Генеральное Консульство Азербайджанской Республики в г. Актау РК

  • Home
  • Kazakhstan
  • Aktau
  • Генеральное Консульство Азербайджанской Республики в г. Актау РК

Генеральное Консульство Азербайджанской Республики в г. Актау РК Azərbaycan Respublikasının Qazaxıstan Respublikasının Aktau şəhərindəki Baş konsulluğu / Генеральное консульство АР в городе Актау РК

Baş konsul Ayxan Süleymanlı Aktöbe vilayət akimi Şaxarov Asxat Berleşeviçlə görüşmüşdür.İyun ayının 21-24 tarixlərində b...
02/07/2026

Baş konsul Ayxan Süleymanlı Aktöbe vilayət akimi Şaxarov Asxat Berleşeviçlə görüşmüşdür.

İyun ayının 21-24 tarixlərində baş konsul Ayxan Süleymanlı və konsul Mübariz Cəfərov Aktöbe vilayətində səfərdə olmuşlar.
Səfər çərçivəsində baş konsul Ayxan Süleymanlı iyun ayının 23-də Aktöbe vilayətinin akimi Şaxarov Asxat Berleşeviçlə görüşmüşdür.
A.Şaxarov A.Süleymanlını salamladıqdan sonra Xəzər dənizinin sahilində yerləşən ölkələrimizin dost, qardaş dövlətlər olduğunu qeyd etmiş, xalqlarımız arasında mövcud olan tarixi, mədəni və dini ortaqlıqlar barəsində söz açmış və baş konsula diplomatik xidmətində uğurlar arzulamışdır.
A.Süleymanlı vilayət akiminə vaxt tapıb onu qəbul etdiyi üçün təşəkkürünü bildirmiş, ortaq dini, dili, tarixi olan dost və qardaş xalqlarımızın münasibətlərinin qədim tarixi olduğunu söyləmiş, vurğulamışdır ki, dövlət başçılarının sıx münasibətləri ölkələrimiz arasında əlaqələrə mühüm töhfə verir. Prezidentlərin son illər qarşılıqlı yüksək səviyyəli səfərləri ikitərəfli münasibətlərə müsbət təsirini göstərdiyini qeyd edən baş konsul ikitərəfli əlaqələrlə bağlı 2024-cü ilin mart ayında Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Azərbaycana dövlət səfəri çərçivəsində Qazaxıstanın vəsaiti hesabına işğaldan azad edilmiş Füzuli şəhərində inşa olunan Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin açılış mərasimini xatırlamış, bu addımın Azərbaycan Prezidenti və xalqı tərəfindən yüksək qiymətləndirildiyini qeyd etmişdir.
A.Süleymanlı görüşdə eyni zamanda ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişafından, Orta Dəhliz vasitəsi ilə yük daşımalarının həcminin artmasından, humanitar sahədə əlaqələrin uğurla inkişaf etməsindən, o cümlədən təhsil və elm sahəsində əməkdaşlığın inkişafından söz açmışdır.
A.Şaxarov öz növbəsində ölkələrimiz arasında münasibətlərin inkişafından məmnunluq duyduğunu dilə gətirmiş və iqtisadi əlaqələr barədə məlumat vermişdir. Qeyd etmişdir ki, hazırda Aktöbe vilayəti ilə Azərbaycan arasında ticarət əlaqələrində müsbət dinamika müşahidə olunur. 2026-cı ilin yanvar–aprel aylarında qarşılıqlı ticarət dövriyyəsi 280,9 min ABŞ dolları təşkil etmişdir. Vilayətə əsasən tələbatı yüksək olan meyvə-tərəvəz məhsulları idxal olunur. Qeyd etmişdir ki, hazırda Aktöbe şəhərində Azərbaycan kapitalının iştirakı ilə fəaliyyət göstərən 12 müəssisə mövcuddur.
Sonra A.Şaxarov vilayətin dağ-mədən və metallurgiya, neft-qaz-kimya sənayesi, tikinti sənayesi, kənd təsərrüfatı, məhsulların emalı və logistika sahələrində mövcud imkanları barədə məlumat vermiş, birgə müəssisələrin sayının artırılmasına, yeni investisiya layihələrinin həyata keçirilməsinə, turizm sahəsində əməkdaşlığın genişləndirilməsinə hazır olduqlarını söyləmişdir.
Görüşdə həmçinin humanitar sahədə əlaqələrin inkişaf etdirilməsi üçün fikir mübadiləsi aparılmış və bu sahədə gələcək planlar müzakirə edilmişdir.

Baş konsul Ayxan Süleymanlı Aktöbe vilayətində diaspora fəalları ilə görüşmüşdür.Baş konsul Ayxan Süleymanlı Aktöbe vila...
30/06/2026

Baş konsul Ayxan Süleymanlı Aktöbe vilayətində diaspora fəalları ilə görüşmüşdür.

Baş konsul Ayxan Süleymanlı Aktöbe vilayətində səfərdə olarkən iyun ayının 23-də Aktöbe vilayətində fəaliyyət göstərən “Azərbaycanlılar Assosiasiyası” Respublika İctimai Birliyi filialının sədri Rahib Əzizovla görüşmüşdür. Görüşdə Baş konsulluğun konsulu Mübariz Cəfərov, 2003-cü ildə boks üzrə 57 kg çəkidə dünya çempionu olmuş Qazaxıstanda yaşayan həmvətənlimiz Qalib Cəfərov və diaspor fəallarının bir sıra üzvləri iştirak etmişdir.
Görüş zamanı diasporun fəaliyyət istiqamətləri, soydaşlarımızın qarşılaşdıqları məsələlər, Azərbaycan–Qazaxıstan dostluq münasibətlərinin inkişafında diasporun rolu, gələcək əməkdaşlıq perspektivləri ətrafında, eləcə də soydaşlarımızın birlik və həmrəyliyinə nail olunması istiqamətində görülən işlər barəsində fikir mübadiləsi aparılmış və həmvətənlilərimizin sualları cavablandırılmışdır.
Səfər zamanı həmçinin vilayətdə yaşayan Azərbaycan Respublikası vətəndaşları üçün səyyarı konsulluq qəbulu təşkil edilmiş və müraciətlər üzrə bir sıra konsulluq xidmətləri göstərilmişdir.

Baş konsul Ayxan Süleymanlı Aktöbe vilayəti Daxili İşlər Departamentinin rəisi Kairken Aliyevlə görüşü olmuşdur.Baş kons...
30/06/2026

Baş konsul Ayxan Süleymanlı Aktöbe vilayəti Daxili İşlər Departamentinin rəisi Kairken Aliyevlə görüşü olmuşdur.

Baş konsul Ayxan Süleymanlının Aktöbe vilayətinə etdiyi səfər çərçivəsində iyun ayının 22-də Aktöbe vilayətinin Daxili İşlər Departamentinin rəisi Kairken Aliyevlə nəzakət görüşü olmuşdur.
Görüşdə Azərbaycan və Qazaxıstan Daxili İşlər Nazirlikləri arasında əməkdaşlıqdan söz açılmış, qarşılıqlı səfərlər xatırlanmış, təhlükəsizlik təhdidləri sahəsində əməkdaşlığın prioritet məsələləri müzakirə edilmişdir.
A.Süleymanlı ikitərəfli münasibətlər, xüsusilə transmilli mütəşəkkil cinayətkarlıqla mübarizə sahəsində birgə səylər, qabaqcıl təcrübə və operativ məlumat mübadiləsi, eləcə də yaradılmış normativ-hüquqi baza ilk növbədə xalqlarımızın və dövlətlərimizin maraqlarına, regionda təhlükəsizliyin təmin olunmasına xidmət etdiyini söyləmişdir.
Baş konsul polis rəisinə Azərbaycan vətəndaşlarının Aktöbe vilayətində müvəqqəti və ya daimi yaşamaları üçün yaradılmış əlverişli şəraitə görə minnətdarlığını bildirmiş, vətəndaşlarımıza qardaş qazax xalqı tərəfindən göstərilən səmimi və dost münasibəti yüksək qiymətləndirmişdir.
K.Aliyev öz növbəsində Azərbaycanla Qazaxıstan strateji tərəfdaş, dost və qardaş dövlət olduğunu qeyd etmiş, vilayətdə yaşayan azərbaycanlılar barəsində məlumat vermişdir.
A.Süleymanlı görüşün sonunda fürsətdən istifadə edərək 23 iyun - Qazaxıstan Respublikasında Polis Günü ilə əlaqədar K.Aliyevi və rəhbərlik etdiyi kollektivi peşə bayramı münasibətilə təbrik etmişdir.

25/06/2026

26 İyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü

Baş konsul Ayxan Süleymanlı Aktöbe şəhər akimi Beket Azamat Bauırjanoviçlə görüşmüşdür.İyun ayının 21-24 tarixlərində ba...
25/06/2026

Baş konsul Ayxan Süleymanlı Aktöbe şəhər akimi Beket Azamat Bauırjanoviçlə görüşmüşdür.

İyun ayının 21-24 tarixlərində baş konsul Ayxan Süleymanlı və konsul Mübariz Cəfərov Aktöbe vilayətində səfərdə olmuşlar.
Səfər çərçivəsində baş konsul Ayxan Süleymanlının iyun ayının 22-də Aktöbe şəhər akimi Beket Azamat Bauırjanoviçlə nəzakət görüşü olmuşdur.
Görüşdə A.Süleymanlı Azərbaycan və Qazaxıstan xalqları arasında tarixi, mədəni, dini və dil əlaqələrinin, eləcə də ənənəvi dostluq və qardaşlıq münasibətlərinin qədim tarixi olduğunu söyləmiş, Qazaxıstan və Azərbaycan arasında münasibətlər ən yüksək səviyyədə olduğunu qeyd etmişdir.
Baş konsul 2024-cü ilin mart ayında Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Azərbaycana dövlət səfəri çərçivəsində Qazaxıstanın vəsaiti hesabına işğaldan azad edilmiş Füzuli şəhərində inşa olunan Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin açılış mərasimini xatırlamış, bu mərkəzin Azərbaycan xalqına verilmiş dəyərli hədiyyə olduğunu qeyd etmiş və Qarabağın bərpasında göstərilən qardaş köməyinə görə Qazaxıstan Prezidentinə və xalqına dərin minnətdarlığımızı bildirmişdir.
Baş konsul həmçinin məmnunluq hissi ilə ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişafından, Orta Dəhliz vasitəsi ilə yük daşımalarının həcminin artmasından, humanitar sahədə əlaqələrin uğurla inkişaf etməsindən, o cümlədən təhsil və elm sahəsində əməkdaşlığın inkişafından söz açmışdır.
Aktöbe şəhər akimi Beket Azamat Bauırjanoviç öz növbəsində şəhərdə aparılan quruculuq işlərindən, həyata keçirilən layihələrdən söz açmış, diasporumuzun fəaliyyətindən razılığını bildirmiş və həmvətənlilərimizin şəhərin həyatında aktiv iştirak etdiklərini qeyd etmişdir.
Görüşdə həmçinin humanitar sahədə əlaqələrin inkişaf etdirilməsi üçün fikir mübadiləsi aparılmış və bu sahədə gələcək planlar müzakirə edilmişdir.

22/06/2026
22/06/2026

Address

15 мкр. Самал 30 К/1
Aktau

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00

Telephone

+77292422300

Alerts

Be the first to know and let us send you an email when Генеральное Консульство Азербайджанской Республики в г. Актау РК posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Генеральное Консульство Азербайджанской Республики в г. Актау РК:

Shortcuts

Share