06/08/2026
🇦🇿🇺🇦 Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun Ukraynaya rəsmi səfəri çərçivəsində Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi İhor Klimenko ilə görüşü keçirilib.
Görüş zamanı regionda sülhün, sabitliyin və dayanıqlı inkişafın təmin edilməsinin, qarşılıqlı faydalı əməkdaşlığın və həmrəyliyin davam etdirilməsinin əhəmiyyəti vurğulanıb.
Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi İhor Klimenko Azərbaycanın Ukraynaya göstərdiyi dəstəyi, o cümlədən bərpa və yenidənqurma prosesinə verdiyi töhfəni yüksək qiymətləndirib.
Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar.