəti” adlı tədbirdə Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev, Yevlax rayonu üzrə Təhsil sektorunun müdiri Namidə Abbasova, məktəb direktorları və yüksək nəticə göstərmiş məzunlar iştirak ediblər.
İştirakçılar əvvəlcə Ulu Öndər Heydər Əliyevin Yevlax şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək abidənin önünə gül dəstələri düzüb, Dahi Şəxsiyyətin əziz xatirəsinə dərin ehtiramlarını ifadə ediblər.
Yevlax Şəhər İcra Hakimiyyətində davam edən görüşdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Videofilm nümayiş etdirilib.
Görüşdə çıxış edən Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev məzunları, onların müəllimlərini və valideynlərini təbrik edib. Tələbə adını qazanan məzunlara gələcək həyatlarında müvəffəqiyyətlər arzulayıb. İcra Hakimiyyətinin Başçısı qeyd edib ki, Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin təhsilə verdiyi xüsusi önəm və diqqət ölkəmizdə təhsil siyasətinin davamlı inkişafının əsasını təşkil edir. Bu gün həmin strateji xətt Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkəmizdə təhsilin inkişafı, müasir təhsil infrastrukturunun yaradılması, gənclərin hərtərəfli inkişafı və onların yüksək keyfiyyətli təhsil almaq imkanlarının genişləndirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti,Heydər Əliyev Fondunun prezidenti hörmətli Mehriban xanım Əliyevanın təhsil sahəsinə göstərdiyi xüsusi diqqət və qayğı bu istiqamətdə həyata keçirilən işlərə mühüm töhfə verir. Mehriban xanımın təşəbbüsü və dəstəyi ilə Heydər Əliyev Fondu tərəfindən ölkəmizdə təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, məktəblərin yenilənməsi, müasir təhsil mühitinin yaradılması, uşaqların və gənclərin təhsil imkanlarının genişləndirilməsi istiqamətində mühüm layihələr həyata keçirilib. Təhsilə göstərilən bu diqqət gənc nəslin savadlı, vətənpərvər və müasir dünyagörüşlü şəxsiyyət kimi formalaşmasına xidmət edir.
Mərkəzi Aran Regional Təhsil İdarəsinin Yevlax rayonu üzrə Təhsil sektorunun müdiri Namidə Abbasova, Yevlax şəhər S.Vurğun adına 5 nömrəli tam orta ümumtəhsil məktəbin direktoru Sevda Kərimova, Yevlax rayon üzrə ən yüksək bal toplayan məzunun valideyni Aybəniz Məsimova, Yevlax rayon üzrə 679 bal toplayaraq ən yüksək nəticə göstərən Nizami adına 7 nömrəli tam orta ümumtəhsil məktəbin məzunu Arif Məsimli və digər tələbə adını qazanan məzunlar çıxış edərək göstərilən diqqət və qayğıya görə Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Sonda qəbul imtahanlarında yüksək nəticə göstərmiş məzunlara Yevlax Şəhər İcra Hakimiyyətinin Fəxri Fərmanları və hədiyyələri təqdim olunub.

Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı növbəti səyyar qəbulunu rayonun Aşağı Salamabad kəndində keçiribYevlax Şəhər İc...
03/09/2026

Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı növbəti səyyar qəbulunu rayonun Aşağı Salamabad kəndində keçirib

Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev Aşağı Salamabad kəndində sakinlərlə səyyar qəbul keçirib. Səyyar qəbulda Yevlax Şəhər İcra Hakimiyyətinin məsul şəxsləri, aidiyyəti idarə və müəssisələrin nümayəndələri, kənd icra nümayəndəsi və sakinlər iştirak ediblər. Görüş zamanı kənd sakinlərinin müraciətləri, təklif və problemləri dinlənilib. Sakinlər tərəfindən yol təsərrüfatı, içməli su təminatı, elektrik enerjisi, kənddaxili infrastrukturun yaxşılaşdırılması, sosial məsələlər və digər yerli əhəmiyyətli məsələlərlə bağlı müraciətlər səsləndirilib.
Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev sakinlərin müraciətlərini dinləyərək qaldırılan məsələlərin aidiyyəti üzrə araşdırılması və həlli istiqamətində müvafiq tapşırıqlar verib.

Yevlax Şəhər İcra Hakimiyyəti Başçısı yanında Şuranın növbəti iclası keçirilibYevlax Şəhər İcra Hakimiyyətinin Başçısı A...
02/09/2026

Yevlax Şəhər İcra Hakimiyyəti Başçısı yanında Şuranın növbəti iclası keçirilib

Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyevin rəhbərliyi ilə keçirilən iclasda, Şuranın üzvləri, aidiyyəti dövlət qurumlarının nümayəndələri, inzibati ərazi dairələri üzrə nümayəndələr, bələdiyyə sədrləri və fermerlər iştirak ediblər.
Şura İclasında ““Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” ndan irəli gələn vəzifələrin Yevlax rayonunda icrası”, “Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı tərəfindən keçirilmiş səyyar qəbullar zamanı sakinlər tərəfindən qaldırılmış məsələlər və onların həlli” və “Yevlax rayonunda bələdiyyə torpaqlarının idarə edilməsinin vəziyyəti” barədə məsələlər müzakirə olunub.
Gündəlikdə duran məsələlər üzrə Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının birinci müavini Xaliq Əliyev məruzə ilə çıxış edib. Sonra məruzə ətrafında aidiyyəti qurumların çıxışları dinlənilib, geniş müzakirələr aparılıb, səsləndirilən təkliflər nəzərə alınıb, müvafiq qərarlar qəbul edilib.
Məruzədən, çıxışlardan sonra Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev nəzərdə tutulan tədbirlərin vaxtında və yüksək keyfiyyətlə həyata keçirilməsinə dair aidiyyəti üzrə tapşırıq və tövsiyələr verib. “Dövlət Proqramı” ndan irəli gələn vəzifələrin icrasının təmin edilməsi ilə bağlı aidiyyəti təşkilatlara müvafiq tapşırıqlar vermiş, dövlətin bu sahəyə tətbiq etdiyi güzəştlərlə bağlı istehsalçıların maarifləndirilməsi istiqamətində təxirəsalınmaz tədbirlərin həyata keçirilməsinin və kənd təsərrüfatı statistikasının dürüsləşdirilməsinin vacibliyini vurğulayıb.

Yevlaxda təhsil işçilərinin ənənəvi sentyabr konfransı keçirilibYevlax rayonunda yeni tədris ilinin başlanması ilə əlaqə...
01/09/2026

Yevlaxda təhsil işçilərinin ənənəvi sentyabr konfransı keçirilib

Yevlax rayonunda yeni tədris ilinin başlanması ilə əlaqədar təhsil işçilərinin ənənəvi sentyabr konfransı keçirilib.
Əsaslı şəkildə yenidən qurulan Yevlax şəhər Səməd Vurğun adına 5 nömrəli tam orta ümumtəhsil məktəbdə keçirilən konfransda Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının müavini- Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Elnarə Əzizova, YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev, Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdir müavini Cavad Cavadlı, Yevlax rayonu üzrə təhsil sektorunun müdiri Namidə Abbasova, Mərkəzi Aran Regional Təhsil İdarəsinin əməkdaşarı, Yevlax rayonu üzrə təhsil sektorunun əməkdaşları, məktəb direktorları, direktor müavinləri və qabaqcıl müəllimlər iştirak ediblər.
Konfrans iştirakçıları əvvəlcə Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin Yevlax şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək, abidənin önünə gül dəstələri düzüb, Dahi Şəxsiyyətin müqəddəs Ruhuna öz ehtiramlarını bildiriblər.
Yevlax şəhər Səməd Vurğun adına 5 nömrəli tam orta ümumtəhsil məktəbdə davam etdirilən tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Konfransda 2026–2027-ci tədris ilində qarşıya qoyulan əsas hədəflər, təhsilin keyfiyyətinin yüksəldilməsi, şagird nailiyyətlərinin artırılması, müəllimlərin peşəkar inkişafının dəstəklənməsi və məktəblərdə əlverişli təhsil mühitinin yaradılması istiqamətində görüləcək işlər müzakirə olunub.
Konfransda Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının müavini-Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Elnarə Əzizova, Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdir müavini Cavad Cavadlı, Yevlax rayonu üzrə təhsil sektorunun müdiri Namidə Abbasova, Yevlax şəhər Səməd Vurğun adına 5 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru Sevda Kərimova, “Əməkdar müəllim” Zərxanım Əhmədova çıxış ediblər.
Çıxış edənlər Yevlax təhsil işçilərini təbrik edərək, qarşıdan gələn yeni tədris ilində onlara uğurlar arzulayıblar. Konfransda həmçinin məktəb rəhbərlərinin idarəetmə fəaliyyətinin gücləndirilməsi, məktəbdaxili qiymətləndirmənin şəffaf və obyektiv təşkili, aşağı nəticə göstərən şagirdlərlə məqsədyönlü işin aparılması və qabaqcıl təcrübənin paylaşılmasının əhəmiyyəti vurğulanıb.

Yevlax Şəhər İcra Hakimiyyətində növbəti vətəndaş qəbulu keçirilibYevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev ...
01/09/2026

Yevlax Şəhər İcra Hakimiyyətində növbəti vətəndaş qəbulu keçirilib

Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev Şəhər İcra Hakimiyyətinin inzibati binasında növbəti vətəndaş qəbulunu keçirib.
Qəbul zamanı şəhər sakinləri tərəfindən müxtəlif mövzularda müraciətlər səsləndirilib. Şəhər İcra Hakimiyyətinin Başçısı vətəndaşların müraciətlərini diqqətlə dinləyib, qaldırılan məsələlərin araşdırılması və qanunvericiliyə uyğun şəkildə həlli ilə bağlı aidiyyəti struktur bölmələrin rəhbərlərinə müvafiq tapşırıqlar verib.
Qəbul zamanı bəzi məsələlər yerindəcə həllini tapıb, əlavə araşdırma tələb edən müraciətlərin isə nəzarətə götürülməsi təmin edilib.
Yevlax Şəhər İcra Hakimiyyətində vətəndaşların müraciətlərinə diqqət və qayğı ilə yanaşılması, onların hüquq və qanuni mənafelərinin qorunması istiqamətində tədbirlər bundan sonra da davam etdiriləcək.

Yevlax rayon Tariyel Səmədov adına Varvara kənd tam orta ümumtəhsil məktəbində təmir işləri davam edirYeni tədris ili ər...
31/08/2026

Yevlax rayon Tariyel Səmədov adına Varvara kənd tam orta ümumtəhsil məktəbində təmir işləri davam edir

Yeni tədris ili ərəfəsində Yevlax rayon Tariyel Səmədov adına Varvara kənd tam orta ümumtəhsil məktəbi təmir olunur. Təmir işləri çərçivəsində məktəbin giriş qapıları yenilənib, 248 kv.metr köhnə döşəmə yenilənib , yeni elektrik xətti çəkilib, istifadəyə yarasız pəncərələr yeniləri ilə əvəzlənib. Bir sıra sinif otaqlarının divarları,döşəmələri rənglənib, həyətdə yeni sanitar qovşaq tikilib,
Yevlax rayon Tariyel Səmədov adına Varvara kənd tam orta ümumtəhsil məktəbi 1987-ci ildə inşa edilib. Qeyd edək ki, məktəbdə 13 sinif komplekti üzrə 270 şagird təhsil alır.
Məktəbdə görülən təmir işləri yeni tədris ilində müəllim və şagird kollektivi üçün daha rahat və əlverişli mühit yaratmaqla yanaşı,şagirdlərin keyfiyyətli təhsil almalarına və tədris prosesinin daha səmərəli təşkilinə öz töhfəsini verəcək.

Xanlar Məmmədov adına Aşağı Qarxun kənd tam orta ümumtəhsil məktəbində təmir işləri yekunlaşmaq üzrədirYeni tədris ili ə...
29/08/2026

Xanlar Məmmədov adına Aşağı Qarxun kənd tam orta ümumtəhsil məktəbində təmir işləri yekunlaşmaq üzrədir

Yeni tədris ili ərəfəsində Yevlax rayonunun Xanlar Məmmədov adına Aşağı Qarxun kənd tam orta ümumtəhsil məktəbi təmir olunur. Təmir işləri çərçivəsində məktəbin dam örtüyü, pəncərələri dəyişdirilib, yeni sanitar qovşaq tikilib.
Görülən işlər yeni tədris ilində məktəbin müəllim və şagird kollektivi üçün daha rahat və əlverişli mühit yaratmaqla yanaşı, şagirdlərin keyfiyyətli təhsil almalarına və tədris prosesinin daha səmərəli təşkilinə öz töhfəsini verəcək.
Qeyd edək ki, 11 sinif komplektindən ibarət 230 nəfər şagirdin təhsil aldığı Yevlax rayonu Xanlar Məmmədov adına Aşağı Qarxun kənd tam orta ümumtəhsil məktəbi 1981-ci ildə inşa edilib. Hazırda davam edən təmir işlərinin yeni tədris ili başlayanadək tam yekunlaşacağı planlaşdırılır.

Address

Yevlax şəhəri Heydər Əliyev Prospekti
Yevlax
AZ6600

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00

Telephone

+994223366677

Alerts

Be the first to know and let us send you an email when Yevlax Şəhər İcra Hakimiyyəti posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Yevlax Şəhər İcra Hakimiyyəti:

Shortcuts

Share