Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzi

Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzi Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzi, Social service, Zərdab şəhəri, Heydər Əliyev prospekti/9, Zardob.

Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva “Ailəm könüllüləri” proqramını uğurla başa vuran gənclərlə görüşüb.Öncə k...
04/09/2026

Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva “Ailəm könüllüləri” proqramını uğurla başa vuran gənclərlə görüşüb.
Öncə könüllülərin çoxşaxəli fəaliyyətini əks etdirən videohesabat nümayiş olunub. Görüşün sonunda könüllülərə sertifikatlar təqdim olunub və xatirə fotosu çəkdirilib.
Ailəm Könüllüləri
🔗Ətraflı: https://family.gov.az/.../aynur-sofiyeva-ailem

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində olan Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzi (UADM) v...
04/09/2026

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində olan Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzi (UADM) və Zərdab Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə 2 sentyabr 2026-cı il tarixində Zərdab rayonunun Qoruqbağı kənd tam orta məktəbində uşaqlar arasında intihar hallarının qarşısının alınması məqsədilə maarifləndirici tədbir keçirilib.
Tədbirdə UADM-in direktoru Ləman Səfərəliyeva, RİH-nin əməkdaşı Xəyalə Niftəliyeva, məktəbin müəllimləri və valideynlər iştirak ediblər.
Tədbir zamanı uşaqlar arasında intihar hallarının qarşısının alınması, uşaqların psixoloji rifahının qorunması, onların üzləşdikləri çətinliklərin vaxtında müəyyənləşdirilməsi və risk qrupuna daxil olan uşaqlara zəruri dəstəyin göstərilməsi ilə bağlı məlumat verilib.
Çıxışlar zamanı valideyn və müəllimlərin uşaqların davranışlarında baş verən dəyişikliklərə diqqətlə yanaşmasının, onların problemlərini dinləməsinin, uşaqlarla ünsiyyətdə sağlam psixoloji mühitin yaradılmasının və ehtiyac yarandığı halda aidiyyəti qurumlara müraciət edilməsinin vacibliyi vurğulanıb.




Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində olan Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzi, Zərdab ...
04/09/2026

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində olan Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzi, Zərdab Gənclər Evi SXM və Zərdab rayon Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə sakinlərin asudə vaxtının səmərəli təşkili məqsədilə 2 sentyabr 2026-cı il tarixində rayon Heydər Əliyev Parkında açıq səma altında “Ögey ana” filmi nümayiş olunub.




📌Vətəndaş qəbulunun vaxtı dəyişdirilibAilə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradovanın 11...
04/09/2026

📌Vətəndaş qəbulunun vaxtı dəyişdirilib

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradovanın 11 sentyabr 2026-cı il tarixində Kəlbəcərdə keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulunun vaxtı dəyişdirilib.

Qəbul 18 sentyabr 2026-cı il tarixində saat 11:00-da Kǝlbəcǝr rayonu, Bəhmən Cəfǝrov adına 1 nömrǝli tam orta məktəbdə keçiriləcəkdir.

🔗 https://family.gov.az/az/news/kelbecerde-vetendas-qebulu-kecirilecek

🌞Uşaqların yay tətili faydalı və maraqlı tədbirlərlə yadda qalıb✅Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən uşaqların...
03/09/2026

🌞Uşaqların yay tətili faydalı və maraqlı tədbirlərlə yadda qalıb

✅Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən uşaqların yay tətilində asudə vaxtlarını səmərəli, maraqlı, eyni zamanda öyrədici və yaddaqalan keçirməsi məqsədilə müxtəlif formatlı tədbirlər, o cümlədən:

📚“Kitabımı paylaşıram” layihəsi,
🧒👧“Şəxsiyyət yüksəlişi” təlim proqramı,
🌱sağlam həyat tərzi və ekoloji tərbiyə mövzularında maarifləndirici görüşlər,
🎨“Bizim bölgə” adlı ustad dərsi və rəsm sərgiləri keçirilib.

Ətraflı: https://family.gov.az/az/news/usaqlarin-yay-tetili-faydali-ve-maraqli-tedbirlerle-yadda-qalib

📌Kəlbəcərdə vətəndaş qəbulu keçiriləcəkAilə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova 11 s...
03/09/2026

📌Kəlbəcərdə vətəndaş qəbulu keçiriləcək

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova 11 sentyabr 2026-cı il tarixində, saat 11:00-da Kǝlbəcǝr rayonu, Bəhmən Cəfǝrov adına 1 nömrǝli tam orta məktəbdə vətəndaşları qəbul edəcək.

🖇https://family.gov.az/az/news/kelbecerde-vetendas-qebulu-kecirilecek

Address

Zərdab şəhəri, Heydər Əliyev Prospekti/9
Zardob

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00

Website

Alerts

Be the first to know and let us send you an email when Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category