12/06/2026
Güney Azərbaycan Cümhuriyyət Partiyası, İran hakimiyyətinin və ona bağlı media orqanlarının CNN-in heç bir dəqiq sübuta əsaslanmayan, yalnız adsız və anonim qaynaqlara istinad edən xəbərini bəhanə gətirərək Azərbaycan Respublikasına qarşı başlatdığı əlaqələndirilmiş təbliğat və təxribat kampaniyasını növbəti uğursuz siyasi və təhlükəsizlik şou tamaşası hesab edir.
CNN-in adsız və anonim qaynaqlara əsaslanan və Azərbaycan Respublikasının rəsmi təkzibinə baxmayaraq yayımlanan xəbəri ətrafında yaradılan kampaniya göstərir ki, İran hakimiyyəti öz siyasi amacları naminə təsdiqlənməmiş məlumatlardan belə istifadə etməkdən çəkinmir.
Azərbaycan rəsmi dövlət mövqeyi açıq şəkildə bəyan olunsa da, İran mediası və ona bağlı dairələr həmin iddiaları gerçək kimi təqdim edərək yeni gərginlik yaratmağa çalışırlar.Otuz il ərzində işğalçı Ermənistanı siyasi, iqtisadi və müxtəlif səviyyələrdə dəstəkləyən, Azərbaycanın müstəqilliyinə və ərazi bütövlüyünə qarşı düşmənçilik mövqeyi sərgiləyən, ölkəmizdə terror və narkotik şəbəkələrinin formalaşdırılmasına şərait yaradan, eyni zamanda Azərbaycan türkünün milli kimliyinə və varlığına qarşı ardıcıl kimliksizləşdirmə və əritmə siyasəti yürüdən bir rejim, bu gün bölgəsəl siyasətdə üzləşdiyi çoxsaylı uğursuzluqların və dərinləşən daxili böhranların təsiri altındadır.
Bu gün yenidən gündəmə gətirilən köhnə və əsassız ittihamlar göstərir ki, Azərbaycan Respublikasına qarşı aparılan təxribat kampaniyasının əsas səbəbi İsrail–Azərbaycan münasibətləri və ya bölgəsəl əməkdaşlıq deyil.
Əksinə, bu siyasətin kökündə İran rejiminin Güney Azərbaycanda güclənən milli azadlıq hərəkatından və formalaşan siyasi iradədən duyduğu narahatlıq dayanır.Rejim, Güney Azərbaycandakı milli hərəkatın artıq daha geniş ictimai və bölgəsəl müstəvidə təsir gücü qazandığını görür.
İran hakimiyyəti və eyni paniranist düşüncəni bölüşən sözde müxalifət dairələr Quzey Azərbaycanın güclənməsinin Güney Azərbaycandakı milli və siyasi proseslərə verdiyi təsirdən ciddi narahatlıq keçirirlər.
Dəvami:
www.azcp.org