Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi

  • Home
  • Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi ADSEA - Azərbaycan Respublikası Prezidentinin 30 Mart 2023-cü il tarixli sərəncamı əsasında yaradılıb

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sədri Zaur Mikayılov Lənkəran şəhərində vətəndaşların qəbulunu keç...
14/08/2026

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sədri Zaur Mikayılov Lənkəran şəhərində vətəndaşların qəbulunu keçirib.

Qəbul 5 saylı Lənkəran-Astara regional bölməsinin inzibati binasında təşkil olunub.

Görüş zamanı Lənkəran şəhəri, Astara, Lerik və digər rayonlardan olan vətəndaşların müraciətləri dinlənilib, onların ərizə və şikayətlərinə baxılıb.

10/08/2026

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin süni intellekt əsaslı rəqəmsal siması — Aysu

Aysu Agentliyin fəaliyyəti, həyata keçirilən layihələr, rəqəmsal məhsullar, göstərilən xidmətlər və tətbiq olunan innovativ həllər barədə məlumatların ictimaiyyətə müasir, aydın və çevik formada çatdırılmasına xidmət edəcək.

Suyun gələcəyinə yeni baxış.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri cənab Zaur Mikayılov İndoneziya Respublikasının Azərbaycandakı səfir...
05/08/2026

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri cənab Zaur Mikayılov İndoneziya Respublikasının Azərbaycandakı səfiri cənab Berlian Helmy ilə görüş keçirib.

Görüş zamanı Azərbaycan ilə İndoneziya arasında su ehtiyatlarının idarə olunması, su təhlükəsizliyi, iqlim dəyişikliyi şəraitində dayanıqlı su idarəçiliyi və qarşılıqlı maraq doğuran digər istiqamətlər üzrə əməkdaşlıq imkanları müzakirə olunub.

Tərəflər arasında gələcəkdə birgə layihələrin həyata keçirilməsi və qarşılıqlı təcrübə mübadiləsinin genişləndirilməsi məsələləri nəzərdən keçirilib.

22 iyul - Milli Mətbuat Günüdür.
21/07/2026

22 iyul - Milli Mətbuat Günüdür.

21/07/2026

💧 Su kanalları görünməyən qəhrəmanlardır.

Onlar torpağa həyat verir, məhsuldarlığı artırır və ölkəmizin su təminatında mühüm rol oynayır.

Bu dəyərli resursu qorumaq sabahımızı qorumaq deməkdir.

Hər damcı gələcəyə qoyulan sərmayədir. .az

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri cənab Zaur Mikayılov Power China Resources şirkətinin prezidenti cən...
21/07/2026

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri cənab Zaur Mikayılov Power China Resources şirkətinin prezidenti cənab Yang Tianfunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib.

Görüşdə dövlət-özəl tərəfdaşlığı modeli də daxil olmaqla müxtəlif maliyyələşdirmə mexanizmləri əsasında Azərbaycanda alternativ enerji və su infrastrukturu layihələrinin həyata keçirilməsi imkanları müzakirə olunub.

Zaur Mikayılov çıxışı zamanı Çin Xalq Respublikasının alternativ enerji, alternativ su mənbələrinin inkişafı və su infrastrukturu sahələrində qazandığı zəngin beynəlxalq təcrübəni yüksək qiymətləndirdiyini bildirib.

Sonda tərəflər Azərbaycanda bərpa olunan enerji və dayanıqlı su idarəçiliyi sahələrində əməkdaşlığın inkişaf etdirilməsində maraqlı olduqlarını ifadə ediblər.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri  Füzuli şəhərində vətəndaşlarla görüşüb. Prezident İlham Əliyevin ta...
17/07/2026

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Füzuli şəhərində vətəndaşlarla görüşüb.

Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin müsbət həll olunması üçün tədbirlər görürlər. Tərtib edilən qəbul cədvəlinə müvafiq olaraq Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov iyulun 17-də Füzuli şəhərində Füzuli, Ağdam, Xocavənd və digər rayonlardan olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.

Sədr Zaur Mikayılov hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib.
Müraciətlər əsasən içməli su təchizatının və kanalizasiya sistemlərinin yenidən qurulması, işə qəbul və digər məsələlərlə bağlı olub. Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb. Sakinlər bölgələrdə vətəndaşların qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını dilə gətirərək, göstərilən diqqət və qayğıya görə möhtərəm Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov və Türkiyənin Limak Holdinq şirkətinin fəxri preziden...
17/07/2026

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov və Türkiyənin Limak Holdinq şirkətinin fəxri prezidenti Nihat Özdemirin rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.

Görüşdə Limak Holdinq tərəfindən həyata keçirilən irimiqyaslı su və su təsərrüfatı layihələri, həmçinin Azərbaycan və Türkiyə Respublikalarında son illərdə su sahəsində həyata keçirilən quruculuq işləri barədə fikir mübadiləsi aparılıb.

Görüş zamanı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi ilə Limak Holdinq arasında müxtəlif maliyyə modelləri əsasında potensial gələcək əməkdaşlıq perspektivləri də müzakirə edilib.

ADSEA daha bir kəndi içməli su ilə təmin edibAğdaş rayonunun Pirəyir kəndi fasiləsiz içməli su ilə təmin olunub.Bölgələr...
16/07/2026

ADSEA daha bir kəndi içməli su ilə təmin edib

Ağdaş rayonunun Pirəyir kəndi fasiləsiz içməli su ilə təmin olunub.

Bölgələrdə içməli su infrastrukturunun yaxşılaşdırılması istiqamətində işlər davam etdirilir. Bu tədbirlərdən biri Ağdaş rayonunun Pirəyir kəndində reallaşıb. Bu münasibətlə kənddə içməli su layihəsinin açılış mərasimi keçirilib.

Tədbirdə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədrinin birinci müavini Xəyyam Məmmədov, Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı Orxan Hüseynzadə, millət vəkili Sahib Alıyev, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədrinin müşaviri Etibar Məmmədov, Agentliyin nümayəndələri və kənd sakinləri iştirak ediblər.

Çıxışlar zamanı bildirilib ki, bu cür təşəbbüslər ölkəmizin regionlarında dayanıqlı inkişafın əsasını təşkil edir.

Qeyd olunub ki, hazırda bir çox bölgələrdə əhalinin içməli və suvarma suyu ilə təminatı istiqamətində iri layihələr icra olunur və bu layihələr növbəti illərdə də davam etdiriləcək. Əsas məqsəd kəndlərdə yaşayan əhalinin dayanıqlı və keyfiyyətli içməli, eləcə də suvarma suyu ilə təmin olunmasıdır.

Ağdaş rayonu Pirəyir kəndində mərkəzləşdirilmiş su təchizatı sisteminin yaradılması məqsədilə Ləki qəsəbəsini və Nehrəxəlil kəndini içməli su ilə təmin edən D280 mm diametrli magistral su kəmərindən birləşmə verilərək kənd ərazisində yeni paylayıcı su şəbəkəsi inşa edilib. Bu məqsədlə Pirəyir kəndində ümumi 8,5 km uzunluğunda su şəbəkəsi inşa edilərək 194 fərdi yaşayış evinə birləşmə verilib. Eyni zamanda əhaliyə verilən suyun dəqiq uçotunun aparılması və sudan qənaətlə istifadə məqsədilə hər bir abonent su sayğacı ilə təchiz edilib.

Ümumilikdə Pirəyir kəndinin əhalisi 723 nəfər təşkil edir. Yeni yaradılmış su təchizatı sistemi vasitəsilə yaşayış məntəqəsinin gündəlik 140 m³ su tələbatı tam təmin ediləcək.

Ağdaş şəhərinin mövcud su təchizatı sistemi Türyançay çayının məcrasında yerləşən 8 ədəd subartezian quyusu hesabına həyata keçirilir. Şəhərin ümumi abonent sayı 8681-dir. Ümumi su şəbəkəsinin uzunluğu 175 km, magistral su kəmərinin uzunluğu 16,5 km, kanalizasiya şəbəkəsinin uzunluğu isə 126 km təşkil edir.

Eyni zamanda 1 meydançada 2×5000 m³ həcmində su anbarı kompleksi istismar olunur. Rayon üzrə 31 yaşayış məntəqəsinə su təchizatı xidməti göstərilir. 3 kəndə paylayıcı şəbəkə (796 abonent), 3 kəndə ictimai bulaq, 25 kəndə isə modul tipli sutəmizləyici qurğu vasitəsilə su təchizatı xidməti göstərilir.

2026–2027-ci illər ərzində Ləki qəsəbəsi və Nehrəxəlil kəndində mövcud su təchizatı sisteminin genişləndirilməsi məqsədilə layihə sənədlərinin hazırlanması və tikinti-quraşdırma işlərinin icrası nəzərdə tutulur. Eyni zamanda Qolqəti və Yenicə kəndlərində yeni su təchizatı sisteminin yaradılması məqsədilə layihə-smeta sənədlərinin hazırlanması işləri planlaşdırılır. Binələr, Davudlu, Cardam və Kotanarx kəndləri üzrə yeni su təchizatı sisteminin yaradılmasına dair layihə-smeta sənədləri artıq hazırlanıb.

Prezident İlham Əliyev Laçında “Həkəriçay” su anbarının təməlini qoyubAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev...
11/07/2026

Prezident İlham Əliyev Laçında “Həkəriçay” su anbarının təməlini qoyub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 11-də Laçında “Həkəriçay” su anbarının təməlini qoyub.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov Prezident İlham Əliyevə layihə barədə məlumat verdi.

Bildirildi ki, layihəyə əsasən Azərbaycanın hüdudlarında formalaşan Həkəri çayı üzərində ümumi tutumu 100 milyon kubmetr, faydalı həcmi isə 90 milyon kubmetr olan su anbarı yaradılacaq, həmçinin suburaxma qabiliyyəti saniyədə 8 kubmetr, uzunluğu isə 172 kilometrə yaxın magistral boru kəməri inşa ediləcək.

Bu infrastrukturun Laçın, Qubadlı, Zəngilan, Cəbrayıl, Füzuli, Xocavənd və Ağdam rayonları üzrə təqribən 700 min nəfəri saniyədə 2,5 kubmetr həcmində keyfiyyətli içməli su ilə təmin etmək potensialı olacaq.

“Həkəriçay” su anbarından qidalanan magistral boru kəmərinin üzərində ümumi gücü 10.81 MVt olan 3 su elektrik stansiyasının (SES) tikintisi də nəzərdə tutulur.

Qeyd edək ki, “Həkəriçay” su anbarı əhalinin keyfiyyətli və dayanıqlı içməli su təminatı ilə yanaşı, işğaldan azad edilmiş ərazilərimizin su ehtiyatlarının səmərəli idarə olunmasında, bölgənin, habelə ölkəmizin digər iri şəhərlərinin içməli su təchizatının yaxşılaşdırılmasında və regionların sosial-iqtisadi inkişafının dəstəklənməsində mühüm rol oynayacaq.

Address

Bakı şəhəri, Üzeyir Hacıbəyli Küçəsi 80 (Hökumət Evi, 5-ci Mərtəbə)

1000

Alerts

Be the first to know and let us send you an email when Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi:

Shortcuts

  • Want your organization to be the top-listed Government Service?

Share