Sumqayıt Bələdiyyəsi

Sumqayıt Bələdiyyəsi Bələdiyyə - qanunla müəyyən edilmiş ərazi hüdudları daxilində yerli özünüidarəetmə formasıdır.

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov şəhər sakinlərinin müraciətlərinin yerində dinlənilməsi, onları...
07/08/2026

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov şəhər sakinlərinin müraciətlərinin yerində dinlənilməsi, onları narahat edən məsələlərin operativ həlli və vətəndaşlarla birbaşa ünsiyyətin təmin olunması məqsədilə növbəti səyyar qəbulunu şəhərin 9-cu mikrorayon ərazisində keçirib.

01/08/2026

Azərbaycan mədəniyyəti və ədəbi ictimaiyyəti ağır itki ilə üzləşib: Azərbaycanın Xalq şairi, görkəmli dramaturq, ədəbiyyatşünas və ictimai xadim Nəriman Həsənzadə ömrünün 94-cü ilində vəfat edib. Zəngin yaradıcılığı, dərin məzmunlu poeziyası və "Atabəylər", "Pompey Hücum edir" kimi monumental tarixi dramları ilə müasir Azərbaycan ədəbiyyatının qızıl fonduna silinməz izlər həkk etmiş sənətkarın ədəbiyyat sahəsindəki xidmətləri dövlət tərəfindən yüksək qiymətləndirilərək o, "Xalq şairi" fəxri adına, həmçinin "Şöhrət", "Şərəf" və "İstiqlal" ordenlərinə layiq görülmüşdü. Görkəmli şairin əziz xatirəsi xalqımızın qəlbində və Azərbaycan ədəbiyyatı tarixində daima yaşayacaq, mərhuma Allahdan rəhmət, ailəsinə və bütün poeziyasevərlərə dərin hüznlə başsağlığı veririk.

1 Avqust - Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü
01/08/2026

1 Avqust - Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü

Mərkəzi Asiya ölkələri ilə münasibətlər Azərbaycanın xarici siyasətinin prioritetlərindən biridir.
31/07/2026

Mərkəzi Asiya ölkələri ilə münasibətlər Azərbaycanın xarici siyasətinin prioritetlərindən biridir.

29/07/2026

Sumqayıt təhsili yenə öz sözünü dedi.

IV ixtisas qrupu üzrə hər iki mərhələnin cəminə əsasən maksimum nəticə — 700 bal toplayaraq ən yüksək göstəriciyə imza atan Sumqayıt şəhəri Təbiət Elmləri Təmayüllü Gimnaziya məzunu Tağızadə Samir Hikmət oğlunu böyük qürur hissi ilə təbrik edirik!

28/07/2026

Sumqayıt şəhərində qanunsuz küçə ticarətinin qarşısının alınması məqsədilə növbəti reyd keçirilib.

Reyd Sumqayıt Şəhər İcra Hakimiyyəti və Sumqayıt Bələdiyyəsinin əməkdaşlarının birgə iştirakı ilə təşkil olunub.

Tədbir çərçivəsində küçə ticarətinin aparıldığı ərazilərə baxış keçirilib, ərazidə yaranmış antisanitar vəziyyət aradan qaldırılıb və piyadaların sərbəst hərəkəti təmin edilib.

Reyd zamanı küçə ticarəti ilə məşğul olan şəxslərlə maarifləndirici söhbətlər aparılıb, onlara qanunvericiliyin tələbləri izah edilərək bu cür fəaliyyətin yolverilməz olduğu diqqətə çatdırılıb.
Araşdırma zamanı müəyyən edilib ki, 20 Yanvar küçəsində küçə ticarətinin təşkilinə və bu fəaliyyət üçün şəraitin yaranmasına Səfərli Ticarət Mərkəzi rəhbərliyi tərəfindən imkan yaradılıb. Bununla bağlı ticarət mərkəzinin məsul şəxsinə rəsmi xəbərdarlıq edilib və belə halların təkrarlanmaması tələb olunub.

Qeyd olunub ki, bu cür reydlərin əsas məqsədi şəhərdə sanitar-gigiyenik vəziyyətin yaxşılaşdırılması, qanunsuz küçə ticarətinin qarşısının alınması, həmçinin sakinlərin rahat və təhlükəsiz gediş-gəlişinin təmin edilməsidir.

Bildirilib ki, qanunsuz küçə ticarətinə qarşı nəzarət tədbirləri bundan sonra da mütəmadi olaraq davam etdiriləcək.

28/07/2026

Əmlak vergisi necə hesablanır?

22/07/2026

“Əkinçi” bizə öyrətdi ki, bir millətin tərəqqisi onun ana dilinə sahib çıxmasından və maariflənməsindən keçir. Bu gün qeyd etdiyimiz “Milli Mətbuat Günü” (22 iyul) məhz bu qəzetin ilk nömrəsinin çıxdığı gündür.

Azərbaycan bir növ Orta Asiya ilə Avropa arasında körpü rolunu oynayır və bu rol getdikcə artacaqdır.
21/07/2026

Azərbaycan bir növ Orta Asiya ilə Avropa arasında körpü rolunu oynayır və bu rol getdikcə artacaqdır.

Sumqayıt Bələdiyyəsinin əməkdaşı İzzət Dadaşovun anası, Leyla Dadaşovanın 63 yaşında uzun sürən xəstəlikdən sonra vəfat ...
19/07/2026

Sumqayıt Bələdiyyəsinin əməkdaşı İzzət Dadaşovun anası, Leyla Dadaşovanın 63 yaşında uzun sürən xəstəlikdən sonra vəfat etməsi xəbəri bizi dərindən kədərləndirdi.

Sumqayıt Bələdiyyəsinin sədri və Bələdiyyə Aparatının əməkdaşları, adından mərhumənin ailəsinə, yaxınlarına, xüsusilə də əməkdaşımız İzzət Dadaşova dərin hüznlə başsağlığı verir, onlara səbr diləyirik.

Allah rəhmət eləsin!

Adresse

Nizami Küçəsi
Democratic Republic Of The

Site Web

Notifications

Soyez le premier à savoir et laissez-nous vous envoyer un courriel lorsque Sumqayıt Bələdiyyəsi publie des nouvelles et des promotions. Votre adresse e-mail ne sera pas utilisée à d'autres fins, et vous pouvez vous désabonner à tout moment.

Raccourcis

Partager