BiZ

Wegbeschreibung

BiZ Kontaktinformationen, Karte und Wegbeschreibungen, Kontaktformulare, Öffnungszeiten, Dienstleistungen, Bewertungen, Fotos, Videos und Ankündigungen von BiZ, Hamburg.

9 noyabrda Göy Məscidin mərasim zalına Yeqişe Çarentsin adı verildi. İranın vitse-prezidenti tədbirdə iştirak etdi və hə...
13/11/2026

9 noyabrda Göy Məscidin mərasim zalına Yeqişe Çarentsin adı verildi. İranın vitse-prezidenti tədbirdə iştirak etdi və həmin zalda Çarentsin büstünün yerləşdirilməsi də planlaşdırılır. Burada əsas sual Çarentsin şair kimi dəyəri deyil. Əsas sual budur: tarixi məscidin daxilində başqa milli kimliyin simvollarının mərhələli şəkildə yerləşdirilməsi abidənin ilkin tarixi və dini kontekstini dəyişməyə yönlməyibmi? Əlbəttə ki, bu ritorik sualdır.

Gergerlioğlunun siyasi riyakarlığı: Yalan, böhtan və qərəz üzərində qurulan anti-Azərbaycan ritorikasıÖmər Faruk Gergerl...
12/11/2026

Gergerlioğlunun siyasi riyakarlığı: Yalan, böhtan və qərəz üzərində qurulan anti-Azərbaycan ritorikası

Ömər Faruk Gergerlioğlunun Azərbaycana qarşı sərgilədiyi mövqe artıq siyasi qərəzin, faktlara hörmətsizliyin və açıq manipulyasiyanın nümayişinə çevrilib. Statistik rəqəmləri təhrif etmək, iqtisadi göstəriciləri bir-birinə qarışdırmaq, Prezident İlham Əliyevin fikirlərini kontekstdən çıxarmaq və Türkiyə ilə Azərbaycan arasında süni qarşıdurma yaratmağa çalışmaq siyasi fəaliyyət deyil, dezinformasiya üzərində qurulmuş ucuz siyasi şoudur.

Ən acınacaqlısı isə özünü insan hüquqlarının müdafiəçisi kimi təqdim edən bir şəxsin Azərbaycana münasibətdə ikili standartlardan çıxış etməsi, milli ayrı-seçkilik hallarına susması, Azərbaycan həqiqətlərinə gəldikdə isə dərhal ittiham və böhtan ritorikasına keçməsidir. Bu, prinsipiallıq deyil, siyasi riyakarlığın bariz təzahürüdür.

Gergerlioğlu anlamalıdır ki, Azərbaycan Türkiyə ilə münasibətlərini hansısa deputatın manipulyativ açıqlamalarına görə müəyyənləşdirmir. İki dövlət arasındakı qardaşlıq və strateji müttəfiqlik şəxsi siyasi ambisiyalardan, populist çıxışlardan və böhtan kampaniyalarından qat-qat güclüdür.

Faktlar qarşısında iflasa uğrayan ritorikanın arxasında isə yalnız üç məfhum qalır: Yalan, böhtan və qərəz!

Azərbaycan tarixinin maddi sübutlarının və izlərinin silinməsi prosesinin Ermənistan tərəfindən aparılması və İranın bun...
11/11/2026

Azərbaycan tarixinin maddi sübutlarının və izlərinin silinməsi prosesinin Ermənistan tərəfindən aparılması və İranın buna ortaq olması təzə hadisə deyil. Ancaq İrəvanda Göy Məscidin iclas zalına erməni şairin adının verilməsi, erməni dilinə tərcümə olunmuş əsərin təqdimatının bu müqəddəs məkanda baş tutması, üstəlik, onun büstünün də qoyulmasının planlaşdırılması və bütün bu hadisələrdə İranın vitse-prezidentinin birbaşa iştirak etməsi – bax, bu, yenidir. Tarix Qarabağda baş verənləri unutmadığı kimi, bunları da unutmayacaq, biz də unutmayacağıq. Bu rəzilliyə alət olan hər kəs gec-tez cavab verəcək!

10/11/2026

İranın riyakarlığı və siyasi manipulyasiyaları fonunda Azərbaycanın səmimi qardaşlıq mövqeyi

Molla rejiminin riyakarlığı: İslam təəssübkeşliyi, yoxsa siyasi maraqlar?İrəvanda Azərbaycan xanı Hüseynəli xanın tikdir...
10/11/2026

Molla rejiminin riyakarlığı: İslam təəssübkeşliyi, yoxsa siyasi maraqlar?

İrəvanda Azərbaycan xanı Hüseynəli xanın tikdirdiyi Göy məscidin İran-Ermənistanın “ortaq irsi” kimi təqdim olunmasına dəstək verən İran rejimi özünün əsl simasını bir daha nümayiş etdirdi. Məscidin mərasim zalına erməni şairi Yeğişe Çarensin adının verilməsinə və büstünün qoyulmasına dəstək göstərən Tehran bununla Azərbaycan tarixi irsinin mənimsənilməsinə siyasi don geyindirməyə çalışır.

Qarabağda Alban irsinə, İrəvanda isə Azərbaycan irsinə münasibətdə Ermənistanın saxtakarlığına göz yuman molla rejiminin İslam həmrəyliyindən danışmağa mənəvi haqqı yoxdur. Bu, dini təəssübkeşlik deyil, açıq siyasi riyakarlıq və Azərbaycanın tarixi-mədəni irsinə qarşı nümayiş etdirilən düşmən münasibətdir. İran rejiminin maskası bir daha yırtıldı!

ŞƏRHSİZ
08/11/2026

ŞƏRHSİZ

04/11/2026

İranın Birinci vitse-prezidenti Məhəmməd Rza Arif Xəzər dənizinin adının “Kaspian dənizi” olaraq dəyişdirilməsini təklif edib. Görünür, İran rəsmilərinə Ulu Öndər Heydər Əliyevin Xəzərin adı ilə bağlı tarixi mövqeyini bir daha xatırlatmaq lazımdır.

İran tərəfinə tövsiyəmiz budur ki, Xəzərin adından narahat olmasınlar. Çünki narahat olmaları üçün bundan daha vacib və ciddi məsələlər kifayət qədərdir!

AZƏRBAYCANA QARŞI DÜŞMƏNÇİLİK TƏŞVİQ EDƏN 14 İRAN VƏTƏNDAŞI “ARZUOLUNMAZ ŞƏXS” ELAN EDİLDİ!Azərbaycanın suverenliyini, d...
03/11/2026

AZƏRBAYCANA QARŞI DÜŞMƏNÇİLİK TƏŞVİQ EDƏN 14 İRAN VƏTƏNDAŞI “ARZUOLUNMAZ ŞƏXS” ELAN EDİLDİ!

Azərbaycanın suverenliyini, dövlətçiliyini və milli maraqlarını hədəfə alan, ölkəmizə qarşı düşmənçilik və dini radikalizmi təşviq edən şəxslərin əməlləri qətiyyətlə pislənməlidir.

Başqa dövlətin daxili işlərinə müdaxilə etməyə çalışan, Azərbaycan xalqına və dövlət rəhbərliyinə qarşı təhqiramiz ifadələr səsləndirən, hətta hakimiyyətin zorla dəyişdirilməsinə çağırış edən şəxslərin bu davranışı siyasi və mənəvi məsuliyyətsizliyin bariz nümunəsidir.

Azərbaycan müstəqil dövlətdir və heç bir ölkənin, siyasi dairənin və ya radikal qrupun təhdidlərini qəbul etməyəcək. Dövlətimizin suverenliyinə və xalqımızın iradəsinə qarşı yönələn hər bir təxribat qətiyyətlə rədd edilir!

03/11/2026

O, HƏLƏ DƏ AVROPAYA LİDERLİK XƏYALINDADIR…
MAKRONUN İSLAHATLARI FRANSANIN HANSI PROBLEMİNİ HƏLL ETDİ?

01/11/2026

MAKRONUN UĞURSUZ SİYASƏTİ FRANSANI BÖHRAN BURULĞANINA SÜRÜKLƏYİR: İQTİSADİ TƏNZİMİN İFLASI, KÜTLƏVİ ETİRAZLAR VƏ DƏRİNLƏŞƏN İCTİMAİ NARAZILIQLAR...

Fransa bu gün dərin iqtisadi, sosial və siyasi böhran içərisindədir. Küçələrdə kütləvi etirazlar, iğtişaşlar, yanğınlar və talanlar baş verir. Müəllimlər, tələbələr, həmkarlar ittifaqları və müxtəlif sosial təbəqələr hakimiyyətin siyasətinə qarşı narazılıqlarını açıq şəkildə ifadə edirlər. Dövlət borcu ÜDM-in 110 faizini ötüb, yaşayış xərcləri artır, hökumətə ictimai etimad isə ciddi şəkildə sarsılıb.

Bütün bunlar Emmanuel Makronun idarəçilik siyasətinin nə qədər uğursuz olduğunu göstərən acı reallıqdır. Öz ölkəsində sosial sabitliyi təmin edə bilməyən, xalqının narazılığını aradan qaldırmağa gücü çatmayan bir prezidentin başqa dövlətlərin daxili işlərinə qarışması, onlara demokratiya və insan hüquqları dərsi keçməsi əsl siyasi riyakarlıqdır.

Makron anlamalıdır ki, dövlət başçısının məsuliyyəti başqa xalqların taleyinə müdaxilə etmək deyil, ilk növbədə öz xalqının rifahını, təhlükəsizliyini və gələcəyini təmin etməkdir. Fransa küçələrində böhran hökm sürdüyü halda, başqalarına yol göstərmək iddiası sadəcə siyasi məsuliyyətsizliyin nümayişidir.

Başqalarının daxili işlərinə burun soxmağı özünə rəva görən Makron əvvəlcə öz xalqının səsinə qulaq assın! Öz ölkəsindəki problemləri həll edə bilməyənlərin başqa dövlətlərə demokratiya dərsi keçməyə mənəvi haqqı yoxdur. Əvvəlcə Fransaya gün ağla, Makron!

Adresse

Hamburg

Website

Benachrichtigungen

Erfahren Sie als Erste/r von Neuigkeiten und Aktionen: Wir schicken Ihnen eine E-Mail, wenn BiZ etwas veröffentlicht. Ihre E-Mail-Adresse wird für keinen anderen Zweck verwendet, und Sie können sich jederzeit abmelden.

Verknüpfungen

Teilen

Behörden in der Nähe