Samux rayon Sarıqamış kənd tam orta məktəb

Samux rayon Sarıqamış kənd tam orta məktəb Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Samux rayon Sarıqamış kənd tam orta məktəb, Government Organization, Hoboken, NJ.

08/23/2026

📢 Direktor müavinlərinin işə qəbulu üzrə elektron qeydiyyat başlayır

🗓️ 24 avqust 2026-cı il saat 15:00-dan etibarən təlim-tərbiyə işləri üzrə direktor müavini və digər profillər üzrə direktor müavini vəzifəsi vakant olan dövlət ümumi təhsil müəssisələrinə işə qəbulu prosesinin elektron sənəd qəbulu mərhələsinə başlanılacaq. Namizədlər 27 avqust 2026-cı il saat 15:00-dək (miq.edu.az/muavin) linki vasitəsilə elektron qeydiyyatdan keçə bilərlər.

📌 Müsabiqə seçim və müsahibə mərhələlərindən ibarət olacaq. Seçim mərhələsində namizədlərin təqdim etdiyi məlumat və sənədlərin düzgünlüyü yoxlanıldıqdan sonra müsabiqənin müsahibə mərhələsinə buraxılacaqlar. Namizədlər müsahibə mərhələsinə qaydalara uyğun olaraq ardıcıllıq əsasında dəvət ediləcəklər.

❗️ Nəzərinizə çatdırırıq ki, namizədlər müsahibə mərhələsində liderlik və strateji idarəetmə, pedaqoji və tədris, idarəçilik və təşkilatçılıq, ünsiyyət və əlaqə, problemlərin həlli və qərarvermə, rəqəmsal və texnoloji, eləcə də sosial və emosional bacarıqları üzrə qiymətləndiriləcəklər.

📌 Qeyd edək ki, müsabiqədən müvəffəqiyyətlə keçmiş namizədlərlə əmək münasibətləri qanunvericilikdə müəyyən olunmuş qaydada rəsmiləşdiriləcək.

🤝 Müsabiqədə iştirak edəcək bütün namizədlərə uğurlar arzulayırıq!

08/21/2026

📢 Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinə başlanılır

🗓️ 26 avqustdan etibarən başlayan müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi 2 sentyabradək davam edəcək.

📌 Müsahibə mərhələsində namizədlərin peşəkar kompetensiyaları, psixoloji hazırlığı və ümumi dünyagörüşü müsahibə proqramına uyğun olaraq müvafiq komissiya tərəfindən qiymətləndiriləcək. Müsahibə mərhələsində uğur qazanan namizədlər ümumi təhsil müəssisələrində müddətsiz əmək müqaviləsi ilə çalışmaq imkanı əldə edəcəklər.

❗️ Nəzərinizə çatdırırıq ki, namizədlər şəxsi səhifələrində qeyd olunan tarixdə müsahibə mərhələsində iştirak etmədikləri halda bu, seçdikləri vakant yerdən imtina kimi qeydə alınacaq və həmin namizədlərin müddətli əmək müqaviləsi ilə işə qəbul turlarında iştirakı təmin olunmayacaq.

🤝 Müsabiqənin müsahibə mərhələsində iştirak edəcək bütün namizədlərə uğurlar arzulayırıq!

08/21/2026
Məktəbimizdə  2026–2027-ci tədris ilinin yüksək səviyyədə qarşılanması məqsədilə hazırlıq işləri həyata keçirilib.Hazırl...
08/19/2026

Məktəbimizdə 2026–2027-ci tədris ilinin yüksək səviyyədə qarşılanması məqsədilə hazırlıq işləri həyata keçirilib.
Hazırlıq çərçivəsində məktəbin həyətyanı ərazisində, məktəb binasında və sinif otaqlarında genişmiqyaslı təmizlik və abadlıq işləri aparılıb. Məktəbin ümumi ərazisi səliqəyə salınıb, tədris mühitinin daha əlverişli və rahat olması üçün zəruri işlər görülüb.

08/17/2026

📢 Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır

🗓️ 20 avqust saat 15:00-dan etibarən 2026–2027-ci tədris ili üzrə şagirdlərin elektron yerdəyişməsi prosesi aktivləşdiriləcək. Proses 2–9-cu və 11-ci sinif şagirdlərini əhatə edəcək.

💻 Şagirdlərin elektron yerdəyişməsi sy.edu.az portalı vasitəsilə həyata keçirilir.

📌 Nəzərinizə çatdırırıq ki, internetə çıxış imkanı olmayan vətəndaşlar yerdəyişmə prosesi ilə bağlı aidiyyəti üzrə Agentliyin və təhsili yerli idarəetmə bölmələrinin çağrı mərkəzlərinə, Agentliyin Vətəndaşlara Xidmət Mərkəzinə, eləcə də ASAN xidmət mərkəzlərinə müraciət edə bilərlər.

08/11/2026
08/11/2026

📢 Təhsil sənədləri artıq myGov-da!

💻 Təhsil haqqında dövlət nümunəli sənədlər artıq mygov platformasında əlçatandır.

🎓 2026-cı il məzunları təhsil müəssisələri tərəfindən imzalanmış elektron təhsil sənədlərini mygov (web) → “Təhsil məlumatlarım” → “Elektron təhsil sənədlərim” bölməsindən əldə edə bilərlər.

📌 Elektron sənədin üzərindəki QR kodu oxudaraq və ya edu.gov.az saytının “Sənəd yoxlama” bölməsində sənədin nömrəsi və doğum tarixini daxil etməklə sənədin həqiqiliyini yoxlamaq mümkündür.

📱 Yaxın günlərdə elektron təhsil sənədləri mygov mobil tətbiqində də əlçatan olacaq.

🎯Təhsil sənədləri artıq rəqəmsal formatda — daha rahat və əlçatan.

08/11/2026

📢 Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi tərəfindən vakant inzibati-təsərrüfat və tədris-köməkçi vəzifələr üzrə işə qəbul müsabiqəsi elan edilir!

📌 Vakant vəzifələr:

🔹 Təsərrüfat işləri üzrə direktor müavini
🔹 Təsərrüfat müdiri
🔹 Uşaq birliyi təşkilatı rəhbəri
🔹 Kitabxana müdiri
🔹 Kitabxanaçı
🔹 Gənclərin çağırışaqədərki hazırlığı rəhbəri
🔹 Psixoloq
🔹 Katibə-kargüzar
🔹 Laborant
🔹 İnternat tipli ümumi təhsil müəssisələrində tərbiyəçi

📋 Vəzifələrin tutulmasına dair tələblər:

🔗 https://docs.google.com/presentation/d/1du2UydVH_3SxytcSc1-Wod3sZr3R1jyh/edit?slide=id.p1 =id.p1

📝 Müsabiqənin mərhələləri:

1️⃣ Qeydiyyat
2️⃣ Test imtahanı

Müsabiqədə iştirak etmək istəyən namizədlər elan olunmuş vakant vəzifələrdən yalnız biri üzrə müvafiq linkə daxil olaraq qeydiyyatdan keçə bilərlər. İxtisas tələbi müəyyən edilmiş vəzifələr üzrə yalnız həmin tələblərə cavab verən namizədlər qeydiyyatdan keçməlidirlər.

Namizədlərin təqdim etdikləri sənədlər əsasında müraciət etdikləri vəzifəyə uyğunluğu qüvvədə olan Vahid Tarif-İxtisas Sorğu Kitabçalarının tələblərinə uyğun olaraq yoxlanılacaq.

🔗Qeydiyyat üçün link:
https://docs.google.com/forms/d/e/1FAIpQLSf1gjyglKr1dvevW1NXMk7DVJ5xsGMTRwj8YwZt-lvd8AU-fg/viewform?usp=publish-editor

💻 Test imtahanı:
Test mərhələsində namizədlərə ümumilikdə 60 sual təqdim olunacaq.

✔️ 15 sual – Azərbaycan Respublikasının qanunvericiliyi
✔️ 15 sual – informasiya-kommunikasiya texnologiyaları
✔️ 30 sual – müraciət edilən vəzifə üzrə peşə bilikləri

Test imtahanında hər bir düzgün cavab 1 (bir) balla qiymətləndirilir. Səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. 30 və daha çox bal toplayan namizədlər müsabiqədən uğurla keçmiş hesab edilirlər. Müsabiqənin nəticələrinə uyğun olaraq namizədlərin vakant vəzifələrə təyinatı həyata keçirilir və ya onlar 1 il müddətinə ehtiyat kadr siyahısına daxil edilirlər.

Ehtiyat kadr siyahısına daxil edilmiş namizədlər həmin müddət ərzində müvafiq vəzifələr üzrə yeni vakant yerlər yarandıqda, müəyyən edilmiş qaydada işə təyin oluna bilərlər.

📄 Qeydiyyat zamanı tələb olunan sənədlər:

📌 Şəxsiyyət vəsiqəsinin surəti;
📌 Təhsil haqqında sənədin surəti;
📌 Əmək kitabçasının surəti (olduğu halda);
📌 Namizədi xarakterizə edən əlavə sənədlər (sertifikat, diplom və s.) – istəyə bağlıdır.

📎 Sənədlər skan edilmiş formada qeydiyyat linkində müvafiq bölməyə yüklənməlidir.

❗ Gənclərin çağırışaqədərki hazırlığı rəhbəri vəzifəsinə müraciət edən namizədlər qeydiyyat zamanı hərbi biletin surətini də qeydiyyat sisteminə yükləməlidirlər.

Eyni vakant yer üzrə iki və ya daha çox namizəd eyni bal topladığı halda aşağıdakı ardıcıllıqla üstünlük veriləcək:

▪️ Təhsil səviyyəsi daha yüksək olan namizədə;
▪️ İş stajı daha çox olan namizədə;
▪️ Təhsil müəssisəsinə daha yaxın ərazidə yaşayan namizədə.

📅 Qeydiyyat prosesi 11–18 avqust tarixlərini əhatə edəcəkdir.

⚠️ Namizəd yalnız bir vakant vəzifə üzrə qeydiyyatdan keçə bilər.

Address

Hoboken, NJ
AZ5128

Website

Alerts

Be the first to know and let us send you an email when Samux rayon Sarıqamış kənd tam orta məktəb posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share