Zaqatala rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Zaqatala rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi Zaqatala kitabsevərlərinə virtual xidmət üçün buradayiq. Zaqatala rayon Mərkəzi kitabxanası 1923-cü ildə yaradılmışdır.

Rayon Mərkəzi kitabxanası Azərbaycanın dahi şairi Nizami Gəncəvinin adını daşıyır.Bütün Azərbaycanda olduğu kimi Zaqatala rayonunda da 1974 - cü ildə kitabxana - informasiya şəbəkəsinin mərkəzləşdirilməsi işi həyata keçirildi. 79 kitabxana filialı və 1 rayon Mərkəzi kitabxanası birləşdirilərək vahid rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi (MKS) yaradıldı. Rayon Mərkəzi kitabxanasının kitab fondu 492 min 46 nüsxə, oxucularının sayı 30 min 443 nəfər, kitab verilişi 408 min 910 nüsxə təşkil edir.

26/08/2026

26 avqust Azərbaycan xalqının yaddaşında xüsusi tarixi əhəmiyyət daşıyan günlərdən biridir. Bu tarix Azərbaycanın dilbər guşələrindən olan Laçın şəhərinin işğaldan azad olunmasının rəmzi olmaqla yanaşı, milli iradənin və dövlətimizin gücünün təntənəsini ifadə edir.
Ermənistanın hərbi təcavüzü nəticəsində 30 ilə yaxın işğal altında qalmış əzəli tarixi torpaqlarımız 44 günlük Vətən müharibəsində hərbi-siyasi yolla işğaldan azad olundu və xalqımız özü tarixi ədaləti bərpa etdi. Vətən müharibəsində əldə etdiyimiz qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən, 2020-ci ilin 1 dekabr tarixində Laçın rayonu Azərbaycana təhvil verildi. 2022-ci il avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü.
1930-cu ildə inzibati ərazi vahidi statusu alan Laçın rayonu Azərbaycan tarixində, mədəniyyətində və ictimai həyatında özünəməxsus yeri olan qədim yaşayış məskənlərindən biridir. Zəngin təbiəti, tarixi-mədəni irsi və özünəməxsus həyat tərzi ilə seçilən bu şəhər 1992-ci il mayın 18-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu. İşğal nəticəsində rayonun əhalisi etnik təmizləməyə məruz qalmış, işğalçı Ermənistan 30 il ərzində Cenevrə konvensiyaları ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozaraq, Laçında coğrafi adların dəyişdirilməsi, rayonun təbii resurslarının talan edilməsi və burada demoqrafik tərkibin dəyişdirilməsi siyasəti aparmışdır. Ancaq dünya onillər boyu ermənilərin bu insanlıqdan kənar vəhşiliklərini görməzdən gəldiyi üçün tarixi ədaləti Azərbaycan özü öz gücünə bərpa etməli oldu. Artıq dörd ildir ki, qədim Laçın şəhəri azadlığın bəxş etdiyi xoşbəxt günlərini yaşayır.
İşğaldan azad olunmuş ərazilərimizin inkişafını daim xüsusi diqqətdə saxlayan Prezident İlham Əliyevin rəhbərliyi ilə Laçında da sürətlə yenidənqurma, bərpa, abadlaşdırma işləri həyata keçirilir. Aparılan genişmiqyaslı quruculuq işləri bu gün Laçını yenidən canlandırır. Rayonun enerji potensialı ildən ilə artırılır. Rayonun yol-nəqliyyat infrastrukturu yenilənir və genişləndirilir. Uzunluğu 75,8 kilometr olan Kəlbəcər-Laçın avtomobil yolu, onlarla tunel və körpülər, eləcə də hava limanı regionu Azərbaycanın digər bölgələri və dünya ilə birləşdirir. Bölgənin beynəlxalq statusunu və əhəmiyyətini artıran Laçın Beynəlxalq Hava Limanı həm də turizm baxımından mühüm əhəmiyyət daşıyır.
Laçında həyata keçirilən genişmiqyaslı quruculuq işləri yüksək zövq və keyfiyyətlə aparılır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2025-ci il 13 iyun tarixli Qərarı ilə “Laçın şəhərinin 2040-cı ilədək inkişafına dair Baş Planı” təsdiq edilib. Şəhərdə xəstəxana, İşğal və Zəfər muzeylərinin yerləşəcəyi Memorial Park, məktəbəqədər və tam orta təhsil müəssisələri, peşə məktəbi, həmçinin mədəniyyət və turizm obyektləri də yaradılacaq. Bütövlükdə Laçında 1000-dən çox yaşayış evi tikilib və bərpa edilib. Laçının bərpası konsepsiyasında şəhərin turizm potensialı da nəzərə alınaraq ona uyğun infrastruktur yaradılır. Laçında bərpa və quruculuq işləri istehsal müəssisələrinin yaradılması ilə paralel şəkildə davam etdirilir. Rayonda heyvandarlığın inkişafı üçün böyük imkanlar var.
Laçın şəhərində əhalinin istirahətinin səmərəli təşkili istiqamətində də tədbirlər həyata keçirilir. Şəhərin giriş hissəsindəki körpünün sol istiqamətində salınan çaykənarı bulvar Laçın sakinlərinin və bura gələn qonaqların sevimli istirahət məkanlarından olacaq.
2026-cı il iyulun 11-də Laçında “Həkəriçay” su anbarının təməli qoyulub. Layihəyə əsasən Azərbaycanın hüdudlarında formalaşan Həkəri çayı üzərində ümumi tutumu 100 milyon kubmetr, faydalı həcmi isə 90 milyon kubmetr olan su anbarı yaradılacaq. Bu infrastrukturun Laçın, Qubadlı, Zəngilan, Cəbrayıl, Füzuli, Xocavənd və Ağdam rayonları üzrə təqribən 700 min nəfəri saniyədə 2,5 kubmetr həcmində keyfiyyətli içməli su ilə təmin etmək potensialı olacaq. “Həkəriçay” su anbarından qidalanan magistral boru kəmərinin üzərində ümumi gücü 10.81 MVt olan 3 su elektrik stansiyasının tikintisi də nəzərdə tutulur.
Artıq laçınlılar mərhələ-mərhələ doğma yurd-yuvalarına qayıdır. 2026-cı ilin iyul ayına qədər Laçın şəhərinə 614 ailənin, Zabux kəndinə 217, Sus kəndinə 59, Bəylik kəndinə 89 ailənin daimi məskunlaşması təmin edilib.
MDB Humanitar Əməkdaşlıq Şurasının 2024-cü ilin 8 oktyabr tarixli qərarına əsasən, Laçın şəhəri 2025-ci ildə “MDB-nin mədəniyyət paytaxtı” elan olunmuş, 2025-ci ilin iyunun 3-də Laçın şəhərində “MDB-nin mədəniyyət paytaxtı – 2025” ilinin rəsmi açılış mərasimi keçirilmişdir.
Bəli, işğaldan azad olunmuş bütün torpaqlarımız dirçəlir, özünün xoşbəxt günlərini yaşayır. Ölkəmizin ən böyük rayonlarından biri olan Laçın rayonu Azərbaycanın gələcək iqtisadi inkişafında mühüm rol oynayacaqdır.

Vidadi Hacıyev
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə
Dövlət Komitəsinin Qax, Zaqatala və Balakən rayonları üzrə nümayəndəsi

26/08/2026

Azərbaycan ilə Özbəkistan arasında münasibətlər son illərdə dövlətlərarası əlaqələrin ən sürətlə inkişaf edən istiqamətlərindən birinə çevrilmiş, ortaq tarixi-mədəni köklərə əsaslanan Azərbaycan–Özbəkistan qardaşlığı institusional, hüquqi və siyasi baxımdan möhkəmlənərək müttəfiqlik səviyyəsinə yüksəlmişdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 23 avqust 2026-cı il tarixində Özbəkistan Respublikasına dövlət səfəri iki qardaş ölkə arasında son illərdə sürətlə inkişaf edən münasibətlərin keyfiyyətcə yeni mərhələyə daxil olduğunu nümayiş etdirən mühüm siyasi hadisədir.
Səfər çərçivəsində Daşkənddə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin iştirakı ilə Azərbaycan–Özbəkistan Ali Dövlətlərarası Şurasının üçüncü iclası keçirilib. Daşkənddə təşkil olunmuş Azərbaycan və Özbəkistan prezidentlərinin təltifolunma mərasimində Prezident İlham Əliyev ali dərəcəli “Dostluq” ordeni ilə, Prezident Şavkat Mirziyoyev isə “Heydər Əliyev” ordeni ilə təltif olunub. Dövlət başçılarının iştirakı ilə Azərbaycan və Özbəkistan arasında bir sıra sənədlərin imzalanması mərasimi keçirilib.
Dövlət səfəri çərçivəsində mətbuata bəyanatla çıxış edən Prezident İlham Əliyev Özbəkistanın son illərdə keçdiyi inkişaf yolundan bəhs edərək Özbəkistanı “yüksəliş dövrünü yaşayan” ölkə kimi xarakterizə edib.
Azərbaycan–Özbəkistan münasibətlərinin yeni mərhələsini xarakterizə edən ən mühüm göstəricilərdən biri iqtisadi əlaqələrin sürətli genişlənməsidir. ŞavkatMiromonoviçin Özbəkistana rəhbərlik etməzdən əvvəl ölkələrimiz arasında heç bir birgə layihənin olmadığını diqqətə çatdıran prezident İlham Əliyev bildirib ki, “Bu gün biz bir milyardlıq ticarət dövriyyəsi hədəfindən hansısa uzaq bir xəyal kimi deyil, yəqin ki, bir neçə ildən sonra çatacağımız nəticə kimi danışırıq. Bu gün müzakirə olunanlar, iqtisadiyyatlarımızın tələb etdiyi və ehtiyac duyduğu sahələrdə qarşılıqlı investisiya layihələri - bütün bunlar hər iki ölkə paralel kursla inkişaf etməsəydi, mümkün olmazdı. Bu paralel kurs isə bu gün artıq daha geniş geosiyasətin mühüm amilidir.”
Bəli, Azərbaycan-Özbəkistan arasında əməkdaşlıq bütün sahələrdə, enerji, nəqliyyat, investisiya layihələri, turizm, dağ-mədən sahəsində əməkdaşlıq, avtomobil sənayesi, kənd təsərrüfatı və emal sektorlarından tutmuş bütün istiqamətləri əhatə edir. Onların hamısı birlikdə iki ölkə arasındakı münasibətlərin bənzərsiz xarakterini yaradır. Neft və qaz kəşfiyyatı ilə bağlı layihələrdə isə cənab prezidentin qeyd etdiyi kimi, biz artıq prinsipcə son mərhələdəyik və gələn il istismar quyularının qazılmasına başlamağa çox ümid edirik.
Özbəkistanla münasibətlərimizdə Qarabağ amili də xüsusi əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin çıxışında Prezident Şavkat Mirziyoyevin Qarabağın bərpası prosesinə verdiyi dəstəyin ayrıca qeyd edilməsi ölkələrimiz arasındakı münasibətlərin mənəvi və siyasi ölçüsünü bir daha göstərdi.
Prezident İlham Əliyevin bəyanatında ökələrimiz arasında münasibətlərin gələcəyi baxımından “İrəliləmək üçün çox dəqiq fəaliyyət planımız var və hər bir layihə konkret məzmunla zəngindir.” fikri xüsusi əhəmiyyət daşıyır. Bu ifadə Azərbaycan–Özbəkistan əməkdaşlığının konkret layihələrə və uzunmüddətli strateji planlaşdırmaya əsaslandığını göstərir.
Prezident İlham Əliyevin bəyanatı bir daha göstərdi ki, Bakı və Daşkənd tərəfindən əsası qoyulan bu nəhəng müttəfiqlik binası sarsılmazdır.

Nurəli Əhmədov
Zaqatala şəhər bələdiyyəsinin sədri

Zaqatala rayon Nizami Gəncəvi adına Mərkəzi kitabxanasında Beynəlxalq Azərbaycan Muğamı və Musiqisi Günü münasibətilə ki...
26/08/2026

Zaqatala rayon Nizami Gəncəvi adına Mərkəzi kitabxanasında Beynəlxalq Azərbaycan Muğamı və Musiqisi Günü münasibətilə kitab sərgisi təşkil edilib.

Artıq dünya ölkələrində Azərbaycan muğamı birmənalı olaraq qəbul edilib, dünyanın mədəni irs siyahısında nadir əsər tək qorunur və təqdim olunur. Hər il 26 avqust- Beynəlxalq Azərbaycan Muğamı və Musiqisi Günü kimi qeyd edilən bu bayram bütün muğamsevərlərin, xüsusilə də, bu sənət növünü yaşadan və onun təbliğinə öz yaradıcılıq və həyat yolunu həsr edən şəxslərin bayramıdır.
Sərgidə mövzuya dair bir-birindən maraqlı kitablar öz yerini alıb.

Zaqatala rayon MKS-nin Kəpənəkçi kənd kitabxana filialının əməkdaşı səyyar kitabxana xidməyi təşkil edib. Kənd tibb mənt...
26/08/2026

Zaqatala rayon MKS-nin Kəpənəkçi kənd kitabxana filialının əməkdaşı səyyar kitabxana xidməyi təşkil edib. Kənd tibb məntəqəsində keçirilən səyyar kitabxana xidmət çərçivəsində məntəqə üzvlərinə müxtəlif mövzularda bədii və elmi-kütləvi ədəbiyyatlar təqdim olunub, mütaliənin əhəmiyyəti barədə söhbət aparılıb. Oxucular təqdim olunan kitablarla tanış olub, maraq göstərdikləri nəşrləri mütaliə etmək üçün seçiblər.

Səyyar kitabxana xidmətinin əsas məqsədi kitab və mütaliəni oxuculara daha yaxın etmək, onların mütaliəyə marağını daha da artırmaq və kitabxana xidmətlərindən daha geniş istifadə imkanları yaratmaqdır.

Zaqatalada "Oxu saatı" keçirilibZaqatala rayon Nizami Gəncəvi adına Mərkəzi kitabxananın uşaq şöbəsinin təşkilatçılığı i...
20/08/2026

Zaqatalada "Oxu saatı" keçirilib
Zaqatala rayon Nizami Gəncəvi adına Mərkəzi kitabxananın uşaq şöbəsinin təşkilatçılığı ilə "Oxu saatı" keçirilib. Tədbirdə Zaqatala "Favorite Group" uşaq bağçasının müəllimləri və şagirdləri iştirak ediblər.
Tədbir çərçivəsində kitabxanada yeni çap olunmuş nəşrlərdən ibarət sərgi təşkil edilib. Uşaqlar sərgidə nümayiş olunan kitablarla tanış olublar. Uşaq şöbəsinin əməkdaşları eləcə də müəllimlər kitab oxumağın əhəmiyyətindən bəhs edərək bildiriblər ki, mütaliə uşaqların nitq qabiliyyətinin inkişafında, söz ehtiyatının zənginləşməsində, düşünmə bacarıqlarının formalaşmasında və dünyagörüşünün genişlənməsində mühüm rol oynayır. Keçirilən görüş balaca oxucuların kitabla daha sıx dostluq etməsinə, oxumağa həvəslərinin artmasına və mütaliə mədəniyyətinin erkən yaşlardan formalaşmasına mühüm töhfə verib.

Zaqatala rayon MKS-nin Dağlı kənd kitabxana filialında "Qəhrəmanlar unudulmur" mövzusunda tədbir keçirilib. Tədbirdə fəa...
20/08/2026

Zaqatala rayon MKS-nin Dağlı kənd kitabxana filialında "Qəhrəmanlar unudulmur" mövzusunda tədbir keçirilib. Tədbirdə fəal oxucular, kitabxana əməkdaşları, mədəniyyət işçiləri iştirak ediblər. Dövlətimizin suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanan tədbirdə oxucularla vətənpərvərlik, igidlik, vətənə sevgi mövzusunda söhbətlər aparılıb. Qeyd edilib ki, vətən uğrunda hər zaman çalışmaq lazımdır. Millət üçün, dövlət üçün layiqli vətəndaş olmaq üçün hər kəs öz üzərinə düşən vəzifəni layiqincə yerinə yetirməlidir.
Sonda isə oxucular vətənə, şəhidlərə həsr edilmiş şeirlər səsləndiriblər.

17/08/2026

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin avqustun 11-də Naxçıvan Muxtar Respublikasına səfəri mühüm siyasi, sosial-iqtisadi və strateji əhəmiyyət daşıyan hadisə kimi yadda qalıb. Bu səfər Naxçıvanın hərtərəfli inkişafının ardıcıl xarakter daşıdığını bir daha nümayiş etdirib. Prezident İlham Əliyevin Azərbaycan Televiziyasına verdiyi müsahibə isə görülən işlərin və qarşıda duran vəzifələrin daha geniş şəkildə ictimaiyyətə çatdırılması baxımından xüsusi əhəmiyyət daşıyır.
Prezident kimi 17-ci dəfədir ki, Naxçıvana səfər etdiyini və hər səfərin də böyük mənası və gözəl nəticələri olduğunu diqqətə çatdıran dövlətimizin başçısı Naxçıvanın sürətli sosial-iqtisadi inkişafının təmin edilməsinin əsas hədəflərdən biri olduğunu bildirib. Azərbaycan Silahlı Qüvvələrinin bölgədə söz sahibi olduğunu vurğulayan Prezident İlham Əliyev ölkəmizin hərbi qüdrətinin və müdafiə imkanlarının yüksək səviyyədə olduğunu qeyd edib.
Müsahibəsi zamanı Naxçıvan Sənaye Parkının təməlinin qoyulmasını xüsusi əhəmiyyət daşıyan hadisə kimi qiymətləndirən prezident İlham Əliyev hazırda təxminən 200 meqavat generasiya gücünə malik olan Naxçıvanda 300 meqavat gücündə yeni istilik elektrik stansiyasının inşa ediləcəyini bildirib.
Bəli, Naxçıvan artıq enerji təminatında yeni mərhələyə keçir. Bu layihə Naxçıvanın enerji imkanlarını əhəmiyyətli dərəcədə artırmaqla yanaşı, regionun gələcək sənaye inkişafı üçün də mühüm baza yaradacaq. Bərpaolunan enerji sahəsində də Naxçıvan üçün böyük perspektivlər mövcuddur. Burada bir çox su və Günəş elektrik stansiyaları, modul tipli elektrik stansiyası inşa edilmişdir. Cənab prezidentin qeyd etdiyi kimi, aparılan monitorinq və dəqiq təhlil əsasında Günəş elektrik enerjisinin istehsalı üçün Azərbaycan ərazisində ən əlverişli məkan Naxçıvandır. Buna görə artıq 600 hektardan çox ərazi müəyyən edilib və orada yüzlərlə meqavat gücündə Günəş elektrik stansiyaları inşa ediləcək. Naxçıvandan çox böyük həcmdə elektrik enerjisinin ixracı da nəzərdə tutulacaq. Enerji təhlükəsizliyinin digər mühüm komponenti qaz təminatıdır. Naxçıvanın qazlaşma səviyyəsinin 100 faizə çatdırılması əhalinin sosial rifahı və iqtisadi fəaliyyət üçün mühüm nəticədir.
Çox zəngin tarixə və mədəniyyətə, o cümlədən memarlıq mədəniyyətinə malik Naxçıvanın Azərbaycanın tarixində və dövlətçilik ənənələrində xüsusi rolunu vurğulayan Prezident qeyd edib ki, “Naxçıvan, eyni zamanda, Azərbaycana bir çox görkəmli şəxsiyyətlər bəxş edib. Naxçıvan Azərbaycan xalqına dahi şəxsiyyət Heydər Əliyev kimi Ulu Öndər bəxş edib. Yəni bu bölgənin zəngin tarixi, bu bölgədə yaşayan insanların mərdliyi, doğma Vətənə bağlılığı və eyni zamanda, Naxçıvanın strateji yerləşməsi və imkanları, burada icra olunan və olunacaq layihələr bu gün təkcə Azərbaycan üçün deyil, – halbuki birinci növbədə Azərbaycan üçün, – geniş coğrafiya üçün böyük əhəmiyyət kəsb edir.”
Prezident İlham Əliyevin müsahibəsində xüsusi diqqət yetirdiyi məsələlərdən biri Zəngəzur dəhlizi və Naxçıvanın gələcək nəqliyyat imkanları ilə bağlı fikirləridir. Dövlət başçısı bildirib ki, Zəngəzur dəhlizinin yaradılması təşəbbüsü Azərbaycana məxsusdur və Azərbaycanın əsas hissəsinin ayrılmaz hissəsi olan Naxçıvanla birləşdirilməsi çoxdankı hədəfdir. 2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanatda bu məsələnin əks olunması üçün göstərilən siyasi səyləri xatırladan prezident İlham Əliyev 2025-ci il avqustun 8-də Vaşinqtonda keçirilən Zirvə Görüşünün bu məsələdə dönüş nöqtəsi olduğunu bildirib.
Horadiz–Ağbənd avtomobil yolunun demək olar ki, hazır olduğu, dəmir yolunun tikintisinin də sürətlə davam etdiyi diqqətə çatdıran prezident İlham Əliyev Naxçıvan istiqamətində Ordubad və Sədərək rayonları ərazisində mövcud olmayan dəmir yolu hissələrin yenidən tikiləcəyini bildirib. Ölkə başçısı vurğulayıb ki, “Azərbaycan öz vəsaiti hesabına bu dəmir yolunu tam işlək və 15 milyon ton yükaşırma qabiliyyətinə malik olan vəziyyətə çatdıra bilər və çatdırmalıdır.”
Bir çox beynəlxalq qurumların, bəzi ölkələrin bu yola maraq göstərdiyini diqqətə çatdıran dövlətimizin başçısı bildirib ki, “Təbii ki, nəzarət paketi Azərbaycan dövlətinə məxsus olmaq şərti ilə beynəlxalq konsorsium investorlardan ibarət ola bilər və biz buna açığıq.”
Prezidentin sözlərinə görə, bu yolun əhəmiyyəti təkcə Azərbaycan üçün yox, geniş coğrafiya üçün olacaq. Çünki bu, Şərq-Qərb nəqliyyat dəhlizinin bir qolu olacaq. Eyni zamanda, Şimal-Cənub nəqliyyat dəhlizinin bir qolu olacaq.
Beləliklə, Zəngəzur layihəsi nəqliyyat dəhlizindən daha geniş anlayışa çevrilir. Bu, enerji, rəqəmsal kommunikasiya, logistika və iqtisadi inteqrasiyanı özündə birləşdirən çoxfunksiyalı regional bağlantıdır.
Bununla yanaşı, Naxçıvanın inkişafında xarici investisiyaların cəlb edilməsidə mühüm istiqamət kimi müəyyənləşdirilir. Prezident artıq müxtəlif istiqamətlərdən investisiya təkliflərinin daxil olduğunu və Naxçıvanın potensialından daha geniş istifadə olunacağını bildirib. Bu isə muxtar respublikanın beynəlxalq iqtisadi əlaqələrinin genişlənməsi üçün yeni imkanlar yaradır.
Müsahibədə Qarabağ və Şərqi Zəngəzurda tətbiq olunan yeni idarə etmə modelinin üstünlüklərinin Naxçıvanda da nəzərə alınacağı bildirilib. Prezident qeyd edib ki, “kadr islahatları ilə paralel olaraq, bu struktur islahatları da, əlbəttə, əsas hədəfə istiqamətlənmiş bir yanaşmadır ki, bu bölgə, bu qədim diyar daim inkişaf etsin, insanlar burada rahat, təhlükəsizlik şəraitində yaşasınlar, firavan yaşasınlar.”
Beləliklə, Prezident İlham Əliyevin AzTV-yə müsahibəsi yalnız Naxçıvanın inkişafı haqqında deyil, Azərbaycanın gələcək regional modelinin konturlarını göstərir.

Kamran Məmmədov
Zaqatala RİHBA-nın Sosial-iqtisadi məsələlər,
informasiya təminatı və təhlili sektorunun baş məsləhətçisi

15/08/2026

Texnologiyanın sürətli inkişafı, informasiya resurslarının çoxalması və biliyə çıxış imkanlarının genişlənməsi kitabxanaların qarşısında yeni vəzifələr qoyur.

Zaqatalada asudə vaxtın səmərəli təşkili mövzusunda növbəti tədbir keçirilibZaqatala rayon MKS-nin 3 nömrəli Yuxarı Tala...
13/08/2026

Zaqatalada asudə vaxtın səmərəli təşkili mövzusunda növbəti tədbir keçirilib
Zaqatala rayon MKS-nin 3 nömrəli Yuxarı Tala kənd kitabxana filialında oxucuların asudə vaxtının səmərəli təşkilinə həsr olunmuş maraqlı bir tədbir keçirilib. 1 nömrəli Aşağı Tala və 3 nömrəli Yuxarı Tala kənd kitabxana filiallarının birgə təşkilatçılığı ilə baş tutan bu görüşdə mütaliə mədəniyyətinin formalaşması və kitabın insanın şəxsi inkişafındakı əvəzsiz rolu haqqında geniş məlumat verilib. Tədbir zamanı fəal oxucuların iştirakı ilə mütaliə olunan bədii əsərlər ətrafında maraqlı diskussiyalar aparılıb, iştirakçılar oxuduqları kitablar haqqında təəssüratlarını bölüşüblər. Eyni zamanda yeni ədəbiyyat nümunələri ilə tanış olan qonaqlar qarşılıqlı fikir mübadiləsi edərək xoş anlar yaşayıblar. Keçirilən bu faydalı görüş oxucuların dünyagörüşünün zənginləşməsinə və asudə vaxtlarının daha səmərəli təşkil olunmasına çox müsbət təsir göstərib.

12 Avqust – Beynəlxalq Gənclər Günü münasibətilə Zaqatala rayon MKS-nin filial müəssisələrində  tədbirlər keçirilib.   M...
13/08/2026

12 Avqust – Beynəlxalq Gənclər Günü münasibətilə Zaqatala rayon MKS-nin filial müəssisələrində tədbirlər keçirilib.
MKS-nin Yengiyan, Uzuntala və Çobankol kənd kitabxana filiallarının təşkil etdikləri tədbirlərdə kəndin fəal gəncləri iştirak ediblər. Kitabxanaçılar iştirakçılara 12 Avqust – Beynəlxalq Gənclər Gününün yaranma tarixindən danışıb, onların cəmiyyətdə faydalı fərdlər kimi formalaşmasında kitabın və mütaliənin nə qədər vacib olduğundan bəhs ediblər.
Sonda gənclərə söz verilib. Onlar bu gün ölkəmizdə əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş cənab prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən uğurlu gənclər siyasətindən razı qaldıqlarını bildiriblər. Cəmiyyət və dövlət üçün layiqli vətəndaş olmaq daim öz üzərilərində çalışacaqlarını qeyd ediblər.

Address

28 May Küçəsi
Zaqatala
AZ6200

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00
Saturday 09:00 - 18:00
Sunday 09:00 - 18:00

Telephone

+994242252301

Alerts

Be the first to know and let us send you an email when Zaqatala rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Zaqatala rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi:

Shortcuts

Share