Zaqatala rayon Heydər Əliyev Mərkəzi

Zaqatala rayon Heydər Əliyev Mərkəzində 2025-2026-cı tədris ilində ali məktəblərə qəbul imtahanlarında 600 baldan yüksək...
04/09/2026

Zaqatala rayon Heydər Əliyev Mərkəzində 2025-2026-cı tədris ilində ali məktəblərə qəbul imtahanlarında 600 baldan yüksək nəticə göstərən məzunların mükafatlandırılması məqsədilə "Təhsil zirvəsinə doğru - Azərbaycan gəncləri" adlı tədbir baş tutub.

​Təşkil olunan mərasimdə yüksək akademik nəticələr göstərən gənclərin uğurları qiymətləndirilib, onlara mükafatlar təqdim olunub və gələcək təhsil həyatlarında uğurlar arzulanıb.

Zaqatala rayon Heydər Əliyev Mərkəzində gənclərin mütaliəyə marağını artırmaq və analitik təfəkkürünü inkişaf etdirmək m...
31/08/2026

Zaqatala rayon Heydər Əliyev Mərkəzində gənclərin mütaliəyə marağını artırmaq və analitik təfəkkürünü inkişaf etdirmək məqsədilə "Yay marafonu" çərçivəsində Ulu Öndər Heydər Əliyevin zəngin irsinə həsr olunmuş kitab müzakirəsi keçirilib.

Zaqatala rayon Heydər Əliyev Mərkəzi və Mərkəzi Kitabxana Sisteminin birgə təşkilatçılığı ilə "Biz mütaliə edək ki, təbliğ edə bilək" mövzusunda maarifləndirici tədbir keçirilib.

​Tədbir çərçivəsində xalq yazıçısı, publisist Elmira Axundovanın böyük öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş 6 cild, 7 kitabdan ibarət "Şəxsiyyət və zaman" roman-tədqiqat əsərinin geniş müzakirəsi aparılıb.

​Müzakirə zamanı Ulu Öndərin Azərbaycanın müasir tarixindəki müstəsna rolu, dövlətçilik irsi və əsərdə yer alan tarixi faktlar barədə ətraflı məlumat verilib, mütaliənin və bu irsin təbliğinin gənc nəslin formalaşmasındakı əhəmiyyəti vurğulanıb.

27 avqust 2026-cı il tarixində Zaqatala rayonu Heydər Əliyev adına parkda gənclərin asudə vaxtının səmərəli təşkili məqs...
27/08/2026

27 avqust 2026-cı il tarixində Zaqatala rayonu Heydər Əliyev adına parkda gənclərin asudə vaxtının səmərəli təşkili məqsədilə günərzi yay düşərgəsi keçirilib.

​Düşərgə Zaqatala rayon Heydər Əliyev Mərkəzi, Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin Zaqatala rayonu üzrə gənclər və idman sektoru və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Şəki-Zaqatala regional nümayəndəliyinin birgə təşkilatçılığı ilə baş tutub.

İştirakçılar karyera planlaması, sosial şəbəkə asılılığı və şəxsi inkişaf mövzularında faydalı biliklər əldə ediblər.

Təlimlə yanaşı, gənclər müxtəlif komanda oyunlarında güclərini sınayıb, yeni dostluqlar qazanıblar.

Təbiət qoynunda, yüksək əhval-ruhiyyə və bol enerji ilə keçən düşərgə gənclərin yaddaşında xoş xatirələrlə həkk olunub.

Zaqatala rayon Heydər Əliyev Mərkəzini bir qrup gənc ziyaret edib.​Ekskursiya zamanı Mərkəzin əməkdaşı tərəfindən gənclə...
24/08/2026

Zaqatala rayon Heydər Əliyev Mərkəzini bir qrup gənc ziyaret edib.

​Ekskursiya zamanı Mərkəzin əməkdaşı tərəfindən gənclərə muzeyin eksponatları, Ulu Öndər Heydər Əliyevin zəngin həyatı və siyasi fəaliyyətini əks etdirən foto və sənədlər haqqında ətraflı məlumat verilib.

​Gənclər Mərkəzdə yaradılan şəraitlə tanış olub, özlərini maraqlandıran suallara ətraflı cavab alıblar.

Zaqatala Rayon Heydər Əliyev Mərkəzində "Kompüter savadlılığı üzrə mini təlim" baş tutub. ​Təlim çərçivəsində iştirakçıl...
21/08/2026

Zaqatala Rayon Heydər Əliyev Mərkəzində "Kompüter savadlılığı üzrə mini təlim" baş tutub.

​Təlim çərçivəsində iştirakçılara müasir texnologiyalardan istifadə, əsas kompüter proqramları və rəqəmsal bacarıqların artırılması istiqamətində vacib bilik və praktik məlumatlar təqdim olunub.

​Gənclərin və maraq göstərən hər kəsin rəqəmsal dünyada daha inamlı addımlaması üçün mərkəzimiz tərəfindən bu kimi maarifləndirici tədbirlərin təşkili davam etdiriləcək.

Zaqatala rayon Heydər Əliyev Mərkəzində uşaq və gənclərin asudə vaxtlarını səmərəli təşkil edib, onların yaradıcılıq qab...
18/08/2026

Zaqatala rayon Heydər Əliyev Mərkəzində uşaq və gənclərin asudə vaxtlarını səmərəli təşkil edib, onların yaradıcılıq qabiliyyətlərini və incəsənətə olan həvəsini artırmaq məqsədilə "Rəsm və dekorativ sənət" məşğələsi keçirilib.

​Məşğələ çərçivəsində iştirakçılar rəssamlıq və dekorativ sənətin incəliklərinə yiyələnib, öz xəyal dünyalarını kağız üzərində əks etdirərək maraqlı əl işləri ərsəyə gətiriblər.

​Mərkəzimiz gənclərin bədii-estetik zövqünü formalaşdırıb, yeni istedadları üzə çıxarmaq istiqamətində bu cür layihələri uğurla davam etdirir.

"Dilləri öyrənək – dünyanı kəşf edək!"​Zaqatala rayon Heydər Əliyev Mərkəzində gənclər üçün xarici dil üzrə xüsusi Danış...
14/08/2026

"Dilləri öyrənək – dünyanı kəşf edək!"

​Zaqatala rayon Heydər Əliyev Mərkəzində gənclər üçün xarici dil üzrə xüsusi Danışıq Klubu keçirilib. Görüşün əsas məqsədi gənclərin xarici dildə şifahi nitq bacarıqlarını təkmilləşdirmək, lüğət ehtiyatını artırmaq, dil baryerini aradan qaldırmaq və maraqlı mövzular ətrafında sərbəst fikir mübadiləsi aparmalarına şərait yaratmaq idi. Görüş zamanı mövzuya uyğun maraqlı video materiallar da nümayiş olunub. Tədbirdə gənclər fəal iştirak edərək öz dil biliklərini təcrübədə tətbiq etmək və asudə vaxtlarını səmərəli keçirmək imkanı əldə ediblər. Tədbirin təşkilində əməyi olan hər kəsə və fəallıq göstərən bütün gənclərimizə təşəkkür edirik!

Zaqatala rayon Heydər Əliyev Mərkəzində ulu öndər Heydər Əliyevin zəngin irsinin işığında gənclərin mütaliəyə olan marağ...
13/08/2026

Zaqatala rayon Heydər Əliyev Mərkəzində ulu öndər Heydər Əliyevin zəngin irsinin işığında gənclərin mütaliəyə olan marağını artırmaq, onların dünyagörüşünü və analitik təfəkkürünü inkişaf etdirmək məqsədilə "Yay marafonu" çərçivəsində maraqlı kitab müzakirəsi təşkil olunub.

​Ümummilli liderin elmə, təhsilə və gəncliyə verdiyi yüksək dəyəri rəhbər tutaraq təşkil olunan bu tədbir, həmçinin gənclərin asudə vaxtlarının səmərəli, maraqlı və bilik yönümlü təşkil edilməsinə, eləcə də onların natiqlik bacarıqlarının formalaşmasına xidmət edir.

​İnteraktiv formatda, canlı diskussiya və səmimi fikir mübadiləsi şəraitində keçən görüşdə gənclər oxuduqları əsərlər haqqında təəssüratlarını bölüşüb, kitabların əsas ideyası, qoyulan mənəvi-əxlaqi dəyərlər və obrazlar ətrafında geniş müzakirələr aparıblar. Asudə vaxtlarını dahi şəxsiyyətin adını daşıyan mərkəzdə intellektual fəaliyyətlə dəyərləndirən və maraqlı ideyaları ilə görüşə rəng qatan hər bir gəncə təşəkkür edir, onlara mütaliə yolunda yeni uğurlar arzulayırıq!

12 Avqust – Beynəlxalq Gənclər Günü münasibətilə Zaqatala rayon Heydər Əliyev Mərkəzində "Nə? Harada? Nə zaman?" intelle...
12/08/2026

12 Avqust – Beynəlxalq Gənclər Günü münasibətilə Zaqatala rayon Heydər Əliyev Mərkəzində "Nə? Harada? Nə zaman?" intellektual oyunu keçirilib.

​12 avqust 2026-cı il tarixində Zaqatala rayon Heydər Əliyev Mərkəzi, Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin Zaqatala rayonu üzrə Gənclər və idman sektoru və Balakən Gənclər Evi sosial xidmət müəssisəsinin birgə təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində "Nə? Harada? Nə zaman?" intellektual oyunu təşkil olunub.

​Gənclər arasında keçirilən turnirdə 5 komanda tərkibində 25 nəfər iştirak edib. Qızğın mübarizə şəraitində keçən oyunun yekun nəticələrinə əsasən qaliblər müəyyən olunub:

• ​I yer: Zaqatala rayonu Yuxarı Tala kənd Telman Yunusov adına 2 nömrəli tam orta məktəbin "Zəfər" komandası;

• ​II yer: Zaqatala rayonu Yuxarı Tala kənd 4 nömrəli tam orta məktəbin "Səma" komandası;

• ​III yer: Zaqatala rayonu Aşağı Tala kənd Ramiz Şabanov adına 3 nömrəli tam orta məktəbin "Şahin" komandası.

​Tədbirin keçirilməsində məqsəd 12 Avqust – Beynəlxalq Gənclər Gününü qeyd etmək, gənclərin intellektual səviyyəsini və dünyagörüşünü artırmaq, istedadlı gəncləri üzə çıxarmaq və onların asudə vaxtlarını səmərəli təşkil etməkdir.

Qalib gələn komandaları və iştirak edən bütün gənclərimizi 12 Avqust – Beynəlxalq Gənclər Günü münasibətilə samimi qəlbdən təbrik edir, onlara gələcək təhsillərində və intellektual yarışlarda yeni-yeni uğurlar arzulayırıq!

Zaqatala rayon Heydər Əliyev Mərkəzində “Gənclik Səhnədə” adlı tədbir keçirilib.​12 Avqust – Beynəlxalq Gənclər Günü mün...
12/08/2026

Zaqatala rayon Heydər Əliyev Mərkəzində “Gənclik Səhnədə” adlı tədbir keçirilib.

​12 Avqust – Beynəlxalq Gənclər Günü münasibətilə Zaqatala rayon Heydər Əliyev Mərkəzi və Balakən "ASAN xidmət" mərkəzinin birgə təşkilatçılığı ilə “Gənclik Səhnədə” başlıqlı musiqili-bədii proqram təşkil olunub.

​Tədbir öncə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyü, müstəqilliyi uğrunda canından keçmiş əziz şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

​Rəsmi hissədə nümayəndələr çıxış edərək gəncləri Beynəlxalq Gənclər Günü münasibətilə təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıblar. Çıxışlarda dövlətin gənclər siyasəti, gənclərin cəmiyyətdəki rolu və onların potensialının reallaşdırılmasının əhəmiyyəti xüsusi vurğulanıb.

​Gənclərin yaradıcılıq potensialını və istedadını təbliğ etmək məqsədilə keçirilən proqramın bədii hissəsində rəngarəng musiqi və rəqs nömrələri təqdim olunub.

Address

Zaqatala Rayonu Car Küçəsi № 1
Zaqatala

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00
Saturday 09:00 - 18:00
Sunday 09:00 - 18:00

Telephone

+994242252132

Alerts

Be the first to know and let us send you an email when Zaqatala rayon Heydər Əliyev Mərkəzi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Zaqatala rayon Heydər Əliyev Mərkəzi:

Shortcuts

Share