Embassy of the Republic of Azerbaijan in Hungary

Embassy of the Republic of Azerbaijan in Hungary Embassy of the Republic of Azerbaijan in Hungary

18/09/2026

Bu gün Milli Musiqi Günüdür.

18 sentyabr – Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəylinin doğum günü ölkəmizdə Milli Musiqi Günü kimi qeyd olunur.

Bu əlamətdar gün münasibətilə musiqimizin yaşadılması və inkişafı naminə fəaliyyət göstərən hər kəsi səmimi-qəlbdən təbrik edir və yaradıcılıq fəaliyyətlərində davamlı uğurlar arzulayırıq.

🇦🇿 17 sentyabr 2026-cı tarixində Azərbaycan Respublikasının Macarıstana yeni təyin olunmuş səfiri Esmira Cəfərova etimad...
17/09/2026

🇦🇿 17 sentyabr 2026-cı tarixində Azərbaycan Respublikasının Macarıstana yeni təyin olunmuş səfiri Esmira Cəfərova etimadnaməsinin surətlərini Macarıstan Xarici İşlər Nazirliyi Protokolunun rəhbəri xanım Mariann Szücsə təqdim edib.

🇬🇧 On 17 September 2026, Ambassador-designate of the Republic of Azerbaijan to Hungary Esmira Jafarova presented copies of her credentials to Ms Mariann Szücs, Chief of Protocol at the Ministry of Foreign Affairs of Hungary.

On International Day of the Disappeared, we remember 4,010 Azerbaijanis still missing as a result of the former Armenia–...
30/08/2026

On International Day of the Disappeared, we remember 4,010 Azerbaijanis still missing as a result of the former Armenia–Azerbaijan conflict.

To date, 32 mass graves have been discovered, while the remains of 328 missing persons have been identified through DNA analysis and returned to their families.

Every family still searching for and waiting for their loved ones deserves an answer. We hope these families will receive accurate and comprehensive information about the fate of their loved ones, including the locations of burial sites.

30/08/2026

30 avqust – Türkiyə Respublikasının Zəfər Bayramı münasibətilə qardaş Türkiyə xalqını və dövlətini səmimi-qəlbdən təbrik edirik.

Türkiyənin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edir, qardaş xalqımızın sarsılmaz iradəsi, əzmi və qəhrəmanlığı ilə qazandığı tarixi Zəfəri qürurla qeyd edirik.

Zəfər Bayramınız mübarək! 🇦🇿🇹🇷

Republic of Türkiye Ministry of Foreign Affairs

T.C. Dışişleri Bakanlığı

Macarıstanda yaşayan Azərbaycan icmasının üzvləri ilə görüş keçirilib.29 avqust 2026-cı il tarixində Azərbaycan Respubli...
29/08/2026

Macarıstanda yaşayan Azərbaycan icmasının üzvləri ilə görüş keçirilib.

29 avqust 2026-cı il tarixində Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü, Azərbaycan Respublikasının Macarıstandakı Səfirliyinin və Budapeşt şəhərindəki Azərbaycan Evinin təşkilati dəstəyi ilə Macarıstanda yaşayan Azərbaycan icmasının üzvləri ilə Səfirlikdə görüş keçirilib.

Açılış nitqi ilə çıxış edən səfir Esmira Cəfərova Azərbaycan-Macarıstan ikitərəfli münasibətlərinin mövcud vəziyyəti barədə məlumat verərək, siyasi, iqtisadi, enerji, humanitar və təhsil sahələrində əldə olunmuş uğurlardan bəhs edib.

Daha sonra çıxış edən Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov diaspor sahəsində həyata keçirilən dövlət siyasəti, xaricdə yaşayan azərbaycanlıların təşkilatlanması və diaspor fəaliyyətinin gücləndirilməsi istiqamətində görülən işlər, habelə həyata keçirilmiş layihə və tədbirlər barədə məlumat verib.

Budapeşt şəhərindəki Azərbaycan Evinin rəhbəri İbrahim Səfərli isə Macarıstandakı diaspor fəaliyyətinin müxtəlif istiqamətləri barədə məruzə ilə çıxış edib.

Görüşdə Macarıstanda yaşayan Azərbaycan icmasının fəaliyyətinin gələcək perspektivləri, qarşıda duran çağırışlar və əməkdaşlıq imkanları müzakirə olunub, icma fəaliyyətinin daha da gücləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.

Tədbirdə Macarıstanda yaşayan Azərbaycan icmasının çoxsaylı üzvləri iştirak ediblər.

Səfir Esmira Cəfərova Türkiyə Respublikasının Macarıstandakı səfiri Gülsun Erkul ilə nəzakət görüşü keçirib.Görüş zamanı...
28/08/2026

Səfir Esmira Cəfərova Türkiyə Respublikasının Macarıstandakı səfiri Gülsun Erkul ilə nəzakət görüşü keçirib.

Görüş zamanı qardaşlığa və strateji müttəfiqliyə əsaslanan münasibətlərimiz, eləcə də qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

🇦🇿🇹🇷

28/08/2026

28 avqust - Goranboy rayonunun Ballıqaya kəndində Ermənistan silahlı qüvvələri tərəfindən dinc azərbaycanlılara qarşı törədilmiş qətliamın 34-cü ildönümüdür.

Ballıqayada həlak olan günahsız insanların xatirəsini dərin ehtiramla yad edir, törədilmiş insanlıq əleyhinə cinayətlərin hüquqi qiymət almasının və günahkarların ədalət qarşısında cavab verməsinin vacibliyini bir daha vurğulayırıq.

27 may 2026-cı il tarixində Azərbaycan Respublikasının Macarıstandakı Səfirliyi tərəfindən 28 May - Müstəqillik Günü mün...
28/05/2026

27 may 2026-cı il tarixində Azərbaycan Respublikasının Macarıstandakı Səfirliyi tərəfindən 28 May - Müstəqillik Günü münasibətilə rəsmi ziyafət təşkil olunmuşdur.

Ziyafətdə Macarıstanın dövlət rəsmiləri, parlament nümayəndələri, Budapeştdəki diplomatik korpusun rəhbər şəxsləri, işgüzar, akademik və elmi dairələrin, kütləvi informasiya vasitələrinin, eləcə də Azərbaycan diasporunun üzvləri iştirak etmişlər.

Tədbir Azərbaycan Respublikasının və Macarıstanın dövlət himnlərinin səsləndirilməsi ilə başlamışdır.

Tədbiri giriş nitqi ilə açan Azərbaycan Respublikasının Macarıstandakı səfiri Tahir Tağızadə 28 May – Müstəqillik Gününün əhəmiyyətindən danışaraq, bu əlamətdar günün Türk dünyası və müsəlman Şərqində ilk dünyəvi, demokratik və parlamentli respublikanın yaradılması kimi tarixə yazıldığını bildirmişdir. Səfir çıxışında vurğulamışdır ki, 108 il əvvəl əsası qoyulmuş Azərbaycan dövlətçilik ənənələri müasir Azərbaycanın banisi, ümummilli lider Heydər Əliyevin xidmətləri nəticəsində daha da möhkəmləndirilmiş, hazırda bu siyasi kurs Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməkdədir. Bildirilmişdir ki, bu gün Azərbaycan regionda mühüm siyasi, iqtisadi və enerji mərkəzi kimi çıxış edərək beynəlxalq əməkdaşlığın və regional sabitliyin təmin olunmasına əhəmiyyətli töhfələr verir.

T. Tağızadə tədbirdə iştirak edən hər bir qonağın Azərbaycan ilə Macarıstan arasında dostluq, strateji tərəfdaşlıq və qarşılıqlı etimada əsaslanan əməkdaşlığın inkişafına mühüm töhfə verdiyini söyləmişdir. İkitərəfli münasibətlərin mövcud dinamikasından bəhs edən səfir ölkələrimiz arasında siyasi dialoq, iqtisadi əməkdaşlıq, enerji təhlükəsizliyi, təhsil və mədəniyyət sahələrində təmasların ildən-ilə daha da möhkəmləndiyini bildirmişdir.

Öz növbəsində, Azərbaycan-Macarıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun sədri Əli Hüseynli çıxış edərək müxtəlif sahələrdə uğurla inkişaf edən Azərbaycan-Macarıstan münasibətlərinin, eləcə də parlamentlərarası müstəvidə möhkəmləndirildiyini vurğulamışdır. O, həmçinin Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etmiş qalib dövlət kimi bu il Müstəqillik Gününü xüsusi qürur hissi ilə qeyd etdiyini bildirərək, regionda dayanıqlı sülhün və kommunikasiyaların açılmasının uzunmüddətli sabitliyə və əməkdaşlığın genişlənməsinə töhfə verəcəyini qeyd etmişdir.

Daha sonra tədbirdə Heydər Əliyev Fondunun dəstəyi ilə “Macar Rapsodiya Layihəsi” ansamblı və Azərbaycanın tanınmış musiqiçilərinin birgə ifasında hazırlanmış “Mehriban olaq” və “Sarı gəlin” kompozisiyalarına dair ölkəmizdə lentə alınmış videoçarxlar nümayiş etdirilmişdir.

Rəsmi ziyafətdə təqdim edilən Azərbaycan milli mətbəxinin nümunələri qonaqlar tərəfindən böyük maraqla qarşılanmışdır.

Müasir Azərbaycan dövlətçiliyinin banisi Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünü ehtiramla yad edirik.Ulu Önd...
10/05/2026

Müasir Azərbaycan dövlətçiliyinin banisi Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünü ehtiramla yad edirik.
Ulu Öndərin dövlətimizin gücləndirilməsi və ölkəmizin tərəqqisi naminə həyata keçirdiyi əvəzsiz fəaliyyət xalqımızın yaddaşında daim yaşayacaq!

Cím

Eötvös Utca 14
Budapest
1067

Nyitvatartási idő

Hétfő 09:00 - 18:00
Kedd 09:00 - 18:00
Szerda 09:00 - 18:00
Csütörtök 09:00 - 18:00
Péntek 09:00 - 18:00

Telefonszám

+3613746070

Értesítések

Ha szeretnél elsőként tudomást szerezni Embassy of the Republic of Azerbaijan in Hungary új bejegyzéseiről és akcióiról, kérjük, engedélyezd, hogy e-mailen keresztül értesítsünk. E-mail címed máshol nem kerül felhasználásra, valamint bármikor leiratkozhatsz levelezési listánkról.

A Szervezet Elérése

Üzenet küldése Embassy of the Republic of Azerbaijan in Hungary számára:

Megosztás