Europäisches Koordinierungszentrum Musavat

Europäisches Koordinierungszentrum Musavat Europäisches Koordinierungszentrum Musavat

Liebe Damen und Herren,Das Novruz-Fest ist eine jahrhundertealte Tradition, die von verschiedenen Völkern gefeiert wird ...
20/03/2026

Liebe Damen und Herren,

Das Novruz-Fest ist eine jahrhundertealte Tradition, die von verschiedenen Völkern gefeiert wird und die Werte von Erneuerung, Hoffnung und Zusammenleben verkörpert. Seine historischen Wurzeln reichen bis zu den mythologischen Überlieferungen von Ərgənəkon und zeigen heute, wie dieses Fest als Brücke zwischen unterschiedlichen Kulturen wirkt.

Auch das heilige Ramadanfest erinnert uns an universelle Werte wie Mitgefühl, Teilen, soziale Gerechtigkeit und Solidarität. Die gleichzeitige Feier beider Feste unterstreicht das Zusammenkommen verschiedener kultureller und religiöser Traditionen im Geiste gegenseitigen Respekts.

Als Mitglieder einer in Deutschland aktiven zivilgesellschaftlichen Organisation schätzen wir Vielfalt, Zusammenhalt und das Prinzip des friedlichen Zusammenlebens sehr.

Wir wünschen Ihnen, dass diese wertvollen Tage Frieden, Gesundheit und Wohlstand bringen.

Frohes Novruz-Fest und gesegnetes Ramadanfest!

Əziz xanımlar və bəylər,

Novruz Bayramı əsrlər boyu müxtəlif xalqlar tərəfindən qeyd olunan, yenilənmə, ümid və birgəyaşayış dəyərlərini təcəssüm etdirən qədim bir ənənədir. Tarixi kökləri Ərgənəkon kimi mifoloji rəvayətlərə qədər uzanan bu bayram, bu gün fərqli mədəniyyətlər arasında körpü rolunu oynayır.
Eyni zamanda Müqəddəs Ramazan Bayramı mərhəmət, paylaşma, sosial ədalət və həmrəylik kimi ümumbəşəri dəyərləri ön plana çıxarır. Bu iki əlamətdar bayramın eyni dövrə təsadüf etməsi, müxtəlif mədəni və dini dəyərlərin qarşılıqlı hörmət və anlayış çərçivəsində bir araya gəlməsinin gözəl nümunəsidir.
Almaniyada fəaliyyət göstərən bir ictimai-siyasi mühitin üzvləri olaraq biz, müxtəliflik içində birlik, qarşılıqlı hörmət və dinc birgəyaşayış prinsiplərini yüksək dəyərləndiririk.
Bu əziz günlərin hər birinizə sülh, sağlamlıq və rifah gətirməsini arzulayırıq.
Novruz Bayramınız və Müqəddəs Ramazan Bayramınız mübarək!

Müsavat Partiyası
Europäisches Koordinierungszentrum Musavat

Zum 8. März – Internationalen Frauentag gratulieren wir allen Frauen herzlich. 🌸Frauen sind eine moralische Stütze der G...
08/03/2026

Zum 8. März – Internationalen Frauentag gratulieren wir allen Frauen herzlich. 🌸

Frauen sind eine moralische Stütze der Gesellschaft, die Wärme der Familie und eine große Kraft bei der Gestaltung der Zukunft. Ihr Einsatz, ihre Aufopferung, ihre Fürsorge und ihre Weisheit haben einen unersetzlichen Platz in der Entwicklung jeder Gesellschaft. Im Laufe der Geschichte haben Frauen sowohl im Familienleben als auch im gesellschaftlichen und politischen Leben große Verantwortung getragen und einen bedeutenden Beitrag zum Fortschritt der Gesellschaft geleistet.

Auch heute erzielen Frauen in Bereichen wie Wissenschaft, Bildung, Kultur, Politik und vielen anderen Feldern große Erfolge und leisten weiterhin wertvolle Beiträge zur Entwicklung der Gesellschaft. Der Schutz der Rechte der Frauen, ihre aktive Teilnahme am gesellschaftlichen Leben und der Respekt, den sie verdienen, sind von großer Bedeutung.

Der 8. März ist nicht nur ein Feiertag, sondern auch ein Ausdruck der Wertschätzung für die Rolle der Frauen in der Gesellschaft und des Respekts ihnen gegenüber. Wir wünschen allen Frauen viel Erfolg im Leben, Anerkennung und neue Möglichkeiten in allen Bereichen.

Allen Frauen wünschen wir Gesundheit, Glück, Erfolg und ein erfülltes Leben.
Herzlichen Glückwunsch zum Frauentag!

💐8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə bütün xanımları səmimi qəlbdən təbrik edirik. 🌸

Qadınlar cəmiyyətin mənəvi dayağı, ailənin istiliyi və gələcəyin formalaşmasında mühüm rol oynayan böyük bir gücdür. Onların zəhməti, fədakarlığı, mərhəməti və müdrikliyi hər bir cəmiyyətin inkişafında əvəzsiz yer tutur. Tarix boyu qadınlar həm ailədə, həm də ictimai və siyasi həyatda böyük məsuliyyətlər daşıyaraq cəmiyyətin tərəqqisinə mühüm töhfələr vermişlər.

Bu gün də qadınlar elm, təhsil, mədəniyyət, siyasət və bir çox sahələrdə öz bilik və bacarıqları ilə uğur qazanaraq cəmiyyətin inkişafına dəyərli töhfələr verməkdə davam edirlər. Qadınların hüquqlarının qorunması, onların cəmiyyət həyatında fəal iştirakı və layiq olduqları hörmətin göstərilməsi hər zaman mühüm əhəmiyyət daşıyır.

8 Mart yalnız bir bayram deyil, həm də qadınların cəmiyyətdəki roluna verilən dəyərin və onlara olan hörmətin ifadəsidir. Arzu edirik ki, bütün qadınlar həyatın hər sahəsində daha çox uğur qazansın, daim hörmət və diqqət görsünlər.

Bütün xanımlara möhkəm cansağlığı, xoşbəxtlik, uğurlar və firavan həyat arzulayırıq.
Bayramınız mübarək olsun! 💐

Müsavat Avropa Koordinasiya Mərkəzindən Avropada yaşayan azərbaycanlılara                 ÇAĞIRIŞAvropanın müxtəlif ölkə...
30/01/2026

Müsavat Avropa Koordinasiya Mərkəzindən Avropada yaşayan azərbaycanlılara

ÇAĞIRIŞ

Avropanın müxtəlif ölkələrində yaşayan həmvətənlərimizi
Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu, milli istiqlal mübarizəmizin lideri Məhəmməd Əmin Rəsulzadənin doğum günü münasibətilə keçiriləcək anım tədbirinə dəvət edirik.

Bu tədbir Avropada yaşayan azərbaycanlıların milli kimliyimizi, tariximizi və istiqlal ideyalarımızı birlikdə yad etməsi, gələcək nəsillərə ötürməsi məqsədi daşıyır.
Məhəmməd Əmin Rəsulzadənin ideyaları bu gün də bizi birləşdirir və yol göstərir.
“Bir kərə yüksələn bayraq bir daha enməz!”
Bu bayrağın məsuliyyətini daşıyan hər kəsi bu mənalı tədbirdə bir arada olmağa çağırırıq.

🗓 31 yanvar 2026, şənbə
⏰ Saat: 17:00
📍 Elisen Str. 25, 63739 Aschaffenburg

Hörmətlə,
Müsavat Avropa Koordinasiya Mərkəzi

Hörmətli həmvətənlər, əziz soydaşlar!31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və qarşıdan gələn Yeni il mün...
01/01/2026

Hörmətli həmvətənlər, əziz soydaşlar!
31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və qarşıdan gələn Yeni il münasibətilə hər birinizi səmimi-qəlbdən təbrik edirik!
Bu əlamətdar gün bizə birliyimizin, milli kimliyimizin və harada yaşamamızdan asılı olmayaraq Vətənə bağlılığımızın nə qədər önəmli olduğunu bir daha xatırladır. Arzumuz budur ki, yeni ildə xalqımız daim sülh, ədalət, rifah və daha da möhkəmlənən həmrəylik şəraitində yaşasın.
Yeni ildə hər birinizə möhkəm sağlamlıq, ailə xoşbəxtliyi, uğurlar və nurlu gələcək arzulayırıq. Qoy birliyimiz həmişə davamlı və sarsılmaz olsun!
Hörmətlə,
Müsavat Avropa Koordinasiya Mərkəzi

Müsavat Partiyası

Müsavat Avropa Koordinasiya Mərkəzinin BƏYANATI1 dekabr tarixində Müsavat Avropa Koordinasiya Mərkəzinin Koordinasiya Şu...
02/12/2025

Müsavat Avropa Koordinasiya Mərkəzinin BƏYANATI

1 dekabr tarixində Müsavat Avropa Koordinasiya Mərkəzinin Koordinasiya Şurasının növbəti toplantısı keçirilib. Toplantıda Azərbaycanda son günlər müşahidə edilən ictimai-siyasi gərginlik, o cümlədən müxalifət nümayəndələrinə qarşı həyata keçirilən qanunsuz həbslər müzakirə olunub.

Şura üzvləri 29 noyabr tarixində AXCP sədri Əli Kərimlinin, onun müavini Məmməd İbrahimin və digər müxalif fəalların Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılmasını, 1 dekabrda isə əsassız olaraq Cinayət Məcəlləsinin 278.1-ci maddəsi ilə ittiham olunaraq barələrində həbs qətimkan tədbirinin seçilməsini kəskin şəkildə pisləyir. Bu proseslər Azərbaycanda siyasi fəaliyyətə qarşı yönəlmiş repressiv siyasətin davamı kimi qiymətləndirilir.

Müsavat Avropa Koordinasiya Mərkəzi bildirir ki, bu həbslər Azərbaycanda illərdir davam edən siyasi təqiblərin yeni dalğasıdır. Hakimiyyət uzun müddətdir bütün təzyiqlərə rəğmən ayaqda qalmağı bacaran iki əsas müxalif siyasi qüvvə – Müsavat Partiyası və Azərbaycan Xalq Cəbhəsi Partiyasının, həmçinin bütövlükdə xalqın siyasi iradəsinin boğulması istiqamətində ardıcıl addımlar atır. Əli Kərimli, Məmməd İbrahim və digər saxlanılanların həbsi müstəqil siyasi fəaliyyətin məhdudlaşdırılmasına, cəmiyyətdə qorxu mühitinin gücləndirilməsinə yönəlib.

Biz – Müsavat Avropa Koordinasiya Mərkəzi – 1 dekabr toplantımızın qərarına əsasən, həbs edilmiş bütün müxalifət nümayəndələrinin dərhal və şərtsiz azadlığa buraxılmasını tələb edirik. Siyasi motivli təqiblərə, saxta ittihamlara və hüquqi özbaşınalığa son qoyulmalıdır.

Müsavat Avropa Koordinasiya Mərkəzi olaraq bildiririk ki, baş verən hadisələri diqqətdə saxlayacağıq və Avropa ictimaiyyətinin diqqətini bu proseslərə yönəltmək üçün zəruri tədbirlər görüləcək. Azərbaycan hakimiyyətinin insan haqlarını pozan siyasəti mütəmadi olaraq beynəlxalq qurumlara çatdırılacaq və bu istiqamətdə fəaliyyət davam etdiriləcək.

Demokratiya, hüquq və söz azadlığı uğrunda mübarizə bizim üçün fundamental dəyərdir. Biz ölkədə dinc, qanuni siyasi fəaliyyətin təmin olunmasını və repressiyaların dərhal dayandırılmasını tələb edirik.

Müsavat Avropa Koordinasiya Mərkəzi Koordinasiya Şurası
01.12.2025



Ali Karimli (Əli Kərimli)
Müsavat Partiyası
Azərbaycan Xalq Cəbhəsi Partiyası

Adresse

Heinrich-Stahl-Straße 10
Frankfurt
65934

Webseite

Benachrichtigungen

Lassen Sie sich von uns eine E-Mail senden und seien Sie der erste der Neuigkeiten und Aktionen von Europäisches Koordinierungszentrum Musavat erfährt. Ihre E-Mail-Adresse wird nicht für andere Zwecke verwendet und Sie können sich jederzeit abmelden.

Die Organisation Kontaktieren

Nachricht an Europäisches Koordinierungszentrum Musavat senden:

Verknüpfungen

Teilen