Şabran rayonu üzrə gənclər və idman sektoru

Şabran rayonu üzrə gənclər və idman sektoru Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Şabran rayonu üzrə gənclər və idman sektoru Şabran rayonu üzrə gənclər və idman sektoru

Şabran rayonunda “Narkotiksiz həyat seç” devizi altında maarifləndirici sosial aksiya keçirilmişdir27 avqust 2026-cı il ...
28/08/2026

Şabran rayonunda “Narkotiksiz həyat seç” devizi altında maarifləndirici sosial aksiya keçirilmişdir

27 avqust 2026-cı il tarixində Şabran şəhərində Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Şabran rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə “Narkotiksiz həyat seç” devizi altında maarifləndirici sosial aksiya keçirilmişdir.
Şabran rayonu üzrə gənclər və idman sektorunun əməkdaşları və könüllülər Şabran şəhərinin müxtəlif yerlərində gənclərə narkomaniyanın yaratdığı fəsadlar və onun törətdiyi zərərlər haqqında məlumatlar əks olunmuş broşürlər paylamışlar. Gənclərin narkotikdən uzaq olmaqla yanaşı idmana marağının artırılması məqsədilə keçirilmiş aksiyada 30 ədəd broşür Şabran rayon gənclərinə paylanılmışdır.

24-26 avqust 2026-cı il tarixlərində Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Şabran rayonu üzrə gənclər və idma...
27/08/2026

24-26 avqust 2026-cı il tarixlərində Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Şabran rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə Şabran rayon Ağsaqqallar Evində 14 yaşadək oğlan və qızlar arasında şahmat idman növü üzrə Şabran rayon turniri keçirilmişdir.
Turnir uşaq və yeniyetmələrin idmanın bu növünə marağının artırılması, rayonda idmanın kütləviliyinə nail olunması, perspektivli şahmatçıların aşkar edilməsi, onların aktiv həyata cəlb olunması və asudə vaxtının səmərəli təşkil edilməsi məqsədilə keçirilmişdir.
Yarışın mükafatlandırma mərasimində Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Şabran rayon üzrə gənclər və idman sektorunun əməkdaşları Mətləb Güliyev, Elmir Şəfiyev Şabran UGİŞM-nin baş məşqçi müəllimi Ramil Səfərəliyev, məşqçi-müəllimlər, uşaq və yeniyetmələr iştirak etmişdir.
40 nəfər uşaq və yeniyetmə şahmatçının birincilik uğrunda mübarizə apardığı yarışın sonunda müxtəlif yaş qrupları üzrə qaliblər Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsi tərəfindən müvafiq dərəcəli medal və diplomlarla təltif olunmuşlar.

Şabranda Vətən Müharibəsi şəhidi Aqil Həsənovun ailəsi ziyarət olunubQuba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Şa...
26/08/2026

Şabranda Vətən Müharibəsi şəhidi Aqil Həsənovun ailəsi ziyarət olunub

Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Şabran rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə 25 avqust 2026-cı il tarixində Şabran şəhərində Vətən Müharibəsi şəhidi Həsənov Aqil Nofəl oğlunun ailəsi ziyarət olunub.
Həsənov Aqil Nofəl oğlu 6 yanvar 1996-cı ildə Şabran rayonunun Pirəmsən kəndində anadan olub. Azərbaycan Silahlı Qüvvələrinin leytenantı kimi 2020-ci il Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda rəşadətlə vuruşub. Füzuli istiqamətində gedən ağır döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb. Göstərdiyi şücaətə görə ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.
Ziyarətin məqsədi Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş qəhrəman şəhidimizin əziz xatirəsini yad etmək, onun şərəfli döyüş yolunu gənc nəslə tanıtmaq və şəhid ailələrinə mənəvi dəstək göstərmək olub.

26/08/2026

“Sabah” futbol klubunu möhtəşəm zəfər qazanaraq UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə əldə etməsi münasibətilə ürəkdən təbrik edirəm.

Yeni yaradılmış bir komandanın qısa müddət ərzində belə böyük nailiyyətə imza atması xüsusi sevinc və qürur doğurur. Klublarımızın ardıcıl ikinci dəfə dünyanın ən güclü klub turnirinin əsas mərhələsində mübarizə aparmaq hüququ qazanması Azərbaycanın bütün sahələrdə əldə etdiyi tərəqqinin, ölkəmizin idman dövləti kimi mövqeyinin daha bir bariz göstəricisidir.

“Sabah” klubuna qarşıdakı matçlarda yeni-yeni qələbələr və uğurlar arzulayıram!

21/08/2026

19-20 avqust 2026-cı il tarixlərində Şabran şəhəri Bayraq Meydanında yerləşən süni örtüklü minifutbol meydançasında Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Şabran rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə “İdman hamı üçün” layihəsi çərçivəsində minifutbol idman növü üzrə uşaqlar arasında Şabran rayon turniri keçirilib.

19-20 avqust 2026-cı il tarixlərində Şabran şəhəri Bayraq Meydanında yerləşən süni örtüklü minifutbol meydançasında Quba...
21/08/2026

19-20 avqust 2026-cı il tarixlərində Şabran şəhəri Bayraq Meydanında yerləşən süni örtüklü minifutbol meydançasında Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Şabran rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə “İdman hamı üçün” layihəsi çərçivəsində minifutbol idman növü üzrə uşaqlar arasında Şabran rayon turniri keçirilmişdir.
Yeniyetmələrin minifutbol idman növünə marağının artırılması, rayonda idmanın kütləviliyinə nail olunması, perspektivli idmançıların aşkar edilməsi məqsədilə keçirilmiş yarışda Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Şabran rayonu üzrə gənclər və idman sektorunun əməkdaşları Mətləb Güliyev, Elmir Şəfiyev, İdarənin nəzdində fəaliyyət göstərən UGİM-in direktoru İlqar Məqami, baş məşqçi-müəllim Nəriman Əzimov, məşqçi-müəllimlər və 60 nəfər yeniyetmə idmançı iştirak etmişdir.
6 komandanın mübarizə apardığı yarışın finalında “Qarabağ” komandası “Zəfər” 3:2 hesabı ilə qalib gələrək minifutbol üzrə Şabran rayon turnirinin qalibi olmuşdur.
Sonda I, II və III yeri qazanmış komandalar Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsi tərəfindən müvafiq dərəcəli diplom və medallarla təltif olunmuşlar.

Şabranda Antiterror döyüşlərində şəhid olan Vüqar İsmayılovun ailəsi ziyarət olunubQuba-Xaçmaz Regional Gənclər və İdman...
19/08/2026

Şabranda Antiterror döyüşlərində şəhid olan Vüqar İsmayılovun ailəsi ziyarət olunub

Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Şabran rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə 19 avqust 2026-cı il tarixində Şabran şəhərində Antiterror döyüşlərində şəhid olan İsmayılov Vüqar (DONİ) Məmmədqasım oğlunun ailəsi ziyarət olunub.
Şəhidimiz “Doni” ləqəbli Vüqar İsmayılov 2016-cı il “Aprel Döyüşlərinin”, 2020-ci il “ Vətən Müharibəsinin”, 2022-ci “Qisas” əməliyyatının və 2023-cü il “Antiterror Əməliyyatı”nın iştirakçısı olub. O həm də uzun müddət sambo idman növü ilə məşğul olub.
Ziyarətin məqsədi Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş qəhrəman şəhidimizin əziz xatirəsini yad etmək, onun şərəfli döyüş yolunu gənc nəslə tanıtmaq və şəhid ailələrinə mənəvi dəstək göstərmək olub.

🏃‍♂️🌅 Şabran rayonunda “Səhər idmanı” təşkil olunub.📍 18 avqust 2026-cı il tarixində Gənclər və İdman Nazirliyinin “Səhə...
18/08/2026

🏃‍♂️🌅 Şabran rayonunda “Səhər idmanı” təşkil olunub.

📍 18 avqust 2026-cı il tarixində Gənclər və İdman Nazirliyinin “Səhər idmanı” layihəsi çərçivəsində Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Şabran rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə Şabran şəhər Saat Meydanı ərazisində səhər idmanı təşkil olunub.

🏋️‍♂️ Məşqçi-müəllim Nəriman Əzimovun rəhbərliyi ilə keçirilən səhər idmanının əsas məqsədi idmanı hər bir insanın həyat tərzinə çevirmək, sağlam həyat tərzini təşviq etmək və iştirakçıların günə gümrah başlamasını təmin etməkdir.

🌿⚡️ Sağlam həyat – sağlam gələcək!

Dövlət Sərhəd Xidmətinin kollektivini peşə bayramı münasibətilə səmimi-qəlbdən təbrik edirik. Vətənin keşiyində qürurla ...
18/08/2026

Dövlət Sərhəd Xidmətinin kollektivini peşə bayramı münasibətilə səmimi-qəlbdən təbrik edirik. Vətənin keşiyində qürurla dayanan Azərbaycan sərhədçilərinə şərəfli və məsuliyyətli işlərində uğurlar arzulayırıq.

14-15 avqust 2026-cı il tarixlərində Türkiyənin Yalova şəhərində keçirilən stolüstü tennis idman növü üzrə beynəlxalq tu...
16/08/2026

14-15 avqust 2026-cı il tarixlərində Türkiyənin Yalova şəhərində keçirilən stolüstü tennis idman növü üzrə beynəlxalq turnirdə Şabranlı idmançılar Qədirov Şakir və Babayev Vaqif komanda hesabında II yeri, şəxsi birincilikdə isə III yeri qazanmışlar.
Turnir Türkiyə, Bolqarıstan, Rumıniya, Kosova və Estoniya komandalarının işirakı ilə keçirilib.

İdmançılarımızı və onların məşqçisi Zakir Cavadovu təbrik edir, gələcək yarışlarda uğurlar arzulayırıq.

̇mi̇bi̇rli̇kdə

Address

Şabran, Məmməd Əmin Rasulzadə, 39
Deveci
AZ1700

Website

Alerts

Be the first to know and let us send you an email when Şabran rayonu üzrə gənclər və idman sektoru posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Şabran rayonu üzrə gənclər və idman sektoru:

Shortcuts

Share