08/11/2023
🇦🇿 Bu il, 8 Noyabr – Zəfər gününü hər bir azərbaycanlı böyük sevinc və qürur hissi ilə qeyd edir. Ümummilli lider Heydər Əliyevin 100-illiyinin qeyd olunduğu bu il tarixə, Azərbaycanın beynəlxalq sərhədləri çərçivəsindəki bütün əraziləri üzərində suverenliyinin bərpa edildiyi bir il kimi daxil olur. Bu gün Azərbaycanımız, işğal və aqressiv separatçılıq üzərində qalib gələn, beynəlxalq hüquq və ədaləti təmin edən, bölgənin aparıcı dövləti və beynəlxalq ictimaiyyətin məsuliyyətli və etibarlı üzvüdür. Müasir, dünyəvi, öz adət-ənənələrinə sadiq, çoxmillətli, multikultural dəyərləri ilə seçilən bir dövlət kimi Azərbaycanın dayanıqlı inkişafı, ürəyində Azərbaycan sevgisi olan hər bir şəxsin qürur mənbəyidir.
Bu əziz və əlamətdar gün münasibətilə bütün Azərbaycanlıları, o cümlədən Fransada yaşayan həmvətənlərimizi təbrik edir və Şanlı Zəfər Günümüz Mübarək deyirik.
Zəfəri bizə gətirən igid əsgərlərimizi fəxarətlə salamlayır, Azərbaycan Respublikasının Prezidenti və Müzəffər Ali Baş Komandan İlham Əliyevə ürəkdən təşəkkür edir və qəhrəman şəhidlərimizin ruhu qarşısında baş əyirik.
Zəfərlərin bol olsun, Azərbaycan!
🇫🇷 Cette année, le 8 novembre - Jour de la Victoire - est célébré par tous les Azerbaïdjanais avec une immense joie et une profonde fierté. Cette année qui marque le 100e anniversaire du Leader national Heydar Aliyev entre dans l'histoire comme l’année où la souveraineté de l'Azerbaïdjan a été restaurée sur l’ensemble de ses territoires à l'intérieur de ses frontières internationalement reconnues. Aujourd'hui, notre cher Azerbaïdjan est un État leader dans la région et un membre responsable et fiable de la communauté internationale ayant vaincu l’occupation et le séparatisme agressif et garanti le droit international et la justice. Le développement durable de l'Azerbaïdjan en tant qu'État moderne et laïc, attaché à ses traditions et distingué par ses valeurs multiethniques et multiculturelles, est une source de fierté pour toute personne dont le coeur bat pour l'Azerbaïdjan.
A l'occasion de ce jour si particulier, nous adressons nos vives félicitations à tous les Azerbaïdjanais, y compris nos compatriotes établis en France et nous leur souhaitons une bonne Fête de la Glorieuse Victoire.
Nous saluons fièrement nos vaillants soldats qui nous ont offert la victoire, nous remercions de tout coeur le Président de la République d'Azerbaïdjan et Commandant suprême victorieux des armées, Ilham Aliyev, et nous nous inclinons, avec révérence et gratitude, devant la mémoire de nos martyrs héroïques.
Que de nouvelles victoires s’ensuivent, notre cher Azerbaïdjan!