Kəlbəcər rayon 84 nömrəli tam orta məktəb

Kəlbəcər rayon 84 nömrəli tam orta məktəb Kəlbəcər rayon 84 nömrəli tam orta məktəb - Azərbaycan Respublikasının Bakı şəhərində ümumi təhsil müəssisəsi.

12/08/2026
2025–2026-cı tədris ilinin yekun Pedaqoji Şura iclası.      2025–2026-cı tədris ilinin yekunlarına həsr olunmuş Pedaqoji...
30/06/2026

2025–2026-cı tədris ilinin yekun Pedaqoji Şura iclası.

2025–2026-cı tədris ilinin yekunlarına həsr olunmuş Pedaqoji Şura iclası keçirildi.
İclasda tədris ili ərzində görülən işlər, şagird nailiyyətləri, buraxılış və monitorinq nəticələri, məktəbdə həyata keçirilən layihələr, tədbirlər və qarşıda duran vəzifələr müzakirə olundu. Müəllimlərin fəaliyyəti təhlil edildi, əldə olunan uğurlar qeyd edildi və növbəti tədris ili üçün qarşıya qoyulan hədəflər müəyyənləşdirildi.
Tədris ilinin yekunları barədə ətraflı məlumat verildi, pedaqoji kollektivə səmərəli fəaliyyətlərinə görə təşəkkür edildi. İclas qarşılıqlı fikir mübadiləsi şəraitində keçdi və müvafiq qərarlar qəbul edildi.

Məktəbimizin Tarix müəllimi Abbasova Raisə Şükür qızının vaxtsız vəfatından çox  kədərləndik,Allahdan rəhmət diləyirik,d...
29/06/2026

Məktəbimizin Tarix müəllimi Abbasova Raisə Şükür qızının vaxtsız vəfatından çox kədərləndik,Allahdan rəhmət diləyirik,doğmalarına səbir diləyirik😔🥀🥀🥀🥀

https://www.facebook.com/share/p/1Bc6dffa4P/
27/06/2026

https://www.facebook.com/share/p/1Bc6dffa4P/

25/06/2026 Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Kəlbəcər rayon 84 nömrəli tam orta məktəbin müəllimləri sertifikasiya imtahanında yüksək nəticələr əldə ediblər. Belə ki, məktəbin tarix müəllimi Tünzalə Əzimova 51 bal, inform...

14/06/2026

Məktəbimizin direktorunun məzunlarla səmimi rəqsi👏👏👏

14/06/2026

Son Zəng tədbirimizdə 11-ci sinif şagirdi Əhmədov Cavidin bayrağın səhnəyə gəlişinə etdiyi təqdimat👏🇦🇿🇦🇿🇦🇿

Kəlbəcər rayon 84 nömrəli tam orta ümumtəhsil məktəbində ənənəvi “Son zəng” tədbiri bu dəfə də böyük təntənə və yüksək ə...
14/06/2026

Kəlbəcər rayon 84 nömrəli tam orta ümumtəhsil məktəbində ənənəvi “Son zəng” tədbiri bu dəfə də böyük təntənə və yüksək əhval-ruhiyyə şəraitində keçirilmişdir. Tədbirdə məktəbin pedaqoji kollektivi, şagirdlər, valideynlər, müharibə veteranları, şəhid ailələrinin üzvləri, ictimaiyyət nümayəndələri və digər qonaqlar iştirak etmişlər.

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə əvvəlcə Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Daha sonra çıxış edən məktəbin direktoru, şəhid bacısı Həqiqət Məmişova məzunları əlamətdar gün münasibətilə təbrik etmiş, onlara gələcək həyatlarında uğurlar arzulamışdır. Direktor qeyd etmişdir ki, bugünkü məzunlar müstəqil Azərbaycanın gələcəyidir və onların üzərinə böyük məsuliyyət düşür. Həqiqət Məmişova gənclərin dövlətə və dövlətçiliyimizə sədaqətli, milli-mənəvi dəyərlərə bağlı, savadlı və vətənpərvər vətəndaşlar kimi formalaşmasının vacibliyini vurğulamışdır. O, Ümummilli Lider Heydər Əliyevin Azərbaycan gəncliyinə hər zaman böyük ümidlər bəslədiyini xatırladaraq bildirmişdir ki, bu gün ölkəmizdə gənclərin elm və təhsil sahəsində inkişafı üçün geniş imkanlar yaradılmışdır və gənclər bu imkanlardan səmərəli istifadə etməlidirlər.

Tədbirdə daha sonra sinif rəhbərləri və müəllimlər çıxış edərək məzunlara öz tövsiyələrini vermiş, onların gələcək həyat yollarında uğurlar qazanmalarını arzulamışlar. Tədbirin ən yaddaqalan məqamlarından biri isə birinci sinif şagirdləri ilə onbirinci sinif məzunlarının simvolik“Son zəng”i çalması olmuşdur.Bu duyğulu an tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanmışdır.

Tədbirin bədii hissəsində şagirdlərin hazırladığı musiqi və rəqs nömrələri, vətənpərvərlik mövzusunda kompozisiyalar təqdim edilmişdir. Məktəblilərin çıxışları iştirakçılar tərəfindən böyük maraq və rəğbətlə qarşılanmışdır.

Tədbirə qonaq qismində qatılan II Qarabağ müharibəsi şəhidi,Ağır Artilleriya Briqadasının qərargah rəisi, polkovnik-leytenant Zaur Cəfərovun həyat yoldaşı Gülbəniz xanım və qızı Zəhra Cəfərova da tədbirin diqqət mərkəzində olmuşlar. Məktəbin direktoru Həqiqət Məmişova şəhid ailəsinə göstərilən hörmət və ehtiramın ifadəsi olaraq Zəhra ilə birlikdə rəqs etmiş, bu duyğulu an tədbir iştirakçıları tərəfindən böyük rəğbətlə qarşılanmışdır.

Sonda məzunlara məktəb kollektivi adından ən xoş arzular çatdırılmış, onların Azərbaycan dövlətinə və xalqına layiqli vətəndaşlar kimi yetişəcəklərinə əminlik ifadə olunmuşdur. “Son zəng” tədbiri iştirakçıların yaddaşında xoş və unudulmaz xatirələrlə qalmışdır.

28/05/2026

28 May – Müstəqillik Günü münasibətilə xalqımızı təbrik edir, ölkəmizə davamlı inkişaf arzulayırıq!

Müstəqilliyimiz əbədi olsun!

28 May – Müstəqillik Günü münasibətilə tədbir keçirilmişdir. Tədbir zamanı şagirdlərə 28 May – Müstəqillik Günü ,bu günü...
28/05/2026

28 May – Müstəqillik Günü münasibətilə tədbir keçirilmişdir. Tədbir zamanı şagirdlərə 28 May – Müstəqillik Günü ,bu günün tarixi əhəmiyyəti haqqında ətraflı məlumat verilmişdir Tədbir şagirdlərin ifasında Vətənə,müstəqilliyə aid müxtəlif şeirlərlə davam etdirilmişdir.

Address

Babək Küçəsi 23
Zabrat

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00

Telephone

+994556116121

Website

Alerts

Be the first to know and let us send you an email when Kəlbəcər rayon 84 nömrəli tam orta məktəb posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Kəlbəcər rayon 84 nömrəli tam orta məktəb:

Shortcuts

Share